Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2656/2025 14.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "aliment tələbinə dair" iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "aliment tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər uşağa görə (400x 0.61=244) manat olmaqla hər ay 488 manat pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə evlənərək nikahlarını 1 Saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış xx.xx.2014-cü il tarixli, 1345 saylı X4 Akt qeydi ilə rəsmi olaraq qeydiyyata aldırmışlar. Birgə nikahlarından xx.xx.2014cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X7 adında iki oğlan övladları doğulmuşdur. O, Cavabdeh ilə əvvəllər mehriban yaşasa da, sonradan ailə münasibətləri pozulmuşdur. Cavabdeh ilə bir-birlərini başa düşə bilmirlər. Xasiyyətləri uyğun gəlmədiyindən artıq bir neçə vaxtdır ki, xx.xx.2021-ci ildən ayrı yaşayırlar. Hal hazırda Cavabdeh ilə faktiki olaraq ər-arvad kimi yaşayırlar. Nikah aralarında formal olaraq qalır. Onların Cavabdeh ilə barışıb ailəni yenidən bərba etmələri mümkün deyildir. Nikahın pozulması barədə iddia tələbi ilə o, xx.xx.2021-ci il tarixdə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Çünki onun müəyyən pis vərdişləri var və onun pis vərdişləri uşaqlarının da psixologiyasına mənfi təsir edirdi. Cavid ondan boşanmamağı müraciət edərək müalicə alacağına söz verdiyi üçün o boşanmaqdan imtina etmişdi. Lakin onun bu yalançı vədi heç 5 ay çəkmədi. Yenidən Cavid həminki pis vərdişlərini davam etdirdi və o həbs olundu. Ona görə də Cavabdeh ilə boşandılar. Bakı şəhər Nəsimi Rayon Məhkəməsində nikahın pozulması barədə iddia tələbinə baxılarkən Cavabdeh həbsdə olduğuna görə ondan aliment tələb etməmişdi. Lakinindi nə o aliment ala bilmir, nə də uşaqlarına sosial yardım düzəltdirə bilmir. Ailəsi ilə yaşadığı ev yanmışdır. Maddi durumu çox ağırdır. Ona görə də Cavabdeh uşaqlarının saxlanmaları üçün minimum əmək haqqına münasib olaraq hər uşaq üçün sabit pul məbləğində 246 manat aliment müəyyən edilməsini istəyir. Bu barədə cavabdehə Mediasiya təklifi də yollamışdır. Lakin təklifinə cavab verilmədiyi üçün mediasiya təşkilatına müraciət etdi. Bakı 18 saylı Mediasiya Təşkilatı tərəfindən 14 fevral 2024-cü il tarixdə MSB18-2024/00162 saylı X1 edilməmə barədə Arayış verilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra– MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: İş materiallarına əlavə edilmiş: - 1 saylı Bakı Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-T seriyalı 045086 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 xx.xx.2014-cü ildə nikaha daxil olmuşlar və bu barədə həmin tarixdə X4 akt qeydləri kitabında 1345 nömrə ilə qeyd edilmişdir. - Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-T seriyalı 211692 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2014-cü ildə Bakı şəhərində doğulmuşdur. X2 doğumu 2309 №-li aktı ilə qeydə alınmışdır. Onun atası Cavabdeh, anası İddiaçıdır. - 3 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-T seriyalı 208110 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2015-ci ildə Bakı şəhərində doğulmuşdur. X3 doğumu 6468 №-li aktı ilə qeydə alınmışdır. Onun atası Cavabdeh, anası İddiaçıdır. -Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-293/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014- cü il tarixdə bağlanmış və 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə X4 akt qeydləri kitabında 1345 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 anaları - İddiaçı yanında qalmaları qət edilmişdir. - Bakı 18 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB18-2024/00162 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 16:00-da keçirilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödənilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən 50 manat məbləğində dövlət rüsumu vəsaiti ödənilmişdir b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına görə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına görə 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarına görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün Bdən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir) (8.4-1-ci bənd). Cavabdehdən uşaqların saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, diqqətəlayiq olan digər halları da nəzərə almaqla məhkəmə hesab edir ki, müəyyən edilən aliment məbləği göstərilən halların məcmusu, eləcə də dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti baxımından ədalətli və ağlabatan olmaqla cavabdehdən hər ay uşağın saxlanılması üçün iddia ərizəsində göstərilən məbləğində aliment tutulmalıdır. Lakin Məhkəmə Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarını və Ailə Məcəlləsinin tələblərini nəzərə alaraq, alimentin minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, aliment hər ay hər uşağa görə minimum əmək haqqının 0,61 misli miqdarında təyin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəməyə təqdim edilmiş iddia ərizəsindən görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment ərizənin verildiyi yəni xx.xx.2025-ci il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmçinin, Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən tələbi təmin edilməli, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2025-ci il tarixdən hesablanmaqla Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2014-cüil təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2025-ci il tarixdən hesablanmaqla Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulma müddəti xx.xx.2025-ci il tarixdən hesablansın. İddia qalan hissədə rədd edilsin. Qətnamə aliment hissəsində dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-2656/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2656/2025
14.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver