Məhkəmə qərarları › İş №2(006)-2841/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2841/2023

02.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2841/2023 02.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlu, İddiaçı X3 Cavabdeh qarşı aliment borcunun ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh qarşı aliment borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6 saylı mediasiya şurasında barışıq sazişinin təsdiqi ilə uşaqların saxlanması üçün 400 manat könüllü ödəniş olan aliment vəsaitinin borclu tərəfindən bu günə kimi olan borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh ilə nikahları Nəsimi Rayon Məhkəməsinin 2(006)-1963/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Uşaqları xx.xx.2006-cı il təvəllüdlü X7, xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X10 onun himayəsində saxlanılmışdır. Cavabdeh uşaqların saxlanılması üçün 6 saylı mediasiya şurasının barışıq sazişinə əsasən hər ay 3 uşaq üçün cəmi 400 manat aliment ödəməsini qəbul etmişdir. Lakin ö gündən sonra çox zaman əskik ödəmə etmiş və bəzi aylarda heç ödəmə etməmişdir. Ödədiyi ayları nəzərə alınaraq, xx.xx.2023-cü il tarixinədək 2150 manat ödənilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24 maddəsinə əsasən Mmdiasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Yuxarında qeyd edilən qanunvericiliyn müddəalarından aydın olur ki, tərəflər arasında mediasiya prosesi zamanı barışıq sazışı bağlanmışsa və tərəflərdən biri barışıq sazişini könüllü qaydada icra etmirsə və ya barışıq sazişinin könüllü icrasından imtina olunursa, barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. X1 cavabdeh ilə mediasiya prosesi zamanı bağlanmış barışıq sazişin təsdiqin tələb edir. X2 barışıq sazişin təsdiq edilməsi barədə ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət etməli olduğu halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Barışıq sazişinin iddia icraatı qaydasında baxılması yolverilməzdir. Həmçinin məhkəmə qeyd edir ki, iddia tələbinin barışıq sazişi əsasında yığılmış borcun ödənilməsi hissəsinə hazırda baxılması mümkün deyildir. Belə ki, yığılmış borc barışıq sazişindən irəli gəlir və həmin barışıq sazişi təsdiqlənmədiyindən, hazırda barışıq sazişi əsasında yığılmış borcun tələbi yolverilməzidr. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, barışıq sazişinin təsdiq edilməsi zamanı Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1-1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi tərəflər arasında barışıq sazişi bağlandığı üçün gələcəkdə barışıq sazişinin təsdiqi barədə ərizə ilə məhkəmə müraciət edilən zaman ərizəçi 100 manat məbləğində dövlət rüsumu ödəməkdən azad olunmur. (Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9-cu maddəsinə göstərilən hallar istisna olmaqla) Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya müvafiq ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X3 Cavabdeh qarşı aliment borcunun ödənilməsi tələbinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər iddiaçı X4 qaytarılsın. İddiyaçıya izah edilsin ki, müvafiq ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar