Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2716/2025 09.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə münasibətlərindən doğulan övladları xx.xx.2012-ci il təvəllüdlü X1 saxlanması üçün Cavabdeh hər ay 2200 euro sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş ******* nömrəli pasportun surətinə görə İddiaçı Rusiya Federasiyasının, 19A196070 nömrəli pasportun surətinə görə Cavabdeh Henri Maurice Fransa Respublikasının, ******* nömrəli pasportun surətinə görə tərəflərin münasibətlərindən doğulmuş X2 isə Rusiya Federasiyasının vətəndaşıdır. İddia ərizəsinə nəzər yetirdikdə iddiaçının ünvanının ünvan 1əbə 13, cavabdehin ünvanının isə 91 7700 Mouscron Belçika olduğu müəyyən olunur. Məhkəmə qeyd edir ki, iddiaçının bildirdiyinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında baxılan iş üzrə zərərçəkmiş şəxs qismində tanınıb. Bu hal Dövlət Miqrasiya Xidməti tərəfindən nəzərə alındığı üçün 2019-cu il tarixdən etibarən müvəqqəti yaşamaq icazəsi olmadan Azərbaycan Respublikasında yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. - 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması qaydaları Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə tənzimlənir. Məcəllənin 21.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). Məcəllənin davamında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verildiyi (müddətinin uzadıldığı) hallar öz əksini tapmış, insan alverindən zərər çəkmiş şəxs hesab olunduqda; cinayət təqibi orqanlarına yardım göstərdikdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verildiyi (müddətin uzadıldığı), insan alverindən zərər çəkmiş hesab edilən və ya cinayət təqibi orqanlarına yardım göstərən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin cinayət təqibi orqanının vəsatəti əsasında verildiyi, bu halda Məcəllənin 46.1.4-cü, 46.1.6-cı, 46.1.9-cu, 46.1.10-cu və 46.1.11-ci maddələrində göstərilən sənədlərin təqdim edilməsinin tələb olunmadığı, həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyatının cinayət təqibi orqanının yerləşdiyi ünvan üzrə aparıldığı qeyd edilmişdir (maddə 45-46). Qeyd edilməlidir ki, işdən görünən odur ki, hazırki icraatın iştirakçıları əcnəbidir. İddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanındığı üçün ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazəsi olmadığı halda aidiyyəti qurum tərəfindən şəraitin yaradıldığına istinad etmiş, yaşayış yerini Nəsimi rayonu ərazisi olaraq qeyd etmişdir. Lakin hansı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanındığı, həmin iş üzrə icraatın başa çatıb-çatmadığı, ən əsası qurumun ona ölkə ərazisində müvəqqəti də olsa yaşaması üçün şərait yaratması barədə hər hansı sənəd təqdim etməmişdir. Bununla da, icraat iştirakçıları xarici şəxs (əcnəbi və yaxud vətəndaşlığı olmayan) olduğu halda məhkəmə həmin şəxslərin iştirakı ilə işə baxması üçün prosessual qanunvericiliklə müəyyən edilmiş əsas (icraat iştirakçılarından birinin ölkə ərazisində yaşaması üçün icazə sənədi) müəyyən etmədiyi üçün hazırki ərizənin geri qaytarılmalı olması qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1, 152.1.5-ci maddəsinin tələblərinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152.1, 152.1.3, 152.1.5, 152.2, 152.3, 152.4, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2716/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2716/2025
09.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver