Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-284/2022 01.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Cavabdeh1, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan Mazda markalı 90SL324 dövlət qeydiyyat nişanlı avtomaşına dəyən zərər üzrə Qanunla müəyyən edilmiş 5000 manat məbləğindən cavabdeh tərəfindən ödənilməmiş 2220 manat, məhkəməyə müraciət etmək üçün ödənilmiş 31 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 24.11.2019-cu il tarixdə Subaru markalı 10ZT382 dövlət qeydiyyat nişanlı avtomaşınla Mazda markalı 90SL324 dövlət qeydiyyat nişanlı avtomaşının Xaçmaz rayonu ərazisində toqquşması nəticəsində baş vermiş X7 ilə əlaqədar vətəndaş İddiaçı xeyli məbləğdə ziyan vurulmuşdur. Avtoqəza nəticəsində İddiaçıa vurulmuş maddi ziyan "xxxx" MMC tərəfindən 5777,22 manat məbləğində qiymətləndirmişdir. Lakin, cavabdeh tərəfindən vətəndaş iddiaçıya cəmi 2780 manat ödənilmişdir. Sığortanın miqdarı ilə razılaşmadığı üçün iddiaçı dəfələrlə qanunla müəyyən edilmiş müvafiq icbari sığortanın ödənilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Belə ki, 2020-ci ilin noyabr-dekabr ayında iddiaçı ona düşən icbari sığortanın tam ödənilməsi barədə ərizə ilə onlayn rejimində müraciət etmişdir. Eyni zamanda, 2020-ci ilin dekabr ayında cavabdehə vəkilin sorğusu göndərilmişdir. Həmin sorğuda 27.11.2019-cu il tarixdə Subaru markalı 10ZT382 dövlət qeydiyyat nişanlı avtomaşınla Mazda markalı 90SL324 dövlət qeydiyyat nişanlı avtomaşının Xaçmaz rayonu ərazisində toqquşması nəticəsində baş vermiş yol-nəqliyyət hadisəsi ilə əlaqədar iddiaçıya ödənilmiş məcburi sığortasının məbləğinin barədə ətraflı məlumat verilməsini xahiş etmişdir. Bundan əlavə, iddiaçı dəfələrlə ona çatacaq sığortanın tam ödənilməsi tələbi ilə şifahi olaraq cavabdehə müraciət etmişdir. Lakin cavabdeh nə iddiaçı, nə də vəkilinin sorğularına cavab verməmişdir. 24 noyabr 2019-cu il tarixində baş verən sığorta hadisəsi 24 noyabr 2019-cu il tarixli aktı ilə, 24 noyabr 2019-cu il tarixli tərtib edilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətini icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışı ilə, Xaçmaz rayon Polis Şöbəsinin toplanmış materialları və digər sənədləri ilə təsdiqlənir. Beləliklə, cavabdeh iddiaçıya düşən icbari sığortanın bütün məbləğini, yəni 5.000 manat ödəməlidir. Lakin 5.000 manat sığorta məbləğindən əsassız olaraq iddiaçıya cəmi 2.780 manat ödəmişdir. Hesab edir ki, cavabdeh icbari sığortanın 5000 manat məbləğindən ödənilməmiş 2220 manat iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Cavabdeh1 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkili) və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: 24.11.2019-cu il tarixli TP seriyalı ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, 24.11.2019-cu il tarixdə X1 idarə etdiyi Subaru markalı 10ZT382 dövlət qeydiyyat nişanlı avtomaşınla iddiaçının idarə etdiyi Mazda markalı 90SL324 dövlət qeydiyyat nişanlı avtomaşının Xaçmaz rayonu ərazisində toqquşması nəticəsində X7 baş vermiş və nəticədə X3 təqsirli bilinərək İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat cərimə edilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş 14.12.2019-cu il tarixli Q!üsur aktından görünür ki, iddiaçıya məxsus Mazda markalı 90SL324 dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyan 5777,22 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06.01.2022-ci il tarixli 9/8208 saylı rəyi ilə, "xxxx" MMC-nin 14.12.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Mazda” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4952,0 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, 24.11.2019-cu il tarixdə X1 idarə etdiyi Subaru markalı 10ZT382 dövlət qeydiyyat nişanlı avtomaşınla iddiaçının idarə etdiyi Mazda markalı 90SL324 dövlət qeydiyyat nişanlı avtomaşının Xaçmaz rayonu ərazisində toqquşması nəticəsində X7 baş vermiş, X3 təqsirli bilinərək İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat cərimə edilmiş və nəticədə iddiaçıya maddi ziyan dəymişdir. Cavabdeh tərəfindən iddiaçıya 2780 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər sığorta hadisəsinin baş verdiyini mübahisələndirmir. Tərəflərin arasındakı mübahisə yalnız sığorta ödənişinin məbləği barədədir. Mübahisənin mahiyyətini avtomobilin təmir xərcinə dair fikir ayrılığı təşkil edir. Belə ki, cavabdeh bu qiymətin 2780 manat, iddiaçı isə 5777,22 manat təşkil etdiyini bildirir. Ona görə də mübahisənin düzgün həll edilməsi üçün sığorta hadisəsinin baş verməsi nəticəsində avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün tələb olunan xərcin nə qədər təşkil etdiyinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06.01.2022ci il tarixli 9/8208 saylı rəyi ilə, iddiaçıya məxsus avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə 4952,0 manat müəyyən edilmişdir. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün mənbəyi bəlli məlumatlar tədqiq olunmaqla əldə olunmuş və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 2780 manat məbləğində sığorta ödənişini nəzərə aldıqda, sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 2172 manat (4952-2780=2172) sığorta ödənişi iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən maddi ziyanın əvəzi qismində 2500 manat və dövlət rüsumuna görə 15 manat tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 50 manat məbləği cavabdehdən, qalan 50 manat məbləği isə iddiaçıdan tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən maddi ziyanın əvəzi qismində 2172 manat sığorta ödənişi və dövlət rüsumuna görə 31 manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 50 manat məbləği Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən, qalan 50 manat məbləği isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000000 3944 SWİFT BİK CTREAZ 22.AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-284/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-284/2022
01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver