Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2964/2023 27.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2011-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2012-ci il tarixli X8 adında övladları anadan olmuşdur. Xarakterlərinin müxtəlifliyinə görə cavabdehlə aralarında mütəmadi olaraq söz-söhbətlər düşmüş və münasibətləri pisləşmiş, sonda isə ailə münasibətləri kəskin pisləşmişdir. Ailənin bərpa olunmasına səy göstərsə də, bunların müsbət nəticəsi olmamış və bu səbəbdən boşanmaq qərarına gəlmişdir. Bu məqsədlə 2015-ci il tarixində “nikahın pozulması” tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etdi. Sonradan Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş azyaşlı xx.xx.2012-ci il təvəllüdlü X5 nikah pozulduqdan sonra anasının yanında saxlanılmasını və cavabdeh İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay stabil olaraq 200 manat və müalicəsi üçün isə 200 manat miqdarında alimentin tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 avqust 2015-ci il tarixli, 2(006)-2797/2015 saylı qətnaməsinə əsasən ilkin iddianın təmin edilməsi, İddiaçı ilə cavabdeh X4 arasında 25 oktyabr 2011-ci il tarixdə akt qeydləri kitabında 1447 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, qarşılıqlı iddianın qismən təmin edilməsi, nikahın pozulmasından sonra yetkinlik yaşma çatmamış uşaq xx.xx.2012-ci il təvəllüdlü X5 anası X1 yanında qalması, xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 02 aprel 2015-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı 120 manat sabit pul məbləğində aliment və uşağın müalicəsi üçün isə 50 manat məbləğində pulun tutularaq iddiaçı X2 verilməsi, iddianın qalan hissədə əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2797/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsini qarşılıqlı iddia tələblərinin təmin edilməsi hissəsində ləğv edib alimentin yenidən 108 manat həcmində təyin olunmasına (sabit pul məbləğində), uşağın müalicəsi üçün 50 manat məbləğində təyin edilmiş pulun tutulmasının ləğv edilərək rədd edilməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdi. Bakı Apellyasiya Məhkəməsinin 11 noyabr 2015-ci il tarixli, 2(103)-7346/2015 saylı qətnaməsinə əsasən ilkin iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı X1 apellyasiya şikayətlərinin təmin edilməməsi, hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixiı qətnaməsinin alimentin və əlavə xərclərin tutulması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11 noyabr 2015-ci il tarixli, 2(103)-7346/2015 saylı qətnaməsindən kassasiya şikayəti vermişdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 aprel 2016-cı il tarixli, 2(102)-1537/2016 saylı qərarına əsasən İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 11 noyabr 2015-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sonradan Cavabdeh İddiaçı qarşı "aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 avqust 2015-ci il tarixli, 2(006)-2797/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş 120 manat aliment məbləğinin və 50 manat müalicə xərclərinin dəyişdirilərək, xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hazırki aliment məbləği hər ay 200 manat sabit pul məbləğində, müalicə xərcləri isə 100 manat olmaqla cavabdeh İddiaçı tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(006)-3738/2022 saylı qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2797/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə tutulan hər ay 120 manat sabit pul məbləğində aliment məbləğinin artırılaraq hər ay 193 manat sabit pul məbləğində müəyyən edilməsi və qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin pul vəsaitinin cavabdeh İddiaçı tutularaq iddiaçı X7ma ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. “Alimentin azaldılması” tələbi ilə əlaqədar olaraq Mediasiya Şurasına müraciət etmişdi. Cavabdehin “ilkin mediasiya sessiyasından sonra prosessin davam etdirilə bilməməsi barədə” 07 aprel 2023-cü il tarixli, MŞB/13/2023-00326 saylı arayış verilmişdir. İddiaçının maddi vəziyyəti çox ağırdır, belə ki, heç bir yerdə işləmir, xəstə, eləcə də İİ qrup əlil olan anasının saxlanılması mənim üzərimdədir. Bu səbəbdən maddi vəziyyəti ağır olduğundan uşağın müalicəsi üçün ödənilməli olan 50 (əlli) manat pulu ödəməkdə olduqca çətinlik çəkir. Nəzərə alınsa ki, hər il sabit pul məbləğində tutulmalı olan alimentin məbləği artır bu gələcəkdə vəziyyətini daha da çətinə salacaqdır. Bundan başqa, iddiaçı cavabdehlə 2015-ci ildən rəsmi boşanmışdır. 02 aprel 2015-ci il tarixdən başlayaraq isə həm 120 manat sabit pul məbləğində aliment, həm də uşağın müalicəsi üçün 50 manat məbləğində əlavə xərc ödəyir. Düzdü, bu məsələ ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri mövcuddur və bu mübahisə olunmazdır. Lakin, hal-hazırda mübahisəyə açıq olan bəzi məqamlar vardır. Belə ki, 8 ildir ki, onun tərəfindən uşağın müalicəsi üçün əlavə xərclər ödənilir. Hal-hazırda isə uşağın nevroloji xəstəliyinin olubolmaması və ya varsa xəstəliyin hansı vəziyyətdə olması, uşağa xəstəlikləri bağlı müalicənin mütəmadi və yaxud müəyyən aralıqlarla aparılmalı olduğunu, müəyyənləşdirilməsi, uşağın sağlamlıq vəziyyətinin dəqiq müəyyənləşdırilməkdən ötrü həkim müayinəsindən keçirilməli olması zərurəti vardır. Hesab edir ki, onun qızı yatalaq xəstəsi deyildir və 8 il ərzində onun müalicəsi aradan qaldırılmadı idi. Bu səbəbdən, işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətili məqamlar aradan qaldırılmalı və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 avqust 2015-ci il tarixli, 2(006)-2797/2015 saylı qətnaməsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatanadək müalicəsi üçün müəyyən edilmiş 50 manat məbləğində pulun ödənilməsi ləğv edilməlidir. Göstərilənlərə əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 avqust 2015-ci il tarixli, 2(006)-2797/2015 saylı qətnaməsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək müalicəsi üçün müəyyən edilmiş 50 manat məbləğində pulun ləğv edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etmiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, onun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, iddiaçı və cavabdehin izahatlarını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli, 2(006)-2797/2015 saylı qətnaməsinə əsasən ilk iddia tələbinin təmin edilməsi, İddiaçı ilə cavabdeh X4 arasında 25 oktyabr 2011-ci il tarixdə Yasamal rayon qeydiyyat tərəfindən bağlanmış və bağlanması barədə həmin tarixdə akt qeydləri kitabında 1447 nömrə ilə qeydə alınmış nikahın pozulması, qarşılıqlı iddianın qismən təmin edilməsi, nikahın pozulmasından sonra yetkinlik yaşına çatmamış uşaq xx.xx.2012-ci il təvəllüdlü X5 anası iddiaçı X1 yanında qalması, xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2015-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı 120 manat sabit pul məbləğində aliment və uşağın müalicəsi üçün isə 50 manat məbləğində pulun tutularaq iddiaçı X2 verilməsi qət edilmişdir. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2015-ci il tarixli, 2(103)-7346/2015 saylı qətnaməsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)-2797/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 aprel 2016-cı il tarixli, 2(102)-1537/16 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(006)-3738/2022 saylı qətnaməsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(006)-2797/2015 saylı qətnaməsi ilə tutulan hər ay 120 manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq, hər ay 193 manat sabit pul məbləğində müəyyən edilməsi və qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin pul vəsaitinin cavabdeh İddiaçı tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Mülki işin materiallarında olan AR ƏƏSMN DOST 6 saylı DOST Mərkəzi tərəfindən verilən xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Mülki işin materiallarında olan 07 aprel 2023-cü il tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Arayışdan görünür ki, xx/xx/2023 tarixində, 13:00-14:00 saatlarında keçirilən ilkin mediasiya sessiyasında hər iki tərəf iştirak etmiş, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirmək barədə qərar qəbul etməmişlər (Mediator: V.Ömərova). Mülki işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X10 xx.xx.2022-ci il tarixli, 5886№-li tibbi sənəddən görünür ki, X8 xx.xx.2022-ci il tarixdə müayinədə olmuş və ona yüngül koqnitiv pozuntusu F06.7 diaqnozu qoyulmuş, nevroloji şikayətlərinə görə ixtisaslaşmış müəssisədə ətraflı müayinə və müalicə tövsiyə olunmuşdur. Beləliklə, məhkəmə araşdırmaları zamanı və iş materiallarında olan sənədlərə əsasən müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh birgə nikahlarından X8 doğulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2797/2015 saylı qətnaməsinə əsasən, İddiaçı hər ay 120 manat sabit pul məbləğində aliment və uşağın müalicəsi üçün isə 50 manat məbləğində pul tutularaq 18 sentyabr 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehə verilməsi qət edilmişdir. Daha sonra Cavabdeh aliment məbləğinin dəyişdirilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3738/2022 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin məbləğinin artırılaraq, hər ay 193 manat sabit pul məbləğində müəyyən edilməsi və həmin pul vəsaitinin İddiaçı tutularaq X2 ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı aliment ödəməkdə çətinlik çəkdiyini əsas gətirərək uşağın müalicəsi üçün müəyyən edilmiş 50 manat məbləğində pulun ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1, 29.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Həmçinin, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Həmin Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Eyni Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Konvensiyanın müddəalarına əsasən, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Həmçinin, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvercilikdə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan qanunun normaların mənasından da göründüyü kimi valideynlər öz uşaqlarının saxlanmasında və uşaqları ilə bağlı bütün digər məsələlərin həll olunmasında (tərbiyə, təhsil və s.) bərabər hüquqlara malik olmaqla yanaşı, eyni həcmdə vəzifələr də daşımalıdırlar. Bu ona dəlalət edir ki, İddiaçı bir valideyn kimi övladını maddi cəhətdən təmin etməyə borcludur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Hazırki halda məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən də göründüyü kimi hal-hazırda birgə nikahdan doğulmuş uşağın müalicəyə ehtiyacı olduğundan, bunun üçün də pul vəsaiti xərcləndiyindən və iddiaçının nəinki həmin pul vəsaitinin ödənilməsində, hətta müayinə və müalicələrin aparılmasında bir valideyn kimi iştirak etmək vəzifəsi vardır. Odur ki, iddiaçı tərəfindən ondan müalicə xərci kimi 50 manat məbləğində pulun tutulmasının ləğv edilməsi tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2964/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2964/2023
27.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver