Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-313/2021 06.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X2, Cavabdeh2 nümayəndəsi X3, üçüncü şəxs Maraqlı şəxs iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2nə, Maraqlı şəxs qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi və əmlakın yenidən qiymətləndirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Bakı Apelyasiya məhkəməsinin 2(103)-8951/2019 saylı, 21.08.2019-cu il tarixli qətnaməsinə əsasən verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar Cavabdeh2 sifarişi əsasında Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş QXM/2628 nömrəli, 13.02.2020-ci il tarixli “Əmlakın qiymətləndirilməsi barədə” hesabatın ləğv edilməsi və İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsindəki 96 saylı evin 7 saylı mənzilinə dair yenidən ekspert qiymətləndirilməsi təyin edilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 izahatında bildirdi ki, Bakı Apelyasiya Məhkəməsinin 2 (103)-8951/2019 saylı, 21.08.2019-cu il tarixli qətnaməsinə əsasən Nəsimi Rayon Məhkəməsinin 2(006)-633/2019 saylı, 04 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8951/2019 saylı, 21.08.2019-cu il tarixli icra sənədinə əsasən 29.03.2017-ci il tarixdə Bakı şəhəri 53 saylı Notariat Kontorunda İddiaçı ilə Maraqlı şəxs arasında Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsindəki 96 saylı evin 7 saylı mənzilinə dair bağlanmış AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsindəki 96 saylı evin 7 saylı mənzilinə dair Maraqlı şəxs adına aparılmış qeyd və 06.12.2017-ci il tarixdə verilmiş RX ******* saylı çıxarış ləğv edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin mənzilə dair İddiaçı adına aparılmış qeyd və 29.04.2009-cu il tarixli MH seriyalı ******* saylı çıxarış bərpa edilməli, X4 50.000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaiti tutularaq Maraqlı şəxs ödənilməsi və tələbin könüllü icra müddətində həmin məbləğ ödənilməzsə, tutma İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsindəki 96 saylı evin 7 saylı mənzilinə yönəldilməli və həmin mənzil acıq hərracda satılaraq qeyd olunan borc ödənilməlidir. İcra sənədi 19.11.2019-cu il tarixində Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və icra sənədində qeyd olunan tələbin könüllü icrası haqqında həmin tarixdən qərar qəbul edilmişdir. İcra sənədində qeyd olunan tələb həmin anda imkan olmadığından könüllü olaraq təmin edilmədiyindən icra sənədinin icrasını təmin etmək məqsədilə qiymətləndiricinin dəvət edilməsi haqqında qərar icra olunması üçün Cavabdeh1 MMC-yə və məlumat üçün tərəflərə göndərilmişdir. Cavabdeh1 MMC tərəfindən 21.02.2020-ci il tarixdə icar şöbəsinə daxil olmuş QXM/2628 nömrəli, 13.02.2020-ci il tarixli qiymətləndirmə rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsindəki 96 saylı evin 7 saylı mənzilinin bazar dəyərinə uyğun qiymətləndirilərək 13.02.2020-ci il tarixdə bazar dəyərinin 110000 (yüz on min) manat müəyyən edildiyi göstərilmişdir. “Əmlakın qiymətləndirilməsi barədə” hesabatın surəti müraciəti əsasında icra şöbəsi tərəfindən ona təqdim edilmişdir. Hesab edir ki, ekspert rəyində göstərilmiş dəyər reallığı əks etdirmir, mənzilə qoyulmuş qiymət mövcud bazar dəyərlərinə uyun gəlmir, daşınmaz əmlakın qiyməti real dəyərindən dəfələrlə aşağı göstərilmişdir. Tərəfindən "xxxx" MMC Əmlakın qiymətləndirməsi və uçotu Departamentinə edilmiş 05.08.2019-cu il tarixli müraciətə və həmin tarixdə bağlanmış müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsindəki 96 saylı evin 7 saylı mənzilin qiymətləndirilmə işi həyata keçirilmiş qeyd olunan tarixə bazar dəyəri 235700 manat müəyyən edilmişdir. Buna görə də Cavabdeh1 MMC tərəfindən tərtib olmuş QXM/2628 nömrəli, 13.02.2020-ci il tarixli “Əmlakın qiymətləndirməsi barədə” hesabatı ləğv edilməli, həmin mənzil yenidən qiymətləndirilməlidir. Sonda iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X5 iddianı qəbul etməyərək öz izahatında bildirmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 2 (103)-8951/2019 saylı, 21.08.2019-cu il tarixli qətnaməsinə əsasən Nəsimi Rayon Məhkəməsinin 2(006)-633/2019 saylı, 04 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmişdir. İcra sənədi 19.11.2019-cu il tarixində Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və icra sənədində qeyd olunan tələbin könüllü icrası haqqında həmin tarixdən qərar qəbul edilmişdir. Qərar icra olunması üçün Cavabdeh1 MMC-yə və məlumat üçün tərəflərə göndərilmişdir. Cavabdeh1 MMC tərəfindən 21.02.2020-ci il tarixdə icra şöbəsinə daxil olmuş QXM/2628 nömrəli, 13.02.2020-ci il tarixli qiymətləndirmə rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsindəki 96 saylı evin 7 saylı mənzilinin bazar dəyərinə uyğun qiymətləndirilərək 13.02.2020-ci il tarixdə bazar dəyərinin yüz on min manat müəyyən edildiyi göstərilmişdir. “Əmlakın qiymətləndirilməsi barədə” hesabatın surəti müraciəti əsasında icra şöbəsinə təqdim edilmişdir. Hesab edir ki, ekspert rəyində göstərilmiş dəyər reallığı əks etdirir. Qeyd edilənlərə əsasən, Cavabdeh2 nümayəndəsi X5 iddiaanın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Maraqlı şəxs iddianı qəbul etməyərək, öz izahatında bildirmişdir ki, Cavabdeh1 MMC tərəfindən mənzilin qiymətləndirmə keçirilimişdir. Əmlakın dəyəri yüz on min manat məbləğində müəyyən edilmişdir. Hərracdan satılan mənzili o almışdır. Odur ki, iddiaçının tələbi əsassızdır və rədd olunmalıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi İcra və Probasiya şöbəsinin böyük icra məmuru Cəlaləddin Əliyev tərəfindən verilmiş 30.01.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsindəki 96 saylı evin 07 saylı mənzilinin qiymətləndirilməsi üçün Cavabdeh1 MMC-dən mütəxəssis dəvət edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi və uçotu departamentinin ekspert rəyindən görünür ki, qiymətləndirilən obyektin dəyəri, yəni Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsindəki 96 saylı evin 07 saylı mənzilinin dəyəri 235.600 manat bazar qiymətidir. İş materiallarında olan Cavabdeh1 MMC-nin qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsində yerləşən 96 saylı evin 07 saylı mənzilinin bazar dəyəri 110000 manat müəyyən edilmişdir. İş materiallarında olan AN-İ №0560196 daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsindəki 96 saylı evin 07 saylı mənzilin tam mülkiyyət üzrə onlara məxsus hissəsindən aşağıda göstərilən hissəni alıcı Maraqlı şəxs mülkiyyətinə verirlər. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, İddiaçı ondan ötrü ki, Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsində istifadədə olan 0.05836 ha torpaq sahəsində yerləşən 96 nömrəli, 2 mərtəbəli binada, 36.0 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 7 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 941 nömrəli reyestr kitabının 87328 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05.01.2005-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X6 ilə İddiaçı arasında olan nikah ləğv edilmişdi. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 07.02.1995-ci il tarixdə, 57 saylı qeyd edilmişdir. İş materiallarında olan “X1 Mərkəzi” MMC-nin satış protokolundan görünür ki, İddiaçı məxsus əmlak Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, ev 96 nömrəli, 07 saylı mənzil 110000 manat ilkin satış qiymətidir. Hərracda satılmış son qiymət 80190 manatdır. İş materiallarında olan "xxxx" MMC-nin 09.08.2021-ci il tarixli Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsindəki istifadədə olan 0,05836 ha torpaq sahəsində yerləşən 96 saylı evin 7 saylı mənzilinin bazar dəyərinin müəyyən edilməsi barədə hesabatından görünür ki, mənzili bazar dəyəri 230000 manat təşkil edir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2 (103)-8951/2019 saylı, 21.08.2019-cu il tarixli qətnaməsindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 633/2019 saylı, 04 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8951/2019 saylı, 21.08.2019-cu il tarixli icra sənədinə əsasən 29.03.2017-ci il tarixdə Bakı şəhəri 53 saylı Notariat Kontorunda İddiaçı ilə Maraqlı şəxs arasında Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsindəki 96 saylı evin 7 saylı mənzilinə dair bağlanmış AN-İ ******* saylı daşənmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsindəki 96 saylı evin 7 saylı mənzilinə dair Maraqlı şəxs adına aparılmış qeyd və 06.12.2017-ci il tarixdə verilmiş RX ******* saylı çıxarış ləğv edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin mənzilə dair İddiaçı adına aparılmış qeyd və 29.04.2009-cu il tarixli MH seriyalı ******* saylı çıxarış bərpa edilməli, X4 50.000 (əlli min) ABŞ dolan məbləğində pul vəsaiti tutularaq Maraqlı şəxs ödənilməli və tələbin könüllü icra müddətində həmin məbləğ ödənilməzsə, tutma İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsindəki 96 saylı evin 7 saylı mənzilinə yönəldilməli və həmin mənzil aşıq hərracda satılaraq qeyd olunan borc ödənilməlidir. İş materiallarında olan "xxxx" MMC-nin 19.05.2021-ci il tarixli hesabından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsindəki 96 saylı evin 7 saylı mənzilin hazırki dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində bazar və likvid qiyməti aşağıdakı kimidir: Bazar qiyməti 110.000 manat, likvid qiyməti 98.000 manatdır. İş materiallarında olan "xxxx" MMC-nin 06.07.2021-ci il tarixli, 12/21 daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsində yerləşən 96 saylı evin 07 saylı mənzilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti: bazar qiyməti 110.000 manat tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti: bazar qiyməti 110.000 manat təşkil edir. Likvid qiyməti 96000 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM)14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları həmçinin başqa şəxsə zərər vurulması və əsassız varlanmadır. «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər; 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8951/2019 saylı, 21.08.2019-cu il tarixli icra sənədinə əsasən 29.03.2017-ci il tarixdə Bakı şəhəri 53 saylı Notariat Kontorunda İddiaçı ilə Maraqlı şəxs arasında Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsindəki 96 saylı evin 7 saylı mənzilinə dair bağlanmış AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsindəki 96 saylı evin 7 saylı mənzilinə dair Maraqlı şəxs adına aparılmış qeyd və 06.12.2017-ci il tarixdə verilmiş RX ******* saylı çıxarış ləğv edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin mənzilə dair İddiaçı adına aparılmış qeyd və 29.04.2009-cu il tarixli MH seriyalı ******* saylı çıxarış bərpa edilməli, X4 50.000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaiti tutularaq Maraqlı şəxs ödənilməsi və tələbin könüllü icra müddətində həmin məbləğ ödənilməsə, tutma İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsindəki 96 saylı evin 7 saylı mənzilinə yönəldilməli və həmin mənzil acıq hərracda satılaraq qeyd olunan borc ödənilməlidir. İcra sənədi 19.11.2019-cu il tarixində Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədilə qiymətləndiricinin dəvət edilməsi haqqında qərar icra olunması üçün Cavabdeh1 MMC-yə göndərilmişdir. Cavabdeh1 MMC tərəfindən 21.02.2020-ci il tarixdə icra şöbəsinə daxil olmuş QXM/2628 nömrəli, 13.02.2020-ci il tarixli qiymətləndirmə rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsindəki 96 saylı evin 7 saylı mənzilinin bazar dəyərinə uyğun qiymətləndirilərək 13.02.2020-ci il tarixdə bazar dəyəri 110000 manat müəyyən edilmişdir. Hazırki mülki iş üzrə məhkəmə tikinti texniki ekspertizası keçirilmiş və "xxxx" MMC-nin 19 may 2021-ci il tarixli yaşayış binasının qiymətləndirilməsi barədə hesabatından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsin, ev 96, 7 saylı mənzilin bazar dəyəri 110000 manat, likvid qiyməti 98000 manat təşkil etməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə tərəfindən ikinci dəfə məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş və ekspertizanın kecirilməsi "xxxx" MMC-yə tapşırılmışdı. MMC-nin məhkəməyə təqdim edilmiş 06.07.2021-ci il tarixli, 12/21 daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsində yerləşən 96 saylı evin 07 saylı mənzilinin bazar qiyməti 110.000 manat təşkil edir. Likvid qiyməti 96000 manat təşkil edir. Məhkəmə hesab edir ki, cavabdeh «Qiymətləndirmə Xidməti Mərkəzi” MMC tərəfindən həmin yaşayış sahəsinə qoyulmuş qiymət real qiyməti əks etdirir. Belə ki, mənzilin ekspert tərəfindən müəyyən olunmuş real bazar qiyməti ilə cavabdeh tərəfindən qoyulan qiymət arasında fərqin yaranmadığı müəyyən olunur. Göründüyü kimi, cavabdeh tərəfindən müəyyən edilmiş qeyri yaşayış sahəsinin ilkin satış qiyməti qeyri yaşayış sahəsinin real qiymətini əks etdirməklə düzgün qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin hesabat sübut kimi qəbul edilə bilməz, belə ki həmin hesabatda yaşayış sahəsinə qoyulmuş bazar qiymət real qiyməti əks etdirmir, şişirdilmiş məbləğ göstərilmişdi. Beləliklə, iddiaçı Cavabdeh1 MMC-nin qiymətləndirici eksperti tərəfindən tərtib edilmiş Əmlakın qiymətləndirilməsi barədə hesabatın əsassız olduğunu, qeyri yaşayış sahəsinin qiymətləndirilməsi zamanı qanun pozuntularına yol verildiyini, qiymətləndirmənin düzgün keçirilməməsini iddia etsə də, bu halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilmədi. Ona görə də məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2nə, Maraqlı şəxs qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi və əmlakın yenidən qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2nə, Maraqlı şəxs qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi və əmlakın yenidən qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-313/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-313/2021
06.10.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver