Məhkəmə qərarları › İş №2(006)-2991/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2991/2023

09.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2991/2023 09.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X14 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «alimentin tutulma qaydasının dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin tutulma qaydasının dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ucar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(063)- 173/2021 nömrəli qətnaməsi ilə Cavabdeh 13 iyul 2013-cü ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarda tutulan aliment məbləğinin dəyişdirilərək sabit pul məbləğinə keçirilməsini və Cavabdeh 13 iyul 2013-cü ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 2012-ci il tarixdə nikaha daxil olmadan ailə həyatı qurmuş, birgə yaşayışdan 13 iyul 2013-cü il tarixdə X9 adlı övladları anadan olmuşdur. Cavabdeh 14 avqust 2013-cü il tarixdə İddiaçı doğulmuş Rafiq Məmmədzadənin atası hesab edilmişdir. Ucar Rayon Məhkəməsinin 2(063)-173/2021 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı valideynlik hüquqlarından məhrum edilməsi barədə iddia ərizəsi təmin edilməmiş, İddiaçı Cavabdeh qarşı uşağın anasının himayəsinə verilməsi və alimentin tutulması barədə iddia ərizəsi qismən təmin edilmiş, 13 iyul 2013-cü ildə doğulmuş X9 anasının himayəsinə verilmiş və anası İddiaçı yanında qalmış, Cavabdeh uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutulub İddiaçı verilməsi, alimentin tutulmasının əvvəlinin 13 iyul 2013-cü ildə doğulmuş X5 anası İddiaçı himayəsinə verildiyi vaxtdan hesab edilməsi, İddiaçı Cavabdeh qarşı uşağın anasının himayəsinə verilməsi və alimentin tutulması barədə iddiasının qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Hazırda cavabdeh tərəfindən ödənilən hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarda aliment (125 manat) X1 kifayət etmir. İddiaçı övladı X6 məktəbdən əlavə olaraq məşğələlərə göndərir, 2021-ci ildən bu günə ərzaq və geyim əşyalarının qiyməti həddindən artıq bahalaşmışdır və bahalaşmağa davam edir. Uşaqlar üçün yaşayış minimumu 2021-ci ildən bu günə 45 manat dəyişmiş, lakin aliment məbləği sabit qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəməyə gəlməmiş, ərizə təqdim edərək, işi ilə əlaqədar növbəti iclasda iştirak edə bilməyəcəyi üçün iclasın onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edib bildirdi ki, avtobus sürücüsüdür və aylıq 500 manat məbləğində əmək haqqı alır. Digər nikahından olan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində və 13 iyul 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında – 125 manat məbləğində aliment ödəyir. Maddi vəziyyətinə görə hazırda iddiaçı tərəfindən tələb edilən alimenti ödəmək imkanına malik deyil. X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 150 manat məbləğində aliment ödəməyə razıdır. Qeyd etdiklərinə əsasən, iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 14 avqust 2013-cü il tarixdə verilmiş doğum haqqında AZ-İİİ seriyalı 149167 nömrəli şəhadətnamədən görünür ki, X9 13 iyul 2013-cü tarixdə Bakı şəhərində doğulmuş, atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. AZE seriyalı 18826303 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Məmmədzadə Rafiq xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuş, atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. 1 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 14 avqust 2013-cü il tarixdə verilmiş atalığın müəyyən edilməsi haqqında AZ-İ seriyalı 235932 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh 13 iyul 2013-cü ildə İddiaçı doğulmuş X7 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 116 nömrə ilə qeyd edilmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-1052/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı X8 Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiasının qismən təmin edilməsi, xx.xx.2012-ci il təvəllüdlü Gülçin adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(057)- 1130/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı X10 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İcra vərəqəsi 29 sentyabr 2020-ci il tarixdə verilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ceyhun Hidayətli tərəfindən Salyan Rayon Məhkəməsinin 2(057)-1052/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, o, Salyan Rayon Məhkəməsinin 2(057)-1052/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələbi təmin etmək üçün icra şöbəsinə dəvət edilmişdir. Ucar Rayon Məhkəməsinin 2(063)-173/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı valideynlik hüquqlarından məhrum edilməsi barədə iddiasının təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı uşağın anasının himayəsinə verilməsi və alimentin tutulması barədə iddiasının qismən təmin edilməsi, 13 iyul 2013-cü ildə doğulmuş X5 anası İddiaçı himayəsinə verilməsi və anası İddiaçı yanında qalması, Cavabdeh 13 iyul 2013-cü ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutulub İddiaçı verilməsi, alimentin tutulmasının əvvəlinin 13 iyul 2013-cü ildə doğulmuş X5 anası İddiaçı himayəsinə verildiyi vaxtdan hesab edilməsi, İddiaçı Cavabdeh qarşı uşağın anasının himayəsinə verilməsi və alimentin tutulması barədə iddiasının qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Şəki 1 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli 01849 nömrəli arayışından görünür ki, ailə mübahisəsi üzrə aliment tələbinə dair mediasiya işi ilə bağlı həmin tarixdə, saat 15:00-dan 16:00-dək ünvan 3 ünvanında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyası barədə bildiriş əmmədov Fərid Rafiq oğluna xx.xx.2022-ci il tarixdə çatdırılmasına baxmayaraq, o, sessiyada iştirak etməmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli A-27/23 nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən hal-hazıra kimi həmin MMC-də avtobus sürücüsü işləyir və aylıq əmək haqqı 500 (beş yüz) manat təşkil edir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli cavab məktubundan və məktuba əlavə edilmiş şagir haqqında arayışdan görünür ki, Nazirliyin Ümumi Təhsil X3 (UTİS) 13 iyul 2013-cü il təvəllüdlü X5 2022/2023 tədris ilində dövlət ümumtəhsil müəssisəsində, Ucar rayonu Qarabörk kənd tam orta məktəbində İV sinfi bitirərək V sinfə keçdiyi qeyd olunmuşdur. xx.xx.2021-ci il tarixdə məktəbə qəbul olmuşdur. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki: İddiaçı “X13” MMC-də “vitrin tərtibatçısı” vəzifəsində işləyir, əmək haqqı 230 manat təşkil edir. Cavabdeh "xxxx" MMC-də “avtobus sürücüsü” vəzifəsində işləyir, əmək haqqı 500 manat təşkil edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh faktiki nikahından 13 iyul 2013-cü il təvəllüdlü X9 anadan olmuşdur. Cavabdeh 14 avqust 2013-cü il tarixdə Rafiq Məmmədzadənin atası hesab edilmişdir. Ucar Rayon Məhkəməsinin 2(063)-173/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 13 iyul 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı 13 iyul 2013-cü il təvəllüdlü X2 üçün cavabdehin gəlirlərinin hissəsi kimi tutulan alimentin uşağın tələbatının ödənilməsi üçün kifayət etməyərək, onun mənafeyinə uyğun olmadığını, bununla da alimentin tutulma qaydasının dəyişdirilməsinə zərurət olduğunu bildirərək, alimentin tutulma qaydasının dəyişdirilməsini və hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsini məhkəmədən xahiş edir. Cavabdeh isə iddianı qismən qəbul edərək bildirir ki, avtobus sürücüsüdür və aylıq 500 manat məbləğində əmək haqqı alır, digər nikahından olan 2012-ci il təvəllüdlü uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində və 13 iyul 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında – 125 manat məbləğində aliment ödəyir. Maddi vəziyyətinə görə hazırda iddiaçı tərəfindən tələb edilən alimenti deyil, 150 manat məbləğində alimenti ödəməyə razıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumu səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvercilikdə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Belə ki, «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı Qərarının: 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2, 52.5-ci maddələrinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 106.3-106.4-cü maddələrinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh 13 iyul 2013-cü il təvəllüdlü X2 üçün alimentin tutulma qaydasının dəyişdirilməsi barədə iddianı qismən qəbul edərək, iddiaçıya hər ay 150 manat sabit pul məbləğində aliment ödəməyə razılıq verir. Məhkəmə cavabdehin iddianı qismən etiraf etməsini müvafiq qaydada tədqiq edərək hesab edir ki, etiraf qanunazidd deyildir. Lakin bununla yanaşı, cavabdehin ödəməyə razılıq verdiyi 150 manat məbləğ uşağın mənafeyinə uyğun hesab oluna bilməz. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, tərəflərin maddi vəziyyəti, yəni cavabdehin 500 manat məbləğində əmək haqqı alması, başqa nikahdan olan uşağının saxlanması üçün 120 manat məbləğində aliment ödəməsi və digər diqqətəlayiq hallar nəzərə alındıqda, iddiaçının tələbinin tam təmin edilməsi cavabdehin maddi vəziyyətinin ağırlaşması ilə nəticələnəcəkdir ki, bu da yolverilməzdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı bildirmişdir ki, uşağı ilə birlikdə Ucar rayonunda yaşayır, rayonda özəl müəssisədə işləyir, cavabdeh ona faktiki olaraq maaşının ¼ hissəsini, yəni cəmi 125 manat məbləğində aliment ödəyir. İddiaçının uşağın rayonda yaşaması və kənd məktəbində təhsil alması ilə bağlı izahatı Elm və Təhsil Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş müvafiq cavab məktubu ilə, özəl müəssisədə işləməsi ilə bağlı izahatı isə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlarla öz təsdiqini tapmışdır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, rayon üzrə həyat standartları, yaşayış səviyyəsi və istehlak qiymətləri, iddiaçının özünün də işləməsi nəzərə alındıqda məhkəmə hesab edir ki, alimentin tutulma qaydasının dəyişdirilərək, xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi ağlabatan və ədalətlidir. Beləliklə, məhkəmə uşağın mənafeyini, tərəflərin maddi vəziyyətini, cavabdehin iddianı qismən etiraf etməsini və yuxarıda sadalanan digər diqqətəlayiq halları nəzərə alaraq belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Ucar Rayon Məhkəməsinin 2(063)-173/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydası dəyişdirilməli, xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməli, alimentin hazırki qətnamə ilə müəyyən edilmiş qaydada tutulması bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ucar Rayon Məhkəməsinin 2(063)-173/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydası dəyişdirilsin. xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin hazırki qətnamə ilə müəyyən edilmiş qaydada tutulması bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar