Məhkəmə qərarları › İş №2(006)-2872/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2872/2023

23.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2872/2023 23.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı, Cavabdeh Əlihəddin qızının iştirakları ilə, İddiaçı Cavabdeh Əlihəddin qızına qarşı "alimentin azaldılması" tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Əlihəddin qızına qarşı "alimentin azaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1206/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini dəyişərək - azaldaraq xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan Cavabdeh xeyrinə hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1206/2022 saylı, 07 02.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilərək - alimentin tutulması sabit pul məbləğinə dəyişdirilərək xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sabit pul məbləğində hər uşağa, hər ay 150 manat, cəmi 450 manat cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Lakin 1 ildir ki, o, işsizdir, heç bir əlavə gəliri də yoxdur. Bu səbəbdən aliment məbləği ödəyə bilmir. Aiment məbləğinin çox olması səbəbindən xeyli miqdarda borcu yaranmışdır. Uşağın saxlanılmasında onun bir valideyn kimi iştirak etməyinə baxmayaraq onların maddi təminatının təminində bəzi problemlərlə üzləşir. Uşaqların maddi təminatının təmini onunla yanaşı cavabdehin də vəzifə borcudur. Cavabdeh ilkin mediasiya sessiyası barədə rəsmi olaraq məlumatlandırılsa da sessiyada iştirak etməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Əlihəddin qızı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia ərizələri əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş MŞB/2-02778/2023 saylı, xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi barədə qərar qəbul etmədilər. Mediasiya xərci olan 50 manat məbləğ İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1206/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6283/2021 saylı işi üzrə 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv ediiməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin artırılması'' tələbinə dair iddiası qismən təmin edilərək- alimentin tutulması sabit pul məbləğinə dəyişdirilərək xx.xx.2007-ci il təvəllüdlü X4,xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sabit pul məbləğində hər uşağa, hər ay 150 (yüz əlli) manat, cəmi 450 (dörd yüz əlli) cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi və iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiyası çıxarışından görünür ki, İddiaçı “X9” Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN **********) rəngsaz, tikinti vəzifəsində işləyir və 672 manat maaş alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olması, rəsmi nikahdan 3 uşaqlarının olması, həmin uşaqların ananın yanında qalması, uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Məhkəmə iddiaya münasibət bildirərək qeyd edir ki, aliment məbləğinin azaldılmasına dair tələb əsassızdır və təmin edilə bilməz. Belə ki, iddiaçı məhkəmədən alimentin azaldılmasını xahiş etmişdir. Xahişini isə maddi vəziyyətinin aşağı olması, 1 il işsiz olmasını, özünün isə gündəlik qazancının olmaması ilə əsaslandırmışdır. Məhkəmə iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı qeyd etdiyi halların heç biri ilə bağlı əsaslı sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiyası çıxarışından görünür ki, İddiaçı “X9” Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN **********) rəngsaz, tikinti vəzifəsində işləyir və 672 manat maaş alır. Qanunvericiliyin tələbləri baxımından, alimentin miqdarı yalnız tərəflərin ailə və maddi vəziyyətində dəyişikliklər olduğu halda dəyişdirilə, yəni artırıla və ya azaldıla bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Hazırda isə həmin halların baş verməsi müəyyən edilməmişdir. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan qanunun normaların mənasından da göründüyü kimi, valideynlər öz uşaqlarının saxlanmasında və uşaqları ilə bağlı bütün digər məsələlərin həll olunmasında (tərbiyə, təhsil və s.) bərabər hüquqlara malik olmaqla yanaşı, eyni həcmdə vəzifələr də daşımalıdırlar. Bu ona dəlalət edir ki, İddiaçı bir valideyn kimi xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X6 maddi cəhətdən təmin etməyə borcludur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. İddiaçı isə məhkəmə qətnaməsinə əsasən hər ay hər uşaq üçün 150 (yüz əlli) manat, cəmi 450 (dörd yüz əlli) məbləğində aliment ödəyir. İşin faktiki hallarından görünür ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının maddi vəziyyətində ciddi dəyişikliklərin olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh Əlihəddin qızına qarşı "alimentin azaldılması" tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Əlihəddin qızına qarşı "alimentin azaldılması" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar