Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3173/2021 18.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X16 oğlunun katibliyi, Cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və “xxxx” MMC-yə qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barəsində müqavilənin ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və “xxxx” MMC-yə qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barəsində müqavilənin ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hərracı keçirən cavabdeh iddiaçıya heç bir hərrac bildirişi göndərmədən və iddiaçıya hərrac barədə xəbər vermədən ardıcıl olaraq bir neçə hərrac keçirmişdir və hərraca çıxarılan daşınmaz əmlakın bugünkü qiymətinə uyğun olmamasına baxmayaraq, cavabdehə hərracın məlum protokolu ilə satmışdır. Sözügedən protokolu qanunsuz və sözügedən daşınmaz əmlakın, real qiymətindən 3 dəfə az olduğuna görə ləğv edilməsi üçün əsasdır. Həmin qanunsuz hərrac protokolu əsasında cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış almışdır ki, elə bu çıxarış da qanunsuzdur. Sözügedən daşınmaz əmlakın hərraca çıxarılarkən iddiaçının həmin hərraclardan xəbəri olmamasını sübutu aydın görünəcək ki, bu da həmin bildirişlərin ya ümumiyyətlə olmaması deməkdir ya da ki, iddiaçının imzası ilə heç bir bildirişin olmaması deməkdir, bu da hərracın iddiaçının iştirakı olmadan keçirilməsi deməkdir ki, sözügedən hərracın ləğvi üçün tam əsasdır. İddiaçıya hərrac barədə heç bir bildiriş çatdırılmamışdır və onun hərrac barədə məlumatı olmamışdır. Göstərilənlərə əsasən ünvan 1 ünvanındakı mənzil barədə hərracın yekunları barədə protokol və sözügedən hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən məhkəməyə ərizə təqdim edilərək, işə onun iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh “ləğv prosesində olan Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İşin materiallarında olan 23.11.2018-ci il tarixli xəbərnamənin surətindən görünür ki, «xxxx» MMC tərəfindən İddiaçı göndərilmiş bildirişin alınması onun tərəfindən imtina edilmişdir. İşin materiallarında olan «Hərracın nəticələri haqqında» 29 yanvar 2019-cu il tarixli, 07-1/02 №-li protokoldan və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, hərracın təşkilatçısı – «xxxx» MMC-nin nümayəndəsi N.Ə.Əliyeva ilə alıcı Cavabdeh1 ASC-nin nümayəndəsi N.K.Nağıyev ünvan 1-in 57.375 manata alınması barədə razılığa gələrək həmin protokolu imzalamışlar. İş materialların da olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 14.08.2019-cu il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 1 Cavabdeh1 ASC-nin adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24.05.2017-ci il tarixli, 2(005)-160/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X2 08.05.2014-cü il tarixli, 120.LN.2105.080514.00001 saylı kredit müqaviləsi üzrə 400.000 manat məbləğində əsas, 65.189,08 manat məbləğində faiz, 2.000 manat məbləğində cərimə, 467,189,08 manat məbləğində borc, 30 manat məbləğində dövlət rüsumu, 1 manat məbləğində xidmət haqqı, habelə notariat xərci qismində ödənilmiş 71 manat məbləğində pulun tutularaq “xxxx" ASC-yə ödənilməsi, tutmanın 08.05.2014-cü il tarixli kredit müqaviləsinin təminatı qismində X3 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 24 evin, 62 saylı mənzilinə, X4 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 28 saylı evin, 212 saylı mənzilinə, İddiaçı mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 24 saylı evin, 58 saylı mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən məbləğlərin ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyanlara - X6, X7 və İddiaçı qaytarılması, hərraca çıxarılarkən ipoteka predmetləri olan Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 24 saylı evin, 62 saylı mənzilinin-ilkin satış qiymətinin 75.000 manat, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 49 saylı evin, 58 saylı mənzilinin ilkin satış qiymətinin 90.000 manat və Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 28 saylı evin, 212 saylı mənzilinin ilkin satış qiymətinin 185.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetləri açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər X8, X9, X10 və X5 Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 28 saylı evin, 212 saylı mənzilindən, İddiaçı və X1 isə Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 49 evin, 58 saylı mənzilindən çıxmazsa, onların həmin əmlaklardan məcburi qaydada çıxarılması, iddianın qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaitinin X2 tutularaq dövlət gəlirlərinə alınması, qiymətləndirmə xidmətinin dəyərini təşkil edən 300 məbləğində pul vəsaitinin cavabdeh X2 alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir Hazırki mübahisə ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Eyni Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Göstərilən Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Eyni Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Göstərilən Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmçinin, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə görə ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Eyni Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.5-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol müqavilə qüvvəsinə malikdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, qüvvədə olan qanunvericiliyə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmiş və bundan sonra həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarış almışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair» 28 oktyabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Həmin Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Həmin Qərarda qeyd olunmuşdur ki, ipoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. «İpoteka haqqında» Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarır. Göründüyü kimi, hərracın keçirilməsini həyata keçirən «xxxx» MMC tərəfindən «İpoteka haqqında» Qanunun tələblərinə uyğun olaraq hərracın keçirilməsinin qanunla müəyyən olunmuş qaydalarına riayət olunmuş, ipoteka saxlayan Cavabdeh1 ASC də öz növbəsində təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka predmetini 30 gün müddətində əldə etmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı hərracın keçirilməsindən xəbərinin olmadığını bildirsə də, hərracın keçirilməsindən 2 (iki) il keçdiyini nəzərə alaraq, məhkəmə həmin halı inandırıcı hesab etmir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və “xxxx” MMC-yə qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqısatqısı barəsində müqavilənin ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və “xxxx” MMC-yə qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barəsində müqavilənin ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-3173/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3173/2021
18.06.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver