Məhkəmə qərarları › İş №2(006)-3091/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3091/2024

29.08.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3091/2024 29.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Cəfərov Sənan Vəkil oğlunun iştirakları ilə İddiaçı Cavabdeh qarşı “barışıq sazişinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “barışıq sazişinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda 2-ci blok, 1-ci mərtəbədə yerləşən 65 m2 olan sahəyə birgə sahiblik, istifadə və gələcəkdə sərəncam vermək barədə tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli barışıq sazişinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və Cavabdeh nümayəndəsi Cəfərov Sənan Vəkil oğlu məhkəməyə ərizələr təqdim edərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq olunmasını və mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı ərizəni müdafiə etdiyini bildirib, barışıq sazişinin özü tərəfindən imzalandığını, nəticələrini dərk etdiyini qeyd edərək, tərəflər arasında bağlanılmış barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Cəfərov Sənan Vəkil oğlu ərizəni müdafiə etdiyini bildirib, barışıq sazişinin özü tərəfindən imzalandığını, nəticələrini dərk etdiyini bildirərək, tərəflər arasında bağlanılmış barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Belə ki, mülki iş üzrə tərəflər (İddiaçı və Cavabdeh nümayəndəsi Cəfərov Sənan Vəkil oğlu) arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərdən ibarətdir: «Bir tərəfdən, İddiaçı (bundan sonra: “birinci tərəf”), digər tərəfdən Cavabdeh (Cəfərov Sənan Vəkil oğlu - Cavabdeh nümayəndəsi) (bundan sonra: “ikinci tərəf”; birinci və ikinci tərəf birlikdə olduqda: “tərəflər”) aşağıdakı məzmunda barışıq sazişinin bağlanması barədə razılığa gəldilər: 1.1. Barışıq sazişinin predmetini İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli barışıq sazişi ilə bağlı hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-3091/2024 nömrəli iş üzrə məhkəmə mübahisəsinin hazırkı barışıq sazişi ilə müəyyən edilmiş qaydada həll edilməsi təşkil edir. 2.1. Birinci tərəf ikinci tərəfə 10.000 (on min) manat məbləğində pul verməyi, ikinci tərəf isə ünvan 1 ünvanda 2-ci blok, 1-ci mərtəbədə yerləşən 65 m2 olan qeyri-yaşayış sahəsinin 50 %-nə birgə istifadə hüquqlarının birinci tərəfə keçməsini öz öhdələrinə götürürlər. 3.1. Bu barışıq sazişi tərəflər imzalayandan sonra məhkəmə tərəfindən təsdiq edilən andan qüvvəyə minir və tərəflər öz öhdəliklərini tam icra edənədək qüvvədədir. 3.2. Bu barışıq sazişi ilə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll olunacaq. 3.3. Bu barışıq sazişi Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə imzalanmışdır. Tərəflərin hər birində və məhkəmədə hər birində 1 (bir) nüsxə olmaqla saxlanılır». Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, onlar tərəfindən təqdim edilən ərizələri, iş materiallarını və barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, ərizələr təmin edilməli, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-52.5-ci maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0 və 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4-262.5-ci maddələrinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə barışıq sazişini tədqiq edərək belə qəanətə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur, ona görə də tərəflərin ərizələri təmin edilməli, barışıq sazişi təsdiq edilməli, habelə iddia ərizəsi üzrə mülki işin icraata xitam verilməlidir. Həmçinin, tərəflərə eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizələr təmin edilsin. İddiaçı Cavabdeh qarşı “barışıq sazişinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: «Bir tərəfdən, İddiaçı (bundan sonra: “birinci tərəf”), digər tərəfdən Cavabdeh (Cəfərov Sənan Vəkil oğlu - Cavabdeh nümayəndəsi) (bundan sonra: “ikinci tərəf”; birinci və ikinci tərəf birlikdə olduqda: “tərəflər”) aşağıdakı məzmunda barışıq sazişinin bağlanması barədə razılığa gəldilər: 1.1. Barışıq sazişinin predmetini İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli barışıq sazişi ilə bağlı hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-3091/2024 nömrəli iş üzrə məhkəmə mübahisəsinin hazırkı barışıq sazişi ilə müəyyən edilmiş qaydada həll edilməsi təşkil edir. 2.1. Birinci tərəf ikinci tərəfə 10.000 (on min) manat məbləğində pul verməyi, ikinci tərəf isə ünvan 1 ünvanda 2-ci blok, 1-ci mərtəbədə yerləşən 65 m2 olan qeyri-yaşayış sahəsinin 50 %-nə birgə istifadə hüquqlarının birinci tərəfə keçməsini öz öhdələrinə götürürlər. 3.1. Bu barışıq sazişi tərəflər imzalayandan sonra məhkəmə tərəfindən təsdiq edilən andan qüvvəyə minir və tərəflər öz öhdəliklərini tam icra edənədək qüvvədədir. 3.2. Bu barışıq sazişi ilə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll olunacaq. 3.3. Bu barışıq sazişi Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə imzalanmışdır. Tərəflərin hər birində və məhkəmədə hər birində 1 (bir) nüsxə olmaqla saxlanılır». İddiaçı Cavabdeh qarşı “barışıq sazişinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul İddiaçı geri qaytarılsın. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Barışıq sazişinin təsdiq edilməsi haqqında qərardad qanuni qüvvəyə mindikdən sonra məcburi qüvvəyə malik olacaqdır və mütləq icra olunmalıdır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar