Məhkəmə qərarları › İş №2(006)-2655/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2655/2025

19.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2655/2025 19.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, cavabdeh X3 iştirakları ilə, İddiaçı cavabdeh X6 qarşı “alimentin məbləğinin azaldılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh X6 qarşı “alimentin məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024 tarixli MŞB/4/2024-00104 nömrəli barışıq sazişi ilə təyin edilmiş alimentin məbləğinin azaldılması, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 2 uşağa görə qazancın üçdə bir hissəsi sabit pul məbləğində alimentin ondan tutularaq cavabdeh Şükürlü (Sultanova) Günay Telman qızına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh Şükürlü (Sultanova) Günay Telman qızı ilə xx.xx.2009-cu ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X8 anadan olmuşdur. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onunla cavabdeh Şükürlü (Sultanova) Günay Telman qızı arasında 20 iyun 2009-cu il tarixdə 444 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Eyni ilə xx.xx.2024-cü il tarixli MŞB/ 4/2024-00104 nömrəli barışıq sazişi ilə xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013cü il təvəllüdlü X8 boşanmadan sonra anaları Şükürlü (Sultanova) Günay Telman qızının yanında qalmasına və Şükürlü (Sultanova) Günay Telman qızı ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün hər ay hər bir uşaq üçün 500 manat, cəmi 1000 manat yetkinlik yaşına çatanadək alimentin ödənilməsi razılaşdırılıb. Qeyd edir ki, hal-hazırda qeyd olunan aliment miqdarının ödənilməsi onun üçün bir sıra çətinliklər yaradır, belə ki, birgə nikah dövründən müəyyən kredit borcları yaranmışdır və orta statistik ayliq kredit ödənişi 800 manat təşkil etməkdədir. Bundan əlavə anasının xəstəliyi üçün də Rusiyadan gətirilən dərmanlar alaraq anasının müalicəsinə qismən köməklik edir və kirayə ev xərcləri yaranır. Hazırda onun vəzifə maaşı 2000 manat təşkil edir. Digər gəlir yeri yoxdur. Onun ailə həyatı o qədər dəyişib ki, o, əvvəlki miqdarda təyin olunmuş alimenti ödəyəndə, özünün dolanışığını, nikah dövründən bəri yaranan kredit borclarının ödənişini və qismən anasının müalicəsini maddi olaraq çatdıra bilmir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin bildirmişdir ki, barışıq sazişinin şərtləri ilə razılaşarkən o, hazırda işlədiyi yerdə işləməklə həmin maaşı almışdır, hazırda bildirdiyi krediti də həmin vaxt ödəmiş və həmin vaxtdan əvvəldən də kirayə mənzildə yaşamışdır. Lakin, barışıq sazişi bağlayarkən ödənişlərin ona belə çətinlik yaradacağını bilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X9 iddia tələbinə etiraz etdi və bildirdi ki, iddia tələbinə qətiyyətlə etiraz edir. Hesab edir ki, aliment məbləği nəinki azaldılmalı, tam əksinə artırılmalıdır. Belə ki, xx.xx.2013-cü il təvəllüdlü X5 insulin dirənci var. Uşaq şəkər xəstəsidir və bu xəstəlik irsən ona keçmişdir. Onun müalicəsi ilə məşğul olur və uşağın müalicəsi üçün də pul vəsaiti lazımdır. Həmçinin, xx.xx.2010-cu il təvəllüdlü X7 da hazırda 10-cu sinifdə təhsil alır. Onun keyfiyyətli təhsil alması üçün repetitora pul ödəyir. Qeyd olunanların nəzərə alınaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materialları: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-2240/2024 nömrəli qətnaməsindən görünür ki, İddiaçı iddia tələbi təmin olunmuş və İddiaçı ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə Nəsimi rayon Qeydiyyat Şöbəsində bağlanmış və 444 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-2083/2025 nömrəli qətnaməsindən görünür ki, ərizəçi Şükürlü (Sultanova) Günay Telman qızının ərizəsi qismən təmin edilərək, ərizəçi Şükürlü (Sultanova) Günay Telman qızı ilə maraqlı şəxs İddiaçı arasında xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 04 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/4/2024-00104 nömrəli barışıq sazişinin aşağıdakı məzmunda təsdiq edilməsi qət edilmişdir: İddiaçı Cavabdeh ilə birgə nikahdan dünyaya gələn övladları 01 aprel 2010-cu il təvəllüdlü X7 və 30 noyabr 2013-cü il təvəllüdlü X1 üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla, növbəti ayın 10-dək hər ay hər bir uşaq üçün 500 (beş yüz) manat, cəmi 1000 (min) manat məbləğində aliment ödəməyi öhdəsinə götürür. İddiaçı mülkiyyətində olan **-ZD-*** dövlət qeydiyyat nişanlı “İnfiniti EX-35 minik” markalı avtomaşını (Nəqliyyat vasitəsinin qeydiyyat vəsiqəsi AD 769398, verilmə tarixi xx.xx.2020-ci il) Cavabdeh istifadəsinə verilməsini öhdəsinə götürür. Bakı şəhəri 4 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/4/2024-00104 saylı barışıq sazişindən görünür ki, 1-ci tərəf - İddiaçı saziş imzalandıqdan sonra 2-ci tərəf - Cavabdeh ilə Nəsimi rayon Qeydiyyat şöbəsində xx.xx.2009-cu ildə 444 saylı qeydi ilə bağlanan nikahın qarşılıqlı pozulmasına razıdır. 1-ci tərəf - İddiaçı 2-ci tərəf Cavabdeh ilə birgə nikahlarından dünyaya gələn övladları xx.xx.2010-cu İ təvəllüdlü X7 və xx.xx.2013cü il təvəllüdlü X8 2-ci Tərəf - Cavabdeh (ananın) yanında qalmasına razıdır. 1-ci tərəf - İddiaçı 2-ci tərəf Cavabdeh ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla növbəti ayın 10-dək hər ay hər bir uşaq üçün 500 manat, cəmi 1000 manat məbləğində aliment ödəməyi öz öhtəsinə götürür. 1-ci tərəf - Suİtanov İlkin Əziz oğlu mülkiyyətində olan **-ZD-*** dövlət qeydiyyat nişanlı “İnfiniti EX-35 Minik” markalı avtomaşını 2-ci tərəf Cavabdeh 10 gün ərzində istifadəsinə verməyi öz öhdəsinə götürür. Tərəflər bu mübahisəni məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və bir-birlərinə qarşı digər tələblərin olmadığını təsdiq edir. 1-ci tərəf - İddiaçı nikahın pozulması ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür. 2-ci tərəf - Cavabdeh saziş imzalandıqdan sonra 1-ci tərəf İddiaçı ilə Nəsimi rayon Qeydiyyat şöbəsində xx.xx.2009-cu ildə 444 saylı qeydi ilə bağlanan nikahın qarşılıqlı pozulmasına razıdır. 2-ci tərəf - Cavabdeh 1-ci tərəf İddiaçı ilə birgə nikahlarından dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X8 onun (ananın) yanında qalmasına razıdır. 2-ci tərəf - Cavabdeh 1-ci tərəf İddiaçı ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2010-cu il təvəilüdlü X7 və xx.xx.2013-cü il təvəilüdlü X1 üçün İddiaçı xx.xx.2024-cü il tarixdən hesablanmaqla növbəti ayın 10-dək hər ay nər bir uşaq üçün 500 manat, cəmi 1000 manat məbləğində aliment ödəməyi götürdüyü öhdəliklə razıdır. 2-ci tərəf Cavabdeh 1-ci tərəf - İddiaçı oğiunun mülkiyyətində olan **-ZD-*** dövlət qeydiyyat nişanlı “İnfiniti EX-35 Minik” markalı avtomaşınının 10 gün ərzində onun istifadəsinə verməyi ilə bağlı öz üzərinə götürdüyü öhdəliklə razıdır. Tərəflər bu mübahisəni məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və bir-birlərinə qarşı digər tələblərin olmadığını təsdiq edir. 2-ci tərəf - Cavabdeh 1-ci tərəf İddiaçı nikahın pozulması ilə bağlı aidiyyatı məhkəməyə müraciət etmək hüququnun öz üzərində saxlanması ilə razıdır. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 02 nömrəli arayışdan görünür ki, İddiaçı həmin MMC-də Biznesin İnkişafı üzrə Menecer vəzifəsində çalışır və İddiaçı aylıq vəzifə maaşı 2000 manat təşkil edir. Bakı 13 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞB/13/2025-00262 nömrəli arayışdan görünür ki, İddiaçı alimentin azaldılması, birgə nikah dövründə əldə olunmuş əmlakın və kredit borclarının ödənilməsi tələbi üzrə ilkin mediasiya sessiyasında cavabdeh tərəfin iştirak etməməsi səbəbindən mediasiya prosesinin davam etdirilməsi mümkün olmamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli resept blanklarının surətindən görünür ki, Sima Sultanovanın xəstəliyi ilə bağlı müvafiq dərmanlar qeyd edilmişdir. İddiaçı "xxxx" ASC-də olan kart hesabı üzrə xx.xx.2024-xx.xx.2025-ci il tarixlərini əhatə edən əməliyyatların çıxarışından müəyyən edilir ki, kredit müqaviləsi üzrə əsas kredit və faiz borcundan ödəmələr həyata keçirilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin : 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8 nömrəli qərarının 8.13-cü bəndində qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Göründüyü kimi, İddiaçı onunla cavabdeh arasında mediasiya prosesi çərçivəsində bağlanmış barışıq sazişi əsasında alimentin miqdarı müəyyən olunduqdan sonra onun maddi vəziyyətində dəyişiklik olduğunu, aliment ödəməyə imkanı çatmadığını bildirsə də, qeyd edilən halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının dəlilləri onun kredit borcunun olması, kirayə haqqı ödəməsi, anasının xəstəliyi ilə dərmanlara xərc çəkməsindən ibarət olmuşdur. Lakin, iddiaçının dəlilləri məhkəmə araşdırması zamanı işin faktiki halları ilə təkzib olunmuşdur. Belə ki, tərəfin məhkəmə iclasında verdiyi izahatında bildirməsinə görə qeyd edilən barışıq sazişi bağlanarkən o, hazırki iş yerində və eyni əmək haqqı müqabilində əmək fəaliyyəti ilə məşğul olmuşdur, barışıq sazişi imzalanarkən də eyni bank öhdəliklərinə görə kredit ödənişlərini həyata keçirmiş və həmin vaxt da kirayə mənzildə yaşamışdır. Yəni barışıq sazişi imzalandıqdan sonra tərəfin maddi və ya ailə vəziyyətində alimentin məbləğinin dəyişdirilməsinə əsas verən hal baş verməmişdir.Müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsini tənzimləyən maddi hüquq normasına əsasən alimentin müəyyən olunmuş miqdarı yalnız o halda dəyişdirilə bilər ki, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Eynilə də tərəflər arasında bağlanmış barışıq sazişi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə hazırda kifayət qədər əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddiaçının maddi vəziyyətində barışıq sazişi bağlandığı dövrdə mövcud olmuş vəziyyətdən daha fərqli dəyişiklik olmasına dair mötəbər sübutlar təqdim edilmədiyindən iddia tələbi təmin edilə bilməz. Həmçinin tərəflər arasında barışıq sazişi əsasında müəyyən edilmiş alimentin dəyişdirilməsi, yəni hazırki halda azaldılmasına cavabdehin razılığı yoxdur, digər tərəfdən isə alimentin məbləğinin azaldılması yetkinlik yaşına çatmayanların mənafeyi zidd hal kimi qiymətləndirilir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh X6 qarşı “alimentin məbləğinin azaldılması” tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X6 qarşı “alimentin məbləğinin azaldılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar