Məhkəmə qərarları › İş №2(006)-3277/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3277/2021

08.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3277/2021 08.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı cavabdeh LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) «borcun ödənilmiş hesab edilməsi və s.» tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) «borcun ödənilmiş hesab edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində qeyd olunmuşdur ki, iddia ərizəsi iddiaçının nümayəndəsi Rəşad Bayramov tərəfindən imzalanmışdır. İş materiallarında olan etibarnamədən görünür ki, X1 Emin Zahir oğlunun nümayəndəsidir. Lakin iddia ərizəsinə X2 İddiaçı ilə yaxın qohumluluq əlaqəsini təsdiq edən sənəd və yaxud “vəkil orderi” əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Beləliklə, təqdim olunmuş materialdan göründüyü kimi, iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Habelə iddiaçı iddia ərizəsinin qoşma hissəsində “dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz”-i əlavə etdiyini qeyd etsə də, o, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə etməmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin dəftərxanası tərəfindən tərtib olunmuş xx xxxxx 2021-ci il tarixli 73 saylı aktdan görünür ki, İddiaçı tərəfindən göndərilmiş poçt vasitəsilə daxil olmuş zərf açılan zaman iddia ərizəsinin qoşma hissəsində göstərilən “dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz” aşkar edilməmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2ci maddələrinin tələbinə görə, iddia qiyməti 500 manatdan az olduqda 20 manat, 500 manatdan çox olduqda isə 30 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1, 152.1.5-ci maddəsinin tələblərinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) «borcun ödənilmiş hesab edilməsi və s.» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar