Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3012/2024 18.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı X1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı (X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «aliment» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 235 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, X10 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı X4 iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2019-cu il tarixdə rəsmi nikaha daxil olmadan ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü X11 dünyaya gəlmişdir. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuş, bir- birilərini başa düşmüş və aralarında heç bir narazılıq olmamışdır. Bir müddət keçdikdən sonra ailə münasibətləri tədricən soyuyaraq hazırda tamamilə kəsilmişdir. Onlar ayrı yaşayırlar. Yetkinlik yaşına çatmayan uşaqları onun himayəsindədir. Cavabdeh onun maddi vəziyyəti ilə maraqlanmır. Onun qazancı ilə uşağın təminatını ödəmək çətindir. Mediasiya prosesindən keçsələr də, aralarında barışıq əldə olunmamışdır. Məhkəmə iclasında iddiaçı X4 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəməyə cavabdehin nümayəndəsi Naibə Rəsulova tərəfindən iddia ərizəsinə etiraz ərizəsi ünvanlanaraq bildirilmişdir ki, Cavabdeh qətnamə ilə müəyyən edilmiş 193 manat aliment məbləğini hər ay ödəyir, öz öhdəliklərini yerinə yetirir, əksinə iddiaçı Cavabdeh övladı ilə ünsiyyət yaratmasına imkan vermir. İddiaçı başqa şəxslə nikaha daxil olub, yeni nikahından övladı var, ikinci həyat yoldaşı və ikinci övladı ilə birgə yaşayır. Röyalı iddiaçının anası saxlayır. Röyal ana himayəsindən məhrum olmuş və nənə himayəsindədir. Cavabdeh iddiaçıya uşaqlarına qarşı bu cür amansız olmamasını və uşağı Kərəmə, öz doğma atasına verməyi təklif edir. Cavabdeh olaraq hesab edirlər ki, övladına baxmayan iddiaçıya aliment verilməsi o qədər də əsaslı deyil. Lakin məhkəmə iddiaçıya aliment verilməsini daha öncə qət etmiş, aliment 193 manat məbləğində müəyyən edilmişdir. İddiaçıya 193 manat aliment müəyyən edildikdən sonra cavabdehin ailə və maddi vəziyyətində ağırlaşmalar yaranmış, Kərəmin ikinci övladı dünyaya gəlmiş və Kərəmin həmin uşağa görə də aliment öhdəliyi yaranmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsinin ½ hissəsi, yəni aylıq qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X11 adlı bir yetkinlik yaşına çatmamış uşaqları vardır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2856/2022 saylı icra vərəqəsindən görünür ki, iddia tələbi təmin edilməli, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2021-ci il təvəllüdlü X11 anası Eibova Khazangülün yanında saxlanılmalı, Cavabdeh 10 may 2022-ci il tarixdən başlayaraq, xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Eibova Khazangülə verilməlidir. - Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(019)-312/2024 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh ilə iddiaçı X6 birgə nikahından xx.xx.2023-cü ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin tutularaq iddiaçı X8 verilməsi qət edilmişdir. - Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-756/2024 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, hazırki iş üzrə Balakən Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı X6 Cavabdeh qarşı aliment tələbinə dair iddiasının qismən təmin edilməsi, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2023-cü ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsinin ½ hissəsi, yəni aylıq qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında alimentin tutularaq iddiaçı X8 verilməsi qət edilmişdir. Həmin qətnamə ilə həmçinin müəyyən edilmişdir ki, Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyində çalışır və aylıq pul təminatı 1193 manat təşkil edir. - Bakı 16 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-00521 saylı “mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, X4 ilkin mediasiya sessiyasında iştirak etsə də, qarşı tərəf Cavabdeh sessiyada iştirak etməmişdir (mediator: V.Ömərova). İMS və poçt xərcləri də daxil olmaqla, ümumilikdə 60 manat mediasiya xərci iddiaçı X4 tərəfindən ödənilmişdir. Beləliklə iş materiallarından görünür ki, tərəflər ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X11 adlı bir övladları doğulmuşdur. İddiaçı X4 cavabdehlə birgə nikahlarından anadan olmuş övladının tələbatlarının artmasını əsas gətirərək, aliment məbləğinin dəyişdirilməsini (artırılmasını) xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olması, birgə nikahdan 1 övladlarının olması, uşağın iddiaçının yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 235 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Həmçinin qeyd edilməlidir ki, cavabdehin iş yerinin və aylıq pul təminatının olmasına, habelə onun özü tərəfindən alimentin hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsinin ½ hissəsi, yəni aylıq qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında tutulmasına dair xahişinin olmasına baxmayaraq, iddiaçı azyaşlı uşağının saxlanması üçün aliment məbləğinin hissəsvi şəkildə deyil, məhz sabit pul məbləğində ödənilməsini tələb etdiyindən, ailə qanunvericiliyinin müddəalarına müvafiq olaraq aliment məbləği iddiaçının tələbinə uyğun, yəni hər ay 235 manat sabit pul məbləğində tutulmalıdır. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: - tərəflərin maddi və ailə vəziyyəti; - diqqətəlayiq digər hallar; - uşağın əvvəlki təminatının səviyyəsi. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşğul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Məhkəmə cavabdehin iddia tələbinə etiraz etməsinə və başqa nikahdan övladının olmasına dair dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan qanunun normaların mənasından da göründüyü kimi, valideynlər öz uşaqlarının saxlanmasında və uşaqları ilə bağlı bütün digər məsələlərin həll olunmasında (tərbiyə, təhsil və s.) bərabər hüquqlara malik olmaqla yanaşı, eyni həcmdə vəzifələr də daşımalıdırlar. Bu ona dəlalət edir ki, Cavabdeh bir valideyn kimi uşağının qayğısına qalmağa, onu maddi cəhətdən təmin etməyə borcludur. Cavabdehin digər nikahdan övladlarının olması isə onu aliment ödəmək öhdəliyindən azad etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2856/2022 saylı qətnaməsi ilə tutulan aliment miqdarı dəyişdirilərək (artırılaraq) Cavabdeh iddiaçı X2 xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2856/2022 saylı qətnaməsi ilə tutulan aliment miqdarı dəyişdirilərək (artırılaraq) Cavabdeh iddiaçı X2 xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 235 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-3012/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3012/2024
18.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver