Məhkəmə qərarları › İş №2(006)-3192/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3192/2024

07.08.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3192/2024 07.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 və onların vəkil və nümayəndəsi Vəkil1, cavabdeh "xxxx" MMC-nin nümayəndələri Vəkil2 və Vəkil3 iştirakı ilə, İddiaçılar İddiaçı1 Ehtiram qızı, İddiaçı2 və İddiaçı3 cavabdeh "xxxx" MMC-yə qarşı ödənilməyən əmək haqları və gecikdirməyə görə kompensasiyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 Ehtiram qızı, İddiaçı2 və İddiaçı3 cavabdeh "xxxx" MMC-yə qarşı ödənilməyən əmək haqları və gecikdirməyə görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar "xxxx" MMC-nin Koroğlu filialında xx.xx.2024-cü il tarixdə işləmişlər. Mujgan Şahi 3 il həmin müəssisədə işləmiş 1 il satıcı, sonrakı 2 il ərzində adminstrator vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə əmək intizamını pozmamış, səbəbsiz iş buraxmamış, müəssisəyə heç bir ziyan vurmamışdır. 3 il ərzində bir dəfə 28 gün əmək məsuliyyətinə çıxmışdır. 2 illik əmək məzuniyyəti, işlədiyi mart və işdən məcburi olaraq uzaqlaşdığı aprel ayının əmək haqqı, 2024-cü ildə əlavə işlədiyi 19 günlük istirahət günlərinin əmək haqqı ona ödənilməmişdir. Hüseynova Müsavər 3 il həmin müəssisədə işləmişdir. İki azyaşlı uşaq anasıdır. Həyat yoldaşı işləmir. 3 il ərzində 14 gün əmək məzuniyyətinə çıxmışdır. 49 gün məzuniyyət günlərinin haqqı işlədiyi mart və işdən məcburi olaraq uzaqlaşdrıldığı aprel aynın əmək haqqı, əlavə işlədiiyi 29 gün istirahət günlərinin və saatlarının ( 6 saat yarım) əmək haqqı ona ödənilməmişdir. İddiaçı3 3 ildir həmin müəssisədə işləyir, Hazırdı 32 həftəlik hamilədir müəssisə tərəfindən analıq məzuniyyətinə göndərilməlidir. 3 il ərzində bir dəfə 14 gün əmək məzuniyyətinə çıxmışdır. İşlədiyi mart və işdən məcburi olaraq uzaqlaşdırıldığı aprel avının əmək haqqı, 42 günlük məzuniyyət günlərinin haqqı, əlavə işlədiyi 28 günlük istirahət günlərinin və saatlarının (42 saat) əmək haqqı ona ödənilməmişdir. 02.04.24 tarixində iddiaçılar "Ali və Nino Yayım MMC”-nin baş ofisinə çağırılmış, özünü müəssisənin hüquqşünası kimi qələmə verən Sevinc Rəhimova tərəfindən heç bir dəlil, sübut göstərilmədən müəssisəyə 16000 manat ziyan vurduqları, bu məbləğin 3 nəfər arasında bölünərək hər birinə 5000 manat olmaqla ödəməli olduqları və işə buraxılmay acaq ları bildirilmişdir. Onların hər biri üçün işlədikləri müddətdə müəssisə rəhbərliyi tərəfindən vergilərdən yayınmaq məqsədi ilə ƏDV-nin limitlə vurulmasına məcbur edilmiş və müəssisənin külli miqdarda vergidən yayınması barədə Vergi müfəttişliyinə şikayət ərizəsi ilə müraciət etmişlər, barədə sübutlar, ofis inzibatçıları ilə whatsapp yazışmaları var. İddiaçılardan İddiaçı1 və İddiaçı2 30.04.24-cü il tarixindən Əmək Məcəlləsinin "70" bəndi ilə işdən kənarlaşdırılmışdır. Hər 3 iddiaçının işlədikləri mart və aprel ayının əmək haqqı, əmək məzuniyyətləri, işlədikləri istirahət güniəri və saatları, müavinətləri muəssisə tərəfindən ödənilməmişdir. Bu barədə bank hesabından çıxarışlar, onların aldıqları son vəsaitlər .barədə məlumat DOST xidmətinə təqdim edilmiş, izahat yazılmışdır. Hər 3 iddiaçı işlədikləri müddət ərzində əmək haqqının bir hissəsini kartla alsalar da qalan hissəsi onlara nağd şəkildə (müəssisə yenə də vergidən yayınmışdır) verilmişdir. Bu barədə sübut kimi ofis inzibatçısı ilə watsapp yazışması var. İddiaçıların hər birinin əmək hüquqlarının ciddi şəkildə pozulmasını, onların gündəlik 8 saatdan artıq, hətta istirahət və bayram günlərində işlədilməsini, həmin günlərdə iş saatlarının 2 qat hesablanmasını əmək məzuniyyətlərinin vaxtında verilməməsini illik əmək məzuniyyərinin 14 gün hesablanmasını nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinə əlavə verərək onların xx.xx.2024-cü il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə kənarlaşdırılmalarına dair qeydlərin əmək kitabçalarından silinməsini xahiş etmişlər. "xxxx" MMC cavabdehlər İddiaçı1 Ehtiram qızı, İddiaçı2 və İddiaçı3 qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Vəkil3 məhkəməyə şifahi vəsatətlə müraciət edərək, iddiaçıların məhkəməyə təqdim etdikləri “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışda hazırkı iddiaya cavab verməli olan şəxs kimi "xxxx" MMC deyil, başqa hüquqi şəxs olan Cavabdeh MMC göstərilmişdir. Bu da hazırkı iş üzrə mediasiya prosesinə düzgün əməl edilməməsi ilə nəticələnmişdir. Ona görə də indiki vəziyyətdə əsl cavabdeh "xxxx" MMC-nin mediasiya sessiyasında iştirakı ilə bağlı sənəd olmadığına görə mülki işin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçılar və onların vəkil və nümayəndələri Vəkil1 vəsatətin təmin edilməsinə etiraz etdiklərini bildirdilər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş vəsatət təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9.1-ci maddəsinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən Bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə mediasiyaya müraciət edilməsi ilə bağlı iddiaçı tərəf qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun arayış təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə mediasiya prosesi hazırkı iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılmadığından və məhkəməyə müraciət edən tərəf öz müraciətinə cavabdeh "xxxx" MMC-yə qarşı olan tələbi ilə bağlı mediasiya prosesinə dair müvafiq arayışı əlavə etmədiyindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh "xxxx" MMCyə qarşı ödənilməyən əmək haqları və gecikdirməyə görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 Ehtiram qızı, İddiaçı2 və İddiaçı3 cavabdeh "xxxx" MMC-yə qarşı ödənilməyən əmək haqları və gecikdirməyə görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar