Məhkəmə qərarları › İş №2(006)-2759/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2759/2021

25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2759/2021 25.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri NƏsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi ilə, iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “sığorta ödənişinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək 2429 manat sığorta ödənişi məbləğinin və 500 manat işlərin görülməsi xərcinin, 30 manat məbləğində dövlət rüsumu, cəmi 2959 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin 20 may 2021ci ildə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianı tam həcmdə müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ASC ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi arasında 27 fevral 2016-cı il tarixdə PAA********** saylı səğorta müqaviləsi bağlanmış və “Daewoo Nexia” markalı ** AE *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 15 aprel 2016-cı il tarixdə “Daewoo Nexia” markalı ** AE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Azərbaycan prospektində yol-nəqliyyat hadisəsi törətmiş və “Toyota Camry” markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün “xxxx” 2429 manat məbləğində səğorta ödənişi həyata keçirmişdir. Bakı şəhər BPİ DYPİ-nin “xxxx” ASC-yə təqdim etdiyi 25 aprel 2016-cı il tarixli 046-9484-1116 saylı arayışa əsasən cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan arayışda cavabdehin yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Daewoo Nexia” markalı ** AE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Mhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan, 18 aprel 2016-cı il tarixli zərər aktından müəyyən edilir ki, X1 məxsus «Toyota Camry» minik markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün dəymiş zərər cəmi 2429 manat təşkil etmişdir. İş materiallarında olan, 03 may 2016-cı il tarixli «sığorta aktından» aydın olur ki, 15 aprel 2016-cı il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X1 məxsus «Toyota Camry» minik markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı sığortalı avtomobilə dəymiş zərərin məbləği 2429 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci və 217.4-cü maddələrinin tələblərini əsas götürərək məhkəmə öz qətnaməsini tərəflərin təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş aşağıdakı sübutlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Həmin Məcəllənin 1097.1 maddəsinə uyğun olaraq «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». MM-nın 1108.1-ci maddəsinə əsasən “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Bundan başqa, MM-nın 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1114-cü maddəsinə görə «başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır». Həmçinin MM-nin 925-ci maddəsinə görə «sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir». Həmin Məcəllənin 936-cı maddəsinə əsasən, «subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir». Beləliklə, istinad olunan sübutlarla təsdiq olunur ki, Cavabdeh ətrafdakılar üçün yüksək təhlükə mənbəyi olan “Daewoo Nexia” markalı ** AE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “xxxx” ASC tərəfindən sığortalanmış, X1 məxsus «Toyota Camry» minik markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş, həmin zərər 2429 manat məbləğində pul X1 iddiaçı sığorta şirkəti tərəfindən ödənilmişdir. Bu səbəbdən də istinad olunan hüquq normalarına əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya, yəni hazırki halda iddiaçıya subroqasiya hüququ əsasında onun verdiyi sığorta ödənişi məbləğində keçmişdir. İş materiallarından göründüyü kimi, avtomobilə dəymiş zərərin həcmi 2429 manat məbləğində müəyyən edilmişdir. «xxxx” ASC sığortalı X1 mövcüd sığorta şəhadətnaməsinin şərtlərinə uyğun olaraq cəmi 2429 manat sığorta ödənişi ödəmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş zərərin əvəzi 2429 manat məbləğində pul və 500 manat məbləğində işlərin görülməsi üçün xərc cavabdeh tərəfindən ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2429 manat sığorta ödənişi məbləği, 500 manat işlərin görülməsi xərci, 30 manat dövlət rüsumu, cəmi 2959 (iki min doqquz yüz əlli doqquz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı «xxxx» ASC -yə verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar