Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3199/2024 18.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndələri X4 və vəkili Nümayəndə2, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "Bakı şəhər X2 Rayonlararası Bölməsi" MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti və Dövlət Sosial Müdafiə Fondu mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) əmək haqqı tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "Bakı şəhər X2 Rayonlararası Bölməsi" MMC-yə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdən etibarən “Bakı şəhər X2 Rayonlararası Bölməsi” MMC tərəfindən ödənilməmiş əmək haqqının ona ödənilməsi, məcburi boş dayanmaya görə ödənişlərin ödənilməsi, həmçinin əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğinin “Bakı şəhər X2 Rayonlararası Bölməsi” MMC tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı 1994-cü ildən etibarən “Bakı şəhər X2 Rayonlararası Bölməsi” MMC-də işləyir. Qeyd olunan tarixdən də, öz vəzifə öhdəliklərini qanunamüvafıq şəkildə yerinə yetirmişdir. Hal-hazırda da həmin şirkətin əməkdaşıdır. Vəzifə üzrə aylıq əmək haqqı 350 (üç yüz əlli) manat təşkil edir. xx.xx.2024-cü il tarixdən etibarən “Bakı şəhər X2 Rayonlararası Bölməsi” MMC-nin rəhbərliyi onu idarəyə çağıraraq heç bir qanuni əsas gətirmədən bildirmişdir ki, idarə bağlanır gedib evdə otursun. İşəgötürənin təqsiri üzündən məcburi şəkildə boş dayanmaya görə xx.xx.2024-cü il tarixindən etibarən, düz bu günə qədər ona heç bir əmək haqqı ödənilməmişdir. Bu günə qədər də qanunvericilik ilə nəzərdə tutulmuş sənədlər, əmək müqaviləsinin bir nüsxəsi, aylıq əmək haqqı barəsində arayış, o cümlədən idarənin bağlanması barədə sənəd, son-haqq hesaba dair qanunamüvafıq sənədlər də, rəsmi şəkildə ona təqdim olunmamışdır. İşəgötürən tərəfindən 30 il stajı olan işçiyə qarşı bu hərəkətləri, tam ədalətsiz və qanunsuz hesab edir. Öz üzərinə düşən əmək funksiyasını layiqincə yerinə yetirmişdir. Bir qazi anası kimi ona qarşı edilən bu hərəkəti ədalətsiz hesab edir. Oğlu Elvin 19 sentyabr 2023-cü il tarixdə Qarabağda keçirilən Lokal xarakterli antiterror əməliyyatlarında qəhrəmancasına döyüşərək minaya düşmüş və sağlamlığını itirmişdir. Oğlunun ailəsinə və azyaşlı körpəsinə o baxır. Digər oğlu isə hepatit xəstəliyindən əziyyət çəkir. Həmçinin hesab edir ki, xx.xx.2024-cü il tarixindən etibarən əmək haqqının gecikdirilməsi və ödənilməməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləği ödənilməlidir. Cavabdehin etirazı: Cavabdeh "Bakı şəhər X2 Rayonlararası Bölməsi" MMC iddiaya qarşı yazılı etiraz verərək bildirmişdir ki, işçi İddiaçı xx.xx.2010-cu ildən etibarən artıq 14 ilə yaxın müddətdir ki, cavabdeh müəssisədə dezinfektor vəzifəsində çalışmışdır. Hazırda çalışdığı müəssisədə boşdayanma olduğundan işəgötürən tərəfindən işçilərin 1/3 hisssəsi öz hesabına məzuniyyətə buraxılmışdır. Lakin işçi Alıyeva öz hesabına ödənişsiz və ya ödənişli məzuniyyətə buraxılması ilə razı olmadığı üçün əmək haqqının ödənilməsi tələbi ilə iş yerini məhkəməyə vermişdir. Belə ki, 2024-cü ilin yanvar və fevral aylarını işə gəldikdən sonra xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövr ərzində müəssisədə istehsalın dayandırılması səbəbilə işçilər 60 gün müddətinə ödənişsiz əmək məzuniyyətinə buraxılması barədə əmr qəbul edilmişdir. Daha sonra müəssisədə istehsalın əvvəlki gücü bərpa olunmadığı üçün boşdayanma vəziyyəti davam etmiş olduğundan işə götürən tərəfindən işçilərin iş yerləri saxlanılmaqla ödənişsiz məzuniyyətin müddətinin daha 4 ay müddətinə uzadılması barədə əmr verilmişdir. Lakin əmək kollektivindən 2 işçi İddiaçı və Əhmədova Səbinə AR ƏM 129-cu maddəsinə müvafiq olaraq ödənişsiz məzuniyyətin müddətinin uzadılmasına razı olmamışdır. Ona görə də müəssisə tərəfindən onun əmək haqqı may və iyun ayları üzrə ödəniş həyata keçirilmişdir. Əhmədovaya istər məhkəmə iclasında, istər məhkəmə iclasından kənarda dəfələrlə izah edilmişdir ki, onun 5 aylıq əmək haqqının ödənilməsi tələbi öz mahiyyətini saxlamamaqdadır. Belə ki, xx.xx.2024-cü il tarixindən - xx.xx.2024-cü il tarixinədək olan dövr AR ƏM-nin 146.1 -ci maddəsinin tələbinə müvafiq olaraq ödənişsiz məzuniyyətin müddətinə aid olduğu üçün onun ödənilməməsi qanun pozuntusu deyildir. Həmçinin may və iyun aylarının əmək haqqı isə İddiaçı iyul ayının 16-da ödəniş edilmişdir. Bu ayların cəmi edir 4 ay. İyul ayının əmk haqqı isə hələ ödənilməsi müddəti gəlib yetişməmişdir ki, Əhmədova 5-ci ayın əmək haqqı kimi onun ödənilməsinə istinad edir. Beləliklə, iddiaçının iddia tələbi cəmi 2 ay hissəsində işəgötürən tərəfindən ödənişi həyata keçirildiyi üçün artıq iddiaçının iddia tələbi öz mahiyyətini itirmiş hesab edilməlidir. Lakin, təəssüflər olsun ki, iddiaçı israrla AR ƏM-nin 146.1 -ci maddəsində işəgötürənə verilən güzəşti qəbullanmaq istəmir. Bu azmış kimi işəgötürən tərəfindən qəbul edilmiş qərarların əmək kollektivinə elan edilməsi məqsədilə çağrılmış iclası özbaşına şəkildə tərk etmiş və 16, 17, 18 və 19 iyul 2024-cü il tarixində işə çıxmalı olduğu təqdirdə “Progul” etməkdə davam edir və işə çıxmamasının səbəbi soruşulduqda işə məhkəmədən sonra qayıdacağını bildirir. Halbuki nə işəgötürən işçini işdən azad etməyib, nə də işçinin iddia tələbində işə bərpa tələbi qoyulmayıb ki, işçi hörmətli xanım Alıyeva öz istək və arzusuna uyğun olaraq işə ürəyi istəyən zaman çıxmaq kimi bir hüquqa malik olsun. Məhkəmənin 22 iyul 2024-cü il tarixli iclasından öncə, iclası zamanı və iclasından sonra da həm ona, həm də onunula birlikdə məhkəmə iclasında iştirak edən Səbinə Əhmədovaya işə çıxmalı olmaları elan edilmiş, nəzərlərinə bir daha çatdırılmışdır. Müəssisənin boşdayanmaya uğramasının səbəbi artıq sifariş müqavilələrinin dövlət satınalmaları haqqında qanunla tənzimlənməli xidmət sektoruna keçirilməsi ilə əlaqədar AR NK-nın “Satınalma predmeti üzrə satınalma müqaviləsinin nümunəvi formasının təsdiq edilməsi və Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nin təsdiq edilməsi haqqında 28 fevral 2003-cü il tarixli 34 nömrəli qərarının ləğv edilməsi barədə 30 dekabr 2023-cü il tarixli 502 saylı qərarı ilə nəzərdə tutulan dəyişiklik təşkil etmişdir. Yəni müəssisənin tabe olduğu yuxarı idarə AR Sanitariya və Epidemiologiya və Gigiyena İdarəsidir ki, bu idarə özü də AR Səhiyyə Nazirliyinə tabedir və tərəfimdən hazırki cavabdeh MMC-nin yaraılmasının məhz Səhiyyə Nazirliyinin əmri ilə həyata keçirilməsinə dair müvafiq əmri məhkəməyə təqdim edilmişdir. Bu o deməkdir ki, hazırki cavabdeh öz baş idarəsi qarşısında tabelik münasibəti yaşayır və sifarişlərini də bu idarə tərəfindən alır. Yuxarıda adı çəkilən NK-nın qərarından sonra cavabdeh müəssisədə xidmət göstərməli olduğu idarələr kimi yalnız AR Prezidentinin Administrasiyasının binası, cənab Prezidentin müəyyən iqamətgahları və Milli Məclisin binaları olaraq saxlanılması göstərişi verilmişdir ki, müəssisə də hazırki vergi problemlərindən kənar bu 3-4 idarədən olan daxilolmalar hesabına əmək kollektivinin yerdə qalan 1/3 hissəsini ayaqda tutmağa çalışır. Halbuki ümumilikdə iş yerinin ixtisarı gözləntisi isə qaçınılmazdır və bu məsələ işəgötürən tərəfindən əmək kollektivinin də nəzərinə çatdırılmışdır. Bildirmişlər ki, müəssisənin maliyyə vəziyyəti tamamilə durğunluq yaşadığı üçün iddiaçı tərəfindən iddia predmetinin hansı məbləği təşkil etməsindən asılı olmayaraq hazırda hər hansı əlavə ödənişin edilməsi imkan xaricindədir. Çünki müəssisənin bank hesabları üzərində DVX tərəfindən qoyulmuş vergi borcu sərəncamları bu günlərin işçilərin əmək təminatlarının dərhal ödənilməsinə imkan vermir. Lakin bununla belə müəssisə maksimal şəkildə çalışır ki, işçilərin təminatlarını hissə-hissə ödənməsi yolu ilə müvafiq iş yeri ixtisarı aparmaqla kollektivin əmək hüquqlarını pozmamış olsun. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu iddia ərizəsinə mülahizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, X1 Sisteminin Sığorta Alt Sistemindən əldə olunan məlumata əsasən, Bakı səhər X2 Rayonlararası Bölməsi tərəfindən iddiaçı K.Alıvevanın adına 2010-cu ilin iyul ayından 2024cü ilin fevral ayınadək məcburi dövlət sığorta haqqı ödənişi həyata keçirilmişdir. İddiaçı K.Əliyevanın iddia ərizəsində qeyd etdiyi dövrlər üzrə əməkhaqqından məcburi dövlət sosial sığorta haqqı ödəniləcəyi təqdirdə həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkündür. İşdə iştirak edən şəxslərin izahatları: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti və Dövlət Sosial Müdafiə Fondu mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə etiraza uyğun izahat verərək məhkəmədən iddianın rədd olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X6 mülahizəyə uyğun izahat verərək məhkəmə qətnaməsi çıxarılan zaman mülahizənin nəzərə alınmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Bakı 08 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 15 may 2024-cü il tarixli MŞB/8-00988 saylı arayışına əsasən, hazırkı mübahisə üzrə cavabdeh ilkin mediasiya sessiyasına nümayəndəsini göndərməmişdir. İddiaçı ilkin mediasiya sessiyasına gəlmiş və ilkin mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulan 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. "Bakı şəhər X2 Rayonlararası Bölməsi" MMC-nin xx.xx.2010-cu il tarixli əmrinin təsdiq olunmuş surətinə əsasən, İddiaçı xx.xx.2010-cu il tarixdən dezinfektor vəzifəsinə təyin edilməsi və əmək haqqının ştat cədvəlinə uyğun ödənilməsi əmr edilmişdir. "Bakı şəhər X2 Rayonlararası Bölməsi" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli əmək müqaviləsinin təsdiq olunmuş surətinə əsasən, İddiaçı 4 ay müddətinə dezinfektor vəzifəsinə işə qəbul edilmişdir. "Bakı şəhər X2 Rayonlararası Bölməsi" MMC-nin direktoru X5 ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasə, İddiaçı müddətsiz əmək müqaviləsi bağlanmaqla dezinfektor vəzifəsinə işə qəbul edilmiş, əmək haqqı 408,25 manat təşkil edir. Müqavilədə ödənişsiz məzuniyyətdən Əmək Məcəlləsi ilə müəyyən edilən hallarda, habelə işəgötürənlə razılıq əsasında istifadə edilməsi nəzərdə tutulmuşdur. "Bakı şəhər X2 Rayonlararası Bölməsi" MMC-nin xx.xx.2024-cü il tarixli 1 nömrəli protokolunun təsdiq olunmuş surətinə əsasən, “Dövlət satınalmaları haqqında” AR qanununa olan dəyişikliklərin edilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 502 nömrəli “Xidmətlər üzrə satınalma müqaviləsinin nümunəvi forması”nın təsdiq edilməsi ilə əlaqədar şərait dəyişmiş və müqavilələrin “Dövlət satınalmaları haqqında” AR Qaununua əsasən açıq tender və ya kotirovka sorğusu əsasında bağlanması səbəbindən MMC-nin fəaliyyətində çətinliklər yaranmış, bu səbəbdən cəmiyyət tam gücü ilə fəaliyyətə başlayanadək işçilərin müvəqqəti ödənişsiz məzuniyyətə buraxılması qərara alınmışdır. "Bakı şəhər X2 Rayonlararası Bölməsi" MMC-nin xx.xx.2024-cü il tarixli 2 nömrəli protokolunun təsdiq olunmuş surətinə əsasən, 2024-cü ilin əvvəlində bağlanmış müqavilələrin müvafiq satınalma metodu ilə həyata keçirilməsini nəzərə alaraq cəmiyyətdə çalışan işçilərin AR Əmək Məcəlləsinin 146-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq xx.xx.2024-cü il tarixdən 6 ayadək ödənişsiz məzuniyyətə buraxılmaları qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Bakı şəhər X2 Rayonlararası Bölməsi" MMC-nin xx.xx.2024-cü il tarixli 08 saylı əmrinin təsdiq olunmuş surətinə əsasən, İddiaçı və digər işçilər xx.xx.2024-cü il tarixdən 2 ay müddətinə ödənişsiz əmək məzuniyyətinə buraxlmışlar və cəmiyyət tam gücü ilə fəaliyətə başlandıqdan sonra işçilərin məzuniyyətdən geri çağırılacağı qeyd olunmuşdur. İddiaçı əmrə imza etməmişdir. "Bakı şəhər X2 Rayonlararası Bölməsi" MMC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktın təsdiq olunmuş surətinə əsasən, İddiaçı əmrlə tanış olmuş, lakin əmrə imza etməkdən imtina etmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli çıxarışının surətindən görünür ki, "Bakı şəhər X2 Rayonlararası Bölməsi" MMC tərəfindən əmək haqqı olaraq İddiaçı kart hesabına 202,56 manat pul köçürülmüşdür. "Bakı şəhər X2 Rayonlararası Bölməsi" MMC-nin xx.xx.2024-cü il tarixli 11 nömrəli əmrinin təsdiq olunmuş surətinə əsasən, xx.xx.2024-cü il tarixli 08 saylı əmrə əsasən məzuniyyətə buraxılmış işçilərin məzuniyyət müddəti xx.xx.2024-cü il tarixdən 4 ayadək uzadılmışdır. "Bakı şəhər X2 Rayonlararası Bölməsi" MMC-nin 2024-cü il may iyun ayları üçün hesablama ödəniş cədvəlinə əsasən, İddiaçı 677.12 manat əmək haqqı ödənilmişdir. "Bakı şəhər X2 Rayonlararası Bölməsi" MMC-nin 2024-cü il üçün hesablama ödəniş cədvəlinə əsasən yanvar ayından iyul ayına kimi ödənişsiz məzuniyyətlər çıxılmaqla İddiaçı 1382,25 manat ödəniş edilmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli çıxarışının surətinə əsasən, "Bakı şəhər X2 Rayonlararası Bölməsi" MMC tərəfindən əmək haqqı olaraq İddiaçı kart hesabına 338,56 manat pul köçürülmüşdür. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli çıxarışının surətinə əsasən, "Bakı şəhər X2 Rayonlararası Bölməsi" MMC tərəfindən əmək haqqı olaraq İddiaçı kart hesabına 338,56 manat pul köçürülmüşdür. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli çıxarışının surətindən görnür ki, "Bakı şəhər X2 Rayonlararası Bölməsi" MMC tərəfindən əmək haqqı olaraq İddiaçı kart hesabına 150 manat pul köçürülmüşdür. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli çıxarışının surətindən görnür ki, "Bakı şəhər X2 Rayonlararası Bölməsi" MMC tərəfindən əmək haqqı olaraq İddiaçı kart hesabına 52,56 manat pul köçürülmüşdür. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli çıxarışının surətindən görnür ki, "Bakı şəhər X2 Rayonlararası Bölməsi" MMC tərəfindən əmək haqqı olaraq İddiaçı kart hesabına 100 manat pul köçürülmüşdür. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli çıxarışının surətindən görnür ki, "Bakı şəhər X2 Rayonlararası Bölməsi" MMC tərəfindən əmək haqqı olaraq İddiaçı kart hesabına 100 manat pul köçürülmüşdür. "Bakı şəhər X2 Rayonlararası Bölməsi" MMC-nin əməkdaşlarının xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tərtib etdikləri aktların surətlərindən görünür ki, xx.xx.2024-cü il tarixdən işçilərin işə çıxmaları elan olunmasına baxmayaraq İddiaçı işə çıxmamışdır. "Bakı şəhər X2 Rayonlararası Bölməsi" MMC-nin İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli 47 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, xx.xx.2024-cü il tarixində bütün işçilərin iştirakı ilə işəgötürən tərəfindən müəssisədə iclas təşkil edilmişdir. Həmin iclasda rəhbər tərəfindən ”xx.xx.2024- cü il tarixindən etibarən işçillərin işə çıxmalı” olması barədə müzakirə edilmiş və qərarın icrasi barədə iştirakçıların nəzərinə çatdırılmışdır. Bu günkü günədək heç bir əsaslı səbəb gətirmədən işə gəlmirsiniz. Bu səbəbdən ona yazılı xəbərdarlıq ünvanlayaraq nəzərinizə çatdırılır ki, müəssisənin rəhbəri tərəfindən qəbul olunmuş son qərara əsasən digər işçilər kimi o, da işə çıxmalıdır. Həmçinin 2024-cü ilin iyul ayının 16,17,18, və 19- u tarixlərinə buraxmış olduğu iş günlərini üzürlü səbəblərini özündə ehtiva edən müvafiq arayışın təqdim edilməsi və bununla əlaqədar müvafiq izahatın verilməsi ondan xahiş edilir. Əks təqdirdə barəsində əmək məcəlləsinin müvafiq maddəsinin tələbləri tətbiq edilməklə işdən azad olunacağı barədə xəbərdar olunmuşdur. "Bakı şəhər X2 Rayonlararası Bölməsi" MMC-nin İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli 49 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı işə çıxmamağıyla əlaqədar xx.xx.2024- cü il tarixdə tərələrindən (T A 0 0 9 8 3 3 4 3 0 A Z kodla) ünvanına göndərilən xəbərdarlıq məktubuna baxmayaraq bugünədək işə çıxmamış ona sonuncu yazılı xəbərdarlıq ünvanlayaraq bildirilmişdir ki, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirilməsi məqsədi ilə xəbərdarlıq məktubunu aldığı gündən 4 (dörd) iş günü müddətində işə çıxmağı tələb olunur. Əks təqdirdə barəsində intizam tənbehi verilərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərinə əsasən əmək müqavilənizə xitam veriləcəyi bildirilmişdir. "Bakı şəhər X2 Rayonlararası Bölməsi" MMC-nin xx.xx.2024-cü il tarixli 35K saylı əmrinin surətinə əsasən, "Bakı şəhəri X2 Rayonlararast Bölməsi“ MMC' bölməsində "Dezinfektor' vəzifəsində işləyən X9 ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə, ‘AR ƏM-nin 70. "ç" - işçi öziiniin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobudşskildə pozduqda» maddəsinə əsasən xx.xx.2024 tarixindən xitam verilməsi, İşçinin xx.xx.2010 tarixindən xx.xx.2024 tarixinə qədər istifadə edilməmiş 30 məzuniyyət gününün son haqq- hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi və işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir. "Bakı şəhər X2 Rayonlararası Bölməsi" MMC-nin İddiaçı ünvanladığı məktubun surətindən görünür ki, ünvaninia xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə göndərilmiş xəbərdarlıq məktublarına baxmayaraq buraxmış olduğu iş günlərinin üzürlü səbəblərini özündə təsdiq edən müvafiq sənəd təqdim etmədiyindən xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 - maddəsinin “ç “ bəndinə əsasən işdən azad olunması və işdən azad olunma haqqında əmrin surəti ilə tanış olmağı və əmək kitabçanısını götürmək məqsədiıə idarəyə yaxınlaşmağı xahiş olunur. "Bakı şəhər X2 Rayonlararası Bölməsi" MMC-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə əmək kitabçasını götürmək məqsədilə gəlməsinə baxmayaraq öz xahişi ilə işdən çıxmaq istədiyini bildirərək əmək kitabçasını götürməkdən imtina etmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli çıxarışının surətindən görnür ki, "Bakı şəhər X2 Rayonlararası Bölməsi" MMC tərəfindən əmək haqqı olaraq İddiaçı kart hesabına 338,56 manat pul köçürülmüşdür. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli çıxarışının surətindən görnür ki, "Bakı şəhər X2 Rayonlararası Bölməsi" MMC tərəfindən əmək haqqı olaraq İddiaçı kart hesabına 393,24 manat pul köçürülmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 146. Müəssisədə işin dayandırılması ilə əlaqədar işçilərin qrup halında məzuniyyətə buraxılmasının tənzimlənməsi
1. Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır.
2. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Maddə 154. Əmək haqqı
1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "Bakı şəhər X2 Rayonlararası Bölməsi" MMC-nin xx.xx.2010-cu il tarixli əmrinə əsasən İddiaçı dezinfektor vəzifəsinə təyin edilmiş və 14 ilə yaxın müddətdə cavabdeh müəssisədə dezinfektor vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 502 nömrəli “Xidmətlər üzrə satınalma müqaviləsinin nümunəvi forması”nın təsdiq edilməsi ilə əlaqədar şərait dəyişmiş və müqavilələrin “Dövlət satınalmaları haqqında” AR Qanununua əsasən açıq tender və ya kotirovka sorğusu əsasında bağlanması səbəbindən MMC-nin fəaliyyətində çətinliklər yaranmış, bu səbəbdən cəmiyyət tam gücü ilə fəaliyyətə başlayanadək İddiaçı da daxil olmaqla 26 nəfər işçinin AR Əmək Məcəlləsinin 146-cı maddəsinin 1-ci bəndinə istinad etməklə xx.xx.2024-cü il tarixdən 6 ayadək ödənişsiz məzuniyyətə buraxılmaları qərara alınmışdır. İddiaçı və digər işçilər xx.xx.2024-cü il tarixdən 2 ay müddətinə ödənişsiz əmək məzuniyyətinə buraxlmışlar və cəmiyyət tam gücü ilə fəaliyyətə başladıqdan sonra işçilərin məzuniyyətdən geri çağırılacağı bildirilmişdir. İddiaçı müvafiq əmrə imza etməmiş, bu barədə "Bakı şəhər X2 Rayonlararası Bölməsi" MMC-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixli akt tərtib olunmuşdur. Daha sonra "Bakı şəhər X2 Rayonlararası Bölməsi" MMC-nin xx.xx.2024-cü il tarixli 11 nömrəli əmri ilə məzuniyyətə buraxılmış işçilərin məzuniyyət müddəti xx.xx.2024-cü il tarixdən 4 ayadək uzadılmışdır. Lakin İddiaçı bununla da razılaşmadığına görə ona may və iyun ayları üçün ona əmək haqqı ödənilmiş və növbəti ay üçün isə işə qayıtması təklif olunmuşdur. İddiaçı işə qayıtmaqdan imtina etmiş və bu, işəgötürən tərəfindən aktlar tərtib olunaraq rəsmiləşdirilmişdir. xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç “ bəndinə əsasən iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı xx.xx.2024-cü il tarixdən etibarən “Bakı şəhər X2 Rayonlararası Bölməsi” MMC tərəfindən ödənilməmiş əmək haqqının ona ödənilməsi, məcburi boş dayanmaya görə ödənişlərin ödənilməsi, həmçinin əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğinin ona ödənilməsini xahiş edir və iddiasını, onu idarəyə çağıraraq heç bir qanuni əsas gətirmədən işə gəlməməsinin bildirilməsi, işəgötürənin təqsiri üzündən məcburi şəkildə boş dayanmaya görə xx.xx.2024-cü il tarixindən etibarən heç bir əmək haqqı ödənilmədiyini, qanunvericilik ilə nəzərdə tutulmuş sənədlər, əmək müqaviləsinin bir nüsxəsi, aylıq əmək haqqı barəsində arayış, o cümlədən idarənin bağlanması barədə sənəd, son-haqq hesaba dair qanunamüvafiq sənədlərin rəsmi şəkildə ona təqdim olunmaması, işəgötürən tərəfindən 30 il stajı olan işçiyə qarşı bu hərəkətləri tam ədalətsiz və qanunsuz hesab etməsi ilə əsaslandırmışdır. Cavabdehin nümayəndəsi isə iddiaya etiraz edərək xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövr ərzində müəssisədə istehsalın dayandırılması səbəbilə işçilərin 1/3 hissəsinin 2 ay müddətinə ödənişsiz əmək məzuniyyətinə buraxıldığını, daha sonra müəssisədə istehsalın əvvəlki gücü bərpa olunmadığı üçün boşdayanma vəziyyətinin davam etməsi səbəbindən işəgötürən tərəfindən işçilərin iş yerləri saxlanılmaqla ödənişsiz məzuniyyətin müddətinin daha 4 ay müddətinə uzadıldığını, lakin əmək kollektivindən 2 işçi - İddiaçı və Əhmədova Səbinənin ödənişsiz məzuniyyətin müddətinin uzadılmasına razı olmadıqlarından müəssisə tərəfindən iddiaçının may və iyun ayları üzrə əmək haqqının ödənildiyini, qalan müddət - xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövr isə AR ƏM-nin 146.1-ci maddəsinin tələbinə müvafiq olaraq ödənişsiz məzuniyyətin müddətinə aid olduğu üçün onun ödənilməməsinin qanun pozuntusu olmadığı, bununla da iddiaçının 5 aylıq əmək haqqının ödənilməsi tələbinin öz mahiyyətini itirdiyini göstərərək iddianın rədd olunmasını xahiş edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (ona qanuni əsas olmadan işə gəlməməsinin bildirilməsi, işəgötürənin təqsiri üzündən məcburi şəkildə boş dayanmaya görə xx.xx.2024-cü il tarixindən etibarən heç bir əmək haqqı ödənilmədiyinə) dair sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdeh müəssisə işçilərin ödənişsiz məzuniyyətə buraxılmalarına dair müvafiq əmrləri, habelə iddiaçının əmək haqqının ödənilməsini tələb etdiyi may və iyun ayları üzrə əmək haqqının iddiaçıya ödənilməsini təsdiq edən mühasibatlıq sənədlərini məhkəməyə təqdim etməklə öz etirazının əsası kimi istinad etdiyi halları sübut etmişdir. Məhkəmə icraatının gedişində iddiaçı 2024-cü ilin may və iyun ayları üzrə əmək haqqını almasını təsdiq etmiş və həmin aylara münasibətdə iddiasının rədd edilməsinə etirazının olmadığını bildirərək yalnız mart və aprel ayları üzrə əmək haqqının ödənilməsini xahiş etmişdir. Məhkəmə həmin hissədə tərəflər arasında mübahisənin olmadığını nəzərə alaraq təmin edilməməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə eyni zamanda qeyd edir ki, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Göründüyü kimi Əmək Məcəlləsinin 146-cı maddəsinin 1-ci bəndinə əsasən, cavabdeh müəssisədə işin dayandırılması ilə əlaqədar olaraq İddiaçı daxil olmaqla digər işçilər qrup halında 2 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır. Həmin müddətdə iddiaçı qanunla müəyyən olunmuş qaydada ödənişsiz məzuniyyətdə olmuş, yəni, hər hansı əmək funksiyasını yerinə yetirməmişdir. Ona görə də həmin dövrlər üzrə əmək haqqını tələb etməkdə haqlı deyildir. Eyni zamanda tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsində də ödənişsiz məzuniyyətdən Əmək Məcəlləsi ilə müəyyən edilən hallarda, habelə işəgötürənlə razılıq əsasında istifadə edilməsi müddəası nəzərdə tutulmuşdur. Göründüyü kimi, əmək haqqı tələbi barədə iddia əsassızdır və təmin edilə bilməz. Məhkəmə iddianın əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğinin ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, bu tələb əmək haqqının ödənilməsi tələbi ilə bağlıdır və onun təmin olunub-olunmamasından asılıdır. İddia tələbi əmək haqqı tələbinə dair hissədə rədd edildiyi üçün digər tələblər də rədd edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "Bakı şəhər X2 Rayonlararası Bölməsi" MMC-yə qarşı (X7 Xidməti və Azərbaycan Respublikası Əmək və Dövlət Sosial Müdafiə Fondu mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) əmək haqqı tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh "Bakı şəhər X2 Rayonlararası Bölməsi" MMC-yə qarşı əmək haqqı tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Həbibə Miriyeva