Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2851/2022 01.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin və dəfn müavinətinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin və dəfn müavinətinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 11.000 manat və 3.000 manat olmaqla, ümumilikdə 14.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, oğlu X3 2021-ci ildə həqiqi hərbi xidmətə çağırılmış və Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət etmişdir. Xidmətdən əvvəl və ya xidmət dövründə onun səhhəti lə bağlı heç bir şikayəti və ya narahatçılığı olmamışdır. xx.xx.2022-ci il tarixdə onunla əlaqə saxlayıb danışdıqda belə səhhətində hər hansı bir probleminin olduğunu bildirməmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında isə Gədəbəy rayonu, Düzrəsullu kəndi üzrə icra nümayəndəsi ona zəng edərək, oğlunun vəfat etməsi barədə məlumat vermişdir. Oğlunun vəfat etməsi aktı ilə bağlı Füzuli Hərbi Prokurorluğunda istintaq aparılmış və cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən SHXÇDX-nın Gədəbəy rayon şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, oğlu X2 qəsdən cinayət törətməsi və ya sərxoş vəziyyətdə olması müəyyən olunmamışdır. Dəfn pulunun və sığorta ödənişinin ödənilməsinə dair Dövlət Sığorta Kommersiya Şirkətinə rəsmi olaraq müraciət etsə də, şirkət ona xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlayaraq, X2 xx.xx.2021-ci il tarixdə özünə qəsd nəticəsində vəfat etməsi səbəbindən ödəniş etməkdən imtina etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 məhkəməyə etiraz ərizəsi təqdim etdi və izahatında bildirdi ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən mərhum oğlu X2 hərbi xidmətdə olarkən vəfat etməsinə görə ona 11.000 manat sığorta ödənişinin, əlavə olaraq 3.000 manat vəsaitin verilməsi tələbi ilə bağlı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Hesab edirlər ki, işə mülki məhkəmə icraatı qaydasında baxıla bilməyəcəyindən, iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli, 1340 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2022-ci il tarixli, 1718 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli, 1340 nömrəli Fərmanının 2.7-ci bəndinin aşağıdakı redaksiyada verilməsi qərara alınmışdır: “sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi Şirkət tərəfindən həyata keçirilir”. Fərmanın 3-cü hissəsinə əsasən, aşağıdakı məzmunda 2.8-ci bəndin əlavə edilməsi qərara alınmışdır: ‘‘sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir." İddia ərizəsində qeyd olunanlara əsasən, iddiaçının mərhum oğlu X3 xx.xx.2021-ci ildə vəfat etmişdir. Fərmanın istinad olunan hissələrinə əsaslanaraq, bildirir ki, mərhum 2021-ci ildə vəfat etdiyindən, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1340 nömrəli Fərmanına edilmiş dəyişikliklərə əsasən, baş vermiş hadisənin sığorta hadisəsi hesab edilməsi və buna görə sığorta ödənişinin verilməsi ilə əlaqədar məsələlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. Buna görə də, Şirkətə qarşı olan hazırki iddianın hər hansı hüquqi əsası mövcud deyildir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, hazırki iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq, xitam verilməlidir. Belə ki, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli, 1340 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2022-ci il tarixli, 1718 nömrəli Fərmanı qəbul edilmişdir. Həmin Fərmanın 2-ci hissəsinə əsasən, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli, 1340 nömrəli Fərmanının 2.7-ci bəndinə aşağıdakı məzmunda redaksiya verilmişdir: - “2.7. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi Şirkət tərəfindən həyata keçirilir”. Həmin Fərmanın 3-cü hissəsinə əsasən, aşağıdakı məzmunda 2.8-ci bənd əlavə edilmişdir: - “2.8. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir”. İddia tələbindən göründüyü kimi, iddiaçı hazırda oğlunun vəfat etməsi ilə əlaqədar cavabdehdən ümumilikdə 14.000 manat məbləğində pul vəsaitini tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının oğlu xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1340 nömrəli Fərmanına edilmiş dəyişikliklərə əsasən, baş vermiş hadisənin sığorta hadisəsi hesab edilməsi və buna görə sığorta ödənişinin verilməsi ilə əlaqədar məsələlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alıb, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli, 1340 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2022-ci il tarixli, 1718 nömrəli Fərmanını rəhbər tutub, hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin və dəfn müavinətinin ödənilməsi” tələbinə dair iddia ərizəsinə Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə baxılmalı olmadığından, mülki işin icraatına xitam verilməlidir. İddiaçıya hazırki iddia tələbi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin və dəfn müavinətinin ödənilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçıya hazırki tələbi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2851/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2851/2022
01.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver