Məhkəmə qərarları › İş №2(006)-3190/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3190/2021

30.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3190/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsi, hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi ilə, iddiaçının nümayəndəsi (vəkili) Vəkil və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin- X6 nümayəndəsi X12, X2 nümayəndəsi X24 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı X21, X22, X7 mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə “evin söküntü işlərinin dayandırılması, vurulmuş maddi zərərin ödənilməsi və evə köçürülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “evin söküntü işlərinin dayandırılması, vurulmuş maddi zərərin ödənilməsi və evə köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən vərəsəlik qaydasında ona miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, 81,11 kv.m yaşayış sahəli, 100 kv.m ümümi sahəli, 79 saylı ferdi yaşayış evinin sökülməsi ilə bağlı hərəkətlərin dayandırılması, həmin hərəkətlər nəticəsində ona vurulmuş 20.000 (iyirmi min) manat maddi zərərin, 1200 manat ödənilmiş kirayə haqqının və 40 manat dövlət rüsumun, cəmi 21.240 manat vəsaitin cavabdehdən alınaraq ona ödənilməsi və həmin yaşayış sahəsinə himayəsində yaşayan 27.02.2014-cü il təvəllüdlü oğlu X13 ilə birlikdə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qərardadı ilə İddiaçı iddianı təmin etmə tədbirinin görülməsinə dair vəsatəti təmin edilərək Cavabdeh MMC tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi ilə bağlı hərəkətlər dayandırılmış, Cavabdeh MMC-yə qeyd edilən ünvanda hündürmərtəbəli binanın inşasının başlanmasına hazırki mübahisə ilə bağlı qətnamə qanuni qüvvəsini alanadək qadağa qoyulmuşdur. Məhkəmənin 20 may 2021-ci il tarixli məhkəmə iclasında X21, X22, X7 iş üzrə mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən 3-cün şəxslər qismində cəlb edilmişlər. İddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh ilə X6 arasında 05 yanvar 2021-ci il tarixdə bağlanmış 14 saylı müqavilənin etibarsız hesab edilməsi, cavabdehin ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, 81,11 kv.m yaşayış sahəli, 79 saylı ferdi yaşayış evinin ¼ payına münasibətdə həmin ərazidə inşa edilməsi nəzərdə tutulmuş hündürmərtəbəli yaşayış binada yaşayış sahəli ilə təmin edilməsi ilə bağlı onunla müqavilənin bağlanması həvalə edilməsi və 05 yanvar 2021-ci il tarixdən başlayaraq tikilməsi nəzərdə tutulmuş binada yaşayış sahəsi ona təhvil verilən günədək cavabdehdən hər ay 200 manat olmaqla kirayə haqqı alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, ünvan 8 saylı, 81,11 kv.m yaşayış sahəli 100 kv.m ümümi sahəli ferdi yaşayış evi anası X14 adına şəxsi əmlak olaraq 06.04.2001-ci ildən dövlət reyestrində qeydə alınmış evdir. Həmin evdə iddiaçının anası X14 ailəsinin üzvü olaraq qeydiyyatda olmaqla 03.05.2001-ci ildən 2020-ci ilin dekabr ayınadək yaşamışdır. 04.06.2009-cu ildə atası X23, 02.12.2020-ci ildə anası X25 vəfat etmişlər. Anasının vəfatından sonra Cavabdeh səlahiyyətli nümayəndələri qeydiyyatda olmaqla yaşadığı, mərhum anasından miras qalmış evin yerləşdiyi ərazinin plana düşdüyü, evin sökülməsi və yerində hündürmərtəbəli yaşayış binaların tikilməsi nəzərdə tutulduğu, həmin yerdə inşa ediləcəyi hündürmərtəbəli binalarda, buna notariat qaydasında razılıq vermiş şəxslər, yaşayış sahələri ilə təmin olunacaqlarını, bina tikilib qurtarılanadək sökülən binalarda yaşayan şəxslərə kirayə evlərdə yaşamaq üçün hər ay 500 manat kirayə haqqı ödəniləcəyi bildirilmişdir. Bu məqsədlə də həmin evdə qeydiyyatda olan və yaşayan şəxslərə evin sökülməsinə və həmin ünvanda inşa ediləcəyi binada mənzillə təmin olunacağına razı olmalarına dair norariat qaydasında təstiq edilmiş ərizələri təqdim etməyi və evi boşaltmağı xahiş etmişlər. Qeyd edilmiş razılaşmaya əsasən iddiaçı 28.12.2020ci il tarixdə 1 saylı Bakı Asan xidmət mərkəzində fəaliyyət göstərən notariat kontorunda yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanda tikiləcək yeni binada mənzillə təmin olunmasına dair razılıq ərizəsini yazaraq qeydiyyatdan keçirdikdən sonra Cavabdehnə təqdim etdi və evi boşaldıb himayəsində yaşayan "uşaq autizmi F84,0" diaqnozu ilə tibbi qeydiyyatda olan,hərəkətlərində davranış pozulması müəyyən olunan, nitq qabiliyyəti olmayan və daimi xüsusi nəzarətdə saxlanılması tələb olunan 27.02.2014-cü il təvəllüdlü oğlu X13 adında xəstə bir uşaqla kirayə evə köçdü. Lakin o vaxtdan bu günədək müxtəlif bəhanələrlə Cavabdeh ilə arasında ünvan 8 saylı evin yerində tikiləcək yeni binada mənzillə təmin olunacağına və binanın inşası başaçatanadək kirayə yaşadığı evin aylıq kirayə haqqının ödəniləcəyinə dair müqavilə bağlanmamış, əksinə evinin qapı-pəncərələrini söküb evi yaşayışa yararsız hala salınmışdır. Bununla bağlı cavabdehə 15.02.2021-ci il tarixdə rəsmi təqdim edilmiş ərizəsi cavabsız qalmışdır. Nəticədə də cavabdehin qanunsuz hərəkətləri nəticəsində yaşayışa yararsız hala salınmış vərəsəlik hüququ ilə iddiaçıya aid olan evə 20.000 manat dəyərində zərər vurulmuşdur. Hesab edir ki, həmin zərərin əvəzi olaraq cavabdehdən 20.000 manat maddi ziyan və 3 ay müddətində cavabdehin günahı üzündən ödəmək məcburiyyətində qaldığı 1200 manat kirayə haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Cavabdehin qeyd edilmiş bu qanunsuz hərəkətlərindən sonra 01.03.2021-ci il tarixli ərizəsi əsasında 1 saylı Bakı "Asan Xidmət" Mərkəsində yerləşən notariat ofisində 28.12.2020-ci il tarixli 81-31962 nömrə ilə səlahiyyətli orqanlara ünvanlamış yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanda tikiləcək yeni binada mənzillə təmin olunmasına dair verdiyi razılıq ərizəsi ləğv edilmiş və bu barədə "elektron notariat" informasiya sistemində qeydiyyat aparılmışdır. Eyni zamanda Bakı şəhəri 13 saylı notariat kontorunun notariusu İradə Hüseynovanın 19.02.2021-ci il tarixli 75 saylı məkbundan göründüyü kimi 02.12.2021-ci il tarixdə vəfat etmiş anası X8 miras qalmış əmlaka dair vərəsəlik işi açılmışdır və iddiaçının onun vərəsələrdən biri olmağı müəyyən edilmişdir. Göründüyü kimi cavabdeh tam qanuni əsaslarla istifadə və vərəsəlik hüquqlarına malik olduğu yeganə yaşayış evini həmin evin yerində inşa ediləcəyi hündürmərtəbəli binada yaşayış sahəsi ilə təmin edilməcəyini və binanın inşası başa çatanadək kirayə yaşayacağı mənzilin aylıq kirayə haqqını ödəyəcəyinə dair yalandan vədlər vərərək notariat qaydasından razılıq ərizəsi alıb mənzili iddiaçıya boşaltdırıb heç bir müqavilə bağlamadan mənzilini yaşayışa yararsız vəziyyətə salmışdır. Bununla da qanunla qorunan yaşayış sahəsindən istifadə və mülkiyyət hüquqlarını kobud surətdə pozmuşdur. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddanın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 nümayəndəsi X26 məhkəmə iclasında bildirmişdir ki, ünvan 4 ünvanında, yaşayış sahəsi 25.60 kv olan 2 otaqlı “Müqavilə № 118507.21 Fevral 2001-ci il tarixli alqı-satqı edilərək, əlli doqquz milyon səkkiz yüz min manat (2001-ci ilin manat ekvivaletinətinə istinad edilərək) anası X27 tərəfindən ödənilərək şəxsi əmlak kimi alınmışdır. X34 oglu yaşadığı Yasamal rayonunda, adına olan 1 otaqlı (16 kv)-li evinin şəraitini qenişləndirmək məqsədi ilə anası ilə şifahi razılaşma əsasında danışıb razılığın alaraq, Yasamalda olan 16 kv metirli evini sataraq, evinin pulu ilə anasının mülkiyyətində olduğu Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, ev 79 ünvanında kı həyət evinin yaşayış və qeyri-yaşayış hissəsinin gələcəkdə 50% -zının vərəsəlik payına aid olmaması haqqında məlumatlı idilər. Ailə üzvülərindən bacılarına və qardaşı etiraz etməmişdilər. Qələcəkdə hüquqi varisi kimi, Novruzov Qardaşları küçəsi, ev 79 ünvanında ki evin sahibi Elnur olacaqdı, bacı və qardaşının etirazı olmamışdır. Bununla bağlı hətta bacısı X3 verdiyi və bir dəfə ləgv etdiyi etibarnamədən başqa 2018 ci ildən 2021-ci ilə kimi qeydiyyatda olduğu evinin adına keçməsinə “razılıq ərizəsi” (ev payından imtinası) vermişdir. Lakin pandemiya dövrü və anasının xəstəliyinin ağırlaşdığı üçün, evi öz adına keçirmək imkanını buraxmışdır. Anasının sağlığında, yaşadığı və qeydiyyatda ailə üzvüləri ilə 4 nəfər birgə yaşadıgını bilən və razılıq verən bacısı övladının sağlamlığı məhdud uşaqlar siyahısında 2021-ci ildə təsdiqin aldığından Elnurun hüquqi cəhətdən adında olmasada, şifahi müqaviləyə və qohumlarının şahidliyi əsasında 50% daşınar və daşınmaz əmlak sahibi olsa da, anasının istəyi ilə ev payının X9 qalmasını vəsiyyət etmişdir. Anasının sağlığında məsələ həllin tapmışdır. Gələcəkdə aldığı evin tam 100 % istifadəçisi kimi qardaşı və bacısının şifahi və yazılı evin qələcəkdə adına keçməsini haqqında etirazı olmamışdır. X1 yuxarıda qeyd etdiyi ünvanda qeydiyyatda olmasına baxmayaraq, heç bir zaman Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, ev 79 ünvanında yaşamayıb. Baçısı İddiaçı Gülhüseyin qızı qeyri rəsmi nikahdadır, həyat yoldaşı X10 05.05.1965-ci il təvəllüdlü, oglu ilə birgə ünvan 5 ünvanında yaşayırlar. X16 və oğul övladı ilə, Elçinlə və ailəsi ilə qeydiyatda olduğu ünvanda yaşamayıb və irəli sürdüyü əsassız olaraq yaşadığı evin sökülərək bayırda qalması, maddi-mənəvi ziyanın ödənilməsi və kirayə puluna iddia etməsi qeyri qanunudur. Hal-hazırda İddiaçı Gülhüseyin qızı, oğlu və qeyri rəsmi nikahda olan həyat yoldaşı ilə birgə kirayəçi kimi, aylıq 150 manata ünvan 6 ünvanda övladının məktəbə oxuduğu ilə bağlı artıq qeyd olunan ünvanda “Pilot 16” lahiyyəsi başlamadığından qabağ yaşayır. Sonda müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 nümayəndəsi X26 iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi X35 məhkəmə iclasında bildirmişdir ki, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi ev 79 ünvanında, yaşayış sahəsi 25.60 kv olan 2 otaqlı “Müqavilə № 118507.21 Fevral 2001-ci il tarixli alqı-satqı edilərək, əlli doqquz milyon səkkiz yüz min manat (2001-ci ilin manat ekvivalentinə istinad edilərək) anası X25 tərəfindən ödənilərək şəxsi əmlak kimi alınmışdır. Qardaşı X34 oglu yaşadığı Yasamal rayonunda, adına olan 1 otaqlı (16 kv)-li evinin şəraitini qenişləndinnək məqsədi ilə, anası ilə şifahi razılaşma əsasında danışıb razılığın alaraq, Yasamalda olan 16 kv metirli evini sataraq, evinin pulu ilə, anasıın mülkiyyətində olduğu ünvan 7 ünvanında kı, həyət evinin, yaşayış və qeyri-yaşayış hissəsinin gələcəkdə 50 % -zının, vərəsəlik payına aid olmaması haqqında məlumatlı idilər. Ailə üzvülərindən bacılarına və qardaşı etiraz etməmişdilər. Qələcəkdə hüquqi varisi kimi, Novruzov Qardaşları küçəsi ev 79 ünvanında ki, evin sahibi X20 olacagını bacı və qardaşının etirazı olmamışdır. Bununla bağlı hətta bacısı X3, sonuncu verdiyi və bir dəfə ləgv etdiyi etibarnamədən başqa, 2018-ci ildən 2021-ci ilə kimi qeydiyyatda olduğu evin X5 adına keçməsinə “razılıq ərizəsi” (ev payından imtinası) vermişdir. Anasının sağlığında daşınmaz əmlak sahibi anasının istəyi ilə ev payı X9 qalmasını vəsiyyət etmişdir. Anasının sağlığında məsələ həllin tapmışdır .Gələcəkdə aldığı evin tam 100 % istifadəçisi kimi, qardaşı və bacısının şifahi və yazılı evin qələcəkdə adına keçməsini haqqında etirazı olmamışdır. Sonda müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi X35 iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh MMC-nin nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X21 məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185ci maddəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18 mart 2021-ci il tarixli AZ-İİ 139868 nömrəli ölüm haqqında şəhadətnamənini notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X23 04 iyun 2009-cu ildə “prostat vəzinin xərçəngi” səbəbindən ölmüşdür. İş materiallarında olan Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 15 dekabr 2020-ci il tarixli AZ-İİ 126056 nömrəli ölüm haqqında şəhadətnamənini notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X25 02 dekabr 2020-ci ildə “ürəyin aterosklerotik xəstəliyi” səbəbindən ölmüşdür. İş materiallarında olan AZ-T 104385 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, X17 və İddiaçı 27 fevral 2014-cü il təvəllüdlü X4 valideynləridirlər. İş materiallarında olan AZ-İV 541792 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, X23 və X25 xx xxxxx 1972-ci il təvəllüdlü İddiaçı valideynləridirlər. İş materiallarında olan 59 saylı MKİS tərəfindən verilmiş 76 saylı 13 yanvar 2021-ci il tarixli forma 2 arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi 79 nömrəli evdə İddiaçı, X21, X22, X26, X44, X39, X13 qeydiyyatdadırlar. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş və 1 saylı Bakı “Asan Xidmət” Mərkəzi tərəfindən təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı qeydiyyatda olduğu ünvan 11aanında yerləşən fərdi yaşayış evinin sökülməsinə və və həmin ünvanda tikiləcək yeni binada mənzillə təmin olunmasına razıdır, heç bir etirazı yoxdur. İş materiallarında olan Bakı şəhəri 13 saylı Notariay Ofisi tərəfindən verilmiş 75 saylı 19 fevral 2021-ci il tarixli arasyışdan görünür ki, 09 iyun 1945-ci il təvəllüdlü X14 02 dekabr 2020ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsəsinin ərizəsi əsasında, 19 fevral 2021-ci il tarixdə tərəflərindən vərəsəlik işi açılmışdır. Qanunauyğun olaraq mərhum X14 vərəsələrindən biri qızı İddiaçı müəyyən olunmuşdur. İş materiallarında olan Bakı şəhəri 13 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 03 iyun 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 02 dekabr 2020-ci ildə vəfat etmiş X14 vərəsəsi ünvan 8 ünvanında qeydiyyatda olan qızı İddiaçıdır. O bu miras əmlakdan ¼ hissə pay almalıdır. İş materiallarında olan X7, X21 ilə X22 arasında 08 iyun 2021-ci il tarixdə miras payın bağışlanması müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən X7 və X21 08 iyun 2021-ci il tarixdə 2V-137 və 2V-136 saylı reyestrlərlə rəsmiləşdirilmiş mərhum anaları X14 (paylı mülkiyyətdə olan, ünvan 11anında yerləşən ümumi sahəsi 81.10 kv.m olan fərdi yaşayış evinin “A” tikilisi) əmlakına dair qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamələr əsasında onların hər birinə verilmiş ¼ hissədən ibarət vərəsəlik paylarını qardaşları X18 bağışlamışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyin qeyd edilən müddəalarından görünür ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 331.1-ci maddəsi tələb edir ki, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası MM-nın 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Eyni Məcəllənin MM-nın 407.2-ci maddəsinə görə, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 425.1-425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Eyni Məcəllənin 426.1, 426.2 və 426.2.1- ci maddələri tələb edir ki, öhdəliklərin icrası yeri, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Əgər öhdəliyin icrası yeri müəyyənləşdirilməyibsə, icra aşağıda göstərilən yerlərdə həyata keçirilməlidir: torpaq sahəsinin, binanın, qurğunun və ya digər daşınmaz əmlakın verilməsi öhdəliyi üzrə əmlakın olduğu yerdə. «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarında qeyd olunur: «Prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malik olan məhkəmələr vicdanlı inamdan hakim qərəzliyinə və ya subyektivliyinə keçməmək üçün prosessual qanunvericiliklə müəyyən olunmuş qaydalara dönmədən əməl etməlidirlər. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir». “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarında göstərilir ki, «Əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.5-ci maddəsi). Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin hesab edir ki, alqı-satqı müqaviləsinin etibarsız hesab etməklə tərəflərin hüquqi statusunu ilkin vəziyyətə qaytarılması təkcə onun əqd üzrə xərclərin ödənilməsi ilə məhdudlaşmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarında qeyd olunur: «Əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. MM-nin 178.8-ci maddəsinin məzmunundan göründüyü kimi, mülki qanunvericiliyin digər maddələrindən fərqli olaraq bu maddədə kooperativ üzvünün əmlak üzərində mülkiyyət hüququnun yaranması əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı, həmçinin Mülki Məcəllənin 157.1-ci maddəsində öz əksini tapmışdır. Beləliklə, iddiaçının tələbini əsaslandırdığı hallara qiymət verərkən məhkəmə aşağıdakıları qeyd edir. X11 və X14 birgə nikahlarından xx xxxxx 1972-ci il təvəllüdlü İddiaçı, 1970-ci il təvəllüdlü X7, 1978-ci il təvəllüdlü X21 və 1973-cü il təvəllüdlü X22 anadan olmuşlar. X23 “prostat vəzinin xərçəngi” səbəbindən 04 iyun 2009-cu ildə, X25 isə “ürəyin aterosklerotik xəstəliyi” səbəbindən 02 dekabr 2020-ci ildə rəhmətə getmişlər. 03 iyun 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 02 dekabr 2020-ci ildə vəfat etmiş X14 vərəsəsi ünvan 8 ünvanında qeydiyyatda olan qızı İddiaçı olmuş və N. Abbasova miras əmlakdan ¼ hissə payçıdır. Bunun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X30 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən ünvan 9 “A” tikilisindən ¾ hissə tam mülkiyyət hüququ üzrə X6, “B” tikilisi tam mülkiyyət hüququ üzrə X19, “A” tikilisindən ¼ hissə tam mülkiyyət hüququ üzrə İddiaçı adlarına daşınmaz əmlakın dövlət reyestrində X6 adına 12 iyul 2021-ci ildə, İddiaçı adına isə 08 iyun 2021-ci ildə qeydiyyata alınmışdır (çıxarışın surəti iş materiallarına əlavə edilmişdir). İddiaçının anası X14 vəfatından sonda Cavabdeh səlahiyyətli nümayəndələri iddiaçının qeydiyyatda olduğu (forma 2 arayışı iş materiallarına əlavə edilmişdir) Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, 79 saylıevin yerləşdiyi ərazinin plana düşdüyünü, evin sökülməsi və yerində hündürmərtəbəli yaşayış binaların tikilməsi nəzərdə tutulduğunü, həmin yerdə inşa ediləcəyi hündürmərtəbəli binalarda, buna notariat qaydasında razılıq vermiş şəxslər, yaşayış sahələri ilə təmin olunacaqlarını, bina tikilib qurtarılanadək sökülən binalarda yaşayan şəxslərə kirayə evlərdə yaşamaq üçün hər ay 500 manat kirayə haqqı ödəniləcəyi bildirilmişdir. Bu məqsədlə də həmin evdə qeydiyyatda olan və yaşayan şəxslərə evin sökülməsinə və həmin ünvanda inşa ediləcəyi binada mənzillə təmin olunacağına razı olmalarına dair norariat qaydasında təstiq edilmiş ərizələri təqdim etməyi və evi boşaltmağı xahiş etmişlər. Bu məqsədlə İddiaçı 28 dekabr 2020-ci ildə 1 saylı Bakı “Asan Xidmət” Mərkəzinə müraciət edərək qeydiyyatda olduğu ünvan 11anında yerləşən fərdi yaşayış evinin sökülməsinə və həmin ünvanda tikiləcək yeni binada mənzillə təmin olunmasına razı olduğunu və buna heç bir etirazının olmadığını qeyd etmişdir. Bundan başqa Cavabdeh MMC ilə ünvan 10 ünvanında yerləşən yaşayış sahəsini miras qoyan X14 vərəsəsi X22 arasında 05 yanvar 2021-ci il tarixdə müqavilə bağlanmışdır. E.Abbasov bu bu müqaviləyə əsasən Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alınmış FM seriyalı, 004927 nömrəli, 06 aprel 2001-ci il tarixli qeydiyyat vəsiqəsi ilə öz mülkiyyətində olan ünvan 10 ünvanında yerləşən 50 kv.m (faktiki sahə-74,46 kv.m) ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. “Tikinti şirkəti” ünvan 10 ünvanında yerləşən E.Abbasovun mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 74,46 kv.metr olan hissəsinə nəzərdə tutulmuş 20 faiz əlavə edilərək 89,35 kv.metr əvəzinə 96 kv.metr təmirli mənzili E.Abbasovun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. 6,65 kv.metr sahə hədiyyə edilmişdir (müqavilənin surəti iş materiallarına əlavə edilmişdir). Lakin Cavabdeh verdiyi vədə əməl etməmişdir, əksinə evinin qapı-pəncərələrini söküb evi yararsız hala salmışdır. Bu səbəbdən dın 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 01 mart 2021-ci il tarixli 204 saylı məktuba əsasən İddiaçı tərəfindən 28.12.2020-ci il tarixdə 1 saylı Bakı “ASAN mərkəzindəki notariat ofisində verilmiş 8İ-31962 nömrə reyestri səlahiyyətli orqanlara ünvanlanmış qeydiyyatda olduğu ünvan 11anında yerləşən fərdi yaşayış evinin sökülməsinə və həmin ünvanda tikiləcək yeni binada mənzillə təmin olunmasına razılıq barədə ərizəsi 01.03.2021-ci il tarixli 8İ-4876 reyestr nömrəli müraciətinə əsasən ləğv edilmiş və bu barədə “Elektron notariat” avtomatlaşdırılmış İnformasiya Sistemində müvafiq qeydiyyat aparılmışdır. Həmin ərizə hazırda etibarsız sayılmışdır. Hal-hazırda İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh ilə X6 arasında 05 yanvar 2021-ci il tarixdə bağlanmış 14 saylı müqavilənin etibarsız hesab edilməsni, cavabdehin ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, 81,11 kv.m yaşayış sahəli, 79 saylı ferdi yaşayış evinin ¼ payına münasibətdə həmin ərazidə inşa edilməsi nəzərdə tutulmuş hündürmərtəbəli yaşayış binada yaşayış sahəli ilə təmin edilməsi ilə bağlı onunla müqavilənin bağlanması həvalə edilməsini və 05 yanvar 2021-ci il tarixdən başlayaraq tikilməsi nəzərdə tutulmuş binada yaşayış sahəsi ona təhvil verilən günədək cavabdehdən hər ay 200 manat olmaqla kirayə haqqı alınaraq ona ödənilməsini xahiş edir. Məhkəmə iddiaçının “Cavabdeh ilə X6 arasında 05 yanvar 2021-ci il tarixdə bağlanmış 14 saylı müqavilənin etibarsız hesab edilməsni, cavabdehin ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, 81,11 kv.m yaşayış sahəli, 79 saylı ferdi yaşayış evinin ¼ payına münasibətdə həmin ərazidə inşa edilməsi nəzərdə tutulmuş hündürmərtəbəli yaşayış binada yaşayış sahəli ilə təmin edilməsi ilə bağlı onunla müqavilənin bağlanması həvalə edilməsini” hissədə iddia tələbini qanuni və əsaslı sayır. Lakin iddianın “05 yanvar 2021-ci il tarixdən başlayaraq tikilməsi nəzərdə tutulmuş binada yaşayış sahəsi ona təhvil verilən günədək cavabdehdən hər ay 200 manat olmaqla kirayə haqqı alınaraq ona ödənilməsi” hissədə əsassız olduğunu qeyd edir. Belə ki, iddiaçı həmin hissəyə dair məhkəməyə heç bir sübut təqdim etmir, halbu ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan i stifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə belə hesab edir ki, iddia qismən təmin olunmaqla Cavabdeh ilə X22 arasında 05.01.2021-ci il tarixdə bağlanmış 14 saylı müqavilə etibarsız hesab edilməli, cavabdeh "Pilot-16” MMC-yə Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi, 81,11 kv.m yaşayış sahəli, 79 saylı fərdi yaşayış evinin 1/4 payına münasibətdə İddiaçı ilə, ¾ payına münasibətdə isə X22 ilə həmin ərazidə inşa edilməsi nəzərdə tutulmuş hündürmərtəbəli yaşayış binasında yaşayış sahəsi ilə təmin edilməsi barədə müqavilənin bağlanması həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ilə X22 arasında 05.01.2021-ci il tarixdə bağlanmış 14 saylı müqavilə etibarsız hesab edilsin. Cavabdeh "Pilot-16” MMC-yə Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi, 81,11 kv.m yaşayış sahəli, 79 saylı fərdi yaşayış evinin 1/4 payına münasibətdə İddiaçı ilə, ¾ payına münasibətdə isə X22 ilə həmin ərazidə inşa edilməsi nəzərdə tutulmuş hündürmərtəbəli yaşayış binasında yaşayış sahəsi ilə təmin edilməsi barədə müqavilənin bağlanması həvalə edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar