Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2833/2025 03.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün ümumilikdə 492 manat məbləğində sabit pul məbləğində alimentin təyin edilməsi, tərəfindən ödənilmiş ilkin mediasiya xərci 50 manat və 10 manat kargüzarlıq xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Nikahdan xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X6 adlı övladları dünyaya gəlmişdir. Lakin aralarındakı nikaha Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xitam verilmişdir. Məhkəmənin qətnaməsi ilə uşaqlar onunla qalır. Bu günədək cavabdehdən aliment tələb etməmişdir. Buna səbəb aralarında şifahi razılıq əldə olunması idi. Cavabdeh özü könüllü uşağın qayğısına qalacağına söz vermişdir. Lakin o, hazırda uşağının saxlanılması üçün heç bir tədbir görməmişdir. Hazırda uşaqlar onun yanındadır. İddiaçının bildirdiyinə görə cavabdeh azyaşlıların saxlanmasında iştirak etmir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək və alimentin məhkəmə qaydasında tutulmasını tələb etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, hazırda 1 il olar ki heç yerdə işləmir, işlədiyi müddətdə isə daima övladının saxlanılmasına köməklik göstərmişdir, hətta oğlu bir müddət onun yanında qalmışdır, 2022-ci ildə o, yenidən ailə qurmuş və bu problemlər ondan sonra yaranmışdır. Bununla da ərizədə qeyd olunanları qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1278/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, iddia tələbinin təmin edilməsi, Cavabdeh ilə X2 arasında 28 sentyabr 203-cü il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 1918 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X3 anaları iddiaçı X2 ilə qalmaları qət edilmişdir. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü X6 adlı yetkinlik yaşına çatmayan övladları vardır. İş materiallarına əlavə edilmiş AZE seriyalı 12002201 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X7 adlı yetkinlik yaşına çatmayan övladları vardır. İş materiallarında olan “Azemis” Elektron Məhkəmə Sistemindən əldə edilən məlumata əsasən İddiaçı "xxxx" MMC-də satıcı vəzifəsində işləməklə 407 manat məbləğində əməkhaqqı alır. İş materiallarında olan “Azemis” Elektron Məhkəmə Sistemindən əldə edilən məlumata əsasən Cavabdeh mağazada menecer vəzifəsində işləməklə 361,14 manat məbləğində əməkhaqqı alır. İş materiallarına əlavə edilmiş Bakı 9 saylı Mediasiya Təşkilatının 30 yanvar 2025-ci il tarixli, MŞB/9/2025-00076 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, 30 yanvar 2025-ci il tarixdə saat 15:00-da keçirilmiş mediaisya prosesində iddiaçının əksinə olaraq cavabdeh iştirak etməmiş, iddiaçı tərəfindən 50 manat İMS xərci ödənilmişdir. «Uşaq hüquqları haqqında» BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə iddia tələbinin “uşağın saxlanılması üçün tutulmalı olan alimentin məbləğinə” münasibətdə qeyd edir ki, ailə münasibətlərindən irəli gələn məsələləri tənzimləyən qanunvericilik bu məsələni də xüsusi olaraq tənzimləyir. Qanunvericiliyin tələblərinə əsasən aliment valideynin aylıq qazancın (gəlirin) müəyyən hissəsi və yaxud sabit pul məbləğində tutula bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2025-cü il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilən hüquqi mövqeyinə uyğun olaraq hesab edir ki, cavabdehdən aliment 2025-ci il üzrə ölkə üzrə müəyyən edilmiş 400 manat minimum əmək haqqı məbləğinin 0,5 misili (200 manat (tələb edilən aliment) : 400 (2025-cü il üzrə minimum əmək haqqı) = 0,5 misli) həddində tutulmalıdır. Belə ki, məhkəmə bu qənaətə gələrkən iş materialları ilə cavabdehin iddiaçıdan daha az əməkhaqqı almasını (cavabdehin dediyinə inanılsa son dövr ərzində həmin işdən çıxarılmaqla adının sistemdə formal olaraq qalmasını əsas götürsək ümumiyyətlə işləməməsini), yenidən ailə qurmasını, yuxarıda qeyd olunan qanunun normaların mənasından da göründüyü kimi, valideynlər öz uşaqlarının saxlanmasında və uşaqları ilə bağlı bütün digər məsələlərin həll olunmasında (tərbiyə, təhsil və s.) bərabər hüquqlara malik olmaqla yanaşı, eyni həcmdə vəzifələr də daşımalı olmasına istinad edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı nisbətdə daha az əməkhaqqı aldığı əsas tutularaq, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün xx.xx.2025-ci il tarixdən (iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxtdan) başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin tutulmasına dair hissədə qətnamə dərhal icra edilməlidir. İddiaçı tərəfindən mediasiya xərci qismində ödənilmiş 50 manat Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. İddiaçı tərəfindən kargüzarlıq xərci qismində 10 manat məbləğində pul vəsaitinin ödənildiyi bildirilsə də, bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün xx.xx.2025-ci il tarixdən (iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxtdan) başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. İddiaçı tərəfindən mediasiya xərci qismində ödənilmiş 50 manat Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2833/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2833/2025
03.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver