Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3224/2020 01.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, X12 qızının katibliyi, İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycna Respublikası Dövlət X2rşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycna Respublikası Dövlət X2rşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıların qardaşı X11 xx xxxxxx 1979cu ildə anadan olmuşdur. Emil Qurbanov 1999-cu ildə Sumqayıt Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağrılmış, xx xxxxxxx 1999-cu ildə aldığı xəsarətdən vəfat etmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(060)-202/2011 saylı qətnaməsi ilə qardaşları X7 şəhid olması faktı təsdiq edilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunun 4 və 5-ci maddələrinə əsasən itkin düşmüş, həlak olmuş hərbi qulluqçuya 11000 manat sığorta ödənişi edilməlidir. Həmin qanunun 6cı maddəsinə əsasən sığortaçı və ya onun ərazi bölməsi bu qanunda nəzərdə tutulmuş şərtlərə və məbləğdə sığorta olunana və ya onun vərəsələrinə sığorta ödənişləri müvafiq sənədləri aldığı gündən 7 gün ərzində verir. Göstərilənlərə əsasən, cavabdeh Azərbaycan Respublikası Dövlət X3 11.000 (on bir min) manat sığorta məbləğinin iddiaçılara ödənilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini və bugünə kimi heç bir ödənişin alınmadığını bildirərək qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı2 və cavabdeh Azərbaycan Respublikası Dövlət X4 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə gəlməyən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx xxxx 2001-ci il tarixli, 195 saylı məlumatına əsasən N saylı hərbi hissədə xidmət etmiş əsgər X11 döyüş bölgəsində xidməti vəzifələrini həyata keçirərkən xx.xx.1999-cu il tarixdə ildırımvurma nəticəsində xəsarət alaraq müalicə olunması üçün 258 saylı hərbi hospitala göndərilmişdir. xx.xx.1999-cu il tarixdə əsgər Qurbanov E.S. müalicəni davam etdirmək üçün Mərkəzi Hərbi Hospitala göndərilmiş və xx.xx.1999-cu il tarixdə orada aldığı xəsarətdən vəfat etmişdir. İşdə olan Sumqayıt şəhər Hərbi Komissarlığının xx.xx.2011-ci il tarixli sənədləri qaydasında olan, vəzifə borcunu yerinə yetirərkən həlak olmuş hərbi qulluqçuların siyahısından görünür ki, 1979-cu il təvəllüdlü X11 xx.xx.1999-cu il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən ildırımvurma nəticəsində xəsarət almış, xx.xx.1999-cu il tarixdə Mərkəzi Hospitalda vəfat etmişdir. İşdə olan xx xxxxxxx 1999-cu ildə Sumqayıt şəhər VVAQ şöbəsi tərəfindən verilmiş AZ № 014449 seriya nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 xx xxxxxxx 1999-cu ildə 20 yaşında ölmüşdür, bu barədə xx xxxxxxx 1999cu ildə ölüm haqqında akt qeydləri kitabında 944 nömrə ilə qeyd edilmişdir. İşdə olan Sumqayıt şəhəri 1 saylı notariat ofisi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 722 saylı məktuba əsasən xx.xx.1999-cu il tarixində şəhid olmuş X8 adına xx.xx.2020-ci il tarixində 8V-97 reyestr ilə Sumqayıt şəhər 1 saylı Notariat Ofisində vərəsəlik işi açılmışdır. X1 qardaşı İddiaçı1 və şəhidin bacısı İddiaçı2 vərəsə kimi müəyyən edilmişdir. Lakin vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. İşdə olan xx xxxxxxxx 2020-ci il tarixli № 8V-97 saylı vərəsəlik işində olan İddiaçı1 və İddiaçı2 notarial qaydada verdikləri ərizələrdən görünür ki, onlar X5 miras qalmış əmlakı qəbul etmişlər. Miras əmlak: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə verilməsi nəzərdə tutulan birdəfəlik ödəmədən ibarətdir. İşdə olan Azərbaycan Respublikası Dövlət X4 məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Dövlət X4 elektron informasiya bazasının məlumatına əsasən Sumqayıt şəhəri Dövlət Sığorta filialı tərəfindən 5 500 000 (beş milyon beş yüz min) manat, yeni manatla 1100 (bir min yüz) manat sığorta məbləği xx xxxx 2000-ci il tarixdə X9 varisinə (vərəsələrinə) ödənilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından aydın olur ki, iddiaçıların qardaşı X11 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına (Fərman) uyğun olaraq iddiaçılar onlara 11.000 (on bir min) manat məbləğində sığorta ödənişinin verilməsi üçün Azərbaycan Respublikası Dövlət X6 müraciət etmiş, Azərbaycan Respublikası Dövlət X10 tərəfindən bildirilmişdir ki, bu məbləğ onlara xx.xx.2000-ci il tarixdə ödənilmişdir. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hərbi qulluqçuların icbari sığorta qaydaları “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” xx xxx 1997-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən: hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: İ qrup əlilliyə görə - 80 faiz; İİ qrup əlilliyə görə - 60 faiz; İİİ qrup əlilliyə görə - 40 faiz sığorta ödənişi ödənilir. xx xxx 1997-ci il tarixli “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçular minimum əmək haqqının min misli məbləğində sığorta edilmişlər. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxxx 2006-cı il tarixli Qanunu ilə hərbi qulluqçuların icbari sığorta məbləği artırılaraq 11.000 (on bir min) manat müəyyən edilmişdir. İş materialları ilə X9 xx.xx.1999-cu il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən həlak olması və iddiaçıların onun vərəsəsi olmaları öz təsdiqini tapmışdır. Məhkəmə Kommersiya Siğorta Şirkətinin sorğuya cavabına münasibətdə qeyd edir ki, qeyd olunan yeni manatla 1100 (bir min yüz) manatın X9 hansı varisinə, hansı tarixdə verilməsini təsdiq edən ( qəbz, və s kimi) sənədlər təqdim edilməmişdir. Bu hal isə özüözlüyündə pulun verilməsini sual altına qoymuş olur. Məhkəmə həmçinin qeyd edir ki, bu kimi halların riskini birbaşa cavabdeh tərəf daşımalı və bunun üçün lazımı qeydiyyatın aparılması, qəbzin saxlanılmasını və s hərəkətləri təmin etməli idi. Yuxarıda qeyd olunan halları araşdıraraq, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət X3 11.000 (on bir min) manat sığorta məbləği tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət X3 11.000 (on bir min) manat icbari şəxsi sığorta məbləği tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 qaydada ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-3224/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3224/2020
01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver