Məhkəmə qərarları › İş №2(006)-328/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-328/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-328/2021 24.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «maddi ziyan və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 2834,99 (iki min səkkiz yüz otuz dörd manat doxsan doqquz qəpik) manatın və 30 (otuz) manat dövlət rüsumunun məcburi qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 13.09.2019-cü il tarixdə ona məxsus, “MAZDA CX5” minik markalı, **-OM-*** dövlət qeydiyyatnişanlı avtomobilin **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurulması nəticəsində "xxxx" ASC tərəfindən sığorta hadisəsi qeydə alınmış və ona noyabr ayında vurulmuş ziyanın əvəzi kimi 842 manat ödənilmişdir. Ona "xxxx" ASC tərəfindən təqdim olunmuş Zərər dəymiş avtonəqliyyat vasitəsininn qiymətləndirilməsinə dair hesabatda avtomobilə dəymiş ümumi ziyan 970 manat göstərilmiş, ona isə 842 manat ödənilmişdir.Dəyişdirilməli olan ehtiyat hissələrindən sağ su vuranın (160,33 manat) və sağ su vuran qapağının(41,66 manat) dəyəri - cəmi 201,99 manat 842 manatın daxilində ona ödənilmişdir.Lakin avtomobilə dəymiş zərərin dəyəri sığorta şirkəti tərəfindən avtomobilin qiymətləndirilməsi üçün göndərilmiş Mazda Servisdə obyektiv aparılmadığından və qiymətləndirmənin nəticələri barədə Mazda Servis tərəfindən ona heç bir yazılı sənəd təqdim olunmadığından, o həmin tarixdə avtomobilə dəymiş zərəri müstəqil qiymətləndiricidə də yoxlatdıraraq, ziyan aktı almışdır.Belə ki, Mazda Servis ön bamperin (buferin) təmir olunmalı olmasını göstərsə də, müstəqil qiymətləndirici onun dəyişdirilməsini vacib bilmişdir ki, ön bamperin (buferin) qiyməti 489 manat təşkil edir (iddia ərizəsində göstərilən ehtiyat hissələrinin qiyməti Mazda Servisdən alınmışdır). Müstəqil qiymətləndiricinin aktına əsasən, dəmirçi işinə (ön sağ-sol bakavın və üst panelin təmiri) görə zəhmət haqqı 250 manat, rəngsaz işinə (təmir olunmuş hissələrin rəngənməsi üçün boya və mal- material il birlikdə) görə zəhmət haqqı 140 manat, armatur və elektrik işinə görə zəhmət haqqı 90 manat təşkil edir ki, bunlar da cəmi 969 manat təşkil edir.Sığorta şirkətinin ona ödədiyi 842 manatdan Zərər dəymiş avtonəqliyyat vasitəsininn qiymətləndirilməsinə dair hesabatda dəyişdirilməli olan ehtiyat hissələrindən sağ su vuranın (160,33 manat) və sağ su vuran qapağının (41,66 manat) dəyərini - cəmi 201,99 manatı bu məbləğdən çıxdıqda 640,01 manat qalır. Lakin yuxarıda göstərilən - ön buferin dəyişdirilməsi və avtomobilin təmiri üzrə ona 969 manat ödənilməlidir ki, burada sığorta şirkəti ona 328,99 manat az məbləğ ödəmişdir. Ona sığorta şirkəti tərəfindən əvvəl təqdim olunmuş Zərər dəymiş avtonəqliyyat vasitəsininn qiymətləndirilməsinə dair hesabatda həmçinin göstərilirdi ki, ön sağ fara polirovka olunduqdan sonra cızıqlar qala bilər. Cızıqlar qaldığında isə, təbii ki, ön sağ faranındəyəri ona ödənilməlidir. Ön sağ faradacızıqlar qalmışdır və deməli, onun dəyəri ona ödənilməlidir. Mazda Servisdən alınmış məlumatagörə isə, ön sağ faranın dəyəri 2.456 manatdır.Beləliklə, onun avtomobilinə dəymiş və "xxxx" ASC tərəfindən ona ödənilməmiş cəmi 2.784,99 manat təşkil edir. Göstərilən məsələ ilə əlaqədar 14.12.2019-cu il tarixli pretenziya ərizəsi ilə "xxxx" ASC-yə müraciət etmişəm. Poçt xəbərnaməsinə əsasən, pretenziya ərizəsi 18.12.2019-cu ildə "xxxx" ASC-də qəbul olunmuşdur. Lakin bu günə qədər "xxxx" ASC tərəfindən pretenziya ərizəsinə cavab verilməmişdir. Göstərilənləri nəzərə alaraq iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 iddiaya etiraz edərək bildirmişdir ki, 03.09.2019-cu il tarixində "xxxx" ASC tərəfindən PPA********** saylı şəhadətnamə üzrə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta” üzrə sığortalanmış 99GZ766 dövlət qeydiyyat nişanlı Honda CRV markalı avtomobil və İddiaçı məxsus, X1 idarə etdiyi 900M810 dqn-lı Mazda CX-5 markal avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. BŞBPİ DYPİ tərəfindən təqdim edilmiş sənədlər üzrə hadisə üzrə təqsirkar kimi 99GZ766 dövlət qeydiyyat nişanlı Honda CRV markalı avtomobili idarə edən X5 müəyyən edilmişdir. 03.09.2019-cu il tarixində zərərçəkən X4 "xxxx" ASC-yə sığorta ödənişinin edilməsi barədə ərizə ilə müraciət etmişdir. Müraciət əsasında müvafiq sənədlər toplanmış, dəymiş zərər qiymətləndirilmiş və zərərçəkənlə qarşılıqlı razılaşdırmaqla "xxxx" ASC tərəfindən İddiaçı 842 AZN (səkkiz yüz qırx iki manat) sığorta ödənişi edilmişdir. Hal-hazırda isə iddiaçı razılaşdırılmış sığorta ödənişinin məbləğinin az olduğunu və əlavə ödəniş edilməli olduğunu iddia etməkdədir. İddiaçı hesab edir ki, sığortaçı prosesi düzgün tənzimləməmişdir. İş üzrə məhkəməyə təqdim etdikləri sənədlər aydın şəkildə prosesin düzgün və qanunvericiliyə uyğun olaraq tənzimləndiyini və zərərin qarşılıqlı razılaşdırmaqla ödənildiyini sübut edir. Belə ki, hadisə üzrə dəymiş zərərin qiymətləndirilməsi və sığorta ödənişinin edilməsi Mülki Məcəllənin 927.2 və 927.2.1-ci maddələrinin tələblərinə uyğun olaraq icra edilmişdir. Beləki ödəniş məbləği zərərçəkən İddiaçı ilə razılaşdırılmış və ödəniş pul şəklində faydalanan şəxsə edilmişdir. İddiaçı ödəniş məbləği ilə razı olduğunu öz imzası ilə təsdiq etmişdir, İddiaçı məhkəməyə və ekspertizaya təqdim etdiyi, 14.09.2019-cu il tarixli "xxxx" MMC tərəfindən tərtib edilmiş ziyan aktı sığorta ödənişi məbləği razılaşdırılmadan öncə tərtib edilmişdir. Həmin akt və "xxxx" ASC tərəfindən tərtib edilmiş akt sığorta ödənişi edilərkən artıq iddiaçıya məlum idi və iddiaçı bu iki aktda müəyyən edilən məbləğlər barədə məlumatlı olaraq yekun ödəniş məbləğini qəbul etmişdir. Hazırda məhkəməyə və ekspertizaya təqdim edilən həmin akt iddiaçıya sonradan məlum olmamışdır və onun ödəniş məbləği ilə razılığına təsir edə biləcək bir sənəd deyildir. İddiaçı 27.01.2020-ci il tarixində məhkəməyə müraciət etdikdən sonra avtomobilin ön sağ farası yenidən yoxlanılmış və bir daha İddiaçı ilə razılaşdırmaqla 22.08.2020-ci il tarixində əlavə olaraq 238.36 AZN (iki yüz otuz səkkiz manat 36 qəpik) ödəniş edilmişdir. İddiaçı ön sağ faranın istifadəyə yarasız olduğunu iddia edərək məhkəməyə müraciət etdikdən sonra həmin faranın təmir edilməsi üçün əlavə sığorta ödənişini razılaşdırmaqla qəbul etməsi iddianın əsassız olduğunu bir daha sübut edir. Yuxarda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyir ki, "xxxx" ASC baş vermiş sığorta hadisəsi üzrə qanunvericiliklə və müqavilə ilə qəbul etdiyi öhdəlikləri tam və düzgün icra etmişdir. İddiaçı da prosedurda iştirak etmiş və prosesin bütün mərhələlərində öz lazımi razılıqları ifadə etmişdir. Sonradan sığortaçıya qarşı belə bir bir iddia qaldırmasının heç bir hüquqi əsası yoxdur. Bu səbəbdən məhkəmədən iddia təmin edilməməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. AC seriyalı, 454875 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 90-0M-810 dövlət qeydiyyat nişanlı, “Mazda CX-5” markalı avtomobilin sahibi İddiaçıdur. "xxxx" ASC-nin zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair 14.09.2019-cu il tarixli hesabatından görünür ki, 90-0M-810 dövlət qeydiyyat nişanlı, “Mazda CX-5” markalı avtomobilə dəymiş zərərin həcmi 842 AZN hesablanmışdr. "xxxx" MMC tərəfindən verilmiş 14.09.2019-cu il tarixli ziyan aktının surətindən görünür ki, “MAZDA CX-5” markalı, 90-0M-810 dövlət qeydiyyat nişanlı avtomobilə yekun olaraq 3626 manat məbləğində ziyan vurulması müəyyən edilmişdir. 14.12.2019-cu il tarixli pretenziya ərizəsindən görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-yə sığorta hadisəsi nəticəsində ona dəymiş 2784,99 manatın ona ödənilməsi üçün müraciət etmişdir. 18.10.2019-cu il tarixli Plastik kartların təhvil-təslim aktından görünür ki, "xxxx" ASC tərəfindən 842 AZN sığorta ödənişinin alınması üçün plastik kart faydalanan şəxsə təhvil verilmişdir. "xxxx" ASC və İddiaçı tərəfindən imzalanmış 22 aprel 2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı sığorta hadisəsi nəticəsində zərərə məruz qalmış “MAZDA CX-5” markalı, 90-0M-810 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən 238,36 manat zərər məbləği müqabilində təmir olunaraq səlahiyyətli şəxs təhvil verilmiş və əvəzində, o, öz növbəsində onu heç bir qüsur və çatışmamazlıqlar müəyyən olunmadan saz vəziyyətdə təhvil almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29.04.2021-ci il tarixli, 9/1804 saylı ekspert rəyindən görünür ki, Birinci sual üzrə: Nəzəri hesablama yolu ilə, "xxxx" avto texniki təmir stansiyasının 14.09.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Mazda CX5” markalı, ** OM *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3185,0 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, “Paşa Sığorta" ASC-nin 14.09.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı «Mazda CX5” markalı, ** OM *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 792,0 manat müəyyən edilir. İkinci və ücüncü suallar üzrə: Ekspert əmtəəşünaslıq predmetinə aid olmadığından tədqiqat aparmaq mümkün olmamışdır. Dördüncü sual üzrə: 2015-ci il buraxılışlı “Mazda CX5” markalı, ** OM *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ farasının hazırki real bazar qiyməti təxminən 1900,0 manat müəyyən olunur. (aparılmış ekspertiza tədqiqatının dəyəri: 100 manat). İşin mübahisələndirilməyən hallarından göründüyü kimi “MAZDA CX-5” markalı, 90- 0M-810 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. 13.09.2019-cu il tarixdə X2 məxsus 99GZ766 dövlət qeydiyyat nişanlı “Honda CRV” markalı avtomobil və İddiaçı məxsus, X1 idarə etdiyi 90-0M-810 dövlət qeydiyyat nişanlı “Mazda CX-5” markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində avtomobilə dəymiş zərərin məbləği "xxxx" ASC tərəfindən 18.10.2019-cu il tarixli Plastik kartların təhvil-təslim aktına əsasən sığorta müqaviləsində avtomobilin mülkiyyətçisi və faydalanan şəxs qismində qeyd edilmiş İddiaçı ödənilmişdir. İş üzrə mübahisələndirilən hal dəymiş zərərin miqdarıdır. Mülki Məcəllənin 927.1-ci və 927.2-ci maddələrinə əsasən əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında aşağıdakı formalardan hər hansı birində həyata keçirilir: - zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi; - sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi; - sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası; - sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi. Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair 14.09.2019-cu il tarixli hesabatdan və 22 aprel 2020-ci il tarixli təhvil-təslim aktından göründüyü kimi, İddiaçı qeyd edilən sənədləri faydalanan şəxs qismində imzalamaqla cavabdeh tərəfindən söğorta ödənişi qismində ödənilmiş zərərin məbləği ilə razılaşmışdır. İddiaçı istinad etdiyi halların mövcud olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29.04.2021-ci il tarixli, 9/1804 saylı ekspert rəyinə əsasən müvafiq halların müəyyən edilməsi mümkün olmamışdır. Beləliklə, iddiaçıya vurulmuş real zərər ödənilib. Təhvil-təslim zamanı iddiaçı tərəfindən edilmiş sığorta ödənişinin məbləği və təmirin keyfiyyəti ilə bağlı heç bir irad bildirilməmişdir. Avtomobil hal-hazırda iddiaçının istifadəsindədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə ediməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyan” tələbinə dair iddiası təmin edilməməlidir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və işə baxılması ilə əlaqədar çəkilən digər xərclər onun özünə aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyan” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar