Məhkəmə qərarları › İş №2(006)-2829/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2829/2024

19.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2829/2024 19.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-789/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay əlavə xərc kimi tutulan 150 (yüz əlli) manat sabit pul məbləğinin 30 manatadək azaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Nəsimi rayon Məhkəməsinin 2(006)- 789/2023 saylı xx.xx.2023-cü il tarixli Qətnaməsinə əsasən ilk iddia ərizəsi qismən təmin edilməklə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)- 1523/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin, həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-1523/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş əlavə xərcin məbləği artırılaraq xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay əlavə xərc kimi 150 (yüz əlli) manat sabit pul məbləğinin cavabdeh İddiaçı tutularaq, Cavabdeh ödənilməsi qət edilmişdir. Aşağıdakılara əsasən hesab edir ki, alimentin məbləği hər ay əlavə xərc kimi nəzərdə tutulan 150 (yüz əlli) manat sabit pul məbləği azaldılmalıdır. Çünki o, 729 (yeddi yüz iyirmi doqquz) manat əmək haqqı alır, əlavə olaraq heç bir gəlir yeri yoxdur. O, aldığı əmək haqqının üç uşaq arasında ədalətli şəkildə bölünməsini xahiş edir. Belə ki, əlavə olunmuş Sabunçu rayon Məhkəməsinin e- 2(008)-1126/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən o, xx.xx.2019-cu ildə rəsmi nikaha daxil olmaqla yenidən ailə qurmuş və birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X14 və xx.xx.2022-ci il təvəllüdlü X11 anadan olmuşdur. Hazırda məhkəmənin qətnaməsinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X14 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün ondan 440 manat aliment və X5 3 yaşına qədər saxlanmasına görə 30 manat məbləğində pulun ondan tutularaq, X3 ödənilməsi qət edilmişdir ki, bu da onun maddi vəziyyətində ciddi dəyişikliyə səbəb olmuşdur. X2 xx.xx.2024-cü il tarixdə nigahın pozulması ilə bağlı Mediasiya təşkilatına müraciət etməsi ilə bağlı ona məktub gəlmişdir. Bundan başqa Cavabdeh özü də işləyir, hər ay 350 manat sabit əmək haqqı alır. Bundan əlavə xx.xx.2016-cı il təvəllüdlü X6 görə dövlətin təyin etdiyi pensiyanı da alır. O, hesab edir ki, cavabdehin maddi durumunun da normal olması alimentin azaldılması zamanı nəzərə alınmalıdır. Əlavə olunmuş 10 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışına əsasən cavabdeh medisasiyada iştirak etməkdən imtina etdiyindən mediasiya baş tutmamış, mediasiya xərcləri 60 manat onun tərəfindən ödənilmişdir. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-789/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay əlavə xərc kimi tutulan 150 (yüz əlli) manat sabit pul məbləğinin 30 manatadək azaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı ilə birgə nikahdan doğulmuş uşaqları xəstədir. Ona xüsusi qulluq lazımdır. İddiaçı tərəfindən ödənilən aliment məbləği uşaqların zəruri xərclərini ödəməyə belə kifayət etmir. İstəyirsə, uşağı götürüb özü baxa bilər. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iş üzrə iddia tələbləri rədd edilməlidirlər. Belə ki, mülki işin materiallarında olan: - 4 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı 469821 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası İddiaçı, anası X8r. - 4 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İV seriyalı 829184 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası İddiaçı, anası X8r. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-789/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı artırılaraq 07 dekabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh xeyrinə ödənilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-1523/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş əlavə xərcin məbləği artırılaraq xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay əlavə xərc kimi 150 (yüz əlli) manat sabit pul məbləğinin cavabdeh İddiaçı tutularaq Cavabdeh ödənilməsi, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması" tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6014/2023 saylı qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-789/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-1126/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq X2 xeyrinə ödənilməsi, İddiaçı xx.xx.2022-ci il təvəllüdlü X5 3 yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 30 (otuz) manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması qət edilmişdir. - Sabunçu Rayon Dövlət X7 xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri Sabunçu rayon Dövlət X7 21 nömrəli YMB-də yanğınsöndürən vəzifəsində xidmət edir. Onun əmək haqqı bütün vergi və tutulmalar tutulduqdan sonra 723.45 manat təşkil edir. - Bakı 10 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/10/2024-00172 saylı “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etsə də, cavabdeh tərəf Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. - xx.xx.2016-cı il təvəllüdlü X6 məxsus tibbi sənədlərdən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X6 əsas xəstəliy kimi G40.4 generalize olunmuş epilepsiyanın və epileptik sindromların digər növləri (PCDH 19 gendə patoloji dəyişiklikləri mənşəli), yanaşı xəstəlik kimi F06.6 emosional və davranış pozuntusu R16 hepatomeqaliya diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.1-58.3-cü maddələrinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Həmin Məcəllənin 60.1-ci 60.2-ci maddələrinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Bu Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 81.1.-81.3-cü maddələrinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericik prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin Qanunun mənasına görə bu, yalnız о halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşağın layiqli həyat şəraitini təmin etmək mümkün olsun. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, tərəflər arasında alimentin artırılması tələbinə dair mülki işə baxılarkən (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi) hazırki iş üzrə iddiaçının orta aylıq gəlirinin 582.63 manat olması müəyyən edilmiş, hər ay 220 manat məbləğində alimentin və 150 manat əlavə xərcin tutulmaqla Cavabdeh ödənilməsi qət edilmiş, keçən qısa müddət ərzində iddiaçının maddi vəziyyətində əhəmiyyətli pisləşmə olmasını təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, təqdim etdiyi arayışla müəyyən edilmişdir ki, onun orta aylıq gəliri 723.45 manat təşkil edir. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı xəstə uşağı üçün məhkəmə tərəfindən müəyyən edilmiş 150 manat əlavə xərcin azaldılmasını onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X14 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün ondan 440 manat aliment və X5 3 yaşına qədər saxlanmasına görə 30 manat məbləğində pulun ondan tutularaq X3 ödənilməsi qət edilmişdir ki, bu da onun maddi vəziyyətində ciddi dəyişikliyə səbəb olmuşdur. Lakin məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi isə xx.xx.2016-cı il təvəllüdlü X10 üçün 150 manat əlavə xərc müəyyən edildiyi zaman iddiaçının himayəsində ikinci nikahdan uşaqları olmuşdur. Bu da bir daha onu göstərir ki, İddiaçı ailə və ya maddi vəziyyətində hər hansı bir dəyişiklik təsbit edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının müəyyən olunmuş əlavə xərcin miqdarının azaldılmasının səbəbi kimi təqdim etdiyi əsas (yeni ailə qurmaqla həmin nikahdan uşaqlarının olması və hazırda onlara alimentin ödənilməsi) əvvəlki nikahından olan xəstə uşağının saxlanması üçün müəyyən edilmiş əlavə xərcin miqdarının azaldılması üçün mütləq əsas kimi və iddiaçının maddi vəziyyətində əhəmiyyətli pisləşmənin olmasına dəlalət edən hal kimi qəbul edilə bilməz. Bundan əlavə, uşağın valideynlərdən birinin himayəsində olması uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, digər valideyndən əlavə xərcin tutulmasına əsas verir. Qeyd edilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə müəyyən edilmiş əlavə xərcin məbləği göstərilən halların məcmusu baxımından da ədalətli və ağlabatandır. Məhkəmə qeyd olunanlara qiymət verərək, belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair iddiası əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar