Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2644/2024 11.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehlə nikahları xx.xx.2019-cu il tarixdə pozulmuş və bu barədə Nəsimi rayon VVADQ şöbəsi nikahın pozulması barədə şəhadətnamə də vermişdir. Cavabdehlə birgə nikah münasibətlərindən bir uşaqları X6 (xx.xx.2017-ci il təvəllüdlü) vardır. Cavabdeh onları atıb getmiş, həmin vaxtdan heç bir maddi köməklik göstərmir. Uşağı saxlamaq iddiaçı üçün maddi cəhətdən çətindir. Göstərilənlərə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixdən X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının dörddə bir hissəsi miqdarında aliment tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
3. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşmə təqdim edərək, cavabdehlə birgə nikahlarından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən hər ay 235 manat məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, cavabdeh Rəhı̇ mov Taleh Qabı̇ l oğlu ilə aralarında bağlanmış nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X6 həmin vaxtdan etibarən onun himayəsində qalır. Cavabdeh birgə nikahlarından doğulmuş uşağın saxlanılması üçü heç bir maddi yardım göstərmir. Öz uşağı ilə ümumiyyətlə maraqlanmır. O, onu təkbaşına böyüdür və onun bütün ehtiyaclarını tək başına qarşılayır. Lakin bu tək ana kimi onun üçün olduqca ağırdır. Hesab edir ki, cavabdeh də ata kimi öz övladının maddi ehtiyaclarının qarşılanmasında iştirak etməlidir. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin eidlməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış cavabdeh Rəhı̇ mov Taleh Qabı̇ l oğlu məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
7. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, tərəflər 16 sentyabr 2016-cı il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar, birgə nikahdan bir övladları olmuş, sonradan tərəflər arasında bağlanmış nikah 14 avqust 2019-cu il tarixli qətnamə əsasında pozulmuşdur. Hazırda iddiaçı birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün cavabdehdən aliment tələb edir.
b) Mülki işin materialları:
8. Mülki işin materiallarında olan Mənzil-Kommunal Təsərrüfat Birliyi 48 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 127 nömrəli Arayışdan görünür ki, İddiaçı Mərdanov Qardaşları küçəsi, 15 saylı evin 32 saylı mənzilində qeydiyyatdadır.
9. Mülki işin materiallarında olan Səadət Sarayı tərəfindən verilən AZ-İİ seriyalı, 135743 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X3 arasında 16.09.016-cı il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 823 nömrə ilə qeyd edilmişdir.
10. Mülki işin materiallarında olan 2 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilən AZ-İİİ seriyalı, 939316 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata adı qrafasında Cavabdeh, ana adı qrafasında X1 qeyd edilmişdir.
11. Mülki işin materiallarında olan 2(006)-3156/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnamədən çıxarışdan görünür ki, Cavabdeh və X2 arasında 16 sentyabr 2016-cı il tarixdə bağlanmış və Səadət Sarayı (Bakı Nikah Evi) tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 16 sentyabr 2016-cı il tarixdə 823 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur.
12. Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-00227 nömrəli İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə Arayışdan görünür ki, həmin tarixdə keçirilən ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, lakin iddiaçı iştirak edərək mediasiyaya dair xərci ödəmişdir (Mediator: R.Muxtarova).
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
13. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
15. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
16. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
17. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.
18. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
19. Belə olan halda məhkəmə uşağın mənafeyini, iddiaçının tələbini nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməlidir.
20. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
21. İddiaçı hazırki tələblə bağlı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etdiyindən məhkəmə həmçinin hesab edir ki, alimentin tutulması xx.xx.2024-cü il tarixdən başlanılmalıdır.
22. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
25. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.