Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2953/2021 21.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi (vəkili) X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03.03.2015-ci il təvəllüdlü X2 və 10.02.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh əmək haqqından 1/3 hissəsində aliment tutularaq, İddiaçı ödənilməsi, X.Məmmədlinin və M.Məmmədlinin “X15” məktəbindəki təhsil ödənişləri 11 illik birdəfəlik tutularaq bank hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 izahatında bildirdi ki, cavabdehlə 22.02.2014-cü il tarixli kəbin mərasimi, 12.09.2014-cü il tarixdə isə Monte-Kristo şadlıq sarayında qız toyu mərasimi keçirərək nikaha girmidilər. Cavabdeh ilə bu bərabərliyindən 03.03.2015-ci il tarixdə X7 və 10.02.2017-ci il tarixdə X8 dünyaya gəlmişlər. Artıq uzun müddətdir ki, cavabdeh dəbdəli həyat tərzinə baxmayaraq heç bir maddi köməklik göstərmir, eyni zamanda uşaqların təhsil haqqının ödəmir. Cavabdehin digər gəlirləri dedikdə, onun yaşayış şəraiti, həyat tərzi, istifadəsində olan əmlakları, nəqliyyat vasitələri və eyni zamanda ona aid lakin xalası oğlunu X5 adına qeydiyyatda olan mülklər və gəlirlərin nəzərə alınmasını xahiş edirdi. Belə ki, Avropa otelinin arxasında, Küveyt Səfirliyinini yanında satış dəyəri 10 milyon manat olan 4 mərtəbəli villa, Biləcəri qəsəbəsində satış dəyəri 1 milyon manat olan 3 mərtəbəli villa, Şüvəlan qəsəbəsində 2 hektar sahədə satış qiyməti 12 milyon manat olan ərazində 3 mərtəbəli villa, “Çay evi”, “Banket zalı” və 2 mərtəbəli işçi evi olan malikanə; Şüvəlan qəsəbəsində yerləşən, dəyəri 1 milyon manat olan ərazisində “Ağ ev” adlandırılan villa və “Çay evi” olan malikanə; Şüvəlan qəsəbəsində yerləşən dəyəri 350 min manat olan digər 2 mərtəbəli villa (hər il kirayəyə verilir); Həmçinin, adı çəkilən qəsəbədə (Şüvəlan) 20 sot boş torpaq sahəsi (halhazırda toyuq ferması kimi istifadədə olan); eyni zamanda “Çən olan həyat” adlandırlan 12 sot torpaq və “moyka həyəti” adlandırılan 12 sot torpaqda yerləşən ticarət obyekti; “Torqovıy” deyilən ərazidə yenitikili binada 4 otaqlı super təmirli ev; Yasamal rayonu, Zahid Xəlilov küçəsi, “Favorit” marketin üstündə yeni tikili binada 2 otaqlı mənzil; (ilk 3 ili yaşadığım mənzil); Qusar rayonunda yerləşən iki mərtəbəli villa; İsmayılın Basqal kəndində yerləşən hal-hazırda tikintisi gedən 70 sot ərazidə yerləşən villa; Ucarın Qazıqumlaq kəndində yerləşən, ərazisində 1 ikimərtəbəli villa, 1 birmərtəbəli ev, “Banket zalı” və “Çay evi” olan ərazi; Əhmədli qəsəbəsi, Xəzər marketin yanında yerləşən “Panarama” adlandırılan yeni tikili binada 2 otaglı mənzil; Zirədə boş torpaq sahəsi; “Salam Su” şirkətinə girdiyi şəriklikdən ayrılarkən, borc əvəzi aldığı, İnqilab adlandırılan ərazidə yenitikili binada 4 mənzil; Əlavə qazanc mənbələri; Qeyri-rəsmi hissə sahibi olduğu “Altes Pharm” (2020-ci ilə xalis gəliri 300.000 azn olmuşdur); Məmməd Araz küçəsində yerləşən, hal-hazırda “20 saylı Hüquq Bürosu”nda kirayəyə verilən 4 mərtəbəli villa; Statistika Komitəsi yanında icarədə olan gözəllik salonu; Nizami rayonunda yerləşən, R.Əhmədovun adma qeydiyyatda olan “Çayxana”; Şamaxinka adlandırılan ərazidə yenitikili binanın altında yerləşən “Market” (əvvəllər müqavilə ilə mənim adıma qeydiyyatda olan), Qaqarin körpüsünün yanında ticarət obyekti (əvvəllər müqavilə ilə mənim adıma qeydiyyatda olan), Uçarın Qazıqumlaq kəndində yerləşən ferma (iri və kiçik bumuzlu heyvanlar); Şüvəlan qəsəbəsində yerləşən toyuq ferması; İstifadəsində olan nəqliyyat vasitələri; Şirkət adma olan “X16” Ailəsinin istifadəsində olan X17 Rover; Mersedes S Class. Bütün bunlarla yanaşı, Bakıda və ətraf rayonlarda yerləşən evlərində və villalarında işləyən növbəli mühafizə, bağbanlar, xadimələr, özünün və ailəsinin sürücülərinin, eyni zamanda övladının şəxsi mühafizəsinin olması onun lüks həyat şəraitinin və maddi rifahının göstəricidir. Bu maddi zənginliyə baxmayaraq, uşaqlarına heç bir maddi yardım göstərməməklə yanaşı, təhsil haqqını ödəmir. Sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) X10 izahatında bildirdi ki, iddia tələbini qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istinad olunan hüquq normalarına əsasən, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 920919 saylı, 09.03.2017-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, tərəflər 10.02.2017-ci il təvəllüdlü X3 valideynləridir. İş materiallarında olan Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 501091 saylı, 18.03.2015-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, tərəflər 03.03.2015-ci il təvəllüdlü X2 valideynləridir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları bəyənnaməsi»nin (BMT Baş Assambleyasının 20.11.1959-cu il tarixli 1386 ( XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə «Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquq vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətini inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valedeyinlərin əsas vəzifələridir. Məhkəmə hesab edi ki, İddiaçı uşaqları X.Məmmədlinin və M.Məmmədlinin “X15” məktəbindəki təhsil ödənişləri 11 illik birdəfəlik tutularaq bank hesabına köçürülməsi barədə tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı həmin tələbini təsdiq edən sənəd məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 03.03.2015-ci il təvəllüdlü X2 və 10.02.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh əmək haqqından 1/3 hissəsində aliment tutularaq, İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 03.03.2015-ci il təvəllüdlü X2 və 10.02.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh əmək haqqından 1/3 hissəsində aliment tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2953/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2953/2021
21.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver