Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2908/2021 05.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi ilə, İddiaçı3, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı “zaminlik müqavilələrinə xitam verilməsi tələbinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı3n, İddiaçı1n və İddiaçı2 Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onların cavabadeh arasında 08aprel 2014-cü ildə bağlanmış və verilmə müddəti 08 aprel 2016-cı ildə başa çatmış zaminlik müqavilələrinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı3 izahat verərək iddianı müdafiə etdiyini bildirərək göstərdi ki, ASC onların iş yoldaşı mərhum X6 arasında 02 il müddətinə bağlanmış 08 aprel 2014-cü il tarixli kredit müqaviləsinin şərtlərinə uyğun olaraq onlar üçüdə öhdəliyin təmini tədbiri kimi ASC ilə zaminlik müqavilələri bağlamışlar. Kredit və zaminlik müqavilələri 02 il müddətinə bağlanmış və onların müddəti 08 aprel 2016-cı ildə başa çatmışdır. Sonradan cavabdeh iddiaçı qismində Yevlax Rayon Məhkəməsinə müraciət edərək 4298,70 manat əsas borcun, 656,76 manat faiz borcunun və 434,59 manat cərimə borcunun, cəmi 5390,05 manat borcun və 30 manat dövlət rüsumunun kredit alan X3 və 3 nəfər zamindən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasın xahiş etmişdir. İşə baxan Yevlax Rayon Məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə 12 aprel 2017-ci il tarixli qətnamə qəbul etmişdir. Əsas borclu X6 07 aprel 2019-cu ildə vəfat etmişdir. Bu qətnamə onlara rəsmi qaydada göndərilməmişdir. Sonradan o, Yevlax Rayon Məhkəməsinin bu qətnaməsindən Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verərək Yevlax Rayon Məhkəməsinin bu qətnaməsinin ləğv edilməsi və onlarla bağlanmış zaminlik müqavilələrinə xitam verilməsini xahiş etmişdir. İşə baxan Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası apelyasiya şikayətinin qismən təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin həmin qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin baxılmamış saxlanılması barədə 02 iyul 2020-ci il tarixli qərardad qəbul etmişdir. Lakin bu günə qədər onlarla bağlanmış zaminlik müqaviləsinə xitam verilməmişdir. Bu isə onların qanunla qorunan mənafələrini kobud surətdə pozur. Bu səbəbdən onlar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Sonda iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Digər iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh ASC ilə X6 arasında 08 aprel 2014-cü il tarixli kredit müqaviləsi bağlanmış, İddiaçı3, İddiaçı1 və İddiaçı2 isə zamin duraraq onlarla zaminlik müqavilələri bağlanmışdır. X6, İddiaçı3, İddiaçı1 və İddiaçı2 kredit və zaminlik müqavilələri ilə üzərlərinə götürdükləri öhdəliklərini tam icra etmədiklərinə görə Cavabdeh ASC Yevlax Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onlardan müştərək qaydada cəmi 5390,05 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumu əvəzi tutulması barədə qətnaməs çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 12 aprel 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər X3, İddiaçı3, İddiaçı1 və İddiaçı2 cəmi 4998,46 manat məbləğində borcu Cavabdeh ASC-nin xeyrinə tutulması və məhkəmə xərcləri hesabına ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutulması qət edilmişdir. X6 07 sentyabr 2019-cu ildə vəfat etmişdir. İddiaçı3 Yevlax Rayon Məhkəməsinin 12 aprel 2017-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyul 2020-ci il tarixli qərardadı ilə Yevlax Rayon Məhkəməsinin 12 aprel 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia ərizəsi baxılmamış saxlanılmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qeyd olunanlarla yanaşı MM-ni 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, «bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir». “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmə tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 mart 2003-cü il tarixli 03 saylı qərarın 7-ci bəndində qeyd olunur: “məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 82.2, 82,3cü maddələrində nəzərdə tutulmuş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulmuşdur”. «Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında qeyd olunur: «İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır.» “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 saylı qərarın 6.2-ci bəndində qeyd olunur: “Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir”. Beləliklə, yuxarıda qeyd olunan qüvvədə olan məhkəmə aktları ilə iddiaçıların tələbi əsaslı olduğuna görə təmin edilməli, iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh ASC arasında 08 aprel 2014-cü ildə bağlanmış və verilmə müddəti 08 aprel 2016-cı ildə başa çatmış zaminlik müqavilələrinə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh ASC arasında 08 aprel 2014cü ildə bağlanmış və verilmə müddəti 08 aprel 2016-cı ildə başa çatmış zaminlik müqavilələrinə xitam verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2908/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2908/2021
05.05.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver