Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3217/2025 06.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı «mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı «mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçılara geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçılar tərəfindən birgə iddiaçılar kimi verilmiş iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan iddiaçılar üzrə tələb bir iddia ərizəsində birləşdirilmişdir. Halbuki mülki-prosessual qanunvericiliyin tələblərinə görə, o cümlədən işlərə prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər çərçivəsində tez və vaxtında baxılmasının təmin edilməsi məqsədilə iddiaçılar tərəfindən cavabdehə qarşı hər birinə münasibətdə irəli sürülən tələblər barəsində ayrı-ayrılıqda iddia qaldırılmaqla məhkəməyə müraciət edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçılardan birinə münasibətdə məhkəmə tərəfindən tələb təmin, digərinə münasibətdə isə rədd olunacağı təqdirdə bu məhkəmə üçün qeyri-müəyyən bir hala gələcəkdir. Mülki Prosessual Məcəllənin 152.1.7-ci maddəsinə əsasən iddia ərizəsi bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Göründüyü kimi, qanunvericilik cavabdehə qarşı bir-biri ilə əlaqəli olmayan tələblərin irəli sürülməsini iddia ərizəsinin geri qaytarılmasının əsaslarından biri kimi müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələblərinin bir-biri ilə əlaqəlilik meyarını müəyyən edərkən ilk növbədə iddia tələblərinin xarakteri əsas götürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda göstərilən nöqsanlar (hər bir iddiaçı ayrı-ayrılıqda məhkəməyə müraciət etməli) aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçılara geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün İddiaçı1 tərəfindən 180 (bir yüz səksən) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, ödənilmiş dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 152.1.6-1 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı «mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. İddiaçılara göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. İddiaçı1 tərəfindən ödənilmiş 180 (bir yüz səksən) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-3217/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3217/2025
06.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver