Məhkəmə qərarları › İş №2(006)-2806/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2806/2021

06.05.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2806/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, Cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh ASC (Ləğv prosesindədir) və X2 prosessual hüquqi varisi X3 qarşı «zaminlik müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və Məhrrəmova Hicran Tofiq qızı cavabdehlər Cavabdeh ASC (Ləğv prosesindədir) və X2 prosessual hüquqi varisi X3 qarşı «zaminlik müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC məhkəməyə ərizə göndərərək, iddiaçılar tərəfindən mülki-prosessual qanunvericiliyin tələbinə əsasən pretenziya qaydasına riayət edilmədiyindən iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin nümayəndəsi X4 izahat verərək, vəsatətin təmin olunmasını və ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçılara məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, İddiaçı1 məhkəməyə teleqram göndərmiş və işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsinə dair qətanmə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.1-cı maddəsinin tələblərinə görə məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə; 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 260.6-cı maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən qanunla müəyyən edilmiş və müqavilə ilə nəzərdə tutulmuş qaydada pretenziya qaydasına əməl edilmədiyindən və bu qaydanı tətbiq etmək imkanı itirilmədiyindən cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC tərəfindən verilmiş vəsatət təmin olunmalı və iddiaçılar İddiaçı1, İddiaçı2 və Məhrrəmova Hicran Tofiq qızının cavabdehlər Cavabdeh ASC (Ləğv prosesindədir) və X2 prosessual hüquqi varisi X3 qarşı «zaminlik müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. 1, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh ASC (Ləğv prosesindədir) və X2 prosessual hüquqi varisi X3 qarşı «zaminlik müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar