Məhkəmə qərarları › İş №2(006)-2962/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2962/2022

16.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2962/2022 16.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının, məhkəmə iclasının katibi Quluzadə Sevil Zakir qızının katibliyi, Cavabdeh ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh ASC və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin ipoteka yüklülüyündən azad olunması” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh ASC və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin ipoteka yüklülüyündən azad olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 95 nömrəli evin 65 saylı mənzilinə dair “Nikoyl” İKB-nin xeyrinə edilmiş ipoteka yüklülüyünə xitam verilməsi və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 95 nömrəli evin 65 saylı mənzilinə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində “Nikoyl” İKB-nin xeyrinə edilmiş ipoteka yüklülüyünə dair qeydin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlı iclasında iştirak edən Cavabdeh ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, mülki iş üzrə cavabdeh qismində çıxış edən Cavabdeh ASC-nin hüquqi ünvanı hazırda Bakı şəhəri, Yasamal rayonu, X1, ev 81K-dır. Bu səbəbdən iddia ərizəsi ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə yox, Yasamal Rayon Məhkəməsinə verilməli idi. Məhkəmə iş materiallarını araşdıraraq və cavabdehin nümayəndəsinin izahatını dinləyib hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsindən verilən çıxarışdan görünür ki, Cavabdeh ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, X1, ev 81K-dır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikasının 45.1-ci maddəsinə Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-ci maddəsinə əsasən “işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir”. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 2(006)-2962/2022 saylı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 39, 45, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh ASC və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin ipoteka yüklülüyündən azad olunması” tələbinə dair iddia ərizəsi üzrə 2(006)-2962/2022 saylı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar