Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2828/2023 19.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, iddiaçı X3, Cavabdeh iştirakları ilə, İddiaçı X3 Cavabdeh qarşı “aliment alan şəxsin dəyişdirilməsi və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X5 Cavabdeh qarşı “aliment alan şəxsin dəyişdirilməsi və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayon Məhkəməsinin 2(001)- 2609/2021 saylı, 15 aprel 2021 -ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2011-ci il təvəllüdlü X2 üçün Cavabdeh tutulan aliment alan şəxsin dəyişdirilməsi və xx.xx.2011-ci il təvəllüdlü X6 qəyyumu kimi uşağın saxlanması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun qızı İİİ şəxs X12 Cavabdeh ilə olan faktiki münasibətlərdən oğlu X7 dünyaya gəlmişdir. Qızı cavabdehlə olan 3 illik faktiki münasibətlərdən nəvəsi Mehdi doğulduqdan 7 ay sonra münasibətlər pozulmuş, qızı cavadehdən ayrılmışdır. X8 Cavabdeh Tpfıkoviçə qarşı “atalığın müəyyən edilməsi və aliment tələbinə” dair iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət olunmuşdur. Həmin mülki işdə iddiaçı qızının adından etibarnamə ilə o, iştirak etmişdir. Binəqədi rayon Məhkəməsinin 2(001)-2609/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 21.08.201 1-ci il təvəllüdlü X6 atasının Cavabdeh olması müəyyən edilməsi, xx.xx.2011-ci il təvəllüdlü X6 doğum akt qeydində dəyişiklik edilərək ata qrafasında Cavabdeh yazılması, 15 aprel 2021-ci il tarixdən hesablanmaqla X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 manat aliment X9 xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Həmin qətnamənin icrası ilə bağlı cavabdeh tərəfindən heç bir problem yaranmamış və alimenti cavabdeh ödəmişdir. Onun qızı narkotik vasitəntn istifadəçisidir və aliment alan şəxs anasının onunla maraqlanmaması səbəbindən azyaşlı nəvəsinin saxlanması üçün cavabdehdən tutulan aliment qəyyuma ödənilmılidr. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edirəm. Məhkəmə iclasında iştirak edən iddiaçı X5 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, o, Binəqədi Rayon Məhkəməsinin 2(001)-2609/2021 saylı 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə ondan tutulan 175 manat aliment borcunu ancaq ödəyə bilir. O, ikinçi dəfə ailə qurub və ikinçi nikahdan onun iki uşaqı anadan olmuşdur. Ona görə də onun hazırkı maddi imkanı ilə tələb olunan alimenti ödəyə bilmir və məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edir. Mülki iş üzrə İİİ şəxs X12 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə İİİ şəxs X9 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, hazırki mübahisə ilə əlaqədar məhkəmə aşağıdakılar qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olundu ki, hazırki iş üzrə iddiaçının ümumiyyətlə iddia predmeti ilə bağlı mülki-hüquq münasibətlərini mübahisələndirməyə subyektiv hüququ yoxdur. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun iddia qaldırmaq hüququ olduğu zaman yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi iddiaçı X1 hüquqa malik olmadığı halda hazırki iddia tələblərini irəli sürməsi tələblərinin əsassız olduğuna dəlalət edir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddiaçı X4 hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi hüququ yaranmamışdır. Bundan başqa, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 2(001)-2609/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X6 atasının Cavabdeh olması müəyyən edilməsi, xx.xx.2011-ci il təvəllüdlü X6 doğum akt qeydində dəyişiklik edilərək ata qrafasında Cavabdeh yazılması, xx.xx.2021-ci il tarixdən hesablanmaqla X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 175 manat aliment X9 xeyrinə tutulması və Cavabdeh dövlət rüsumuna görə 30 manat dövlət nəfinə tutulması və qətnamənin alimentlə bağlı hissədə dərhal icra edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda adı çəkilən məhkəmə aktı ilə müəyyən edilmiş hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İddiaçının bu cür tələblə çıxış etmək üçün subyektiv hüququ olmamaqla yanaşı, iddia əsassızdır və təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim olunması üçün 50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X3 Cavabdeh qarşı “aliment alan şəxsin dəyişdirilməsi və aliment” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı X3 Cavabdeh qarşı “aliment alan şəxsin dəyişdirilməsi və aliment” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2828/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2828/2023
19.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver