Məhkəmə qərarları › İş №2(006)-3108/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3108/2023

21.06.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3108/2023 21.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Tağıyeva Natavan Tağı qızı Kreditor Borclu qarşı “əmr icraatı qaydasında pul” tələbinə dair ərizəsinə baxaraq, müəyyən etdi: Kreditor Borclu qarşı “əmr icraatı qaydasında pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Borclu Bakı şəhəri 9 saylı Notariat ofisinin xüsusi notariusu S.R.Ələkbərova tərəfindən 3M-09/2917 reyestr nömrəsi ilə təsdiq edilmiş 22 sentyabr 2014-cü il tarixli kredit (borc) müqaviləsində göstərilmiş 75.000 (yetmiş beş min) manat borcun və ödənilmiş 315 (üç yüz on beş) manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsinə dair məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər kreditora geri qaytarılmalıdır. Belə ki, Kreditor tərəfindən məhkəmə əmri haqqında ərizəyə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinin tələbinə görə, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Kreditor ərizəsində ödənilmiş 315 (üç yüz on beş) manat dövlət rüsumunun borcludan tutulmasını tələb etsə də, iş materiallarında olan 20 iyun 2023-cü il tarixli qəbzdən görünür ki, kreditor tərəfindən məhkəməyə müraciət edilərkən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, Kreditor tərəfindən dövlət rüsumunun qalan hissəsi (215 manat) ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə olunur. Həmin Məcəllənin 152.1.5-ci maddəsində qeyd olunur ki, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, məhkəmə əlavə olaraq qeyd edir ki, tələb olunan borc məbləğinin çox olması əlavə araşdırılmasının zərurət olduğu səbəbi ilə ərizəyə iddia icraatı qaydasında baxılmalıdir. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər kreditora geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni Məcəllənin 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Kreditor Borclu qarşı “əmr icraatı qaydasında pul” tələbinə məhkəmə əmrinin verilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər kreditora geri qaytarılsın. Kreditora göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilərlər Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar