Məhkəmə qərarları › İş №2(006)-3119/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3119/2021

25.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3119/2021 25.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı «aliment tələbi»nə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «nikahın pozulması və uşaqların atanın himayəsində saxlanılması tələbi»nə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 23 fevral 2016-cı ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Tərəflərin birgə nikahlarından iki uşaqları - 28.01.2017-ci il təvəllüdlü X3 və 09.04.2020-ci il təvəllüdlü X4 doğulmuşdur. Tərəflər ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan cavabdehin evə gəlməməsi, ailəsi və uşaqları ilə maraqlanmaması, eyni zamanda iddiaçını döyüb incitməsi və başqa bir qadınla yaşaması səbəbindən ailədə münasibətlər pozulmuş və 2020-ci ilin dekabr ayından ayrı yaşayırlar. Bu müddət ərzində cavabdeh iddiaçı və uşaqları ilə maraqlanmamışdır. İddiaçı cavabdehdən uşaqların saxlanması üçün yardım istəsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək onlara heç bir yardım etməmişdir. Tərəflər faktiki ayrıldıqları gündən uşaqlar iddiaçının yanında qalır. İddiaçının maddi imkanı ağır olduğu üçün uşaqların tələbatlarını ödəmək iqtidarında deyildir. Onların maddi təminatını qarşılamaqda çətinlik çəkir. Uşaqların mənafelərini daha tam təmin edilməsi məqsədilə, həmçinin cavabdehin qazancı qeyri-müntəzəm və dəyişkən olduğundan uşaqların saxlanılması üçün alimentin sabit məbləğdə tutulması daha məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən 28.01.2017-ci il təvəllüdlü X1 və 09.04.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər növ gəlirindən, qazancından (gəlirindən) hər ay, hər bir uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin və 09.04.2020-ci il təvəllüdlü X2 3 (üç) yaşına çatana kimi hər ay 100 manat maddi yardımın alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Öz növbəsində, Cavabdeh İddiaçı qarşı «nikahın pozulması və uşaqların atanın himayəsində saxlanılması tələbi»nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, uşaqlar ərinə qarşı açıq-aşkar saymazyana davranan, qadın adına yarşmayan hərəkətlərə yol verən və cəmiyyət içində nalayiq sözlər işlədən, psixoloji vəziyyəti normal və adekvat olmayan cavabdehin yanında qala bilməz. Çünki öz tərbiyəsi olmayan insan azyaşlı uşaqlara normal tərbiyə və təhsil verə bilməz. İş materiallarından göründüyü kimi cavabdehlə 23.02.2016-cı il tarixdə Sumqayıt Asan Xidmət Mərkəzi Sumqayıt şöbəsində nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 441 saylı nömrə ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahlarından 15.02.2017-ci il təvəllüdlü X3 və 09.04.2020-ci il təvəllüdlü X4 doğulmuşdur. Əvvəllər münasibətləri yaxsı olsa da, sonradan cavabdehin ailəyə laqeyd münasibəti özünü biruzə verdi və bu və ya bununla bağlı digər səbəblərdən aralarında söz-söhbətlər yarandı. Hal-hazırda cavabdehlə ər-arvad münasibətində deyillər və nikahları formal xarakter daşıyır. Tərəflər xasiyyətcə ayrı insanlar olduqlarından və ən əsası cavabdeh qadına yaraşmayan hərəkətlərə yol verdiyindən daha münasibətlərinin bundan sonra düzələcəyinə inanmır. Son vaxtlar cavabdehin davranışı onun da münasibətlərinin bərpa olunmasına istəyinin olmadığını göstərir. Bununla yanaşı, uşaqların cavabdehin yanında qalmasına etiraz edir. Göstərilənlərə əsasən ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməklə cavabdehlə 23.02.2016-cı il tarixdə Sumqayıt “ASAN xidmət” Mərkəzi qeydiyyat şöbəsində bağlanılmış nikahın pozulması və 15.02.2017-ci il təvəllüdlü X1 və 09.04.2020-ci il təvəllüdlü X2 iddiaçının yanında saxlanılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə İddiaçı ilkin iddia tələbini müdafiə edərək, təmin edilməsini, qarşılıqlı iddia tələbinə etiraz edərək, təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, ilkin iddia üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə ilkin iddia üzrə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini, qarşılıqlı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, həm ilkin iddia tələbi, həm də ki qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Sumqayıt “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 mart 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı 23 fevral 2016-cı il tarixində rəsmi nikaha daxil olmuş və bu barədə akt qeydləri kitabında həmin tarixdə 441 №-li akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada Qasımova soyadı verilmişdir. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 mart 2021-ci il tarixli arayışdan görünür ki, X3 28.01.2017-ci ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır və bu barədə akt qeydləri kitabında 15.02.2017-ci il tarixdə 736 №-li akt qeydi tərtib edilmişdir. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 mart 2021-ci il tarixli arayışdan görünür ki, X4 09.04.2020-ci ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır və bu barədə akt qeydləri kitabında 30.04.2020-ci il tarixdə 1688 №-li akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 2/679 №-li, 30.07.2021-ci il tarixli rəyindən görünür ki, azyaşlılar - 28.01.2017-ci il təvəllüdlü X1 və 09.04.2020-ci il təvəllüdlü X2 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İsmayıl qızının yanında saxlanılmasını azyaşlıların mənafeyinə uyğun hesab edir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, tərəflər 23 fevral 2016-cı il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar, birgə nikahdan iki övladları anadan olmuş, hazırda tərəflərin münasibətləri pozulmuş, onlar birgə yaşamırlar, ər-arvad münasibətləri kəsilmişdir, birgə təsərrüfat aparmırlar, nikahları formal xarakter daşıyır, tərəflərə barışmaq üçün 3 ay vaxt verilmiş və işin baxılması 3 ay təxirə salınmış, lakin tərəflər barışmamışlar, ailənin yenidən bərpası mümkün deyildir, hazırda ilkin iddia üzrə iddiaçı aliment tələb edir, ilkin iddia üzrə cavabdeh isə nikahın pozulmasını və uşaqların öz yanında saxlanılmasını tələb edir. Məhkəmə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşaqların mənafelərini, nəzərə alaraq belə nəticəyə gəlir ki, ilkin iddia üzrə Cavabdeh azyaşlı uşaqları- 28.01.2017-ci il təvəllüdlü X1 və 09.04.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa sabit pul məbləğində 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat məbləğində aliment tutularaq ilkin iddia üzrə iddiaçı İddiaçı ödənilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMTnin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. «Uşaq hüquqları haqqında» Konvensiyanın müddəalarına əsasən, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi gözlənilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Bundan əlavə, «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli, 2(006)-3119/2021 saylı qərardadı ilə hazırki mübahisə üzrə məhkəmə qətnaməsi çıxarılanadək Cavabdeh 30 mart 2021-ci il tarixdən başlayaraq 28.01.2017-ci il təvəllüdlü X1 və 09.04.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Ona görə də məhkəmə belə hesab edir ki, aliment 30.03.2021-ci il tarixdən (alimentin sabit pul məbləğində tutulması haqqında iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu tarixdən) başlayaraq tutulmalıdır. Həmçinin, ilkin iddia tələbinin “09.04.2020-ci il təvəllüdlü X2 3 (üç) yaşına çatana kimi hər ay 100 manat maddi yardımın alınıb iddiaçıya verilməsi” hissəsinə qiymət verərək məhkəmə hesab edir ki, aşağıdakı səbəblərə görə həmin hissədə ilkin iddia tələbi təmin olunmamalıdır. Belə ki, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə görə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Yuxarıda qeyd olunan qanunun normasından görünür ki, keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. İşdən isə göründüyü kimi ilkin iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehin zəruri vəsaitə malik olması barədə hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, Cavabdeh 30 mart 2021-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahından anadan olmuş 28.01.2017-ci il təvəllüdlü X1 və 09.04.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment (“müvəqqəti alimentin tutulması barədə” Nəsimi Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli, 2(006)-3119/2021 saylı qərardadı nəzərə alınmaqla) tutularaq İddiaçı verilməli, ilkin iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmçinin, Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı nikahın pozulmasını təkid etdiyindən, eyni zamanda ailənin tamlığının saxlanılması mümkün olmadığından tərəflər arasında 23 fevral 2016-cı il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında qeyd edilmiş nikah pozulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən edir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 11-ci bəndində göstərilmişdir ki, nikah məhkəmə qaydasında pozularkən ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçun vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətınin bölünməsini müəyyən edən saziş təqdim etməzlərsə və yaxud təqdim olunan saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa, məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə uşaqların mənafelərini, Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 2/679 №-li, 30.07.2021-ci il tarixli rəyini nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia tələbi “uşaqların atalarının yanında qalması” hissəsində təmin edilməyərək, tərəflərin birgə nikahından anadan olmuş 28.01.2017-ci il təvəllüdlü X3 və 09.04.2020-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında qalmalıdırlar. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, tərəflər arasında bağlanılmış nikah pozulmalı, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, ilkin iddia üzrə Cavabdeh 30 mart 2021-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından anadan olmuş 28.01.2017-ci il təvəllüdlü X1 və 09.04.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment (“müvəqqəti alimentin tutulması barədə” Nəsimi Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli, 2(006)-3119/2021 saylı qərardadı nəzərə alınmaqla) tutularaq ilkin iddia üzrə İddiaçı verilməli, ilkin iddia tələbi qalan hissədə təmin edilməməli, qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunmalı, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında 23 fevral 2016-cı il tarixdə bağlanmış və Sumqayıt “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 441 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, tərəflərin birgə nikahlarından anadan olan 28.01.2017-ci il təvəllüdlü X1 və 09.04.2020-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında qalmalı, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh 30 mart 2021-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından anadan olmuş 28.01.2017-ci il təvəllüdlü X1 və 09.04.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment (“müvəqqəti alimentin tutulması barədə” Nəsimi Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli, 2(006)-3119/2021 saylı qərardadı nəzərə alınmaqla) tutularaq ilkin iddia üzrə İddiaçı verilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 23 fevral 2016-cı il tarixdə bağlanmış və Sumqayıt “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 441 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərin birgə nikahlarından anadan olan 28.01.2017-ci il təvəllüdlü X1 və 09.04.2020-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında qalsınlar. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar