Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-329/2021 03.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Mərkəzi Bankı, Maraqlı şəxs4, Maraqlı şəxs5 cəlb etməklə cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta ödənişlərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Mərkəzi Bankı, Maraqlı şəxs4, Maraqlı şəxs5 cəlb etməklə cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta ödənişlərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, 24.10.1993-cü il tarixdə erməni silahlı qüvvələri Füzuli rayonu və onun Horadiz qəsəbəsini işğal etmişdir. 05.01.1994-cü il tarixdə Azərbaycan Ordusunun «Horadiz» əməliyyatı adı ilə əks hücumu nəticəsində işğal olunmuş rayonun bir hissəsi, o cümlədən Horadiz qəsəbəsi işğaldan azad olunmuşdur. Lakin qəsəbədə yerləşən evlər, o cümlədən İddiaçı1 ailəsinə məxsus fərdi yaşayış evi işğalçılar tərəfindən yandırılaraq dağıdılmışdır. 2014-cü il tarixdə X12 təşəbbüsü və Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin fəaliyyəti nəticəsində İddiaçı1 ailəsinə ünvan 1 ünvanında yeni fərdi yaşayış evi inşa edilib verilmişdir. İnşa edilən fərdi yaşayış evi hər il icbari sığorta etdirilmişdir. Sonuncu dəfə 20.02.2019-cu il tarixində "xxxx" ASC-nin nümayəndəsi X5 tərəfindən 20.02.2019-cu il tarixli, RPA ********** saylı şəhadətnamə (müqavilə) ilə sığortaya cəlb edilmişdir. 13.06.2019-cu il tarixdə qeyd olunan fərdi yaşayış evi baş vermiş təbii fəlakət hadisəsi nəticəsində zədələnmişdir. Lakin evi sığortaya cəlb edən "xxxx" ASC qanunsuz və əsassız olaraq sığorta ödənişini verməkdən imtina etmişdir. Dövlət orqanlarına edilən şikayətlərdən sonra Maliyyə Bazarlarına Nəzarət Palatasının təhvil-təslim komissiyasının sədri, AR Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev tərəfindən 05.12.2019-cu il tarixdə ödənilməsindən qanuni əsas olmadan imtina edilmiş sığorta ödənişinin həyata keçirilməsi barədə "xxxx" ASC-yə təqdimat (icrası məcburi olan göstəriş) göndərilmişdir. Ancaq bu dəfə də "xxxx" ASC icrası məcburi olan dövlət orqanının göstərişinə məhəl qoymamışdır. Yaranmış vəziyyəti müzakirə etmək məqsədilə İddiaçı1 "xxxx" ASC-nin Direktorlar Şurasının sədri X6 və İdarə Heyətinin sədri X1 qəbuluna düşməyi xahiş etmişdir. Lakin, yenə də rəhbər şəxslər vətəndaşı qəbul etməmişdir. Qeyd olunan haqsızlıqlarla bağlı İddiaçı1 məhkəməyə müraciət etmək qərarına gəlmişdir.Göstərilənlərə əsasən cavabdeh "Paşa Sığorta» ASCdən İddiaçı1 xeyrinə 7000 manat sığorta ödənişi məbləğinin, 5000 manat əldən çıxmış fayda məbləğinin, 5000 manat mənəvi zərər məbləğinin, 1000 manat vəkil xərcləri məbləğinin, ümumilikdə 18.000 manat məbləğində pul vəsaitinin tutulması, İddiaçı2 xeyrinə 7000 manat sığorta ödənişi məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. O, həmçinin iddia tələbini qəbul etməyərək öz izahatında bildirmişdir ki, ekspert rəyində və Geoloji Kəşfiyyət İdarəsinin rəyində baş verən hadisənin çökmə olduğu qeyd olunmuşdur və çökmə qanunvericiliyə əsasən sığorta hadisəsi hesab olunmur. Belə ki, «İcbari sığortalar haqqında» Qanunun 36-cı maddəsində sığorta hadisələrinin konkret siyahısı verilmiş və sığorta hadisəsi hesab olunan təbii fəlakətlər kimi zərzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi qeydə olunmuşdur. Göründüyü kimi çökmə sığorta hadisəsi hesab olunmur. Göstərilənlərə əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası X12, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndələri, Maraqlı şəxs4, Maraqlı şəxs5 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın kserosurətinə əsasən Füzuli rayonu, Horadiz şəhəri, 20 Yanvar küçəsində yerləşən 51 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 adına 10.01.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə RAT ********** saylı, 20.02.2019-cu il tarixli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsindən görünür ki, sığortalı İddiaçı1 Füzuli rayonu, Horadiz şəhəri, 20 Yanvar küçəsində yerləşən 51 saylı fərdi yaşayış evini "xxxx" ASC-də 19.02.2020-ci il tarixədək sığortalamışdır. Sığorta haqqı 15000 manat məbləğində müəyyən edilmişdir. İş üzrə Füzuli rayon İcra Hakimiyyəti Başçısının Aparatının 13.02.2020-ci il tarixli məktubundan görünür ki, Horadiz şəhəri 20 Yanvar küçəsində yerləşən İddiaçı1 məxsus olan kommunal mənzil işğal zamanı yandırılmış və dağıdılmışdır. 2014-cü il tarixdə həmin mənzil dövlət tərəfindən tam bərpa olunmuşdur. İş materiallarında olan «Tələbin ilkin sahibi» qismində İddiaçı1 ilə «Tələbin yeni sahibi» qismində İddiaçı2 arasında bağlanmış tələbin güzəşti barədə 13.09.2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı1 ünvan 2 ünvanında baş vermiş sığorta hadisəsi nəticəsində fərdi yaşayış evinə əmlaka dəymiş zərərə görə sığorta öhdəliyi daşıyan "xxxx" ASC-yə qarşı malik olduğu hüquqları və tələbləri qismən, yəni 7.000 manat həddində İddiaçı2 güzəşt edir. Hesablanmış və bu müqavilə ilə sesiya edilməyən sığorta ödənişi İddiaçı1 xeyrinə alınması üçün güzəşt edilir. Müqavilə imzalandığı gündən öhdəlik daşıyan "xxxx" ASC-yə qarşı 15.000 manat ödənişin (kompensasiyasının) alınması hüququ və tələbi İddiaçı2 keçir. Tələblər və hüquqlar İddiaçı2 olduğu vəziyyətdə keçir. Güzəşt edilən tələbin məbləği 7000 manatdır. İş üzrə "xxxx" ASC tərəfindən İddiaçı1 ünvanlanmış 29.07.2019-cu il tarixli məktubda göstərilmişdir ki, BA962461 saylı Daşınmaz əmlakın İcbari sığortası şəhadətnaməsi ilə sığortalanmış ünvan 1 ünvanında yerləşən əmlakın divarlarında olan çatlar naməlum vaxtda baş vermişdir. Bunu nəzərə alaraq bildirirlər ki, hadisənin sığorta hadisəsi hesab edilməsi üçün sığortalanmış risk nəticəsində törənməsi zəruridir. Lakin sözügedən hadisənin hansı səbəbdən baş verməsi qeyri-müəyyən olduğundan, hadisənin olması öz təsdiqini tapmamışdır. AR Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi səbəbindən "xxxx" ASC-nin bu hadisə ilə əlaqədar ortaya çıxmış zərərə görə məsuliyyət yaranmır. İş üzrə Respublika Seysmoloji Xidmət Mərkəzinin 04.11.2020-ci il tarixli məktubundan görünür ki, Füzuli rayonu və Horadiz şəhəri əraziləri seysmik zonasına daxildir. 2019-cu ilin yanvar ayından 2020-ci il yanvar ayına kimi Füzuli rayonu və Horadiz şəhəri ərazisində 4 zəif miqnitudası (ml=1,4-2,3) olan yeraltı təkan baş vermişdir. İş materiallarında olan Azərbaycan Respubliksının Mərkəzi Bankının sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspertlər X3 və X10 tərəfindən verilmiş 09.12.2020-ci il tarixli ekspert rəyindən görünür ki, fərdi yaşayış evinə 2019-cu ilin yaz aylarında baş vermiş təbii fəlakət (leysan yağışları ilə bağlı yer sürüşmə-çökməsi və il ərzində olan yeraltı təkanlar) hadisələri nəticəsində zərər dəymişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə RPA ********** saylı icbari sığorta müqaviləsi qüvvədə olduğu dövrdə «İcbari sığortalar haqqında» AR Qanununa əsasən təbii fəlakətlər – zəlzələ, leysan, yer sürüşməsi, o cümlədən subasma sığorta hadisələri nəticəsində zərər dəymişdir. Fuzali rayonu, Horadiz şəhəri, 20 Yanvar küçəsi, 51 ünvanında yerləşən yaşayış evinin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün 22.033,77 manat məbləğində pul vəsaiti tələb olunur (zərər dəyib). İş materiallarında olan Azərbaycan Respubliksının Mərkəzi Bankının sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspertlər X3 və X10 tərəfindən verilmiş 08.12.2020-ci il tarixli rəyindən görünür ki, ekspert E.Quliyev ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin texniki vəziyyəti qəzalıdır. Fərdi yaşayış evinə 2019-cu ilin yaz aylarında baş vermiş təbii fəlakət (leysan yağışları ilə bağlı yer sürüşmə-çökməsi və il ərzində olan yeraltı təkanlar) hadisələri nəticəsində zərər dəymişdir. 2019-cu ilin yaz aylarında düşən atmosfer yağıntılarının və digər yeraltı təbii amillərin təsirindən tikilinin əsasını təşkil edən quruntun yuyulması və yumşalması nəticəsində torpağın dayandığı zəifləmişdir. Ona görə də tikililərin divarlarında müxtəlif ölçüdə və istiqamətdə çat və deformasiyalar əmələ gələrək ev qəzalı vəziyyətə düşmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyət Xidmətinin ünvan 2 ünvanının yerləşdiyi ərazinin mühəndis-geoloji şəraiti haqqında arayışından görünür ki, tektonik nöqteyi nəzərdən Aşağı Araz depresiyası hüdudları daxilində yerləşən tədqiqat sahəsinin geoloji quruluşunda allüvial-prolüvial mənşəli Alt və Orta Pleystosen yaşlı süxur kompleksi yayılmışdır. Bu süxur kompleksi ərazinin əksər sahələrində holosen yaşlı çöküntülərlə örtülmüşdür: Alt və Orta Pleystosen yaşlı süxurlar litoloji tərkibçə qum və qumsa dolduruculu çaqıl-çınqıllardan təşkil olunmuşdur. Qalıqlığı təqribən 2.0-2.5 m-ə qədər Holosen yaşlı çöküntülər tərkibində əhəng birləşmələri olan gilcə və qumcalardan ibarətdir. Vizual mühəndis-geoloji baxış zamanı sözügen ünvanda İddiaçı1 məxsus fərdi yaşayış evinin yerləşdiyi sahədə təbii təsirindən çökmə-sürüşmə prosesinin baş verməsi qeydə alınmışdır. Proses nəticəsində tikilinin divarlarında və torpaq qatında müxtəlif ölçülü və istiqamətli çadlar, deformasiyalar əmələ gəlmişdir. İş üzrə Respublika Seysmoloji Xidməti tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 18.02.2021-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası ərazisində Ümumi Seysmik Rayonlaşdırma xəritəsinə əsasən Füzuli rayonu və o cümlədən Horadiz şəhəri ərazisi 8 bal (12 ballıq MSK-64 seysmik cədvəli üzrə) intensivlikli seysmik zonaya daxildir. Bu seysmik intensivlik qiyməti dəyişkəndir və onun Füzuli rayonunun ayrı-ayrı əraziləri üzrə necə dəyişməsini müəyyən etmək üçün əlavə tədqiqat işləri yerinə yetirilməlidir. Maqnitudası M1=1.4-2.3 olan zəlzələlər hissə olunmur və dağıdıcı təsirə malik deyillər. İş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 22.06.2021-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində baş vermiş hadisə ilə əlaqədar olaraq 10.02.2020-ci il tarixli 18/44 nömrəli arayış X4 saxlanılan geoloji, hidrogeoloji və geomorfoloji hesabatlar əsasında hazırlanmışdır. Vətəndaş İddiaçı1 29.10.2020-ci il tarixli müraciəti əsasında ona məxsus fərdi yaşayış evinin yerləşdiyi ərazidə aparılmış vizual mühəndis-geoloji baxış zamanı, sahədə təbii amillərin təsirindən çökmə prosesinin baş verməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1448 saylı, 09 sentyabr 2021-ci il tarixli məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, təqdim olunmuş məktublarda İddiaçı1 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tikililərinə hansı səbəblərdən zərər dəyməsi göstərilmədiyindən və o cümlədən Azərbaycan Respublikası FHN-nin Tikintiyə Nəzarət Dövlət Agentliyinin müvafiq mütəxəssis rəyi təqdim edilmədiyindən tikilidə yaranmış qüsurların hansı səbəbdən baş verməsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə qərardadın ikinci sualı üzrə qeyd olunur ki, tikiliyə dəymiş ziyanın səbəbi müəyyən edilmədiyindən qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı1 özünə məxsus olan ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakını icbari qaydada "xxxx" ASC-də 20.02.2019-cu il tarixli RPA********** nömrəli şəhadətnamə ilə sığortalanmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, 02.03.2020-ci il tarixdə iddiaçı "xxxx" ASC-yə müraciət edərək sığorta olunan Füzuli rayonu, Horadiz şəhəri, 20 Yanvar küçəsində yerləşən 51 saylı fərdi yaşayış evi baş vermiş təbii fəlakət hadisəsi nəticəsində zədələnmiş və sığorta müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsini xahiş etmişdir. Lakin "xxxx" ASC baş vermiş hadisənin sığorta hadisəsi olmadığını əsas tutaraq sığorta ödənişinin verilməsindən imtina etmişdir. İddiaçılar tərəfindən irəli sürülmüş tələbdən görünür ki, sığorta şirkətindən İddiaçı1 xeyrinə 7000 manat sığorta ödənişi məbləğinin, 5000 manat əldən çıxmış fayda məbləğinin, 5000 manat mənəvi zərər məbləğinin, 1000 manat vəkil xərcləri məbləğinin, ümumilikdə 18.000 manat məbləğində pul vəsaitinin tutulmasını, İddiaçı2 xeyrinə 7000 manat sığorta ödənişi məbləğində pul vəsaitinin tutulmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə ilk növbədə iddiaçıların baş vermiş hadisənin sığorta hadisəsi olubolmamasına hüquqi qiymət verilməsini zəruri hesab edir. «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən sığorta – sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir. Həmin Qanunun 1.1.19-cu maddəsinə əsasən sığorta hadisəsi - qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. «İcbari sığortalar haqqında» AR Qanununun 36.1-ci maddəsinə əsasən daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.1. yanğın, ildırım düşməsi; 36.1.2. məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı; 36.1.3. elektrik naqillərində baş verən qısa qapanma; 36.1.4. buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı; 36.1.5. su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; 36.1.6. hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri; 36.1.7. yerüstü nəqliyyat vasitəsinin dəyməsi; 36.1.8. təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi; 36.1.9. üçüncü şəxslərin hərəkətləri. Məhkəmə qeyd edir ki, sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi sığortalının iradəsindən asılı olmayan baş vermə ehtimalına təsadüflük əlamətlərinə malik olan hadisə və ya yaranan haldır. «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1.1.18-ci maddəsinə əsasən sığorta riski və ya risk—sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlikdir. Sığorta iqtisadi ictimai münasibətlər sistemi kimi risk kateqoriyası ilə əlaqədardır. Lakin hər bir risk sığortaya qəbul edilə bilməz. Cəmiyyətin təsərrüfatına, sosial həyatına, insanın iqtisadi və şəxsi həyatına məxsus risklərin çoxluğu, həmin risklərin mənfi təsirinin nəticəsi olaraq mümkün olan zərərlərin gözlənilməsi ilə əlaqədar qeyri-müəyyənlik elementi daşıyır. Risk – bu hazırda və ya gələcəkdə arzu edilməyən, ya da daha az arzu edilən nəticənin potensial ehtimalıdır. Tərəflərin iradəsindən asılı olmayan, qeyri-müəyyən hadisə olub, tez-tez təhlükə törədən və zərərlərə səbəb olan və ona görə də sığortaya maraq yaradan hadisəni adi risk adlandırırlar. Sığortanın 4 əsas funksiyası vardır ki, onlar da aşağıdakılardır: risk; xəbərdarlıq; yığım (əmanət); nəzarət funksiyası. Əsas funksiyası kimi risk funksiyası çıxış edir. Sığorta riski, zərər görən təsərrüfatlara pul yardımının göstərilməsi üzrə sığortanın əsas təyinatı ilə əlaqədar olduğundan, risklik funksiyası əsas funksiyalardan biri hesab olunur. Məhz risklik funksiyasının fəaliyyəti nəticəsində dəyərin pul formasının məbləği, təsadüfi sığorta hadisələrinin baş verməsi ilə əlaqədar olaraq, sığorta iştirakçılarının arasında bölüşdürülür. Zərər həmişə meydana çıxa bilər və hətta hər il təkrar oluna bilər. Sığortanın qarşısında qoyulan məqsədlərə uyğun olaraq sığortaçı təşkilat zərərçəkənin təsərrüfat subyektlərinə pul yardımı göstərməlidir. Göründüyü kimi «Sığorta riski» - ehtimal olunan elə hadisədir ki, onun baş verməsinə qarşı sığorta aparılır. Sığorta riski sayılan hadisənin təsadüf əlamətləri olmalıdır. Ümumiyyətlə “sığorta riski” anlayışı dəhşətli hadisələrdən zərərdəymə ehtimalını və təhlükə riskini əks etdirir. Sığorta müəyyən hadisə baş verdikdə arzuolunmaz nəticələrdə riskin dərəcəsinin aşağı salınmasının əsas metodudur. Sığorta riskləri- əmlak, maliyyə, iqtisadi, siyasi, təbii risklər formalarında olur. Əmlak riski- əmlakın yanğından, zəlzələ,daşqın və digər hadisələrdən təsadüfən zərər görməsidir. Sığortanın obyekti kimi sığortalını həyatı, sağlamlığı, iş qabiliyyəti, vətəndaşların təşkilatların, müəssisələrin əmlakları, əmlak mənafeləri, nəqliyyat vasitələri və yüklər, risklər, məsuliyyət və s. çıxış edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən İddiaçı1 məxsus fərdi yaşayış evinin yerləşdiyi ərazidə aparılmış vizual mühəndis-geoloji baxış zamanı, sahədə təbii amillərin təsirindən çökmə prosesinin baş verməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında təyin edilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, təqdim olunmuş məktublarda İddiaçı1 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tikililərinə hansı səbəblərdən zərər dəyməsi göstərilmədiyindən və o cümlədən Azərbaycan Respublikası FHN-nin Tikintiyə Nəzarət Dövlət Agentliyinin müvafiq mütəxəssis rəyi təqdim edilmədiyindən tikilidə yaranmış qüsurların hansı səbəbdən baş verməsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə qərardadın ikinci sualı üzrə qeyd olunur ki, tikiliyə dəymiş ziyanın səbəbi müəyyən edilmədiyindən qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır. Göründüyü kimi iddiaçının mülkiyyətində olan evin zədələnməsi həmin sahədə təbii amillərin təsirindən çökmə prosesinin baş verməsi sığorta müqaviləsinə əsasən “İcbari sığortalar haqqında” AR Qanununun 36.1-ci maddəsində sadalanan hallar nəticəsində baş verməmişdir. Sığorta şirkəti o halda sığorta ödənişi ilə bağlı öhdəlik daşıya bilər ki, onun sığorta etdiyi hadisə ehtimal xarakterli olsun. İddiaçının İddiaçı1 mülkiyyətində olan evin zədələnməsi həmin sahədə təbii amillərin təsirindən çökmə prosesinin baş verməsi və ona maddi ziyan dəyməsi isə “İcbari sığortalar haqqında” AR Qanununun 36.1-ci madəsində sadalanan və riskli hesab olunan hadisə nəticəsində baş vermədiyindən, həmin hadisə sığorta hadisəsi hesab oluna bilməz. AR Mülki Məcəllənin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi, sığorta ödənişinin verilməsindən imtina əsaslarından biridir. Belə olan halda isə baş vermiş hadisə sığorta hadisəsi hesab olunmadığına görə, cavabdeh təşkilat sığorta ödənişinin verilməsindən düzgün imtina etmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi iddiaçıların xeyrinə ayrı-ayrılıqda 7.000 manat sığorta ödənişinin ödənilməsi hissəsində əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin əldən çıxmış faydaya görə 5000 manat pulun tutulması tələbi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə qeyd edir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Zərərin əvəzinin ödənilməsinin mütləqlik xarakteri şəxsiyyət və mülkiyyət toxunulmazlığı haqqında Konstitusiya müddəalarına əsaslanır. Şəxsiyyət və mülkiyyət toxunulmazlığı hüquqlarını pozan hər cür hərəkətin qarşısı qətiyyətlə alınmalı və onun nəticəsində dəymiş zərərin əvəzi mütləq ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir. Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulduğu kimi hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnəmsi aiddir. Əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum olması anlaşılır. Göründüyü kimi qanunvericilik real zərərə görə hər şeydən əvvəl şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri aid edir. Məhkəmə eyni zamanda qeyd edir ki, mülki hüquq baxımından ziyan şəxsiyyətin və mülkiyyətin toxunulmazlığı prinsipinin pozulması nəticəsində onların sabitliyini pozur, bütövlüklərnə xələl gətirir, öz təyinatları üzrə yararlılıqlarına maneçilik yaradır, iqtisadisosial və mənəvi dəyərlərini azaldır. Buna görə də mülki hüquq ziyanın iki növünü: əmlak ziyanı və mənəvi ziyanı fərqləndirir. Əmlak ziyanı əmlak itkiləri formasında baş verir. Buraya şəxsin öz əmlakından məhrum olması, onun zədələnməsi, əldə edəcəyi gəlirlərdən məhrum olması və onun üçün digər əlverişsiz əmlak nəticələrinin yaranması və s. daxildir. Yuxarıda göstərildiyi kimi, ziyan naturada bərap edilə bilər, ya da pulla əvəz edilə bilər. Əmlak itkiləri mülki hüquqda zərər adlandırılır. Beləliklə, zərər öz növbəsində ziyanın nəticələrinin pulla dəyərləndirilməsidir. Mülki qanunvericiliyin tənzimlədiyi münasibətlərin əsas hissəsinə əmlak münasibətləri təşkil etdiyindən, mülki-hüquqi məsuliyyətdə əsasən əmlak xarakteri daşıyır. Zərərin əvəzinin ödənilməsi də məhz əmlak xarakterli mülki hüquq sanksiyasıdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən sığorta müqaviləsi üzrə öhdəliklərin pozulması nəticəsində iddiaçıya əldən çıxmış fayda kimi 5000 manat maddi ziyan vurulması ilə bağlı hər hansı mötəbər sübut təqdim olunmadığından, həmin hissədə də tələb əsassız və təmin edilməməlidir. Məhkəmə vurulmuş mənəvi ziyan görə 5000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilə bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə hesab edir ki, İddiaçı1 cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Məhkəmə iddiaçının məhkəmədə hüquqlarının müdafiəsi üçün çəkilən 1000 manat xərcin tutulması tələbi üzrə qeyd edir ki, iddiaçı belə xərcin çəkilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş və həmçinin iddia tələbi digər hissələrdə də təmin edilmədiyindən prosessual qənaət prinsipini nəzərə almaqla həmin hissədə də tələb təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, iş üzrə ödənilmiş dövlət rüsumu və keçirilmiş ekspertiza xərcləri iddiaçıya aid edilməlidir. Məhkəmə qeyd olunanlara qiymət verərək, belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Mərkəzi Bankı, Maraqlı şəxs4, Maraqlı şəxs5 cəlb etməklə cavabdeh "xxxx" ASC-yə qarşı cavabdeh "xxxx" ASC-dən İddiaçı1 xeyrinə 7000 manat sığorta ödənişi məbləğinin, 5000 manat əldən çıxmış fayda məbləğinin, 5000 manat mənəvi zərər məbləğinin, 1000 manat vəkil xərcləri məbləğinin, ümumilikdə 18.000 manat məbləğində pul vəsaitinin tutulması, İddiaçı2 xeyrinə 7000 manat sığorta ödənişi məbləğində pul vəsaitinin tutulması tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Mərkəzi Bankı, Maraqlı şəxs4, Maraqlı şəxs5 cəlb etməklə cavabdeh "xxxx" ASC-yə qarşı cavabdeh "xxxx" ASC-dən İddiaçı1 xeyrinə 7000 manat sığorta ödənişi məbləğinin, 5000 manat əldən çıxmış fayda məbləğinin, 5000 manat mənəvi zərər məbləğinin, 1000 manat vəkil xərcləri məbləğinin, ümumilikdə 18.000 manat məbləğində pul vəsaitinin tutulması, İddiaçı2 xeyrinə 7000 manat sığorta ödənişi məbləğində pul vəsaitinin tutulması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-329/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-329/2021
03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver