Məhkəmə qərarları › İş №2(006)-3247/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3247/2023

04.10.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3247/2023 04.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi -Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi – Nümayəndə, Cavabdehin nümayəndəsi – X1 iştiraklar ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağdam rayon filialından xx.xx.2021-ci il tarixdə iddiaçının adına online qaydada bağlanmış GTKR4466481A299 saylı kredit müqaviləsinə xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan – xx.xx.2023-cü il tarixdə, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması və mülki işin baxılmamış saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sistemində elektron ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə iş üzrə iddiaçının nümayəndəsinə qalıq 9552 manat (9420 manat əsas, 132 manat faiz) borcun illik 19% dərəcəsi ilə 59 ay müddətinə (aylıq ödəniş 253 manat) yenidən kreditləşdirilməsi təklif olunmuş, bunun üçün Bankın istənilən filialına yaxınlaşa bilməsi izah olunmuş, lakin cari tarixədək bununla bağlı banka müraciət olunmamışdır. İddiaçının cari müqaviləsi üzrə illik faiz dərəcəsi 23%, qrafik üzrə aylıq ödəniş məbləği 345 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi – Nümayəndə iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması və baxılmamış saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi – X2 etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinin tələblərinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 260.6-cı maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barədə ərizə verildiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar