Məhkəmə qərarları › İş №2(006)-2845/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2845/2021

25.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2845/2021 25.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, cavbadehin nümayəndəsi X10 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2003-cü ilin mart ayından «xxxx» QSC-nin İD-nin 2 nömrəli Biləcəri İşarəvermə və rabitə sahəsində elektro-mexanik vəzifəsində işləmişdir. 26.02.2018-ci il tarixdə saat 08.00 radələrində «xxxx» QSC-nin İDnin 2 nömrəli Biləcəri İşarəvermə və rabitə sahəsinin tabeçiliyində olan «Güzdək» stansiyasına işə yerinə gəlmişdir. Böyük elektrik mexniki olan sex rəisi X4 iddiaçı və iş yoldaşı X13 ilə birlikdə «Güzdək» stansiyasına getmələri və həmin ərazisində işləməyən rabitə xəttinin kabelləri dəyişməyi tapşırmışdır. Həmin rabitə xəttinn kabellərini təmir etməkdən ötrü təxminən 8-9 metr hündürlüyü olan elektrik rabitə dayağına dırmaşmalı idilər. İş yoldaşı Hüseyn Cəfərov dəmir nərdivanı rabitə dayağına söykənmiş, iddiaçı də təhlükəsizlik kəməri və kaska olmadan nərdivanla həmin dayağa qalxaraq nasaz kabelləri açmağa başladıqda kabel dartıb sinəsinə zərbəylə dəymişdir. Zərbənin gücündən iddiaçı müvazinətini itirərək yerə yıxılmış və sol qolundan xəsarət almışdır. İş yoldaşının və həmin ərazidə olan sakinlərin köməyi ilə sex rəisi Tahir Əmirəliyevin avtomobilinə mindirərək Müşfiq qəsəbəsində olan aptekə aparılmışdır.Aptekdə başına sarğı qoyulduqdan sonra Tahir Əmirəliyev tanıdığı sınıqçının yanına aparmış və sınıqçı yıxılan zaman zədə alan əlini yumurta ilə sarımışdır. Sınıqçı ağrılarının və damar əzilməsinin 20 gün ərzində sağalacağını, eləcə də müddət bitdikdən sonra sarğını aça biləcəyini bildirmişdir. Vəziyyətinin ağırlaşdığını görüb Sumqayıt şəhəri, H.Tağıyev qəsəbəsindəki Xəstəxanaya müraciət etmiş və rentgen müayinəsi zaman məlum olmuşdur ki, sol biləyi və sol qolunun 4 barmağı sınmışdır. 45 gün müalicə almasına baxmayaraq, barmaqları, biləcəyi açılmamış v əvə qatlamış vəziyyətdə qalmış, həmçinin vaxtında ixtisaslaşdırılmış həkim müdaxiləsi omadığından sol əli əmək qabiliyyətini itirmişdir. Qeyd edilən xüsusatlar 03.12.2018-ci il tarixli X6 haqqında 1 nömrəli (İZ) AKT-da öz əksini tapmış, eləcə də məhkəmə-tibbi ekspertizasının 16.10.2018-ci il tarixli 2230 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - «sol mil bilək oynağının qapalı küt travması, sol mil müsüyünün tipik yerindən qeyri-düzgün bitişmiş sınığı, sol mil bilək oynağının travmadan sonrakı bükücü konstruksiyası, sol əlin İİ-İİİ-İV-V barmaqlarının travmadan bükücü konstruksiyası, sol əlinin funksiyasının pozulması» funksional əlverişli vəziyyətdə (yarımbükülmüş) bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, yəni 26.02.2018-ci il tarixli hündürlükdən yıxılma nəticəsində əmələ gəlməsi istisna olunmur, ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin (35%) dayanıqlı (daimi) itirilməsi ilə nəticələnmişdir və bu əmələ görə sağlamlığa ağır zərər vurmaya aiddir. Bundan əlavə əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin (35%) itirdiyinə görə dövlət tərəfindən iddiaçıya İİİ qrup əlillik təyin edilmişdir. Hal-hazıra nə də hər hansı bir şəxs tərəfindən onlara müraciətlər edilməmişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində iddiaçı sağlamlığını itirərək işdən çıxarılmış və bunların da nəticəsində ona mənəvi ziyan dəymişdir. Belə ki, əmək qabiliyyətinin 1/3-dən çox hissəsindən itirdiyinə görə şikəst və işsiz qalması ailənin maddi durumunu çətinləşdirmiş, eləcə də iddiaçını bu vəziyyətdə görmək ailə üzvlərini üzür və sarsıdır. Hər dəfə onu gördükdə onların dərin sarsıntı və iztirab keçirməsinə səbəb olur. Baş vermiş hadisəsi nəticəsində onun şikəst qalması və bu səbəbdən ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüquqları vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 03.12.2018ci il tarixdə tərtib edilmiş 1 nöbmrəli təhqiqat (İZ) aktında aşağıdakı kimi göstərilmişdir: «11. Bədbəxt hadisənin təsnifatı - 26.02.2018-ci il tarixdə, saat 08.00 radələrində İddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin 2 nömrəli Biləcəri İşarəvermə və rabitə sahəsinin tabeçiliyində olan «Güzdək» stansiyasına iş yerinə gəlmişdir. Böyük elektrik mexaniki X3 texniki təhlükəsizlik qaydalarına dair təlimat keçdikdən və bu barədə müvafiq qeydiyyat apardıqdan sonra gün ərzində görüləcək işlərin tapşırığını vermişdir. Verilmiş iş tapşırığında uyğun olaraq həmin gün İddiaçı və iş yoldaşı X12 ilə birlikdə Güzdək stansiyası ərazisində işləməyən rabitə xəttinin kabelinin dəyişməsi işi ilə məşğul olurdular. Saat təxminən 10.30 radələrində işçilər dəmir nərdivanı işıq dirəyinə söykəyirlər. X12 həmin nərdivanı saxlayır, İddiaçı isə işıq dirəyinə söykənmiş dəmir nərdivan vasitəsi ilə təxminən 7-8 metr hündürlüyə qalxaraq rabitə xəttinin kabelini açır. Zərbədən Sənan müvazinətini itirərək yerə yıxılaraq sol qolundan xəsarət alır. X2 «xxxx» QSC 2 №-li Biləcəri İşarəvermə və rabitə sahəsinin rəhbərliyi tərəfindən təsdiq edilmiş «Rabitə üzrə böyük elektrik mexaniklərinin» «Vəzifə borcları»nın 3-cü bəndinin (İşçilər tərəfindən texnologi proses qrafikinin yerinə təhdükəsizlik qorma qaydalarına riayət etməklə yerinə yetirmələrinə ciddi nəzarət etməlidir) tələblərinə əməl edilməməsi.

12. Əmək qanunvericiliyinin pozuntusuna yol vermiş şəxslər - T.A.Əmirəliyev». Bu baxımdan keçirdiyi stress, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. Kimi halları nəzərə alaraq iddiaçıya, ailəsinə dəymiş 500.000 manat məbləğində mənəvi zərər cavabdeh «xxxx» QSC-dən alınaraq iddiaçıya ödənilməlidir. 03.12.2018-ci il tarixli X6 Haqqında 1 nbmrəli (İZ) AKT və digər faktlarla təsdiq olunur, habelə hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Göstərilənlərə əsasən cavabdeh «xxxx» QSC-dən 500.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 iddia qəbul etməyərək, iddia ərizəsinə etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, İddiaçı 17.03.2003-cü il tarixdən «xxxx» QSC-də elektrik montyoru vəzifəsində işləməyə başlamış və 01.07.2003-cü il tarixdən elektromexanik vəzifəsinə keçirilmişdir. 26.02.2018ci il tarixdə işlədiyi 2 nömrəli Biləcəyi İşarəvermə və rabitə sahəsinin Güzdək stansiyası ərazisində işləməyən rabitə xəttinin dəyişdirilməsi zamanı ehtiyatsızlıq nəticəsində xəsarət almış, bu faktı təsdiqləyən «X6 haqqında akt»ı və Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 16.11.2018-ci il tarixli, 162T nömrəli əmri ilə təşkil edilmiş komissiyanın təhqiqat aktı mövcuddur. X8 bədbəxt hadisələrdən icbari sığorta olunmuşdur. Belə ki, iddiaçıya aylıq 119,02 manat olmaqla 6541,20 manat məbləğində sığorta ödənişi nəzərdə tutulmuş və «xxxx» ASC tərəfindən aylıq ödənişlər 2019-cu ilin iyul ayından etibarən həyata keçirilməyə başlamışdır. Göründüyü kimi işçi əgər X6lər və peşə xəstəlikləri nəticəsində peşə əmək qabilyyətinin itirilməsi hallarından icbari sığorta olunmuşdursa işəgötürən heç bir maddi məsuliyyət daşımır. Digər tərəfdən iddiaçının X6 nəticəsində xəsarət alması, onun özünün və ailə üzvlərinin mənəvi sarsıntı keçirtməsinə və ya fiziki əzab çəkməsinə əsas hesab olunmur. Göstərilərə əsasən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan «xxxx» QSC ilə İddiaçı oğlu arasında bağlanılmış 17.03.2003-cü il tarixli əmək müqaviləsinə (kontraktına) əsasən İddiaçı 17.03.2003-cü il tarixdən 1 il müddətinə Sumqayıt XAZ yerli rabitə şəbəkəsinə 5-ci dərəcəli elektromontyor vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan «Sığortaçı» qismində «xxxx» ASC ilə «Sığortalı» qismində «xxxx» QSC arasında bağlanmış 17.08.2016-cı il tarixli 0592-16 saylı X6lər və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin surətindən görünür ki, dəmir yolu fəaliyyəti ilə məşğul olan «Sığortalı» «xxxx» QSC-nin Qanunun 13-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tarifləri əsasında hesablanan və bu müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində onunla bağlanmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında işlərin və ya xidmətlərin həyata keçirilməsinə cəlb edilmiş şəxslərin «sığorta olunanların» həyatına və sağlamlığına X6lər və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə «Sığortaçı» «xxxx» ASC Qanunun 18-ci maddəsində müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyini götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən «Sığortalı» «xxxx» QSC bu müqavilənin xeyrinə bağlandığı və müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan cədvəldə sığorta olunanlar qismində göstərilən «Sığortalı» ilə qanunvericiliyinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquq müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər X6lər və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta etdirir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 16.11.2018-ci il tarixli 162T saylı əmrin surətindən görünür ki, «xxxx» QSC-nin İnfrastruktur Departamentinin 2 nömrəli Biləcəri İşarəvermə və rabitə sahəsinin işçisi İddiaçı 26.02.2018-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə baş verməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.02.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş «İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları»na əsasən baş vermiş bədbəxt hadisənin təhqiq edilməsi əmr edilmişdir. İş üzrə Sumqayıt şəhər Səhiyyə şöbəsinin X18 Xəstəxanası tərəfindən 6 saylı region üzrə X7 baş məsləhətçisi - baş əmək müfəttişi Vüqar Bəşirova ünvanlanmış 26.11.2018-ci il tarixli məktubun surətindən görünür ki, Səmədov snan Mirzəağa oğlu 01.08.218-ci il tarixdə saat 13.35-də xəstəxananın travmotologiya şöbəsinə stasionar müalicəyə daxil olub. Diaqnoz: «Sol mil-bilək oynağının və əl barmaqlarının posttravmatik kontrakturası. Ağır sindromu ilə. Sol mil müsüyünün tipik yerinin qeyri düzgün bitişmiş sınığı. Sol əlin funksiya pozğunluğu». Xəstə 11.09.2018-ci il tarixdə saat 12.30-da ambulator müalicəyə yazılıb. İddiaçı 26.02.2018-ci il tarixdə sumqayıt şəhər X18 xəstəxanasına müraciət etməyib. İş üzrə X6 haqqında (İZ forması) 03.12.2018-ci il tarixli, 1 №-li aktın surətindən görünür ki, 26.02.2018-ci il tarixdə, saat 08.00 radələrində İddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin 2 nömrəli Biləcəri İşarəvermə və rabitə sahəsinin tabeçiliyində olan «Güzdək» stansiyasına iş yerinə gəlmişdir. Böyük elektrik mexaniki X3 texniki təhlükəsizlik qaydalarına dair təlimat keçdikdən və bu barədə müvafiq qeydiyyat apardıqdan sonra gün ərzində görüləcək işlərin tapşırığını vermişdir. Verilmiş iş tapşırığında uyğun olaraq həmin gün İddiaçı və iş yoldaşı X12 ilə birlikdə Güzdək stansiyası ərazisində işləməyən rabitə xəttinin kabelinin dəyişməsi işi ilə məşğul olurdular. Saat təxminən 10.30 radələrində işçilər dəmir nərdivanı işıq dirəyinə söykəyirlər. X12 həmin nərdivanı saxlayır, İddiaçı isə işıq dirəyinə söykənmiş dəmir nərdivan vasitəsi ilə təxminən 7-8 metr hündürlüyə qalxaraq rabitə xəttinin kabelini açır. Zərbədən Sənan müvazinətini itirərək yerə yıxılaraq sol qolundan xəsarət alır. X2 «xxxx» QSC 2 №-li Biləcəri İşarəvermə və rabitə sahəsinin rəhbərliyi tərəfindən təsdiq edilmiş «Rabitə üzrə böyük elektrik mexaniklərinin» «Vəzifə borcları»nın 3-cü bəndinin (İşçilər tərəfindən texnologi proses qrafikinin yerinə təhdükəsizlik qorma qaydalarına riayət etməklə yerinə yetirmələrinə ciddi nəzarət etməlidir) tələblərinə əməl edilməməsi. Əmək qanunvericiliyinin pozuntusuna yol vermiş şəxs - T.A.Əmirəliyev. İş materiallarında olan «İşəgötürən» qismində «xxxx» QSC İD 2 nömrəli Biləcəri İşarəvermə və rabitə sahəsinin sahə rəisi ilə X1 ilə «İşçi» qismində İddiaçı Mirzağa oğlu arasında bağlanılmış 30 №-li, 19.07.2019-cu il tarixli əmək müqaviləsinin ləğv edilməsinə dair 19.07.2019-cu il tarixli Əlavə Razılaşmanın surətindən görünür ki, İddiaçı: 116 №-li, 09.02.2016-cı il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən ləğ edilməsi məqsədilə işəgötürənə müraciət etməsi; bu razılaşmaya və işçinin ərizəsinə uyğun olaraq əmək müqaviləsi ləğv edildikdən sonra 1 il müddətinə Cəmiyyətin aparatının struktur bölmələrinə və strukturuna daxil olan qurumlarında, habelə Cəmiyyətin iştirak etdiyi birgə müəssisələrdə işə qəbul barədə hər hansı iddia irəli sürə bilmməməsi; əmək müqaviləsi ləğv edildikdən sonra bu Razılaşmaya əsasən ona ödənilən müavinətdən və son haqq-hesabdan başqa işəgötürənə, həmçinin Cəmiyyətə qarşı hər hansı maddi ziyana dair tələbinin olmadığını bəyan etməsi; Cəmiyyəti, habelə işəgötürəni bu Razılaşmanın tələbləri nəzərə alınmaqla əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hər hansı iddia və tələblərdən azad edir və bununla əlaqədar baş verə biləcək biləcək mübahisələ, məhkəmə çəkişmələri və hər hansı digər hərəkətlərə görə onlara dəymiş ziyan ödəməsi öhdəsinə götürmüşdür. İşəgötürən: bu Razılaşma ilə müəyyən olunmuş şərtlər daxilində işçi ilə əmək müqaviləsinə xitam verildiyi təqdirdə işçiyə cəmi 1410 manat məbləğində birdəfəlik muavinət ödəməyi öhdəsinə götürmüş, Razılaşmanın 2.1-ci bəndində müəyyən olumuş müavinətin işçiyə işəgötürənin son-haqq hesabı ilə eyni vaxtda, lakin əmək müqaviləsinə xitam verildiyi tarixdən 20 gündən gec olmayaraq ödənilməsini həyata keçirilməsi öhdəsinə görümüşdür. İş üzrə əmək kitabçasının surətindən görünür ki, «xxxx» QSC-nin 19.07.2019-cu il tarixli əmrinə əsasən İddiaçı Mirzağa oğlu ilə bağlanılmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə (öz xahişi ilə) əsasən xitam verilmişdir. İş materiallarında olan «xxxx» Sığorta Şirkəti ASC tərəfindən verilmiş 19.07.2019cu il tarixli,**********00034 saylı sığorta aktından görünür ki, 0592/16 saylı sığorta müqaviləsi üzrə sığortalı qismində «xxxx» QSC sığorta olunan İddiaçı bədbəxt hadisələrdən sığorta olunmuş və ona aylıq 109,2 manat olmaqla 6541,20 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı, 26.02.2018-ci il tarixdə X6 nəticəsində xəsarət almış, ona 3-cü dərəcəli əlillik təyin olunmuş və həmin əlillik əsasında "xxxx" ASC tərəfindən iddiaçıya itirilmiş əmək qabiliyyəti faizinə nisbətdə (40 faiz) aylıq sığorta ödənişi ödənilməkdədir. Hazırda iddiaçı ona vurulmuş mərəvi ziyanın əvəzi olaraq 500.000 manat kompensasiya ödənilməsini istəyir. "X6lər və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun Preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında X6lər və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətləri tənzimləyir, bu münasibətlərin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Həmin Qanunun 10.1.1-ci maddəsinə əsasən bu Qanuna əsasən sığorta hadisəsi X6 haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə bağlı X6nin baş verməsi barədə məhkəmə qərarı əsasında müəyyən olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən ayliq sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi ilə bağlı itirilmiş aylıq əmək haqqı əvəzində faydalanan şəxsə verilən pul təzminatıdır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ayliq sığorta ödənişinin məbləği sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətini itirdiyi tarixdən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin sığorta hadisəsi nəticəsində itirilmiş peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi üzrə aylıq sığorta ödənişi sığorta hadisəsi nəticəsində sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi gündən verilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Göründüyü kimi, iddiaçıya əmək zədəsi səbəbindən 3-cü dərəcəli əlillik 19.07.2019cu il tarixdən təyin olunduğundan "xxxx" ASC qanunvericiliyə uyğun olaraq həmin tarixdən aylıq olaraq sığorta ödənişi etməyə başlamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı X6si nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi halından icbari sığorta olunmuşdur. Belə olan cavabdeh heç bir maddi məsuliyyət daşımır. Həmçinin hadisə baş verdikdən sonra iddiaçı ilə cavabdeh arasında bağlanmış razılaşma ilədə iddiaçının qeyd olunan hadisə ilə bağlı heç bir maddi ziyan tələbi ilə bağlı müraciətinin olmaması öz əksini tapmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar