Məhkəmə qərarları › İş №2(006)-289/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-289/2023

01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-289/2023 01.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, Cavabdeh LPO Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və X13 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh LPO Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatların verilməsi vəzifəsinin həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və X13 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatların verilməsi vəzifəsinin həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mərkəzləşdirilmiş Kredit Reyestrində və Əmanətlərin Sığortalanması Fondunun (ləğv prosesində olan Cavabdeh ASC-nin) bank əməliyyat sistemində adına qeyd olunmuş 17288,95 (on yeddi min iki yüz səksən səkkiz manat 95 qəpik) manat kredit məbləğinin bank əməliyyat sistemindən silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və 142,40 (yüz qırx iki manat 40 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsi üzrə 50.000 (əlli min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən Yasamal rayonu, Parlament prospekti, 500-cü məhəllə, ev 4 ünvanında yerləşən mənzil 44 Cavabdeh ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 02/ZB-BF nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. Bundan sonra Cavabdeh ASC tərəfindən xx.xx.2014-cü il tarixli, 10/H3640 saylı məktubla 14 saylı notariat kontoruna müraciət edilərək, İddiaçı məxsus Yasamal rayonu, Parlament prospekti, 500-cü məhəllə, ev 4 ünvanında yerləşən 44 saylı mənzilin girovda qalmaq şərtilə alqı-satqı olunmasına etiraz etmədiyini və İddiaçı Cavabdeh ASC-yə olan kredit borcu – cəmi 64425 (altmış dörd min dörd yüz iyirmi beş) manat məbləğinin Cavabdeh ASC-nin bank hesabına köçürülməsinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh ASC-nin məktubunu əsas götürərək Yasamal rayonu, Parlament prospekti, 500-cü məhəllə, ev 4 ünvanında yerləşən 44 saylı mənzilə dair 14 saylı notariat kontorunda xx.xx.2014-cü il tarixdə 4Ə-814 reyestr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan mənzil 113000 (yüz on üç min) manata X1. Cavabdeh ASC-nin İdarə Heyətinin sədri X6 Bakı şəhəri 14 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsinə görə "xxxx" ASC-nin 5 saylı şöbəsində notariusun depozit hesabına qoyulmuş 113000 (yüz on üç min) manat məbləğində puldan 64425 (altmış dörd min dörd yüz iyirmi beş) manat pulu çıxartmağı X9 etibarnamə ilə həvalə etmişdir. Bakı şəhəri 14 saylı notariat kontorunun xx.xx.2014-cü il tarixli, 1145 saylı məktubu ilə sözügedən alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 113000 (yüz on üç min) manat məbləğində pulun onun məktubu əsasında 48575 (qırx səkkiz min beş yüz yetmiş beş) manatı İddiaçı və qalan 64425 (altmış dörd min dörd yüz iyirmi beş) manatının isə Cavabdeh ASC-nin nümayəndəsi X9 verilməsi "xxxx" ASC-nin 5 saylı şöbəsindən xahiş edilmişdir. Bundan sonra Cavabdeh ASC tərəfindən xx.xx.2014-cü il tarixli, 11/K-480 nömrəli arayış verilərək İddiaçı adına olan xx.xx.2010-cu il tarixli ipoteka krediti üzrə borcun tam bağlandığı bildirilmişdir. Lakin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9F-222 nömrəli çıxarışa əsasən İddiaçı Ləğv prosesində olan Cavabdeh ASC-yə 17146,76 (on yeddi min yüz qırx altı manat, yetmiş altı qəpik) manat məbləğində kredit borcunun olduğu qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixdə iddiaçı Ləğv prosesində olan Cavabdeh ASC-yə ərizə ilə müraciət edərək xx.xx.2010-cu il tarixli ipoteka krediti müqaviləsi üzrə borcunun olub-olmaması barədə məlumat verilməsini xahiş etmiş, xx.xx.2022-ci il tarixli, **********247 saylı məktubla verilmiş cavabda xx.xx.2022-ci il tarixinə bank əməliyyat sisteminin məlumatlarına əsasən 10844,67 (on min səkkiz yüz qırx dörd manat altmış yeddi qəpik) manat məbləğində əsas, 6302,09 (altı min üç yüz iki manat, doqquz qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 17146,76 (on yeddi min yüz qırx altı manat, yetmiş altı qəpik) manat məbləğində borc öhdəliyinin mövcud olduğu bildirilmişdir. Bundan sonra iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edərək, Mərkəzləşdirilmiş Kredit Reyestrində və Ləğv prosesində olan Cavabdeh ASC-nin bank əməliyyat sistemində adına qeyd olunmuş 17146,76 (on yeddi min yüz qırx altı manat, yetmiş altı qəpik) manat məbləğinin silinməsi üçün müvafiq şəxslərə göstəriş verilməsini xahiş etmişdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx.xx.2022-ci il tarixli, **********248 saylı məktubla müraciətə verilən cavabda xx.xx.2022-ci il tarixinə bank əməliyyat sisteminin məlumatlarına əsasən 10844,67 (on min səkkiz yüz qırx dörd manat altmış yeddi qəpik) manat məbləğində əsas, 6444,28 (altı min dörd yüz qırx dörd manat, iyirmi səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 17288,95 (on yeddi min iki yüz səksən səkkiz manat, doxsan beş qəpik) manat məbləğində borc öhdəliyinin mövcud olduğu qeyd edilmişdir. İddiaçı Əmanətlərin Sığortalanması Fonduna (ləğv prosesində olan Cavabdeh ASC-nin) bank əməliyyat sisteminin məlumatlarına əsasən 17288,95 (on yeddi min iki yüz səksən səkkiz manat 95 qəpik) manat məbləğində borc öhdəliyinin mövcud olması bildirilmişdir. Həmin borc öhdəliyinin mövcud olması əsassız və qanunsuzdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528.1-ci maddəsinin tələblərinə uyğun olaraq, Cavabdeh ASC tərəfindən xx.xx.2014-cü il tarixli, 11/K-480 nömrəli arayış verərək iddiaçının adına olan xx.xx.2010cu il tarixli ipoteka krediti üzrə borcun tam bağlandığı bildirilmişdir. Həmçinin, 14 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş kredit borcunun tam ödənilməsinə dair müvafiq sənədlər, eləcə də Cavabdeh ASC tərəfindən xx.xx.2014-cü il tarixli, 11/K-480 nömrəli arayışı ilə iddiaçının kredit borcunun tam bağlandığı bildirilmiş olduğu halda, Əmanətlərin Sığortalanması Fondu (ləğv prosesində olan Cavabdeh ASC-nin) bank əməliyyat sisteminin məlumatlarına əsasən 17288,95 (on yeddi min iki yüz səksən səkkiz manat 95 qəpik) manat məbləğində borc öhdəliyinin mövcud olması istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X10 vəsatətlə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “borcun bank əməliyyat sistemindən silinməsi” tələbi üzrə cavabdehin düzgün müəyyən edilməməsinə görə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və ya işə xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilən və mübahisələndirilən mülki hüquqi münasibətləri Əmanətlərin Sığortalanması Fondu ilə deyil, LPO Cavabdeh ASC ilə olduğu üçün iş üzrə cavabdeh Əmanətlərin Sığortalanması Fondu deyil, LPO Cavabdeh ASC olmalıdır. Belə ki, iddiaçının mübahisələndirdiyi, yəni “bank əməliyyat sistemindən silinməsi” tələbinin əsasını İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2010cu il tarixli BİZ**********8460000 saylı kredit müqaviləsi təşkil edir. Belə olan halda cavabdeh LPO Cavabdeh ASC olmalıdır. Bankın adından ləğvedici və ya onun vəkil təyin etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxs kimi təmsil etmək səlahiyyətinə malik olur və qanunvercilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər müvafiq vəzifələri daşıyır. Beləliklə də, müflis elan olunmasına baxmayaraq bank hüquqi şəxsə aid bütün hüquq və öhdəlikləri üzrə məsuliyyət daşıyır. Məhkəmələrdə cavabdeh və iddiaçı qismində çıxış etmək hüququ var. Qeyd olunanlara əsasən, vəsatətin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı ərizə təqdim edərək, əsl olmayan cavabdeh Əmanətlərin Sığortalanması Fondunun əsl cavabdeh olan ləğv prosesində olan Cavabdeh ASC ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh ASC ilə onun arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilə üzrə borcun olmaması barədə məlumatların Azərbaycan Kredit Bürosu” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi vəzifəsinin ləğv prosesində olan Cavabdeh ASC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa və əvvəlki məhkəmə iclaslarında verdiyi izahata uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh LPO Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyib rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən digər üçüncü şəxs X13 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin və digər üçüncü şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışından görünür ki, ünvan 3 (reyestr nömrəsi: **********73-05101-093014) tam mülkiyyət hüququ üzrə (qeydiyyat nömrəsi: **********) daşınmaz əmlakın dövlət reyestrində 901 nömrəli reyestr kitabının 83747 nömrəli vərəqində xx.xx.2010-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Cavabdeh ASC-nin İdarə Heyətinin sədri Z.B.Quliyeva tərəfindən 14 saylı notariat kontoruna ünvanlanmış xx.xx.2014-cü il tarixli, 10/H3640 nömrəli məktubdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 500-cü məhəllədəki 4 saylı ev, 44 saylı mənzil Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010cu il tarixli 02/ZB-BF alqı-satqı və ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. Həmin əmlakın girovda qalmaq şərtilə alqı-satqı olunmasına etiraz etmirlər. Hal-hazırda İddiaçı Cavabdeh ASC-yə olan kredit borcu cəmi 64425 (altmış dörd min dörd yüz iyirmi beş) manat təşkil edir. Həmin kredit borcunun bankın hesabına köçürülməsinin təmin edilməsi xahiş edilmişdir. Mülki işin materiallarında olan İddiaçı notariat kontoruna yazdığı xx.xx.2014-cü il tarixli ərizəsindən görünür ki, H.S.Əliverdibəyli ilə özünə məxsus Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, məhəllə 500-cü ünvanında yerləşən 4 saylı evin 44 nömrəli mənzilinin 113000 manata satılması barədə razılığa gəlmişlər. Həmin məbləğin müvafiq müqavilə notarius tərəfindən təsdiq edildikdən sonra notariat kontorunun depozit hesabı vasitəsilə ödəniləcəyi barədə qanunvericiliyin tələbləri ona izah edilmişdir. Mülki işin materiallarında olan X3 xx.xx.2014-cü il tarixli ərizəsindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 500-cü məhəllə ünvanında yerləşən 4 saylı evin 44 nömrəli mənzilinin ipotekada olması ona məlumdur. Qeyd olunan mənzilin ipotekada olmasına baxmayaraq, onun adına alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsini xahiş etmiş, gələcəkdə bununla əlaqədar heç bir iddia tələbi olmayacağını bildirmişdir. Mülki işin materiallarında olan X3 xx.xx.2014-cü il tarixli ərizəsindən görünür ki, İddiaçı məxsus daşınmaz əmlakın 113000 manata satılması barədə razılıq əldə etmişlər. Alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi, həmçinin bununla bağlı bank xərclərinin ödənilməsini öz üzərinə götürür, bu barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün qeyd olunan məbləğin depozit hesabına qəbul olunmasını xahiş etmişdir. Mülki işin materiallarında olan xx.xx.2014-cü il tarixli etibarnamədən görünür ki, Cavabdeh ASC-nin İdarə Heyətinin sədri X6 Bakı şəhəri 14 saylı notariat kontorunda xüsusi qaydada fəaliyyət göstərən notarius X11 tərəfindən təsdiqlənmiş alqı-satqı müqaviləsinə görə "xxxx" ASC-nin “5 saylı” şöbəsindən notariusun depozit hesabına qoyulmuş 113000 (yüz on üç min) manat puldan 64425 (altmış dörd min dörd yüz iyirmi beş) manat pulu çıxartmağı, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olaraq onun adından ərizə verməyi, imza etməyi və digər hərəkətləri etməyi X9 etibar etmişdir. Etibarnamə üzrə səlahiyyətlərin başqa şəxslərə verilə bilməməsi, etibarnamənin on gün müddətinə verilməsi və 29 noyabr 2014-cü ilədək qüvvədə olması qeyd edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2014-cü il tarixli 7E-14837 reyestr nömrəli etibarnamədən görünür ki, İddiaçı Bakı şəhəri 14 saylı notariat kontorunda xüsusi qaydada fəaliyyət göstərən notarius X11 tərəfindən təsdiqlənmiş alqı-satqı müqaviləsinə görə "xxxx" ASCnin “5 saylı” şöbəsindən notariusun depozit hesabına qoyulmuş 113000 (yüz on üç min) manat puldan 64425 (altmış dörd min dörd yüz iyirmi beş) manat pulu çıxartmağı, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olaraq onun adından ərizə verməyi, imza etməyi və digər hərəkətləri etməyi X9 etibar etmişdir. Etibarnamə üzrə səlahiyyətlərin başqa şəxslərə verilə bilməməsi, etibarnamənin 20 gün müddətinə verilməsi və 29 noyabr 2014-cü ilədək qüvvədə olması qeyd edilmişdir. Mülki işin materiallarında olan ünvan 2 ünvanladığı xx.xx.2014-cü il tarixli, 1145 nömrəli məktubundan görünür ki, X3 notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 113000 (bir yüz on üç min) manat məbləğində pulun müvafiq müqavilə notarius tərəfindən təsdiq edildikdən sonra notariusun məktubu əsasında 48575 (qırx səkkiz min beş yüz yetmiş beş) manatın İddiaçı və 64425 (altmış dörd min dörd yüz iyirmi beş) manatı isə Cavabdeh ASC-nin nümayəndəsi X9 verilməsi üçün bankda olan **********00001AZM38 №-li depozit hesabına qəbul olunması xahiş edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2014-cü il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı özünə məxsus olan ünvan 3 ünvanında yerləşən mənzili (müvafiq arayışa əsasən müqavilə bağlanan anda daşınmaz əmlak yüklü olmuşdur) 113000 (yüz on üç min) manata alıcı X2. Mülki işin materiallarında olan xx.xx.2014-cü il tarixli "xxxx" ASC-nin Nizami filialının xəzinə mədaxil orderindən görünür ki, X5 tərəfindən “1145 məktuba əsasən a-s” təyinatı ilə X8 məxsus **********00001AZM38 №-li hesaba 113000 (bir yüz on üç min) manat məbləğində pul mədaxil edilmişdir. Mülki işin materiallarında olan Cavabdeh ASC-nin xx.xx.2014-cü il tarixli, 11/K-480 nömrəli arayışından görünür ki, İddiaçı bankın “Biznes” filialında **********8460000AZN saylı ssuda hesabı var. İddiaçı xx.xx.2010-cu il tarixində 50.000 (əlli min) AZN məbləğində ipoteka krediti verilmişdir. Bu kredit üzrə borc tam ödənilərək bağlanılmışdır. Hal-hazırda banka heç bir borcu yoxdur. Mülki işin materiallarında olan LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********247 nömrəli arayışından görünür ki, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı 300 (üç yüz) ay müddətinə 50.000 (əlli min) manat məbləğində kredit verilmişdir. Sözügedən kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə bank əməliyyat sisteminin məlumatlarına əsasən 10844.67 (on min səkkiz yüz qırx dörd manat altmış yeddi qəpik) manat məbləğində əsas, 6302.09 (altı min üç yüz iki manat doqquz qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 17146.76 (on yeddi min yüz qırx altı manat yetmiş altı qəpik) manat məbləğində borc öhdəliyi mövcuddur. Mülki işin materiallarında olan LPO olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına və İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********248 nömrəli arayışından görünür ki, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən ona 300 (üç yüz) ay müddətinə qaytarılmaq şərti ilə 50.000 (əlli min) manat məbləğində kredit verilmişdir. Sözügedən kredit müqaviləsi üzrə İddiaçı xx.xx.2022-ci il tarixinə bank əməliyyat sisteminin məlumatlarına əsasən 10844.67 (on min səkkiz yüz qırx dörd manat altmış yeddi qəpik) manat məbləğində əsas, 6444.28 (altı min dörd yüz qırx dörd manat iyirmi səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 17288.95 (on yeddi min iki yüz səksən səkkiz manat doxsan beş qəpik) manat məbləğində borc öhdəliyi mövcuddur. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 142 (yüz qırx iki) manat məbləğində rüsum ödənilmiş, 0.40 (qırx qəpik) manat bank xidmət haqqı tutulmuşdur. Mülki işin materiallarında olan LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli **********576 saylı arayışdan görünür ki, İddiaçı 23 iyul 2010-cu il tarixli BİZ**********8460000 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 10844,67 manat əsas, 6933,51 manat faiz borcu olmaqla, cəmi 17778,18 manat məbləğində borcu vardır. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, SF29704 saylı Çıxarışdakı “Borcalanın aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı Cavabdeh ASC-yə xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə 10,844.67 manat kredit borcu, 6,984.12 manat faiz borcu vardır. Mülki işin materiallarında olan xx.xx.2013-xx.xx.2016-cı il tarixlərini əhatə edən hesabdan çıxarışdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh ASC-nin hesabına ümumilikdə 51405.00 manat ödəniş edilmişdir, son qalıq 0.00 manatdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4580/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X5 tərəfindən Bakı şəhəri 14 saylı notariat kontorunun **********00001AZM38 №-li depozit hesabına Bakı şəhəri 14 saylı notariat kontorunun 1145 nömrəli xx.xx.2014-cü il tarixli məktubuna əsasən (məktub əlavə edilir) həmin tarixində köçürülmüş 113.000 manat məbləğində pul vəsaitinin (qəbz əlavə edilir) kimlər tərəfindən təhvil alınması barədə ətraflı məlumatın (qəbz, çıxarış və s.) "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tələb edilməsi, qərardadın icrasının "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4580/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri 14 saylı notariat kontorunun **********00001AZM38 №-li depozit hesabına 113.000 (yüz on üç min) manat köçürülmüş məbləğin 2014-cü ilin oktyabr ayı üzrə kim (kimlər) tərəfindən təhvil alınması barədə ətraflı məlumat və həmin məbləğin alınması barədə çıxarışın "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tələb edilməsi, qərardadın icrasının "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, M/11-11261 nömrəli məktubundan görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4580/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına cavab olaraq bildirilmişdir ki, 2014-cü ilə aid sənədlərin arxivləşdirilmiş və qanunvericiliyə uyğun olaraq saxlama müddəti başa çatdığına görə məhv edilmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, M/11-462 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)- 4580/2022 saylı qərardadına əsasən Bakı şəhəri 14 saylı notariat kontorunun depozit hesabına köçürülmüş 113000 (bir yüz on üç min) manat məbləğində vəsaitin hesabdan çıxarılmasını əks etdirən hesabdan çıxarış məhkəməyə təqdim edilmiş, 2014-cü ilə aid sənədlərin arxivləşdirilməsi və qanunvericiliyə uyğun olaraq saxlama müddətinin başa çatması səbəbindən kassa sənədləri məhv edilməyə göndərildiyindən həmin sənədlərin təqdim edilməsi isə mümkün olmamışdır. Məktuba əlavə edilən hesabdan çıxarışdan isə görünür ki, X5 tərəfindən X8 məxsus **********00001AZM38 №-li hesaba köçürülmüş 113000 manat məbləğində vəsaitin 64425 manat hissəsi “1145 məktuba və 10839 çekə əsasən” X9, 48575 manat hissəsi isə “1145 məktuba və 10840 çekə əsasən” İddiaçı verilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı 300 ay müddətinə 50.000 manat məbləğində ipoteka krediti verilmişdir. Həmin müqavilənin təminatı olan İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 500-cü məhəllə, ev 4 ünvanında yerləşən 44 saylı mənzil Cavabdeh ASC-nin də razılığı ilə xx.xx.2014-cü il tarixdə AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 113000 manata X1. Əliverdibəyli Haqverdi tərəfindən 113000 manat məbləğində pul vəsaiti notariusun "xxxx" ASC-də olan **********00001AZM38 №-li depozit hesabına mədaxil edilmişdir. Bundan sonra əvvəlcədən razılaşdırıldığı kimi həmin pulun 64425 manat hissəsi Cavabdeh ASC-nin İdarə Heyətinin sədri tərəfindən verilmiş etibarnamə və notarius tərəfindən verilmiş məktub əsasında X9, qalan 48575 manat hissəsi isə İddiaçı verilmişdir. Beləliklə, İddiaçı sözügedən müqavilə üzrə öhdəliyi tam şəkildə ödənilmiş və Cavabdeh ASC tərəfindən ona xx.xx.2014cü il tarixli, 11/K-480 nömrəli arayış verilmişdir. Həmin arayışda qeyd edilir ki, “xx.xx.2010-cu il tarixli kredit üzrə borc tam ödənilərək bağlanılmışdır. Hal-hazırda banka heç bir borcu yoxdur”. Bundan sonra isə İddiaçı müraciəti əsasında LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx.xx.2022-ci il tarixli **********576 saylı arayış verilmiş və onun həmin müqavilə üzrə xx.xx.2022-ci il tarixinə 10844,67 manat əsas, 6933,51 manat faiz borcu olmaqla, cəmi 17778,18 manat məbləğində borcunun olması bildirilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, SF29704 saylı Çıxarışında “Borcalanın aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı Cavabdeh ASC-yə xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə 10,844.67 manat kredit borcu, 6,984.12 manat faiz borcu vardır. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə onun arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilə üzrə borcun olmaması barədə məlumatların "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi vəzifəsinin ləğv prosesində olan Cavabdeh ASC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində tam haqlıdır, iddia tələbi əsaslıdır, buna görə də təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlər əsasında müəyyən edilir ki, iddiaçının Cavabdeh ASC-yə xx.xx.2010-cu il tarixli müqavilə üzrə olan borcu xx.xx.2014-cü il tarixdə ona məxsus olan daşınmaz əmlakın alqı-satqısından sonra tam şəkildə ödənilmiş və onun Cavabdeh ASC-yə heç bir borcu qalmamışdır. Cavabdeh ASC tərəfindən iddiaçıya xx.xx.2014-cü il tarixdə borcun olmaması barədə arayış verilmiş və bununla da təsdiq edilmişdir ki, iddiaçının Cavabdeh ASC-yə borcu yoxdur. Lakin sonradan iddiaçının adına həmin müqavilə üzrə yenidən əsassız olaraq borc hesablanmış və hazırda "xxxx" MMC-nin mərkəzləşdirilmiş kredit reyestrində iddiaçının xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh ASC-yə 10,844.67 manat kredit borcu, 6,984.12 manat faiz borcunun olması görünür. Məhkəmə hesab edir ki, həmin borcun mövcud öhdəlik kimi iddiaçının adında qalması əsassız və ədalətsizdir. Belə ki, iddiaçı alqı-satqı müqaviləsindən sonra özünə məxsus olan evi 113000 manata satmasına baxmayaraq, həmin puldan cəmi 48575 manatı özü əldə etmiş, qalan 64425 manat isə onun banka olan borcunun tam ödənilməsinə yönəldilməsi məqsədilə etibarnamə əsasında bankın əməkdaşı X9 verilmişdir. İddiaçının müvafiq müqavilə üzrə banka olan borcunun alqı-satqı müqaviləsindən sonra tam bağlanması işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarında olan Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli borcun olmaması barədə arayış bunu təsdiq edir. Sonradan iddiaçının adına hansı əsasla həmin müqavilə üzrə borcun hesablanması və yaxud iddiaçının evinin alqısatqısından əldə edilmiş və bankın əməkdaşına təhvil verilmiş 64425 manat məbləğin banka təhvil verilib-verilməməsi işin mübahisəli halını təşkil etməklə bərabər, göstərilən hallar iddiaçının adına yenidən həmin müqavilə üzrə borcun hesablanmasına qətiyyən əsas verə bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində haqlıdır və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1, 6.1.9-cu maddələrinə əsasən, mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindən biridir. Mülki Məcəllənin 324.1-324.2-ci maddələrinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Qeyd olunan Məcəllənin 385-ci maddəsində qeyd olunur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Mülki Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Sözügedən Məcəllənin 389.1-389.3-cü maddələrinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Mülki Məcəllənin 527.1-ci maddəsində qeyd olunur ki, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Qeyd olunan Məcəllənin 528-ci maddəsinə görə, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Sözügedən Məcəllənin 529.3, 529.5-529.7-ci maddələrinə müvafiq olaraq, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. Əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. İcra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı və yeri haqqında məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 560.1, 560.2, 560.3, 560.3.4-cü maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə xüsusi növüdür. Mülki Məcəllənin 739-740-cı maddələrində qeyd olunmuşdur ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə, cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa), iddia təmin olunur, uzlaşmırsa, rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir? Hazırda iddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, iddiaçı aralarında olan kredit müqaviləsi üzrə borcunu cavabdehə tam şəkildə ödəməsinə və bu barədə müvafiq arayış almasına baxmayaraq, cavabdeh sonradan həmin müqavilə üzrə yenidən əsassız olaraq iddiaçıya borc hesablamışdır. Bu halda mülki qanunvericiliyin öhdəliyə icra nəticəsində xitam verilməsi və öhdəliyə xitam verilməsi barədə təsdiqlənmiş arayışın alınması barədə müddəalara istinadən məhkəmə belə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 527.1, 528, 529.6-cı maddələri təşkil edir. Beləliklə, qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və X13 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh LPO Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatların verilməsi vəzifəsinin həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməli, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatların "xxxx" MMC-yə verilməsi vəzifəsi ləğv prosesində olan Cavabdeh ASC-yə həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 142 (bir yüz qırx iki) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı cavabdeh LPO Cavabdeh ASC-dən alınaraq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatların "xxxx" MMC-yə verilməsi vəzifəsi ləğv prosesində olan Cavabdeh ASC-yə həvalə edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 142 (bir yüz qırx iki) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı cavabdeh LPO Cavabdeh ASC-dən alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar