Məhkəmə qərarları › İş №2(006)-3371/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3371/2021

10.08.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3371/2021 10.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MMC-yə qarşı "müqavilələrin ləğv edilməsi və pul tələbi"nə dair, eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı “AZİNTEROİL" MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilələrin ləğv edilməsi və pul tələbi”nə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MMC-yə qarşı "müqavilələrin ləğv edilməsi və pul tələbi"nə dair, eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı “AZİNTEROİL" MMC cavabdeh İddiaçı qarşı “müqavilələrin ləğv edilməsi və pul tələbi”nə dair iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məhkəməyə barışıq sazişini təqdim edərək, tərəflər arasında yaranmış mübahisənin 10.08.2021-ci il tarixli barışıq sazişi ilə həll edildiyini bildirib, sazişin təsdiq edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MMC-nin nümayəndəsi X2 barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 10.08.2021-ci il tarixli barışıq sazişinin şərtlərinə əsasən birinci tərəf - Cavabdeh MMC tərəflər arasında bağlanmış 01 noyabr 2007-ci il tarixli AZ-100/244 №-li müqavilə əsasında Bakı-Sumqayıt şossesinin 7-ci km-də “ƏR- Riyad” Ticarət Mərkəzində 7-ci xətt, 11 -ci binanın 1 -ci mərtəbəsində yerləşən, ümumi sahəsi 27 kv.m olan 16/2 №-li mağazaya görə ödənilməsi iddia olunan 20000 ABŞ dollarının, 3000 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun əvəzinə qarşılıqlı razılaşma əsasında cəmi 15 000 (on beş min) manat məbləğində pulu bir dəfəyə ikinci tərəfə, yəni İddiaçı ödəməyi öhdəsinə götürür, ikinci tərəf- İddiaçı tərəflər arasında bağlanmış 01 noyabr 2007-ci il tarixli, AZ- 100/244 №-li müqavilə əsasında Bakı-Sumqayıt şossesinin 7-ci km-də “ƏR-Riyad” Ticarət Mərkəzində 7-ci xətt, 11 -ci binanın 1 -ci mərtəbəsində yerləşən ümumi sahəsi 27 kv.m olan 16/2 №-li mağazaya görə ödədiyini bildirdiyi 20000 ABŞ dollarının, 3000 manat pulun və 30 manat dövlət rüsumunun əvəzinə qarşılıqlı razılaşma əsasında cəmi 15 000 (on beş min) manat məbləğində pulu birinci tərəfdən, yəni Cavabdeh MMC-dən almasına razıdır və iddiadan imtina edərək gələcəkdə Cavabdeh MMC-nə qarşı heç bir tələb irəli sürməyəcəyini bəyan edir, bu saziş imzalandığı andan tərəflər arasında bağlanmış 01 noyabr 2007-ci il tarixli, AZ-100/244 №-li müqavilə ləğv edilir, bu barışıq sazişi könüllü icra edilmədiyi təqdirdə, sazişin şərtlərini tərəflər tam və vaxtında yerinə yetirmədiyi halda hazırkı saziş üzrə qəbul ediləcək məhkəmə qərardadına əsasən məcburi icra ediləcəkdir və həmin qərardad öz hüquqi qüvvəsinə görə məhkəmə qətnaməsinə bərabər tutulacaqdır, tərəflər arasında bu saziş ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzim olunur, bu sazişin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu tərəflərə izah edilmişdir, saziş Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olan 2 (iki) əsl nüsxədən ibarət tərtib olunmuş və imzalanmışdır, saziş hər birində 1 nüsxə olmaqla tərəflərdə saxlanılır, tərəflər sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MMC-yə qarşı "müqavilələrin ləğv edilməsi və pul tələbi"nə dair eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı “AZİNTEROİL" MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilələrin ləğv edilməsi və pul tələbi”nə dair iddia ərizələri ilə bağlı mülki iş üzrə tərəflər arasında bağlanmış 10.08.2021-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin. 1.Birinci tərəf - Cavabdeh MMC tərəflər arasında bağlanmış 01 noyabr 2007-ci il tarixli AZ- 100/244 №-li müqavilə əsasında Bakı-Sumqayıt şossesinin 7-ci km-də “ƏR-Riyad” Ticarət Mərkəzində 7-ci xətt, 11 -ci binanın 1 -ci mərtəbəsində yerləşən, ümumi sahəsi 27 kv.m olan 16/2 №-li mağazaya görə ödənilməsi iddia olunan 20000 ABŞ dollarının, 3000 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun əvəzinə qarşılıqlı razılaşma əsasında cəmi 15 000 (on beş min) manat məbləğində pulu bir dəfəyə ikinci tərəfə, yəni İddiaçı ödəməyi öhdəsinə götürür; 2.İkinci tərəf- İddiaçı tərəflər arasında bağlanmış 01 noyabr 2007-ci il tarixli, AZ-100/244 №-li müqavilə əsasında Bakı-Sumqayıt şossesinin 7-ci km-də “ƏR-Riyad” Ticarət Mərkəzində 7-ci xətt, 11 -ci binanın 1 -ci mərtəbəsində yerləşən ümumi sahəsi 27 kv.m olan 16/2 №-li mağazaya görə ödədiyini bildirdiyi 20000 ABŞ dollarının, 3000 manat pulun və 30 manat dövlət rüsumunun əvəzinə qarşılıqlı razılaşma əsasında cəmi 15 000 (on beş min) manat məbləğində pulu birinci tərəfdən, yəni Cavabdeh MMC-dən almasına razıdır və iddiadan imtina edərək gələcəkdə Cavabdeh MMCnə qarşı heç bir tələb irəli sürməyəcəyini bəyan edir; 3.Bu saziş imzalandığı andan tərəflər arasında bağlanmış 01 noyabr 2007-ci il tarixli, AZ- 100/244 №-li müqavilə ləğv edilir. 4.Bu barışıq sazişi könüllü icra edilmədiyi təqdirdə, sazişin şərtlərini tərəflər tam və vaxtında yerinə yetirmədiyi halda hazırkı saziş üzrə qəbul ediləcək məhkəmə qərardadına əsasən məcburi icra ediləcəkdir və həmin qərardad öz hüquqi qüvvəsinə görə məhkəmə qətnaməsinə bərabər tutulacaqdır. 5.Tərəflər arasında bu saziş ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. 6.Bu sazişin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881 -ci maddəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191 -ci maddəsinin məzmunu tərəflərə izah edilmişdir. 7.Saziş Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olan 2 (iki) əsl nüsxədən ibarət tərtib olunmuş və imzalanmışdır. Saziş hər birində 1 nüsxə olmaqla tərəflərdə saxlanılır. 8.Tərəflər sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MMC-yə qarşı "müqavilələrin ləğv edilməsi və pul tələbi"nə dair eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı “AZİNTEROİL" MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilələrin ləğv edilməsi və pul tələbi”nə dair iddia ərizələri üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar