Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-316/2023 19.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 və X2 olmaqla, cavabdeh LPO Əmrahbank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «zaminlik müqaviləsinin ləğv edilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 və X2 olmaqla, cavabdeh LPO Əmrahbank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «zaminlik müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının adının ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə xx.xx.2019-ci tarixli 014- 7153005FİMSA130619-01/ZM/1 saylı zaminlik müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə Mərkəzləşdirilmiş Kredit reyestri üzrə zaminlik siyahısından çıxarılmasının cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə X10 və X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmişlər. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 2015-ci tarixində X9 zamin duraraq kredit götürmüşlər. X4 müqavilədən irəli gələn öhdəlikləri icra etməkdən boyun qaçırdığı üçün ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətində problemə düşdü. Uzun müddət ödəniş etmədikdən sonra cənab Prezident 28 fevral 2019-cu il tarixli Problemli kreditlərlə bağlı Fərman imzalamışdır. Onlar fərmanın təsir dairəsinə düşmüşlər. Bank borclu və onunla əlaqə saxlayaraq Pezidentin 28 fevral 2019-cı il tarixli Problemli kreditlərlə bağlı Fərmanının təsiri dairəsinə düşdüylərini və restrukturizasiya müqaviləsi bağlanması üçün banka yaxınlaşaraq ərizə ilə müraciət edilməli olduğunu bidirmişdir. X13 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə yaxınlaşaraq restrukturizasiya müqaviləsi bağlanması üçün müraciət etmişdir. Bank onunla əlaqə saxlayaraq əvvəlki müqavilə üzrə zamin olduğu və restrukturizasiya müqaviləsi bağlanan zaman yenidən zaminlik müqaviləsinə imza etməli olduğunu bildirmişlər. Lakin Bankın əməkdaşına bildirmişdir ki, X4na zamin durmayacaqdır. Bu səbəbdən zaminlik müqaviləsini imzalamaqdan imtina etmişdir. Yasin Şərifov müqavilə bağlamaq üçün yeni zamin olaraq X1 zamin kimi banka gətirmiş və onunla zaminlik müqaviləsi bağlanmışdır. Qeyd edilən prosedurlar bitdikdən bir müddət sonra kredit götürmək üçün ölkə bankalarından birinə yaxınlaşaraq kredit götürmək istədiyini bidirmişdir. Oradan ona bildirmişlər ki, onun "xxxx" Açıq Səhmdar Cəmiyyətində zaminliyi mövcuddur. Bu səbəbdən ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Gəncə nümayəndəliyinə yaxınlaşmışdır. Ordan ona zaminlik müqavilələrin surətini təqdim etmişlər. Zaminlik müqaviləsi təqdim edilərkən məlum olmuşdur ki, ona verilən zaminlik müqaviləsində X3 zaminlik müqaviləsinə imza atmışdır. Bankda isə texniki səbəblərdən ona məxsus məlumatlar zaminlik müqaviləsində saxlanılmış, imza isə X3 tərəfindən imzalanmışdır. Həmçinin şəxsiyyət vəsiqəsi zaminlik müqaviləsi bağlanan tarixdən əvvəl dəyişdirmişdir. Zaminlik müqaviləsi isə köhnə şəxsiyyət vəsiqənin məlumatları ilə bağlanılmışdır. ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə xx.xx.2019-cu tarixli ***- *******FİMSA130619-01/ZM/1 və ***-*******FİMSA130619-01/ZM/2 saylı zaminlik müqaviləsinə imza etməmişdir. Qeyd olunanları əsas gətirərək Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək Mərkəzləşdirilmiş Kredit Reyestri üzrə adının əsasız olaraq yazılmış zaminlik siyahısından çıxarılmasını xahiş etmişdir. Oradan ona bildirmişlər ki, məhkəməyə müraciət etməsi məqsədəuyğundur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əvvəl keçirilmiş məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəl keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********129 saylı məktubundan görünür ki, "xxxx" ASC ilə X10 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ***-*******FİMSA130619-01 saylı Kredit müqaviləsinə əsasən borcalana 60 (altmış) ay müddətinə qaytarılmaq şərti ilə 4107.40 manat məbləğində kredit verilmişdir Kredit müqaviləsinin təminatı kimi Sizinlə ***-*******FİMSA130619-01/ZM/1 saylı Zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixə X6 ***-*******FİMSA130619-01 saylı Kredit müqaviləsi üzrə 4102,68 manat əsas, 96,82 manat faiz borcu olmaqla, ümumilikdə 4199,50 manat bank qarşısında borc öhdəliyi mövcuddur. xx.xx.2019-ci tarixli ***-*******FİMSA130619-01/ZM/1 saylı Zaminlik müqaviləsindən görünür ki, bu müqavilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti, X10 və iddiaçı arasında bağlanması göstərilmiş, müqavilənin imza hissəsində imzalayan şəxs qismində əl yazma ilə “Talıbov Elməddin” qeyd edilmişdir. Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Problemli kreditlərə nəzarət şöbəsinin aparıcı mütəxəssisi Vüsal Orucov tərəfindən göndərilmiş e-mail yazışmasından görünür ki, Amrahbank ASC Gəncə filialının müştərisi X10 xx.xx.2019-cu il tarixində ***-*******FİMSA130619-01 saylı kredit müqaviləsi bağlamışdır. Kredit müqaviləsində texniki səf nəticəsində sistemdən çıxan zaminlik müqaviləsi müştərinin əvvəlki kreditində zamin durmuş İddiaçı adına çıxmışdır, müqavilənin imza hissəsində İddiaçı adı qeyd olunmağına baxmayaraq öz xətti ilə əlyazma ilə yeni zamin X3 imza atıb və ad soyadını yazıb. Əlavə olaraq zaminliyinə xitam verilmiş İddiaçı adı sistemdən zaminlikdən çıxarılmayıb. xx.xx.2023-cü il tarixli SF-72S saylı Azərbaycan Kredit Bürosundan çıxarışdan görünür ki, iddiaçının adı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə zamin qismində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Eyni Məcəllənin 477.0-cı maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X10 və X3 arasında xx.xx.2019-cu tarixli ***-*******FİMSA130619-01/ZM/1 saylı Zaminlik müqaviləsi bağlanmış, lakin zaminlik müqaviləsinin bağlayan tərəflər və müqaviləni imzalayan şəxslər bölmələrində əvvəlki zamin olmuş iddiaçının adı qalmış, X3 isə imza bölməsinə ad soyadını qeyd etməklə müqaviləni imzalamışdır. Sonradan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X10 və X3 arasında xx.xx.2019-cu tarixli ***-*******FİMSA130619- 01/ZM/2 saylı zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu tarixli ***- *******FİMSA130619-01/ZM/1 saylı Zaminlik müqaviləsində buraxılmış səhv nəticəsində iddiaçının adı sistemdən zaminlik siyahısından çıxarılmamışdır. Eyni zamanda məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçının "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan zaminliyinə xitam verilmişdir. İş materiallarından göründüyü kimi xx.xx.2019-cu tarixli ***-*******FİMSA130619- 01/ZM/1 saylı Zaminlik müqaviləsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X10 və X3 arasında bağlandığı halda, texniki səhv olaraq müqavilədə iddiaçının adı qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, adıçəkilən tərəflər arasında yenidən xx.xx.2019-cu tarixli ***- *******FİMSA130619-01/ZM/2 saylı zaminlik müqaviləsinin bağlanıldığından iddiaçının adı göstərilmiş xx.xx.2019-cu tarixli ***-*******FİMSA130619-01/ZM/1 saylı Zaminlik müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2019-ci tarixli ***-*******FİMSA130619-01/ZM/1 saylı zaminlik müqaviləsi ləğv edilsin və həmin müqavilə üzrə İddiaçı Mərkəzləşdirilmiş Kredit reyestri üzrə zaminlik siyahısından çıxarılması Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-316/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-316/2023
19.01.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver