Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2786/2021 26.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə 6.600 manat pul vəsaiti tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, o, 22.10.2014-cü ilin yanvar ayında Ağdam rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə çağrılmışdır. Hərbi xidmətə başlamamışdan əvvəl heç bir xəstəliyinin olmaması səbəbindən hərbi həkim komissiyasından yararlı sayılmışdır. Əlavə olaraq yararlı olub-olmamağının müəyyənləşdirilməsi üçün Ağdam rayonu SHXÇDX tərəfindən müayinə olunmağı üçün Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına göndərilmiş və həmin xəstəxanada səlahiyyətli komissiya tərəfindən aparılmış müayinənin nəticəsində müəyyən edilmişdir ki, hərbi xidmətə yararlıdır. Bundan sonra Ağdam rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə göndərilmişdir. Müddətdən artıq hərbi xidmətdə olan zaman müddətin bitməsindən əvvəl Hərbi Hissə komandanlığı tərəfindən xidmətdən çıxarılmışdır. Səbəb isə göstərilmişdir ki, onda “sol ağ ciyərin yuxarı payının ocaqlı vərəmi” xəstəliyi aşkar olunmuşdur. Bu barədə Hərbi Həkim Komissiyasının 22 oktyabr 2014-cü il tarixli, 466 saylı “xəstəlik haqqında şəhadətnamə” də verilmişdir. Onu qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi o, hərbi xidmətə gedən zaman heç bir xəstəliyi olmamışdır. Bundan sonra, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Tibb Baş İdarəsinə göndərdiyi ərizəyə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası 22.02.2018-ci il tarixdə 1198 saylı məktubla cavab vermişdir ki, “22.10.2014-cü ildə N saylı hərbi hissənin hospital hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmisiniz. Onda təyin edilmiş xəstəlik Sol ağ ciyərin yuxarı payının ocaqlı vərəmi, sorulma və bərkimə mərhələsində, KB (-) mənfi” xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “ÜMUMİ XƏSTƏLİKDİR” kimi təyin edilmişdir. Bu rəyin verilməsinə səbəb, onda bu xəstəliyin hərbi xidmətə çağırılmazdan əvvəl olması ilə bağlıdır. Verilən rəy düzgün verilmişdir və dəyişdirilməsi üçün əsas yoxdur. Hərbi Xidmətə yararlılıq kateqoriyasına əsasən “Xəstəliklər cədvəlinin” 2 “b” maddəsinin İİİ qrafasına və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş hərbi-həkim ekspertizası haqqında Əsasnaməyə əsasən, “SÜLH DÖVRÜNDƏ HƏRBİ XİDMƏTƏ YARARSİZ, MÜHARİBƏ DÖVRÜNDƏ MƏHDUD YARARLİDİR” sayılmışdır. Hansı ki, yuxarıda da qeyd etdiyi kimi o, hərbi xidmətə gedən zaman həkim tərəfindən yoxlanılmış və hər hansı bir xəstəlik aşkar olunmamışdır. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarının dəyişdirilməsinə dair Müdafiə Nazirliyinə və digər aidiyyatı qurumlara yazdığı ərizəyə isə həmin qurumdan 09.10.2020-ci il tarixli 4/2765 saylı, 23.10.2020-ci il tarixli, 4/2924 saylı və 4/2949 saylı məktublara cavab verilmişdir ki, “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 6.3-cü maddəsinə müvafiq olaraq, ehtiyyatda olan və ya çıxarılmış qərarla razılaşmayan vətəndaşlar həmin Əsasnamənin 6.1-ci maddəsinə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq (qeydiyyatda olduqları) rayon şöbə və ya bölmələrinə müraciət etməklə bu hüquqları təmin edilə bilər. Sosial müavinətlərin, kompensasiyaların və əlillik dərəcəsinin təyin edilməsi və ödənişlərin həyata keçirilməsi Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid deyil. Azərbaycan Respublikasının qanunvericiliyinə görə sosial müavinətlərin, kompensasiyaların və təqaüdlərin təyin edilməsi, ödənilməsi, yenidən hesablanması və ya növünün dəyişdirilməsi şəxsin ərizəsi əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon və ya şəhər şöbələri tərəfindən həyata keçirilir”. Daha sonra, hazırki iş üzrə cavabdeh olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə onun səhhəti ilə əlaqədar hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə ona sığorta ödənişinin verilməməsi barədə yazdığı ərizəyə, Sığorta Şirkətdən 28.09.2020-ci il tarixli, 11/H-395 saylı məktubla cavab verilmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanununa dəyişikliklər edilməsi barədə 03 dekabr 2003-cü il tarixli Qanununun 5-ci maddəsinin “d” bəndinə əsasən sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kantuziya) aldıqda sığorta ödənişi verilir. Bu səbəbdən də ona Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri-mümkündür. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət etdi. Sonda İddiaçı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 897.1-ci maddəsinə görə icbari sığortanın həyata keçirilməsi qanunvericiliklə tələb olunur. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinin tələbinə görə icbari sığortanın növləri, aparılması qaydaları və şərtləri sığorta qanunvericiliyi ilə müəyyən edilir. Hərbi qulluqçuların icbari sığorta qaydaları “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Hərbi qulluqçuların icbari sığorta şərtlərini müəyyən edən və tənzimləyən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə - 100%; sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kantuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə - 100%; sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) - 100%; ç) hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kantuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kantuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın müəyyən edildikdə:⁹ İ dərəcə əlilliyə görə - 80% ; İİ dərəcə əlilliyə görə - 60%; İİİ dərəcə əlilliyə görə - 40%; sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: -ağır xəsarət (yaralanma, travma, kantuziya) aldıqda – 25%; -yüngül xəsarət (yaralanma, travma, kantuziya) aldıqda - 5%; Beləliklə, İddiaçı sığorta məbləğinin verilməsi mümkün deyildir. Sonda cavabdehin nümayəndəsi X4 iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən 28 sentyabr 2020-ci il tarixdə iddiaçıya verilmiş cavabda qeyd olunur: “Sizin oğlunuz X1 ilə əlaqədar hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə Ona sığorta ödənişinin verilməməsi barədə Azərbaycan Respublikasının Prezidentinə ünvanladığınız şikayət ərizəniz aidiyyatı üzrə Dövlət Sığorta Şirkətinə daxil olmuşdur. Ərizənizə cavab olaraq bildiririk ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanununa dəyişikliklər edilməsi barədə 03 dekabr 2003-cü il tarixli Qanununun 5-ci maddəsinin “d” bəndinə əssasən sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kantuziya) aldıqda sığorta ödənişi verilir. Ərizənizdən məlum olduğu kimi, İddiaçı xəstəlik ilə əlaqədar hərbi xidmətdən tərxis olunmuşdur ki, bu da “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununa əsasən sığorta hadisəsi sayılmır. Buna görə də Ona Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri-mümkündür”. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 22 fevral 2018-ci il tarixli 1198 saylı arayışında qeyd edilir: “Siz, İddiaçı 22.10.2014cü ildə N saylı hərbi hissənin hospital hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmisiniz. Sizdə təyin edilmiş xəstəlik Sol ağ ciyərin yuxarı payının ocaqlı vərəmi, sorulma və bərkimə mərhələsində, KB (-) mənfi” xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “ÜMUMİ XƏSTƏLİKDİR” kimi təyin edilmişdir. Bu rəyin verilməsinə səbəb, Sizdə bu xəstəliyin hərbi xidmətə çağırılmazdan əvvəl olması ilə bağlıdır. Verilən rəy düzgün verilmişdir və dəyişdirilməsi üçün əsas yoxdur. Hərbi Xidmətə yararlılıq kateqoriyasına əsasən “Xəstəliklər cədvəlinin” 2 “b” maddəsinin İİİ qrafasına və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş hərbi-həkim ekspertizası haqqında Əsasnaməyə əsasən, “SÜLH DÖVRÜNDƏ HƏRBİ XİDMƏTƏ YARARSİZ, MÜHARİBƏ DÖVRÜNDƏ MƏHDUD YARARLİDİR” sayılmısınız”. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı aldığı travmalar hərbi vəzifəsinin yerinə yetirilməsi zamanı baş verdiyini məhkəmə iclasında təsdiq edə bilməmişdir Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2786/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2786/2021
26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver