Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-282/2020 27.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı, üçüncü şəxs X4 nümayəndəsi və vəkili İlyasova Gülarə Qəzənfər qızının iştirakları ilə, İddiaçı cavabdehlər Nəsimi rayon İcra və probasiya şöbəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və qeyrilərinə qarşı (X7 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “qərarın, təklifin, digər sənədlərin və yeni çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz və əsassız olaraq Cavabdeh1 tərəfindən ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 92a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədə yerləşən qeyri-yaşayış sahəsi olan 6 saylı qarajını onun xəbəri olmadan saxta sənədlərdən istifadə edərək, qanunsuz olaraq X4 adına keçirməklə rəsmiləşdirilməsi barədə verilən xx xxxxxx 2013-cü il tarixli, 17/70 182/3 saylı təklifin və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(102)-1480/2011 saylı icra vərəqəsinin icrası çərçivəsində guya borc tələbi əvəzinə verilməsi barədə Cavabdeh1 icra məmuru X11 tərəfindən qanunsuz qəbul olunmuş xx.xx.2013-cü il tarixli qərarın və ondan irəli gələn hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilərək ləğv edilməsini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Bakı Ərazi İdarəsinə göndərilən sənədlərin və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* №-li Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi və icra məmurunun hərəkətərinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər Nəsimi rayon İcra və probasiya şöbəsinin keçmiş rəisi Nazim Nərimanov, həmin şöbənin keçmiş icra məmuru Səbuhi Məmmədov və qeyriləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin əməkdaşları ilə əlbirlik edərək öz maddi maraqlarını güdərək, səlahiyyətlərini aşaraq vəzifəli şəxs kimi tamah niyyəti ilə hüquq verən rəsmi sənədləri dəyişərək, saxta sənədlər düzəldərək, məqsədli şəkildə özləri saxta qərardadlar təşkil edərək, “xxxx” MMC-nin adından saxta qiymətləndirmə aktı hazırlayaraq, həmin aktdan əmlakını dəyərindən məqsədli şəkildə aşağı qiymət qoyaraq, həmin saxta sənədlərdən istifadə edərək, dələduzluq yolu ilə ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92 “a” nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsinin 6 saylı qarajı olan əmlakını X4 adına keçirmişlər. İddiaçı kimi ona maddi və mənəvi ziyan vuraraq, qeyri-yaşayış sahəsi olan əmlakını ələ keçirmişlər. Belə ki, cavabdehlər ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92 “a” nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsinin 6 saylı qarajını ələ keçirmək üçün qabaqcadan əlbir olaraq cinayət planı hazırlayırlar. İlk öncə “xxxx” MMC-nin adından saxta və yalançı bir Əmlakın qiymətləndirilməsini guya 23400 manat kimi göstərmiş, sonra yalançı əsası olmayan hesabatdan hüquqverici sənədlərdə bütün məktublarında, təklifdə və Cavabdeh1 keçmiş icra məmuru Səbuhi Məmmədov tərəfindən qanunsuz və əsassız qəbul etdiyi xx xxx 2013-cü il tarixli qərarında “xxxx” MMC-nin yazdığına baxmayaraq, həmin MMC-nin qiymətləndirmə hesabatını əldə edə bilməmişlər, onun yerinə işə aidiyyəti olmayan “xxxx-N” MMC-nin adından saxta 12-194 saylı, xx xxxxx 2012-ci il tarixli X1 haqqında Hesabatını hazırlayaraq, həmin saxta hesabatdan bir yerdə istifadə edərək, həmin sənədi və ona əlavə edilmiş 12 vərəqdən ibarət qoşmanı xx xxx 2013-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə göndərmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2000 (iki min) manat olan xx.xx.2011-ci il tarixli 2(102)-1480/2011 saylı icra vərəqəsini dəyişərək, bilə-bilə yalan məlumatlar daxil etməklə 28020 manat, 27020 manat, 25020 manat və s. pullar yazmaqla vəzifə saxtakarlıqları etmişlər. Cavabdeh1 keçmiş icra məmuru Səbuhi Məmmədovun (Qiymətləndiricinin dəvət edilməsi barədə) qəbul etdiyi xx.xx.2012-ci il tarixli qərarla Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(102)-1480/2011 saylı icra vərəqəsinə əsasən icra məmurunun tələb etdiyi pulu Cavabdeh1 hesablaşma hesabına 2012-ci ilin oktyabr ayında tam ödəmişdir. Eyni zamanda icra məmuruna pulun ödənilməsi barədə xxxxdan aldığı məktubu və qəbzləri təqdim etmişdir. Cavabdehlərin əsassız və qanunsuz olaraq saxta sənədlərlə qəbul etdiyi xx xxx 2013-cü il tarixli qərarı ilə əmlakını X4 adına keçirəndə icra məmurunun icra vərəqəsinə əsasən tələb etdiyi pulu o, artıq 2012-ci ilin oktyabr ayında tam ödəmişdir. Qeyd edir ki, Cavabdeh1 “xxxx” MMC-nin adına göndərdiyi xx.xx.2012-ci il tarixli, xx/xx- 1016 saylı və xx.xx.2012-ci il tarixli, xx/xx-2615/3 saylı məktublarında və ona əlavə edilmiş S.Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2012-ci il tarixli qərara əsasən tələb etdiyi Ali Məhkəmənin xx xxx 2011-ci il tarixli 2(102)-1480/2011 saylı icra vərəqəsinə əsasən 2000 (iki min) manat pul olmuşdur. Həmin pulu 2012-ci il tarixində tam ödəmişdir. “xxxx” MMC VÖEN ********* Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən çıxarışı və Hüquqi şəxsin fəaliyyətinin dayandırılması barədə bildirişi və sənədləri 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi M.Bayramovun qərardadı və sorğusu ilə almışdır. Həmin məktubda bildirilir ki, “xxxx” MMC (VÖEN 170079711) xx.xx.2012-ci il tarixli müraciətinə əsasən uçot məlumatlarında MMC-nin fəaliyyəti və digər vergi tutulan əməliyyatları xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək dayandırılmışdır. “xxxx” MMC-nin xx xxxxx 2012-ci il tarixli 168 saylı dayandırma ilə bağlı məktubu Cavabdeh1nə göndərilmişdir. Səbail rayon məhkəməsinə “xxxx” MMC-nə qarşı “X1 haqqında Hesabatın və ondan irəli gələn hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclası zamanı sübut olunmuşdur ki, “xxxx” MMC-nin 12-194 saylı, xx xxxxx 2012-ci il tarixli “X1 haqqında Hesabatı özü tərəfindən ləğv edilmişdir. Bununla bağlı Səbail rayon məhkəməsinin xx xxxxx 2016-cı il tarixli 2(009)-1019/2016 saylı qərardadı qanuni qüvvəyə minmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Müseyib Bayramov Cavabdeh1 tərəfindən “xxxx” MMC-yə sifariş məktubunun olub-olmaması barədə sorğu vermişdir. Həmin sorğunun cavabından müəyyən olunmuşdur ki, Cavabdeh1 tərəfindən “xxxx” MMC-yə sifariş məktubu verilməmişdir, ümumiyyətlə bu günə kimi onlar tərəfindən heç bir müraciət edilməmişdir. “xxxx” MMC-nin 12-194 saylı, xx xxxxx 2012-ci il tarixli “X1 haqqında Hesabatın özü saxtadır. Hələ həmin vaxt Nəsimi rayon məhkəməsinin xx xxxxx 2012-ci il tarixli 2(006)-1875/2012 saylı qərardadı ilə ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92 “a” nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsi ilə əlaqədar icra hərəkətləri dayandırılmışdır, həmin iş isə ləğv edilmişdir. “xxxx” MMC-nin rəhbərliyi dayandırma barədə dərhal Cavabdeh1nə 168 saylı xx xxxxx 2012-ci il tarixdə məktub göndərmişdir. Həmin məktubu qəbul edən Cavabdeh1 keçmiş rəisi Nazim Nərimanov özü dərkənar qoyaraq, icra məmuru Səbuhi Məmmədova vermişdir. Artıq Cavabdeh1ndə məlum olmuşdur ki, qiymətləndirmə işi olmamışdır. Cavabdeh1 keçmiş icra məmuru Səbuhi Məmmədovun qanunsuz və əsassız qəbul etdiyi xx xxx 2013-cü il tarixli qərarının 5-ci abzasında yazmışdır ki, ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92 “a” nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsinin guya “xxxx” MMC tərəfindən 23400 manat qiymətlənirilmişdir kimi göstərilmişdir. Halbuki, onun əmlakının bazar qiymətinin dəyəri hələ həmin vaxtı ən azı 60000 manat olmuşdur. 2012-2013-cü il tarixində 1 ABŞ dolları 0,78 qəpik olmuşdur. Əgər Dövlət tərəfindən qiymət qoyulsa idi, həmin qeyri-yaşayış sahəsinin hər kv.m dəyəri ən azı 1500 manat, 1-ci mərtəbə və şəhərin mərkəzində olduğu üçün bazar qiyməti ən azı hər kv.m üçün 5000 manat olardı. Həmin dövrdə “xxxx” MMC-nin vergi ödəyicisi kimi fəaliyyətləri və əməliyyatları xx.xx.2012-ci ildən xx.xx.2017-ci il tarixədək dayandırılmışdır. Buradan da görünür ki, qiymətləndiricinin xidmətindən istifadə olunmamışdır, onunla bağlı heç bir pul vəsaiti ödənilməmişdir. Onunla qiymətləndirmə barədə müqavilə bağlanmamışdır. Göründüyü kimi dəlillər və sübutlar onu göstərir ki, qiymətləndirmə aktı olmamışdır. Sonradan bununla bağlı Səbail rayon məhkəməsində işə baxılmış və xx xxxxx 2016-cı il tarixli qərardadı vardır. Onun əmlakının üzərindən kredit götürmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər X15-1 arayışı almışdır, əmlakın üzərində məhkəmə qərardadı ilə həbs olmuşdur. Bu forma-1 arayışın verilməsi üçün ərizə verməmişdir. Onun razılıq ərizəsi yoxdur. Onun xəbəri olmadan, Cavabdeh1 tərəfindən 17/70 № 1016/3 saylı, xx.xx.2012-ci il tarixli sifariş məktubu “xxxx” MMC-yə göndərilmişdir. Əsas Cavabdeh1 rəis əvəzi N.Mürsəlov xx.xx.2012-ci il tarixli 17/70 1016/3 saylı məktubu, ona əlavə edilmiş 3 vərəqdən ibarət qoşma olmuşdur. İcra məmuru Səbuhi Məmmədov tərəfindən çıxarılmış xx.xx.2012-ci il tarixli qərar olmuşdur. Ali Məhkəmənin xx.xx.2011-ci il tarixli icra vərəqəsinə əsasən 2000 manat pul tələb olunmuşdur. Həmin pulu icra şöbəsinin hesabına 2012-ci il tarixdə ödəmişdir. Belə ki, Cavabdeh1 icra məmuru tərəfindən xx.xx.2012-ci il tarixli Qərarının dayandırılması ilə bağlı və icra məmurunun qanunsuz hərəkətləri ilə bağlı Nəsimi rayon Məhkəməsinə müraciət etmiş və ərizəsi təmin edilmişdir. Nəsimi rayon Məhkəməsi 2(006)- 1875/2012 saylı, xx.xx.2012-ci il tarixli Qərardadı icra etmək üçün Cavabdeh1nə göndərmişdir. Cavabdeh1 rəis əvəzi İlham Həsənov tərəfindən “xxxx” MMC-yə xx/xx-2615/3 saylı, 13.04. 2012-ci il tarixli məktubu və ona əlavə edilmiş Nəsimi rayon məhkəməsinin 2(006)-1875/2012 saylı, xx.xx.2012-ci il tarixli qərardadını göndərərək, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92 “a” nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsini (6 saylı qaraj) qiymətləndirilməsini və hərracın dərhal dayandırıb, nəticəsi barədə Cavabdeh1nə məlumat verilməsini xahiş etmişdir. Həmin məktubda tələb olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2011-ci il tarixli icra vərəqəsinə əsasən 2000 manat alınaraq X6 ödənilməsi tələb edilmişdir. Həmin pulu manatla Cavabdeh1 h/h-a tam şəkildə ödəmişdir. xxxxın 2 saylı Nəsimi rayon filialının 1285 saylı, xx xxxxxxx 2012-ci il tarixli və xx xxx 2013-cü il tarixli məktubları və qəbzləri məhkəmə işinə əlavə edilmişdir. X7 iddia ərizəsi ilə, Cavabdeh1 keçmiş icra məmuru Səbuhi Məmmədov təqdimatla müraciət etmişlər ki, onun adına olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92 “a” nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsini (6 saylı qaraj) məhkəmə yolu ilə X4 adına rəsmiləşdirsinlər. Nəsimi rayon Məhkəməsinin hakimi Şahin Abdullayev ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92 “a” nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsini (6 saylı qaraj) Nadejda Allahverdiyevanın adına keçirilməsi barədə qərar qəbul etməmiş, ərizəni qərardadla qəbul etməmişdir. Sonradan Cavabdeh1 İcra Məmuru qeyri-yaşayış sahəsi olan qarajını ələ keçirmək üçün saxta məhkəmə qərarı qəbul edərək Cavabdeh1 17/70-809/3 saylı xx.xx.2013-cü il tarixli məktubu ilə Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə göndərilmişdir. Eyni zamanda Nəsimi rayon məhkəməsinin İcra Şöbəsinin keçmiş rəisi Nazim Nərimanov və Şöbənin keçmiş icra məmuru Səbuhi Məmmədov qanunsuz olaraq vəzifəli şəxs kimi səlahiyyətlərini aşaraq Nəsimi rayon məhkəməsinin xx xxxxx 2013-cü il tarixli DO-3315 saylı qərardadına məhəl qoymadan Nəsimi rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 8(006)-2034/2013 saylı qayıtmış qərardadından istifadə edərək, saxta sənədlər əsasında qanunsuz olaraq İcra məmuru tərəfindən X4 adına guya xx xxx 2013-cü il tarixli qərarla rəsmiləşdirmişlər. Belə ki, xx xxx 2013-cü il tarixli qanunsuz qərar qəbul edərək, həmin qərarın 2-ci vərəqəsini, xx xxx 2013-cü il tarixli məhkəmə qərardaının isə birinci vərəqəsindən istifadə edərək, xx xxx 2013-cü il tarixli qərarın 10 gün müddətini gözləmədən ona xəbər vermədən, heç bir məhkəmə qərardadı olmadan, qanunsuz olaraq cavabdehlər Nəsimi rayon İcra və probasiya şöbəsinin adından xx xxx 2013-cü il tarixində xx/xx-3259/3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətininn Bakı şəhəri, Ərazi İdarəsinə məktub göndərmişlər. Daha sonra qeyd edir ki, “xxxx-N” MMc tərəfindən onunla qiymətləndirilmə ilə bağlı heç bir rəsmi müqavilə bağlanmamış, ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92 “a” nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət olan (6 saylı qaraj) qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi üçün mütəxəssis cəmiyyət tərəfindən göndərilməmişidir. “xxxx-N” MMC tərəfindən bildirilir ki, ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92 “a” nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət olan (6 saylı qaraj) qeyri-yaşayış sahəsinin MMC tərəfindən qiymətləndirilməsi olmamış və onlar tərəfindən heç bir hərrac keçirilməmişdir. Lakin İcra şöbəsində özləri tərəfindən saxta yolla əmlakı dəyərindən aşağı qiymətləndirilmiş və Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92 “a” nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət olan (6 saylı qaraj) qeyri-yaşayış sahəsini X4 adına keçirmişlər. Bundan əlavə əmlakın Nəsimi rayon ərazisində olmasına baxmayaraq, Nərimanov rayon ərazisi kimi göstərilmişdir. Ali Məhkəmənin xx xxx 2011-ci il tarixli, 2(102)-1480/11 saylı icra vərəqəsinə əsasən 2000 manat məbləğində pulu o, 28 sentyabr,xx xxxxxxx 2012-ci il tarixində tələb olunan məbləği və bank xidmətinə görə tələb etdikləri 100 manat pulu Cavabdeh1 verdiyi depozit hesablaşma hesabına ödəmişdir. Ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92 “a” nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət olan (6 saylı qaraj) qeyri-yaşayış sahəsi ilə bağlı icra hərəkətlərinin dayandırılması barədə Nəsimi rayon məhkəməsinin qərardadı ilə dayandırılmışdır. Bundan sonra Cavabdeh1 rəisi Nazim Nərimanov və icra məmuru Səbuhi Məmmədov onun xəbəri olmadan yeni plan hazırlayaraq, gizli yolla planlı şəkildə saxta sənədlər toplayaraq X4 əli ilə onun əmlakının üzərindən həbsin götürülməsi barədə ərizə verilmiş, eyni zamanda Nadejda Allahverdiyeva qanunsuz olaraq ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92 “a” nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət olan (6 saylı qaraj) qeyri-yaşayış sahəsi olan əmlakı məhkəmənin əli ilə öz adına rəsmiləşdirmişdirilməsini tələb etmişdir. Lakin məhkəmənin qərardadı ilə ərizə qismən təmin edilərək yalnız qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbs götürülmüşdür. Ancaq qeyri yaşayış sahəsinin Nadejda Allahverdiyevanın adına keçirilməsi baş tutmamışdır. Cavabdeh1 keçmiş icra məmuru Səbuhi Məmmədov dəfələrlə Ali Məhkəməyə xx xxx 2011-ci il tarixli icra vərəqəsini dəyişmək üçün sorğular vermiş, qərarın və icra vərəqəsinə düzəlişlər etsinlər. Lakin Ali Məhkəmənin hakimi Əli Rüstəmov qərarı və icra vərəqəsini dəyişməmişdir. Lakin cavabdehlər saxta sənədlər hazırlayaraq ona məxsus qeyri-yaşayış sahəsi RX № ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Dövlət Reyestrindən çıxarışa əsasən xx.xx.2013-cü il tarixdə Nadejda Allahverdiyevanın adına rəsmiləşdirilmişdir. Bütün bu əsassız sənədlər hazırlanarkən artıq icra vərəqəsində göstərilən borcu ödəmişdir. xx xxx 2013-cü il tarixli qərarı qəbul edəndə onun bundan xəbəri olmamışdır. İcra məmuru həmin qərarı ona göndərməmiş, qərarın 4-cü bəndində yazıldığı 10 gün müddət gözlənilməmişdir. Bu barədə məlumatı olandan sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İşə baxan hakim Müseyib Bayramov məhkəmədə işə baxarkən ilk öncə ərizəsinə və vəsatətini təmin etsə də xx xxxxxx 2014-cü il tarixli 2-1(81)-3964/14 saylı qərardaddan qarşı tərəf Cavabdeh1 rəisi tərəfindən apelyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi xx xxxxxxx 2014-cü il tarixli qərardadla 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərardadı qüvvədə saxlanılmışdır. Həmin qərardaddan kassasiya şikayəti verilməmişdir. Sonradan iş yenidən baxılması üçün Bakı-İnzibati İqtisadi məhkəməyə gəlmişdir. Məhkəmə iclasda vəsatət vermişdir. Vəsatəti xx xxxxxx 2014-cü il tarixli qərardadla təmin olunmuşdur. Belə ki, vəsatətində tələb olunan qərardada əsasən Nərimanov rayon İcra Şöbəsinə xx xxxxxx 2015-ci il tarixli icra vərəqəsi göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Bakı şəhər üzrə idarəsindən ona məxsus olmuş qeyri-yaşayış sahəsinin başqa şəxsin adına keşməsinə əsas olunmuş sənədlərin alınaraq məhkəməyə göndərilməsi tələb olunmuşdur. Dəfələrlə sorğu verilməsinə baxmayaraq sənədlər məhkəməyə təqdim olunmamışdır. Sonradan cavabdehlərin hərəkətləri barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. xx xxxxx 2015-ci il tarixli xüsusi qərardad çıxarılmışdır. Sonradan ona məlum olmuşdur ki, məhkəmədə vəsatəti təmin olunsa da Hakim M.Bayramov verdiyi qərardadı Baş Prokurorluğa göndərməmişdir. Bakı İnzibati–İqtisadi Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2-1(81)-100/2015 saylı Qərarı ilə iddia ərizəsi rədd olunmuşdur. Həmin qərarlardan apellyasiya və kassasiya şikayətləri vermiş və həmin qərar dəyişdirilmədən saxlanılmışdır. X16 Hallar üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinə Əlavə Kassasiya şikayət vermiş və şikayəti təmin olunaraq iş yenidən baxılması üçün 1 saylı Bakı-İnzibati İqtisadi Məhkəməsinə göndərilmişdir. Sonradan işə baxan hakim Elçin Məmmədovun qəbul etdiyi qərara əsasən iddia ərizəsinin bir hissəsinin mümkün sayılmaması qərara alınmışdır. Bundan sonra ona Nəsimi rayon məhkəməsinə müraciət etmək izah olunmuşdur. Ona görə də Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X17 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Qanunsuz və əsassız olaraq Cavabdeh1 tərəfindən ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 92a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədə yerləşən qeyri-yaşayış sahəsi olan 6 saylı qarajını onun xəbəri olmadan saxta sənədlərdən istifadə edərək, qanunsuz olaraq X4 adına keçirməklə rəsmiləşdirilməsi barədə verilən xx xxxxxx 2013-cü il tarixli, 17/70 182/3 saylı təklifin və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(102)-1480/2011 saylı icra vərəqəsinin icrası çərçivəsində guya borc tələbi əvəzinə verilməsi barədə Cavabdeh1 icra məmuru X11 tərəfindən qanunsuz qəbul olunmuş xx.xx.2013-cü il tarixli qərarın və ondan irəli gələn hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilərək ləğv edilməsini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə göndərilən sənədlərin və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* №-li Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi barədə və icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X4 nümayəndəsi və vəkili X10 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı müxtəlif instansiyalara müraciət etməklə məhkəmə qərarının icrasını gecikdirir. İddiaçı tərəfindən edilən bütün hərəkətlər icra mərhələsini süni surətdə uzatmaq məqsədi daşıyır. Mübahisənin kifayət qədər araşdırıldığını və artıq qüvvəyə minmiş bir neçə məhkəmə qətnaməsi olduğunu bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(009)-2149/2010 saylı xx xxx 2010-cu il tarixli qərardadından görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92 a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2011-ci il tarixli 2(102)-1480/11 saylı icra vərəqəsinin surətindən görünür ki, İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, cavabdeh İddiaçı mənəvi zərərin əvəzi olaraq 2000 (iki min) manat alınaraq iddiaçı X6 verilməsi qeyd edilmişdir. “xxxx-N” MMC-nin 12-94 saylı xx xxxxx 2012-ci il tarixli “X1 haqqında” hesabatının surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92 a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin qiyməti 23400 manat təşkil edir. Cavabdeh1 rəisi Nazim Nərimanov tərəfindən X6 ünvanlanmış 17/70 saylı 182/3 saylı xx.xx.2013-cü il tarixli təklifin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92 a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi olan 6 saylı qaraj 23400 manata qiymətləndirilmişdir. İcra haqqında Azərbaycan Respublikası Respublikası Qanununun 53.1-ci maddəsini rəhbər tutaraq, əmlakın borc əvəzi qəbul edilməsi ona təklif edilmişdir. N.İ.Allahverdiyevanın Cavabdeh1 rəisi vəzifəsini icra edən Nazim Nərimanova ünvanladığı xx.xx.2013-cü il tarixli ərizəsindən görünür ki, borclu İddiaçı mülkiyyətində olan və Nəsimi rayon məhkəməsinin 2(006)-2149/2010 saylı xx.xx.2010-cu il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92 a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi “xxxx” MMC tərəfindən 23400 manata qiymətləndirilmiş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən ona təklif olunmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92 a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi borc əvəzi qəbul edir və həmin qeyri-yaşayış sahəsinin onun adına rəsmiləşdirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə göstəriş verilməsini xahiş etmişdir. Cavabdeh1 rəisi Nazim Nərimanov tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Bakı şəhər üzrə Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2013-cü il il tarixli məktubun surətindən görünür ki, Bakı şəhri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92 a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi olan 6 saylı qarajın X4 adına rəsmiləşdirilməsi xahiş olunmuşdur. Nəsimi rayon məhkəməsinin xx xxxxx 2013-cü il tarixli DO-3315/2013-cü il tarixli qərardadının surətindən görünür ki, ərizə qismən təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92 a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət qeyriyaşayış sahəsinin üzərinə qoyulmuş həbs ləğv edilmişdir. Nəsimi rayon məhkəməsinin 2(006)-1875/2012 saylı xx.xx.2012-ci il tarixli qərardadının surətindən görünür ki, İddiaçı Cavabdeh1 icra məmuru Səbuhi Məmmədovun hərəkətlərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92 a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi olan 6 saylı qarajla əlaqədar icra hərəkətlərinin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə təmin edilmiş, Bakı şəhri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92 a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi olan 6 saylı qaraj ilə əlaqədar icra hərəkətlərinin dayandırılması qərara alınmışdır. Cavabdeh1 rəisi Nazim Nərimanov tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər üzrə Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2013-cü il tarixli məktubun surətindən görünür ki, icra sənədinin icrası ilə əlaqədar borclu İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92 a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət qeyriyaşayış sahəsinin özgəninkiləşdirilməsinə qadağa qoyulması xahiş olunmuşdur. “xxxx” ASC-nin 2 saylı Nəsimi rayon Filialının xx xxx 2013-cü il tarixli 988 saylı məktubundan görünür ki, İddiaçı Kərim qızı Cavabdeh1 büdcə hesabına xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək cəmi 2100 manat məbləğində pul köçürmüşdür. Nəsimi rayon məhkəməsinin xx xxx 2013-cü il tarixli, 8(006)-2034/2013 saylı qərardadının surətindən görünür ki, Cavabdeh1 icra məmuru Səbuhi Məmmədovun Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92 a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsinin tələbkar X4 adına rəsmiləşdirilməsi barədə təqdimatı məhkəmədə baxılmalı olmadığından geri qaytarılması qərara alınmışdır. Cavabdeh1 icra məmuru Səbuhi Məmmədov tərəfindən qəbul olunmuş xx xxx 2013-cü il tarixli əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə olan qərarının surətindən görünür ki, Borclu İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92 a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin borc əvəzində X6 adına keçirilməklə rəsmiləşdirilməsi, Tələbkar- X4 adına Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92 a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin keçirilməklə rəsmiləşdirilməsi, dövlət reyestrində müvafiq qeyd aparılmaqla çıxarışın verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92 a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi olan 6 saylı qaraj X4 adına rəsmiləşdirilmiş və bu barədə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü il tarixdə qeydiyyat aparılmışdır. “X8 Mərkəzi” MMC-nin İddiaçı ünvanladığı 850 saylı xx xxxxx 2014-cü il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92 a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin hərracdan satılması üçün Cavabdeh1ndən “X8 Mərkəzi” MMC-yə heç bir sifariş daxil olmamışdır. Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-1019/2016 saylı xx xxxxx 2016-cı il tarixli qərardadından görünür ki, “xxxx-N” MMC-nin direktoru Ə.N.Ələsgərovun xx.xx.2012-ci il tarixli əmri ilə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92 a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin (qarajın) qiymətləndirilməsi barədə “xxxx-N” MMC-nin xx.xx.2012-ci il tarixli 12-194 saylı qiymətləndirmə aktı (hesabatı) ləğv edildiyindən, İddiaçı – cavabdeh “xxxx-N” MMC-yə qarşı xx.xx.2012-ci il tarixli 12-194 saylı “X1 haqqında Hesabatın” ləğv edilməsi barədə iddia tələbi üzrə mülki işin icraatına xitam verilmişdir. İddiaçı cavabdehlər Nəsimi rayon İcra və probasiya şöbəsinə və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakların Dövlət Reyestri Xidmətinə qarşı (N.İ.Allahverdiyevanın 3-cü şəxs qismində cəlb edildiyi) “icra məmurunun qərarının və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia tələblərinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. “xxxx-N” MMC-nin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi M.Bayramova ünvanladığı xx xxxxxx 2016-cı il tarixli 406 saylı məktubunun surətindən görünür ki, “xxxx-N” MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92 a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi olan 6 saylı qarajın qiymətləndirilməsi ilə bağlı İddiaçı ilə müqavilə bağlanmamışdır, nə də ki, MMC tərəfindən ona müraciət edilməmişdir. Qeyri-yaşayış sahəsi olan 6 saylı qarajın qiymətləndirilməsi ilə bağlı Cavabdeh1 tərəfindən bu günə kimi “xxxx-N” MMC-yə sifariş məktubu daxil olmamışdır. “xxxx” MMC-nin xx xxxxxx 2016-cı il tarixli məktubundan görünür ki, “xxxx” MMC-nə Cavabdeh1 tərəfindən 17/70 1016/3 saylı, xx.xx.2012-ci il tarixli sifariş məktubu daxil olmuşdur. İcra haqqında Azərbaycan Respublikası Qanununun 51-ci maddəsini rəhbər tutaraq, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92 a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi olan 6 saylı qarajın qiymətləndirilməsi üçün mütəxəssis ayrılması xahiş edilmişdir. Həmin məktubda tələb Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1480/2011 saylı xx.xx.2011-ci il tarixli icra vərəqəsinə əsasən borclu İddiaçı mənəvi zərərin əvəzi olaraq 2000 (iki min) manat tutularaq X6 ödənilməlidir qeyd olunmuşdur. xx xxxx 2012-ci il tarixdə sifariş MMC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92 a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi olan 6 saylı qarajın qiymətləndirilməsi üçün mütəxəssis göndərilməmişdir. Cavabdeh1 tərəfindən 17/70 1016/3 saylı xx.xx.2012-ci il tarixli məktubu xx xxxx 2012-ci il tarixdə MMC-yə daxil olanda, artıq “xxxx” MMC-nin vergi ödəyicisi kimi VÖEN-i ********** fəaliyyətini və əməliyyatlarını xx.xx.2012xx.xx.2017-ci ilədək dayandırılmışdır. Cavabdeh1 tərəfindən göndərilən Nəsimi rayon məhkəməsinin 2(006)-1875/2012 saylı xx.xx.2012-ci il tarixli qərardadını nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92 a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi olan 6 saylı qarajın qiymətləndirilməsi işi dayandırılmışdır. Bununla bağlı Cavabdeh1nə qiymətləndirmə işinin dayandırılması ilə barədə “xxxx” MMC tərəfindən 168 saylı, xx.xx.2012-ci il tarixli məktub göndərilmişdir. “X8 Mərkəzi” MMC-nin hakim M.Bayramova ünvanladığı 3148 saylı xx.xx.2016-cı il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92 a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin hərracdan satılması üçün Cavabdeh1ndən “X8 Mərkəzi” MMC-yə heç bir sifariş daxil olmamışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri, X9 xx xxxxx 2017-ci il tarixli, **********094100 saylı məlumatın təqdim edilməsi barədə məktubunun surətindən görünür ki, “xxxx” MMC-nin (VÖEN **********) xx.xx.2012-ci il tarixli müraciətinə əsasən uçot məlumatlarında MMCnin fəaliyyəti və digər vergi tutulan əməliyyatları xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci ilə qədər dayandırılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-639/2018 saylı xx xxxxxxxx 2018-ci il tarixli qərarından görünür ki, “qanunsuz və əsassız olaraq Cavabdeh1 tərəfindən ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 92a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədə yerləşən qeyri-yaşayış sahəsi olan 6 saylı qarajını onun xəbəri olmadan saxta sənədlərdən istifadə edərək, qanunsuz olaraq X3 adına keçirməklə rəsmiləşdirilməsi barədə verilən xx xxxxxx 2013-cü il tarixli, 17/70 182/3 saylı təklifin və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(102)-1480/2011 saylı icra vərəqəsinin icrası çərçivəsində guya borc tələbi əvəzinə verilməsi barədə Cavabdeh1 icra məmuru X11 tərəfindən qanunsuz qəbul olunmuş xx.xx.2013-cü il tarixli qərarın və ondan irəli gələn hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilərək ləğv edilməsini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə göndərilən sənədlərin və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* №-li Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi barədə və icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və onun iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-8/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadının surətindən görünür ki, İddiaçı cavabdehlər Nəsimi rayon İcra və probasiya şöbəsi və qeyrilərinə qarşı (“xxxx-N” MMC və X7 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “qərarın, təklifin, digər sənədlərin ləğv edilməsi və s.” hissəsində mümkün sayılmamış, iddiaçıya Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 1873/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ilə, daha sonra isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1979/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10271/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadının surətindən görünür ki, İddiaçı şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-3879/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsi, İddiaçı cavabdehlər Nəsimi rayon İcra və probasiya şöbəsinı və qeyrilərinə qarşı qərarın, təklifin və digər sənədlərin etibarsızlığı tələbinə dair mülki işin iddia ərizəsinin mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə iş materiallarına əlavə edilmiş məhkəmə aktları və digər sənədlərə əsasən işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 92 a saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (6 saylı qaraj) iddiaçının xüsusi mülkiyyətində olmuşdur. İddiaçı və 3-cü şəxs X7 arasında borc müqaviləsindən irəli gələn mülki mübahisə üzrə qanuni qüvvədə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1480/2011 saylı, xx.xx.2011-ci il tarixli qərarına əsasən cavabdeh İddiaçı X4 xeyrinə 20.000 manat əsas borc, 2000 manat mənəvi ziyan, 5000 manat əldən çıxmiş fayda, əmlak şəklində borca görə 1000 manat, 20 manat dövlət rüsumu tutulmuşdur. İddiaçı tərəfindən tutulmuş məbləğdən 2000 manat ödənilmiş, qalan məbləğ ödənilmədiyindən qətnamənin icrasının təmin edilməsi məqsədilə onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 92 a saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinə (6 saylı qaraj) həbs qoyulmuşdur. Cavabdeh1 qeyriyaşayış sahəsinin tələbkarın adına rəsmiləşdirilməsi barədə qərardad qəbul edilməsi üçün icraya nəzarət edən Nəsimi rayon Məhkəməsinə təqdimatla müraciət etsə də, Nəsimi rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadı ilə təqdimat məhkəmədə baxılmalı olmaması əsası ilə geri qaytarılmış və qeyd edilmişdir ki, “İcra haqqında” Qanuna əsasən bu səlahiyyət icra məmuruna verilmişdir. Mübahisəli qeyri-yaşayış sahəsi Cavabdeh1 tərəfindən tələbkara təklif edilmiş, tələbkar tərəfindən qəbul edilmişdir. Bundan sonra İcra Şöbəsi xx.xx.2013-cü il tarixdə əmlakın borc əvəzinə tələbkar X4 adına rəsmiləşdirilməsi və bu barədə çıxarışın verilməsinin DƏDRX-yə həvalə edilməsi barədə qərar qəbul etmiş, inzibati orqan tərəfindən həmin qərar icra edilərək iddiaçıya məxsus olmuş 6 saylı qaraj üzərində xx.xx.2013-cü il tarixdə Nadejda Allahverdiyevanın xüsusi mülkiyyət hüququ qeydə alınmış, çıxarış verilmişdir. Eyni zamanda məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 icra məmuru Səbuhi Məmmədov tərəfindən qəbul olunmuş xx xxx 2013-cü il tarixli əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə qərarda borclu İddiaçı göstərilən ümumi borc məbləğindən Cavabdeh1 depozit hesabına 2000 manat ödədiyi, ödənilməmiş məbləğin 22020 manat təşkil etdiyi, qeyd olunan qeyri-yaşayış sahəsinin “xxxx” MMC tərəfindən 23400 manat məbləğində qiymətləndirildiyi, həmin əmlakın borc əvəzi qəbul edilməsi üçün xx.xx.2013-cü il tarixdə “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə tələblərinə əsasən X6 təklif edildiyi və tələbkarın ərizə ilə şöbəyə müraciət edərək əmlakı borc əvəzi qəbul etdiyi göstərilmişdir. Mübahisəli münasibətlərin yarandığı zaman qüvvədə olan “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinin tələblərinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Göstərilən Qanunun 51.1-ci maddəsinə görə borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. Bu Qanunun 53-cü maddəsinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Məhkəmə yuxarıda sadalanları nəzərə alaraq hesab edir ki, mübahisəli əmlak icra məmuru tərəfindən ümumiyyətlə qiymətləndirilməmiş, qiymətləndirici dəvət edilməmiş, bununla da qanunvericilikdə qiymətləndirmənin aparılması üçün nəzərdə tutulmuş tələblərə əməl edilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi “xxxx” MMC-nin (VÖEN **********) fəaliyyəti və digər vergi tutulan əməliyyatları xx.xx.2012-ci il tarixli müraciətə əsasən xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci ilə qədər dayandırılmışdır. Beləliklə mübahisəli əmlakın qiymətləndirilməsi aparıldığı dövrdə “xxxx” MMC-nin fəaliyyəti dayandırılmış, yəni MMC-nin belə bir qiymətləndirməni aparmağa səlahiyyəti olmamışdır. Bununla bağlı Cavabdeh1nə qiymətləndirmə işinin dayandırılması barədə “xxxx” MMC tərəfindən 168 saylı, xx.xx.2012-ci il tarixli məktub göndərilmişdir. Beləliklə icra məmuru qiymətləndirmənin dayandırılmasına əhəmiyyət vermədən, “xxxx-N” MMC-nin adından əsası olmayan “X1 haqqında” hesabat əldə edərək ona istinad etmişdir. Halbuki “xxxx-N” MMC-nin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi M.Bayramova ünvanladığı xx xxxxxx 2016-cı il tarixli 406 saylı məktubla müəyyən olunur ki, “xxxx-N” MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92 a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət qeyriyaşayış sahəsi olan 6 saylı qarajın qiymətləndirilməsi ilə bağlı İddiaçı ilə müqavilə bağlanmamışdır, nə də ki, MMC tərəfindən ona müraciət edilməmişdir. Qeyri-yaşayış sahəsi olan 6 saylı qarajın qiymətləndirilməsi ilə bağlı Cavabdeh1 tərəfindən bu günə kimi “xxxx-N” MMC-yə sifariş məktubu daxil olmamışdır. Yəni İcra məmurunun istinad etdiyi X1 haqqında hesabatın “xxxx-N” MMC ilə heç bir əlaqəsi yoxdur. Göründüyü kimi icra məmuru əmlakı qiymətləndirmədən tələbkara verməklə iddiaçının hüquqlarını pozmuşdur. Halbuki əmlak qanunvericilikdə nəzərdə tutulmuş qaydada qiymətləndirilmiş olsaydı, əmlakın qiyməti tələbkara borclunun borcundan çıxıldığı təqdirdə ödənilməli olan borcun məbləği daha az qalardı və ya yüksək qiymətləndirilmiş əmlak tələbkar tərəfindən qəbul edilməyib, açıq hərracdan satıla, yerdə qalan məbləğ borclunun özünə qaytarıla bilərdi. İcra məmuru tələbkarın hüquqlarını qorumaqla, borclunun hüquqlarını qəbul etdiyi qərarla pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, İcra məmurunun qəbul etdiyi xx xxx 2013-cü il tarixli əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə qərarı əsassız olduğundan etibarsız hesab edilməlidir. Məhkəmə həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* №-li Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi qənaətinə gəlir. Belə ki, “Əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə” xx.xx.2013-cü il tarixli qərar etibarsız hesab edildiyindən və bu Qərar mübahisəli əmlakın X4 adına rəsmiləşdirilməsinə əsas olduğundan üçüncü şəxsin mülkiyyət hüquqlarını təsdiq edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarış ləğv edilməlidir. Məhkəmə iddianın “X2 adına keçirməklə rəsmiləşdirilməsi barədə verilən xx xxxxxx 2013-cü il tarixli, 17/70 182/3 saylı təklifin ləğv olunması” hissəsi ilə bağlı qeyd edir ki, icra məmuru Səbuhi Məmmədov tərəfindən qəbul edilmiş “Əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə” xx xxx 2013-cü il tarixli qərarı ləğv olunacağı təqdirdə həmin təklifin sübut növü kimi heç bir əhəmiyyəti qalmır. Həmçinin məhkəmə iddianın ““Əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə” xx.xx.2013-cü il tarixli qərardan irəli gələn hüquq müəyyənedici sənədlərin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Bakı Ərazi İdarəsinə göndərilən sənədlərin etibarsız hesab edilməsi” hissəsi ilə əlaqədar qeyd etməyi zəruri sayır ki, yaranmış vəziyyətdə iddianın bu tələblərinin təmin edilməsi hüququn aparıcı prinsiplərindən olan hüquqi müəyyənlik prinsipi baxımından da yolverilməzdir. Belə ki, Konstitusiyanın Preambulasında və 7-ci maddəsində təsbit edilir ki, Azərbaycan Respublikası qanunun aliliyinə əsaslanan hüquqi dövlətdir. Hüquqi müəyyənlik prinsipi isə hüququn aliliyinin əsas elementlərindən biri kimi çıxış edir. Konstitusiyanın 147-ci maddəsinin İ və İİ hissələrinə görə bu sənəd Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxxx 2002-ci il tarixli qərarında qeyd edilir ki, “hüquqi müəyyənlik” prinsipi “hüquqi təhlükəsizlik konsepsiyasının” baş prinsiplərindən biri hesab olunur. Hüquqi müəyyənlik ümumi ideya kimi bir çox hüquq sistemlərinə daxil edilmişdir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan insanlar dövlət orqanları və hakimiyyət səlahiyyətlərinin daşıyıcıları tərəfindən barələrindən qəbul edilmiş qərarların, aktların və hərəkətlərin həqiqiliyinə və hüquqi nəticələrinə etimad göstərməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, qeyd edilən sənədlərin nədən ibarət olduğu iddiaçı tərəfindən aydın göstərilmədiyindən iddianın bu hissədə təmin edilməsi müəyyənlik prinsipi baxımından yolverilməzdir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 icra məmuru X11 tərəfindən qəbul edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92 a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi olan 6 saylı qarajın borc tələbi əvəzinə tələbkara verilməsi barədə xx.xx.2013-cü il tarixli qərar etibarsız hesab edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92 a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə (6 saylı qaraja) dair X5 mülkiyyət hüququnu təsdiq edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* nömrəli Çıxarış ləğv edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-282/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-282/2020
27.11.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver