Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2713/2021 30.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məmmədov İlkin Umud oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «uşaq üçün alimentin tutulması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «uşaq üçün alimentin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizənin verildiyi tarixdən Cavabdeh xx xxxxxx 2008-ci ildə anadan olmuş X2, xx xxxxxx 2010-cu ildə anadan olmuş X1 və xx xxxxxx 2015-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay bütün növ qazancının (gəlirlərinin) yarısı miqdarında alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh ilə xx xxxxx 2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurduğunu, birgə nikahlarından xx xxxxxx 2008-ci il tarixdə X9, xx xxxxxx 2010cu il tarixdə X8 və xx xxxxxx 2015-ci il tarixdə X4 doğulduğunu, hazırda uşaqların onun yanında yaşayaraq tam olaraq onun himayəsində olduğunu, Cavabdeh bir neçə ay öncə evdən getdiyini, ona və uşaqlarına heç bir maddi yardım göstərmədiyini, uşaqlarını özü təkbaşına saxladığını, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində zabit işlədiyini, aylıq əmək haqqının 1500 (min beş yüz) manat olduğunu, cavabdehlə aralarında aliment ödənməsi barədə saziş olmadığını və cavabdehin digər şəxslərə məhkəmə qərarına əsasən aliment və icra sənədlərinə əsasən digər ödənişlər etmədiyini qeyd edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək Dövlət Sərhəd Xidmətinin aparatında işlədiyini, 1550-1570 manat aralığında əməkhaqqı aldığını, hal-hazırda kirayədə yaşadığını, habelə iddiaçının iş yeri və gəlirinin olduğunu qeyd etdi və alimentin gəlirlərinin yarısı həcmində deyil, daha az miqdarda tutulmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Bakı Nikah Evi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, №05/Q-97/69 saylı nikah haqqında şəhadətnamənin dublikatından görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 977 №-ilə akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə «Salmanov», arvada isə «Kərimova» soyadı verilmişdir. ASAN1 tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZE seriyalı, 12230431 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. ASAN1 tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZE seriyalı, 12230418 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. ASAN1 tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE seriyalı, 18654699 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdə İmişli rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.1986-cı il tarixdə Qəbələ rayonunda anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 89 M2 M6 ünvanında qeydiyyatdadır. İddia ərizəsinin üzərində olan möhürdən görünür ki, ərizə xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1 və 76.1.3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında xx xxxx 2016-cı il Ali Məhkəmənin Plenum Qərarının 8.3-cü bəndinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Sadalanan normalara əsasən məhkəmə hesab edir ki, uşağı saxlamaq valideynin borcu olduğundan, cavabdeh valideyn olaraq faktiki olaraq uşağın saxlanılmasında iştirak etmədiyindən, iddiaçı nikah münasibətlərinin pozulmamış olmasına baxmayaraq cavabdehdən aliment tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək, tərəflərin izahatını və cavabdehin iddianı qismən qəbul etdiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx xxxxxx 2021-ci il tarixdən başlayaraq xx xxxxxx 2008-ci il təvəllüdlü X2, xx xxxxxx 2010-cu il təvəllüdlü X1 və xx xxxxxx 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay qazancının və başqa gəlirlərinin yarısı miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx xxxxxx 2021-ci il tarixdən başlayaraq xx xxxxxx 2008-ci il təvəllüdlü X2, xx xxxxxx 2010-cu il təvəllüdlü X1 və xx xxxxxx 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay qazancının və başqa gəlirlərinin yarısı miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-2713/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2713/2021
30.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver