Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3286/2021 01.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh “xxxx” KB ASC-yə qarşı “ipoteka və zaminlik müqavilələrinin ləğv edilməsi tələbi barədə” iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” KB ASC ilə “X7” MMC arasında 19.05.2010-cu il tarixli, 05UM/10 saylı əsas kredit müqaviləsinə əsasən öhdəliklərin icrasının təmin edilməsi barədə Bank ilə İddiaçı3 Mehbah oğlu arasında 18.01.2016-cı il tarixli, 05UMİ/10 saylı “ipoteka müqaviləsi”, İddiaçı1 arasında 13.01.2011-ci il tarixli, 05UMZ/10 saylı, İddiaçı2 və iddaçı X4 arasında 24.12.2012-ci il tarixli, 05UMZ/10-2 saylı “zaminlik müqaviləsinin” ləğv edilməsi; ipoteka ilə yüklü edilmiş İddiaçı3 mülkiyyətində olan Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92a, qapı 1, 2 ünvanında yerləşən, 119.2 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsi, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92a, qapı 21, 22 ünvanında yerləşən, 120.9 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsi, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92a, qapı 23, 24, 25 ünvanında yerləşən, 77.3 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsi, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92a, qapı 19, 20 ünvanında yerləşən, 105.8 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsi və Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92a, qapı 11, 12 ünvanında yerləşən, 70.2 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsinin yüklülüyünün ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçılar məhkəmə iclasında iştirak etməmişlər və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişlər. Cavabdehin nümayəndəsi S.Məmmədov ərizə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə iddia tələbinə mahiyyəti üzrə baxaraq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, cavabdeh “xxxx” KB ASC ilə “X7” MMC arasında 19.05.2010-cu il tarixli, 05UM/10 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 20.11.2015-ci il tarixli, 176UB/15 saylı əlavə kredit müqaviləsinə əsasən, MMC-yə 12 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə 500.000 (beş yüz min) AZN məbləğində kredit verilmişdir. Cavabdeh Bank ilə iddiaçı X3 arasında 18.01.2016-cı il tarixli, 05UMİ/10 saylı “ipoteka müqaviləsi” bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən, İddiaçı3 mülkiyyətində olan Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92a, qapı 1, 2 ünvanında yerləşən, 119.2 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsi, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92a, qapı 21, 22 ünvanında yerləşən, 120.9 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsi, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92a, qapı 23, 24, 25 ünvanında yerləşən, 77.3 kv.m sahədən ibarət olan qeyriyaşayış sahəsi, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92a, qapı 19, 20 ünvanında yerləşən, 105.8 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsi və Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92a, qapı 11, 12 ünvanında yerləşən, 70.2 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsi əsas kredit müqaviləsi üzrə “X7” MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh Bank ilə İddiaçı1 arasında 13.01.2011-ci il tarixli, 05UMZ/10 saylı, İddiaçı2 və iddaçı X4 arasında 24.12.2012-ci il tarixli, 05UMZ/10-2 saylı “zaminlik müqaviləsi” bağlanmışdır. Həmin müqavilələrə əsasən, əsas kredit üzrə “X7” MMC-nin öhdəliklərininin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini iddiaçılar öz üzərinə götürmüşdür. Cavabdeh bank ilə “X7” MMC arasında bağlanmış 20.11.2015-ci il tarixli, 176UB/15 saylı əlavə kredit müqaviləsi Zaminlər və İpoteka qoyan aheç bir məlumat verilmədən və onlarla razılaşdırılmadan, habelə ipoteka və zaminlik müqavilələrinə bu barədə əlavə və dəyişilik edilmədən bağlanmışdır. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, əsas kredit razılaşması və sonradan bağlanmış kredit xətti müqavilələri zamin və ipoteka qoyanın hüquqlarını kobud şəkildə pozmaqla bağlanmışdır. Tərəflərindən mübahisələndirilən hər üç müqavilədən göründüyü kimi, həmin müqavilələr 05UM/10 saylı əsas Kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi bağlanmışdır. Lakin burada Bank tərəfindən kobud pozuntulara yol verilərək, zaminlər və ipoteka qoyanların hansı öhdəliyə görə zamin durduqları və ipoteka qoyulmasını müəyyənləşdirmək mümkün olmur. Bu səbəbdən onlar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Beləliklə, Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun olaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. MM-nin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. MM-nin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. MM-nin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətşiz əqdlər ola bilər. MM-nin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçıların tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, iddiaçılar öz iddia tələbinin faktiki əsası kimi istinad etdiyi ipoteka və zaminlik müqavilələrinin ləğv edilməsi ilə bağlı halları sübut edə bilməmişlər, bu barədə mötəbər sübutlar təqdim etməmişlər. Odur ki, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh “xxxx” KB ASC-yə qarşı “ipoteka və zaminlik müqavilələrinin ləğv edilməsi tələbi barədə” iddia ərizəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh “xxxx” KB ASC-yə qarşı “ipoteka və zaminlik müqavilələrinin ləğv edilməsi tələbi barədə” iddia ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3286/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3286/2021
01.06.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver