Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3285/2024 07.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Qaralov İlqar Zahid oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Təsviri hisssə: İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində nikahları qeydə alınmaqla ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X4 adlı iki övladı anadan olmuşdur. İddiaçı Cavabdeh ilə son vaxtlar münasibətləri xeyli korlanmışdır. Hətta cavabdeh bu ilin yanvar ayından etibarən evi tərk etmişdir. İddiaçı övladlarına tək başına baxır, uşaqların hər bir ehtiyacını iddiaçı qarşılamaq məcburiyyətindədir. Böyük övladının bağça xərcləri, hər iki uşağın saxlanılması, xəstələndiklərində həkim və dərman pullarının qarşılanması yalnız iddiaçının öhdəliyinə qalmışdır. İddiaçı hər ay bağçaya 400 manat ödəniş edir. Qeyd olunan səbələrdən iddiaçı boşanmaya getmədən aliment tələb etməyə qərar vermişdir. İddiaçı ilk öncə ilkin mediasiya sessiyası üçün müraciət etmiş və xx.xx.2024-cü il tarixinə mediasiya prosesi təyin olunmuşdur. Lakin Cavabdeh mediator tərəfindən öncədən məktub və SMS bildirişi ilə məlumantlandırılsa da mediasiya prosesində iştirak etməmişdir. Göstərilənlərə əsasən birgə nikahdan olan xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün Cavabdeh iki uşağın hər birinə görə hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment və əlavə olaraq ana uşağın üç yaşı tamam olana kimi hər ay sabit pul məbləğində 500 manat alimentin tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən məhkəməyə ərizə göndərilərək, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılması və iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazıqlıq iclaslarında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh və onun nümayəndəsi və vəkili iddia tələbini qismən qəbul edərək, hər bir uşağa görə hər ay 500 manat sabit pul məbləğində alimentin tutulmasına razı olduqlarını bildirmişlər. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ № 378181 seriyalı Nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı 12 dekabr 2019-cu ildə nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 4450 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İV № 583628 seriyalı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. 7 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İV № 753538 seriyalı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Bakı 6 saylı Mediasia Təşkilatının mediatoru X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞB/6-00900 saylı arayışdan görünür ki, İddiaçıaliment tələbi ilə bağlı ailə mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən iki övladları anadan olmuş, sonradan tərəflərin faktiki ailə münasibətləri pozulmuşdur. Tərəflər hazırda ayrı yaşayır və Cavabdeh uşaqların saxlanılmasında iddiaçıya köməklik göstərmir. Cavabdeh "xxxx" ASC-də texniki rəhbər vəzifəsində xidmət edir və aylıq əmək məbləği 8750 (səkkiz min yeddi yüz əlli) manat təşkil edir. Hazırda iddiaçı uşaqların saxlanılması üçün cavabdehdən aylıq qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Belə olan halda uşağın mənafeyini nəzərə almaqla məhkəmə hesab edir ki, uşağın saxlanması üçün cavabdehdən aliment tutulmalı və alimentin məbləği cavabdehin qazancın (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında müəyyən edilməlidir. Ailə Məcəlləsinin 84.1 və 84.2.2-ci maddələrinə görə ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Ər-arvad arasında aliment ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, iddiaçının hazırda əmək fəaliyyəti ilə məşğul olmaması, eyni zamanda tutulan alimentin miqdarının yüksək olması birlikdə nəzərə alınaraq xx.xx.2022-ci il təvəllüdlü X4 3 (üç) yaşına çatanadək Cavabdeh hər ay 100 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə qeyd edir ki, iddiaçı hazırkı iddia tələbi üzrə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etdiyi üçün, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci, 9.4-cü və 8.1.3-cü maddələrinin tələblərini nəzərə alaraq dövlət rüsumu ilə bağlı məhkəmə qeyd edir ki, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Hazırkı halda iddianın qiyməti 36000 manat olduğundan cavabdehdən 198 (yüz doxsan səkkiz) manat məbləğində dövlət rüsumu tutulmaqla dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulmalı, xx.xx.2022-ci il təvəllüdlü X4 3 (üç) yaşına çatanadək Cavabdeh hər ay 100 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməli, dövlət rüsumu olaraq 198 manat məbləğində pul Cavabdeh tutularaq Dövlət Büdcəsinə köçürülməli, iddia tələbi qalan hissədə təmin edilməməli, qətnamənin alimentlə bağlı hissəsi dərhal icra edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia tələbi qismən təmin edilsin. xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulsun. xx.xx.2022-ci il təvəllüdlü X4 3 (üç) yaşına çatanadək Cavabdeh hər ay 100 manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumu olaraq 198 manat məbləğində pul Cavabdeh tutularaq Dövlət Büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Qaralov
Məhkəmə qərarları › İş №2(006)-3285/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3285/2024
07.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver