Məhkəmə qərarları › İş №2(006)-3360/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3360/2025

08.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3360/2025 08.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X13 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh aliment tələbi ilə bağlı xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün sabit pul məbləğində hər bir uşağa hər ay 100 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh xx.xx.2011-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuş, birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X7 anadan olmuşdur. Xasiyyətlərinin uyğunsuzluğu səbəbindən birgə nikahda qalıb ailə münasibətlərini davam etdirmək qeyri-mümkün olduğundan, məhkəmə qətnaməsi ilə tərəflər arasında xx.xx.2011-ci il tarixdə bağlanmış nikah pozulmuş, azyşalı uşaqlar xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 iddiaçının yanında saxlanılması müəyyən edilmişdir. Hazırda iddiaçı üçün uşaqların saxlanması çox çətindir. Uşaqlar böyüdükcə tələbatları da çoxaldığına görə iddiaçı aliment ödənilməsini tələb edir.

a) Məhkəmə prosesi:

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

6. Doğum haqqında AZ-İİ seriyalı 763070 nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2007ci il təvəllüdlü X6 atası Cavabdeh, anası X8r.

7. Doğum haqqında AZ-İİ seriyalı 763071 nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2009cu il təvəllüdlü X2 atası Cavabdeh, anası X8r.

8. Doğum haqqında AZ-İİ seriyalı 517409 nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2015ci il təvəllüdlü X3 atası Cavabdeh, anası X8r.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1352/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahlarından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2015ci il təvəllüdlü X3 anaları X5 yanında saxlanılması qət edilmişdir.

10. Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/16/2025-00543 nömrəli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, 50 manat İMS xərci və 10 manat poçt xərci İddiaçı tərəfindən ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü Abbasov Əli, xx.xx.2009cu il təvəllüdlü Abbasova Məryam və xx.xx.2015-ci il təvəllüdlü Abbaszadə Esma anadan olmuşdur.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1352/2024 nömrəli, xx.xx.2024-cü il il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahlarından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqların anaları İddiaçı yanında qalmaları qət edilmişdir.

13. Keçirilmiş mediasiya sessiyasında cavabdeh iştirak etmədiyindən, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

14. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin “Gəlir məlumatları” bölməsindən görünür ki, İddiaçı işə götürən X10 (VÖEN: **********) vəzifəsi “Xadimə” olmaqla 400.0 manat əmək haqqı alır.

15. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin “Gəlir məlumatları” bölməsindən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN: **********) vəzifəsi “Sürücü, yükləyici” olmaqla 350.0 manat əmək haqqı alır.

16. Hazırda iddiaçı cavabdehdən hər uşağa görə 100 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir.

c) Məhkəmənin mövqeyi:

17. Məhkəmə qeyd edir ki, alimentin təyinatı məhz yetkinlik yaşına çatmayan uşaqların saxlanılması olduğundan, tərəflərin alimentlə bağlı dəlilləri uşaqların mənafeyi üstün tutulmaqla qiymətləndirilməlidir.

18. Məhkəmə araşdırmaları zamanı hər iki tərəfin işləməsi mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan iddiaçının 400 manat, cavabdehin isə 350 manat əmək haqqı alması müəyyən edilmişdir.

19. Məhkəmə qeyd edir ki, uşağın iddiaçının himayəsində qalması uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərcləri həddində məbləğin aliment kimi digər valideyndən – cavabdehdən tutulmasına əsasdır. Qanunvericiliyin tələbinə görə, sabit pul məbləğində alimentin miqdarını müəyyən edərkən məhkəmə uşağın əvvəlki təminat səviyyəsinin maksimal saxlanması ilə yanaşı, tərəflərin maddi vəziyyətini və diqqətəlayiq digər halları da müəyyən etməlidir. Bütün bu hallar yuxarıda da qeyd edildiyi kimi məhkəmə tərəfindən müəyyən edilmişdir.

20. Eyni zamanı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hər bir uşağa hər ay 100 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin onun xeyrinə tutulmasını tələb etmişdir.

21. Məhkəmə iclasında iddiaçı öz aylıq gəlirinin dəyişdiyini, adətən 500 manatdan çox olduğunu, cavabdehin borclarının çox olması barədə məlumatının olduğuna görə az məbləğdə aliment tələb etdiyini bildirmişdir.

22. İddiaçı tərəfindən uşaqların saxlanılması üçün hər uşağa görə tələb edilən alimentin dövlət tərəfindən müəyyənləşdirilən yaşayış minimumu məbləğindən aşağı olmasına baxmayaraq, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin və Ailə Məcəlləsinin müddəalarına uyğun olaraq uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən iddiaçının xahişi ilə iddia tələbində qeyd olunan miqdarda alimentin tutulması məqsədəmüvafiqdir.

23. Belə olan halda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tam – sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində (yəni ərizənin daxil olduğu 2025-ci il üzrə minimum əmək haqqı məbləği olan 400 manatın 0,25 misli ≈ 100 manat) sabit pul məbləğində təmin edilməlidir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 №-li qərarındakı göstərişə uyğun olaraq).

24. Alimentin tutulmağa başlanma tarixi ilə bağlı isə qeyd edilməlidir ki, hazırkı iş üzrə alimentin Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə uyğun olaraq, məhkəməyə müraciət edildiyi xx.xx.2025-ci il tarixdən tutulması məqsədəmüvafiqdir.

25. Qeyd olunur ki, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin, digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan, qanunverici onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Həmçinin, qeyd edilməlidir ki, tərəflərin birgə nikahından olan uşaqlar tam olaraq hər iki valideynin qayğısı, sevgisi ilə əhatə olunmadığından, başqa sözlə, uşaqlar yalnız anası ilə birgə yaşadığından, onsuz da az qayğı ilə əhatə olunan və hər iki valideyni ilə birgə yaşamaq hüququndan məhrum olan uşaqların maddi vəziyyətini yaxşılaşdırmayacaq qərarın qəbul edilməsi yolverilməz hesab olunmalıdır.

d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

26. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 34, İV hissə. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

27. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Maddə 58. Valideynlər: - uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. - uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. - digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. - valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. - uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər; Maddə 58.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişkən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir; Maddə 100.2. Aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

28. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür; Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

29. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, 2025-ci il üzrə yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.

30. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarı: 8.2-ci bənd. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

31. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 №-li qərarı: 1-ci bənd. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin: 1.2.1-ci bənd. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı: Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır;

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234.2.1. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir.

34. Beləliklə, göstərilənləri ümumiləşdirərək və işin faktiki hallarına toplanmış sübutlarla birgə məcmu halda hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulmalı, qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunmalıdır.

35. Məhkəmə mülki prosessual qanunvericiliyin tələblərinə əsaslanaraq, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də qiymət verməyi zəruri hesab edir. Belə ki, bu məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, məhkəmə, iddia ərizəsində belə tələbin olubolmamasından asılı olmayaraq, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də qiymət verir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci Cavabdeh alınaraq İddiaçı verilməlidir.

Nəticə:

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulsun. İş üzrə ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar