Məhkəmə qərarları › İş №2(006)-2756/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2756/2021

16.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2756/2021 16.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» Qapalı Səhmdar Cəmiyyətinə qarşı «mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» Qapalı Səhmdar Cəmiyyətinə qarşı «mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 21.11.2014-cü il tarixli, 1(101)-1069/2014 saylı hökmünə əsasən X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib, ona 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimi cəzaçəkmə müəssisələrində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 07.08.2014-cü il tarixdən hesablanması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27.01.2015-ci il tarixli qərarına əsasən apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 03.11.2015-ci il tarixli, 1(102)-1463/2015 saylı qərarına əsasən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27.01.2015-ci il tarixli qərarından müdafiəçisi X11 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. İşin əsas halları ondan ibarətdir ki, məhkum olunmuş X10 12.07.2014-cü il tarixdə saat 14 radələrində Cavabdeh2 QSC-nə məxsus olan, yol vərəqəsinə əsasən idarə etdiyi «İsuzu NHR55E» markalı, **-JD-*** dövlət nömrə nişanlı avtomobili ilə Suraxanı rayonu, Zığ-Hövsan avtomobil yolu ilə Hövsan qəsəbəsiistiqamətində təxminən 60 km/saat sürətlə hərəkət eən «Yoll hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub, ötməyə başlamazdan əvvəl qarşıdan gələn bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boş olduğuna və iki nəqliyyat vasitəsinin nisbi sürətinin ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəyinə əmin olmalı halda bunu etməmiş, idarə etdiyi avtomobillə qarşısındakı avtomobili ötmək istəyi ilə əks zolağına çıxmış və özünün idarə etdiyi avtomobilin ön sol tərəfi ilə həmin hərəkət zolağında, Zığ qəsəbəsi istiqamətində hərəkətdə olan sürücü X4 təxminən 60 km/saat sürətlə idarə etdiyi «VAZ-21063» markalı, **-BV-*** dövlət nömrə nişanlı avtomobilin sol yan tərəfindən vurmuş, nəticədə onun ehtiyatsızlığından avtomobildə olan sürücü, zərər çəkmiş şəxs X12 qapalı kəllə beyin travması, baş beyin toxumasına qansızma, kəllə əsası sümüklərinə sınığı sol bud sümüyünün açıq və sol tərəfli qabırğaların qapalı sınıqları, sol arxa gicgah nahiyyəsinin, sol bazunun yuxarı 1/3-nin ön-bayır səthinin, sol əlin arxa səthinin və İİ barmağın, sol budun 1/3-nin bayır səthinin əzilmiş-cırılmış yaralı, sol yuxarı ətrafın, döş qəfəsinin sol yarısının ön səthin, qarının sol yan səthinin, sol baldırın yuxarı 1/3-in bayır səthinin və sol ayağın arxa səthinin sıyrıqları ilə müşayiət olunan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik, ölümünə birbaşa səbəb olan xəsarətlə, digər 2 sərnişin zərərçəkmiş şəxs X13 travmatik şok, qapalı kəllə beyin travması, sol almacıq, burun və alt çənə sümüklərinin çoxsaylı sınıqları, sol baldırın hər iki sümüklərinin açıq sınığı, üst çənə kəsici dişlərin travmatik düşməsi, üzün sol yarısını, sol sağrı, sol budun və sol baldırın əzilmiş-cırılmış yaraları ilə müşayiət olunan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik, ölümünə birbaşa səbəb olan xəsarətlərlə, zərərçəkmiş şəxs X8 qapalı kəllə beyin travması, baş beyin toxumalarına qansızma, kəllə əsası və burun sümüklərinin sınıqları hər iki göz altı nahiyyənin hemotoması, alt çəpənin, alın sol yarısının və üzün sol yarısının əzilmişcırılmış yaraları, boğazın ön səthinin və döş qəfəsinin yuxarı hissəsinin sıyrıqları ilə müşayiət olunan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik, ölümünə birbaşa səbəb olan xəsarətlərlə, hər 3 şəxs həmin gün hadisə yerində ölmüş, digər sərnişin zərərçəkmiş şəxs X9 baş-beyin silkələnməsi, sağ saiddə mil sümüyünün başının sınığı, hər iki göz yüvası ətrafı nahiyyənin hemotoması, alın nahiyyəsinin əzilmiş yarası kimi ümumilikdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər almış, bundan əlavə **- BV-*** dövlət nömrə nişanlı avtomobilin qəza nəticəsində əzilərək yararsız vəziyyətə düşməsindən sahibi, zərərçəkmiş şəxs X7 2536 manat **-JD-*** dövlət nömrə nişanlı avtomobilin qəza nəticəsində əzilərək yararsız vəziyyətə düşməsindən isə zərərçəkmiş Cavabdeh2 QSC-yə 6170 manat maddi ziyan dəymiş, bununla da P.Heydərovun yol hərəkəti qaydalarını pozması üç nəfərin ölümünə səbəb olmuşdur. Vəfat edən şəxslər hər ikisi iddiaçının doğma övladları olublar. Xəsarət alan Könül Əhmədova isə həyat yoldaşıdır. Təqsirləndirilən şəxs X3 təqsiri, yəni cinayət əməlini törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirildiyinə görə onun barəsində hökm çıxarılaraq o, məhkum edilmişdir. Hökmdən də görünür ki, məhkum olunmuş X10 hadisəni törədərkən Cavabdeh2 QSC-də sürücü işləmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, «İsuzu NHR55E» markalı, **-JD-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh2 LTD MMC-nin mülkiyyətində olmuşdur. Göründüyü kimi iddiaçının 2 övladının vəfatı və həyat yoldaşının uzun müddət yataq xəstəsi olmaqla sağlamlığına az-ağır zərərvurulması Cavabdeh2 QSC-nin əməkdaşının təqsiri ucbatından baş vermişdir. Yuxarıda qeyd olunan faktlar və təqsir qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 27.01.2015-ci il tarixli qərarı ilə təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Cavabdeh orqanın əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində iddiaçıya ata kimi mənəvi zərər dəymiş, 2 azyaşlı övladının birdən həyatını itirmiş, həyat yoldaşı da uzun müddət yataq xəstəsi olmuşdur. Övladlarının faciəvi şəkildə həlak olmasından sonra həm iddiaçının, həm də onun həyat yoldaşının psixi durumu pisləşdi, səhhətlərində müxtəlif problemləri yarandı. Bu günədək övladlarının itkisinin iztirabını çəkir. Bəlkə də zaman keçdikcə bu iztirab bir az yüngülləşərdi, lakin bu hadisə hər zaman xatırlandıqca hadisə yerinə gələncə övladlarının cansız bədənlərinin yerdə al qana boyanmış uzanıqlı vəziyyətdə gördüyü mənzərə hələ də gözünün önündə canlanır və hələ də həyat yoldaşının və iddiaçının keçirildikləri streslər, yaraların və ixtirabların hər gün təzələnməsinə səbəb olur. İşin hallarına əsasən cavabdeh təşkilatın işçisinin hüquqazidd hərəkəti nəticəsində onun fiziki mənəvi əzab çəkməyi şübhəsizdir. Mənəvi ziyanın ölçüsü şəxsi məsələ olduğundan ziyanın vurulma məbləğini bu iztirabı ancaq yaşayan şəxs təyin edə bilər. Cavabdehlərin Azərbaycan Respublikasında topdan olaraq ərzaq məhsullarının satışı ilə məşğul olması, sosial şəbəkələrdə olunan reklamları maddi durumlarının kifayət qədər yüksək olması və iddianın tam təmin edilməsinə imkan verir. Bu baxımdan iddiaçının uşaqlarının faiəvi şəkildə ölməsindən bu günədək davam edən stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s.bu kimi halları nəzərə alaraq iddiaçıya dəymiş 2.500.000 manat məbləğində mənəvi zərər cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. İddiaçının keçirdiyi mənəvi iztirablar müəyyən müddətlə məhdudlaşmır, müəyyən vaxtdan sonra aradan qalxan ya da unudulan hadisə deyildir. Bu hadisənin mənəvi ağrısını ömür boyu çəkməkləri istisna deyil. Göstərilənlərə əsasən Cavabdeh1 MMC və «Cavabdeh2 (xxxx)» QSC-dən müştərək qaydada 2.500.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 03.06.2021-ci il tarixli məktubundan görünür ki, 03.04.2018-ci il tarixli Cavabdeh2 QSC-nin ümumi yığıncağının qərarı ilə Cəmiyyətin adı dəyişdirilərək «xxxx» Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: **********) kimi adlanmış və qurumun qeydiyyat qovluğunda hüquqi varislik barədə məlumat aşkar edilməmişdir. İş üzrə cavabdehlərdən biri olan Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak edərək MMC-nin yarandığı gündən heç bir fəaliyyətinin olmaması, onların təmsil etdikləri şirkətin heç bir əmlakı olmamasını bildirmişdir. Ona görə də Cavabdeh1 MMC cavabdehlikdən çıxarılmalı, 2.500.000 manat mənəvi ziyana görə kompensasiya cavabdeh «xxxx» QSC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddiada və dəqiqləşdirmədə göstərilənləri təsdiq edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh «xxxx» QSC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh2 QSC (VÖEN: **********) tərəfindən verilmiş 01.07.2014-cü tarixdən 01.08.2014-cü il tarixədək etibarlı olmuş 0878 nömrəli Yük avtomobilləri üçün yol vərəqəsinin surətindən görünür ki, Cavabdeh2 QSC tərəfindən «İsuzu NHR55E» markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Pərviz Heydərova çıxma vaxtı saat 7.00, qayıtma vaxtı saat 20.00 vaxtları üçün yol vərəqəsi vermişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1069/2014 saylı, 21.11.2014-cü il tarixli hökmün notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, çəzaçəkmə müddətinin əvvəli 0708.2014-cü il tarixdən hesablanmışdır. Hökmdən müəyyən olunmuşdur ki, X10 12.07.2014-cü il tarixdə saat 14 radələrində Cavabdeh2 QSC-nə məxsus olan, yol vərəqəsinə əsasən idarə etdiyi «İsuzu NHR55E» markalı, **-JD-*** dövlət nömrə nişanlı avtomobili ilə Suraxanı rayonu, Zığ-Hövsan avtomobil yolu ilə Hövsan qəsəbəsi istiqamətində təxminən 60 km/saat sürətlə hərəkət edən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub, ötməyə başlamazdan əvvəl qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boş olduğuna və iki nəqliyyat vasitəsinin nisbi sürətinin ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəyinə əmin olmalı halda bunu etməmiş, idarə etdiyi avtomobillə qarşısındakı avtomobili ötmək istəyi ilə əks zolağına çıxmış və özünün idarə etdiyi avtomobilin ön sol tərəfi ilə həmin hərəkət zolağında, Zığ qəsəbəsi istiqamətində hərəkətdə olan sürücü X4 təxminən 60 km/saat sürətlə idarə etdiyi «VAZ-21063» markalı, **-BV-*** dövlət nömrə nişanlı avtomobilin sol yan tərəfindən vurmuş, nəticədə onun ehtiyatsızlığından avtomobildə olan sürücü, zərər çəkmiş şəxs X12 qapalı kəllə beyin travması, baş beyin toxumasına qansızma, kəllə əsası sümüklərinə sınığı sol bud sümüyünün açıq və sol tərəfli qabırğaların qapalı sınıqları, sol arxa gicgah nahiyyəsinin, sol bazunun yuxarı 1/3-nin ön-bayır səthinin, sol əlin arxa səthinin və İİ barmağın, sol budun 1/3-nin bayır səthinin əzilmiş-cırılmış yaralı, sol yuxarı ətrafın, döş qəfəsinin sol yarısının ön səthin, qarının sol yan səthinin, sol baldırın yuxarı 1/3-in bayır səthinin və sol ayağın arxa səthinin sıyrıqları ilə müşayiət olunan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik, ölümünə birbaşa səbəb olan xəsarətlə, digər 2 sərnişin zərərçəkmiş şəxs X13 travmatik şok, qapalı kəllə beyin travması, sol almacıq, burun və alt çənə sümüklərinin çoxsaylı sınıqları, sol baldırın hər iki sümüklərinin açıq sınığı, üst çənə kəsici dişlərin travmatik düşməsi, üzün sol yarısını, sol sağrı, sol budun və sol baldırın əzilmiş-cırılmış yaraları ilə müşayiət olunan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik, ölümünə birbaşa səbəb olan xəsarətlərlə, zərərçəkmiş şəxs X8 qapalı kəllə beyin travması, baş beyin toxumalarına qansızma, kəllə əsası və burun sümüklərinin sınıqları hər iki göz altı nahiyyənin hemotoması, alt çəpənin, alın sol yarısının və üzün sol yarısının əzilmiş-cırılmış yaraları, boğazın ön səthinin və döş qəfəsinin yuxarı hissəsinin sıyrıqları ilə müşayiət olunan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik, ölümünə birbaşa səbəb olan xəsarətlərlə, hər 3 şəxs həmin gün hadisə yerində ölmüş, digər sərnişin zərərçəkmiş şəxs X9 baş-beyin silkələnməsi, sağ saiddə mil sümüyünün başının sınığı, hər iki göz yüvası ətrafı nahiyyənin hemotoması, alın nahiyyəsinin əzilmiş yarası kimi ümumilikdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər almış, bundan əlavə **- BV-*** dövlət nömrə nişanlı avtomobilin qəza nəticəsində əzilərək yararsız vəziyyətə düşməsindən sahibi, zərərçəkmiş şəxs X7 2536 manat **-JD-*** dövlət nömrə nişanlı avtomobilin qəza nəticəsində əzilərək yararsız vəziyyətə düşməsindən isə zərərçəkmiş Cavabdeh2 QSC-yə 6170 manat maddi ziyan dəymiş, bununla da P.Heydərovun yol hərəkəti qaydalarını pozması üç nəfərin ölümünə səbəb olmuşdur. İş materiallarına olan Azərbaycan DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş 29.10.2020-ci il tarixli arayışından görünür ki, DİN-nin BDYPİ-nin Qeydiyyatimtahan İdarəsinin kompyuter uçot bazasına görə «İsuzu NHR55E» yük markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobil 20.08.2014-cü ildən Cavabdeh2 QSC-nin mülkiyyətində olmuş, 03.10.2017-ci il tarixdən «xxxx» MMC-nin mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 03.06.2021-ci il tarixli məktubun kserosurətindən görünür ki, 03.04.2018-ci il tarixli Cavabdeh2 QSC-nin ümumi yığıncağının qərarı ilə Cəmiyyətin adı dəyişdirilərək «xxxx» QSC (VÖEN **********) kimi adlanmış və qurumun qeydiyyat qovluğunda hüquqi varislik barədə məlumat aşkar edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, 12.07.2014-cü il tarixdə Cavabdeh2 (hazırki «xxxx») QSC-yə məxsus və yol vərəqsinə əsasən X3 idarə etdiyi «İsuzu NHR55E» markalı **-JD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla X4 idarə etdiyi etdiyi «VAZ-21063» markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq yolnəqliyyat hadisəsi törətmiş və nəticədə X12 və 2 sərnişin iddiaçının uşaqları İddiaçı Elman oğlu və X8 hadisə yerində ölmüşlər, digər sərnişin iddiaçının həyat yoldaşı X1 uzun müddət pozulmasına səbəb olan xəsarətlər almışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X10 Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, 3 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasında məhkum edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, baş vermiş hadisə nəticəsində iddiaçıya valideyn kimi mənəvi zərər dəymiş, 2 uşaqların həyatını itirmiş, həyat yoldaşının uzun müddət yataq xəstəsi olmuşdur. Uşaqların faciəvi şəkildə həlak olmasından onun və həyat yoldaşının psixi durumu pisləşmişdir. İddiaçı bu günədək övladlarının itkisinin ağır iztirabını çəkir. Bu səbəbdən iddiaçı cavabdeh «xxxx» QSC-dən 2.500.000 manat məbləğində mənəvi zərərinn əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki Məcəllənin 1099-cu maddəsinin 1-ci bəndinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Məcəllənin 1096-cı maddəsinin mənasına görə, hazırki cavabdehlər iddiaçı qarşısında yalnız təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməlin (hərəkət və ya hərəkətsizliyin) mövcud olduğu təqdirdə məsuliyyət daşıyırlar. İş üzrə toplanmış sübutlar cavabdeh X5 təsqirli əməlinin və bu əməllə iddiaçıya dəymiş zərər arasında səbəbli əlaqənin mövcudluğuna dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, yol nəqliyyat hadisəsi nəticəsində 2 uşaqların faciəvi şəkildə həlak olması iddiaçıda mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur. Belə ki, Ali Məhkəmənin Plenumu qeyd olunan Qərarda göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, uşaqların faciəvi şəkildə həlak olması nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Məhkəmə hesab edir ki, vurulmuş mənəvi zərərin 20.000 manat məbləğində pul vəsaiti ilə kompensasiya edilməsi ədalətli və ağlabatandır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “xxxx» QSC-dən mənəvi zərərə görə 20.000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “xxxx» QSC-dən mənəvi zərərə görə 20.000 (iyirmi min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar