Məhkəmə qərarları › İş №2(006)-3390/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3390/2020

15.09.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3390/2020 15.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin nümayəndəsi və vəkili X3 və "Cavabdeh2" X6 nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinə və "Cavabdeh2" X5rşı "müqavilənin ləğv olunması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinə və "Cavabdeh2" X5rşı "müqavilənin ləğv olunması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı hüquqlarından istifadə edərək (güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslər 3 ildən artıq hərbi qulluqçu olması əsası ilə) Dövlət başçısının xx xxxxx 2016-cı il tarixli, 858 nömrəli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Yasamal rayonu,Xarici dairəvi yolu 8,bina 3,giriş 2 mənzil 42 ünvanında yerləşən ümumi sahəsi 31,7 kvadratmetr olan bir otaqlı mənzil ƏMDK yanında DƏRDX-ini Bakı ərazi idarəsi tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş,qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********671-05301-093037 olan Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş arayışa əsasən onun mülkiyyətinə keçmişdir. Ödəniş “xxxxxxxxxxxxx” ASC-nin Yasamal filialı ilə bağlanılmış xx xxxxxx 2019-cu il tarixli “ Kredit müqaviləsi N 37 "xxxx19" üzrə həyata keçirilmişdir.Müqavilə şərtlərinə əsasəniddiaçı tərəfindən ilkin ödəniş olaraq 3145 manat ödənildikdən sonraYasamal rayonu, Xarici dairəvi yolu 8,bina 3, giriş 2, mənzil 42 ünvanında yerləşən ümumi sahəsi 31,7 kvadratmetr olan bir otaqlı mənzil ipoteka ilə yükü edilməklə, cavabdeh “xxxxxxxxxxxxx” ASC-nin Yasamal filial tərəfindən 28.300 manat məbləğində borc illik 4 faiz olmaqla iddiaçıya ödənilmiş,kreditin və faizlərin aylıq 153 manat ödənilmək şərti ilə 287 aylıq qrafik müəyyən edilmişdir.Qrafik üzrə ödəmələr gecikdirilmədən ödənilir. Mənzillərin seçilməsi elektron portal vasitəsilə həyata keçirilərkən ailə üzvlərinin sayının çoxluğundan (atası və anası da daxi olmaqla 6 nəfər) 3 otaqlı mənzil tələbatlarını ödəyəcəyi ehtimalı ilə nəzərdə tutulsa da, seçim mərhələsində istəkləri baş tutmamışdır. Sonradan dəyişə bilmək imkanı nəzərə alınaraq bir otaqlı ümumi sahəsi 31,7 kvadratmetr olan mənzilə hüquqları təmin edilmişdir. 6 nəfər ailə üzvünün həmin mənzildə birgə yaşaması mümkünsüzdür.Göstərilənləri nəzərə alaraq Yasamal rayonu,Xarici dairəvi yolu 8,bina 3, giriş 2, mənzil 42 ünvanında yerləşən ümumi sahəsi 31,7 kvadratmetr olan birotaqlı mənzil 3 otaqla əvəzləşdirilməsi mümkünlüyünü təmin etməyin mümkünsüzlüyü halında “xxxxxxxxxxxxx” ASC-nin Yasamal filialı tərəfindən bağlanılmış xx xxxxxx 2019-cu il tarixli “ Kredit müqaviləsi N 37 "xxxx19" müqaviləsinin dəyişdirilməsi və ya ləğv olunması cavabdehlərdən xahiş olunsa da, hüquqi prosedurların yolverməzliyini əsas gətirərək imtina olunmuşdur. Göstərilənlərə əsasən cavabdeh “xxxxxxxxxxxxx” ASC-nin Yasamal filialı ilə bağlanılmış xx xxxxxx 2019-cu il tarixli “ Kredit müqaviləsi N 37 xxxx19” -un ləğv edilməsi, ipoteka ilə yüklü edilmiş Yasamal rayonu, Xarici dairəvi yolu 8,bina 3, giriş 2, mənzil 42 ünvanında yerləşən ümumi sahəsi 31,7 kvadratmetr olan bir otaqlı mənzilin hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitdən ilkin ödəniş olaraq cavabdehə ödənilmiş 3145 manat və məhkəmə baxışı yekunlaşanadək ödənilmiş aylıq 153 manat pulun iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin nümayəndəsi və vəkili X8 iddia tələbinə etiraz edərək, bildirdi ki, iş üzrə iddiaçı xx.xx.2017-ci il tarixdə “Güzəştli mənzil” sisteminin operatoru Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “xxxx” MMC-yə müraciət edərək “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq mənzilləri güzəştlə əldə etmək hüququna sahib olmaq üçün tələb olunan sənədləri təqdim etməklə, elektron kabinetin verilməsini xahiş etmişdir. İddiaçıya xx.xx.2017-ci il tarixdə **********2827xxxxxxx qeydiyyat nömrəli güzəştli mənzil seçimində iştirak etmək üçün elektron kabinet verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na əsasən Agentliyin birinci layihəsi olan X1 1-5 saylı binaları üzrə 46 mənzil, həmçinin 6 və 7 saylı binalarında yerləşən 128 mənzilin, ümumilikdə 174 mənzilin satışı prosesinə xx.xx.2019-cu il tarixində saat 11:00-da başlanılmış və “Güzəştli mənzil” sistemi üzərindən mənzillərin elektron seçimi qısa müddətdə uğurla başa çatmışdır. Göstərilən tarixdə İddiaçı elektron qaydada “Güzəştli mənzil” sistemində iştirak edərək X2 yerləşən bina 3, mənzil 42 saylı əmlakı könüllü olaraq seçmişdir. X2 satışa çıxarılan 174 mənzili seçən vətəndaşlardan 16-sı öz vəsaiti hesabına, 158-i, o cümlədən iddiaçı güzəştli ipoteka krediti hesabına əldə etmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 may tarixli 1418 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Güzəştli mənzil” sistemi haqqında Əsasnamə”yə uyğun olaraq satışa çıxarılan 174 mənzilin seçimi “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilmişdir. Belə olan təqdirdə iddiaçının əldə etdiyi mənzildən otaq sayını bəhanə gətirərək imtina etmək cəhdi qəbul edilməzdir. Çünki göstərilən tarixdə mənzillərə sahib olmaq iddiasında olan elektron kabinet sahiblərinin qanunla qorunan mənafeləri iddiaçının seçiminə görə təmin olunmur və bu halda cavabdeh olaraq təşkilatımız real alıcıları itirərək əldən çıxmış fayda ilə üzləşmək təhlükəsi ilə qarşılaşır. Nəzərə alınsa ki, birotaqlı mənzil ipoteka krediti vəsaiti hesabına 28 300 (iyirmi səkkiz min üç yüz) manat kredit rəsmiləşdirilməsi yolu ilə iddiaçının mülkiyyətinə qəbul olunmuşdur, bu halda həmin vəsaitin illik 4 faiz dərəcəsi ilə 24 il müddətinə iddiaçının qeyd etdiyi kimi, aylıq 153 (bir yüz əlli üç) manat ödənişlə qaytarılması nəticədə 43 911 (qırx üç min doqquz yüz on bir) manat ümumi həcmdə icra olunacaq öhdəliyi nəzərdə tutur. İddiaçının həmin əmlakın açıq hərracda satışı yolu ilə mənzildən imtina etməsi qanunla yolverilməzdir. Həmin niyyət icazə verilən olsa belə, məhkəmə tərəfindən ekspertiza təyin olunması və ya əmlak bazarında peşəkar mütəxəssis dəvət etməsi ilə nəticələnəcək. Çünki əmlakın dəyəri kimi onun likvid, yaxud bazar qiyməti əsas götürülür. Bu zaman müqavilə tərəflərinin iddiaçıdan savayı həm Cəmiyyət, həm də “X12” ASC olduğunu əsas götürsək, birotaqlı mənzilin kredit qalığının həcmində ilkin satış qiyməti ilə satışa çıxarılmasının hər iki cavabdehin maraqlarına qismən cavab verdiyi halda, eyni zamanda mövcud normalarla uzlaşmır. Belə ki, göstərilən tədbir əmlak bazarında tələb və təklif əsasında təşəkkül tapmış qiymət strategiyasına uyğun deyil. Beləliklə, həmin mənzilin təqribən 30 000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılması həm Cəmiyyətin, həm də Bankın mənafeyinin təmin olunması üçün kifayət deyil. “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdirlər. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqdadırlar. Həmin şəxslər elektron kabinetlərində “Satış/Mənzillər” bölməsinə daxil olaraq “erkən gələnə erkən xidmət” prinsipi (satış başladığı anda sistemə daxil olaraq mənzili ilk seçən şəxslər onu almaq imkanı əldə edir) əsasında mənzilləri seçə bilirlər. Belə olan halda iddiaçının qeyd etdiyi kimi üçotaqlı mənzil əldə etmək istədiyi halda məcbur qalaraq və onun sonradan əvəzləşdiriləcəyinə ümid edərək birotaqlı mənzil seçməyə məcbur olmasında ifadə olunan hərəkətləri heç də ona müqavilənin ləğvinə və ya dəyişdirilməsi üçün hüquqi əsas vermir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "Cavabdeh2" X6 nümayəndəsi X9 iddia tələbinə etiraz edərək, tələbin əsassız olduğuna görə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşin materiallarında olan "Cavabdeh2" ASC ilə İddiaçı arasında bağlanmış 37xxxx19 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən İddiaçı illik 2% olmaqla, 287 ay müddətinə 28300 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən kredit borcalana ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüquqları ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2017-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********71-05301-093037 olan Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən müəyyən edilən daşınmaz əmlakın alınmasına verilir. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 1 İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 2690 saylı reyestr kitabının 250601 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyat aparılmışdır. İşin materiallarında olan Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Güzəştli mənzil” sistemi vasitəsilə əldə edilmiş mənzillərin əvəzləşdirilməsi hallarına yol verilməsi Azərbaycan Respublikasının qanunverciliyi ilə nəzərdə tutulmadığından tərəfindən qaldırılan məsələlərin həlli hazırda mümkünsüz hesab olunur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "Cavabdeh2" ASC ilə İddiaçı arasında mənzilin alınması məqsədilə kredit müqaviləsi bağlanmış, hazırda iddiaçı həmin kredit müqaviləsinin ləğv edilməsini, ipoteka ilə yüklü olan mənzilin hərrac yolu ilə satılmasını və satışdan əldə olunan vəsaitdən ödəmiş olduğu pulun geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə qeyd edir ki, İddiaçı ləğv edilməsini tələb etdiyi müqavilədə göstərilən şərtlərlə razılaşaraq cavabdehlərlə həmin müqaviləni bağlamış və qeyd olunan müqavilə əsasında öz üzərinə borcun vaxtında və tam şəkildə ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. Habelə, hazırki işə baxılarkən iddiaçının cavabdehlər ilə müqaviləni bağlayarkən həmin müqavilənin şərtləri ilə tanış olmağa ona hər-hansı maneçiliyin olunması, cavabdehlər tərəfindən aldadılması halı öz əksini tapmamışdır. Göründüyü kimi müqavilənin ləğvi üçün heç bir əsas yoxdur. Məhkəmə iddiaçının ipoteka predmetinin hərraca çıxarılması tələbi ilə bağlı qeyd edir ki, yalnız ipoteka saxlayan qismində Bank əmlakın açıq hərracda satışa çıxarılmasını tələb edə bilər. Belə ki, ipoteka qoyan kimi iddiaçının bu cür hüququ nə qanunda, nə də müqavilədə nəzərdə tutulmuşdur. Yəni onun buna subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, cavabdehlər tərəfindən müqavilənin pozuntusuna yol verilməmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi səbəb, yəni 6 nəfər ailə üzvünün olması ilə onların mənzildə yaşayışının təmin oluna bilməməsi müqavilənin ləğvi üçün əsas ola bilməz. Ona görə ki, həmin vəziyyət müqavilə bağlanılan zaman iddiaçıya məlum idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinin ikinci cümləsində qeyd olunur ki, şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Belə olan təqdirdə iddiaçı 6 nəfər ailə üzvü ilə həmin mənzildə məskunlaşacağını əvvəlcədən görə bilmişdir. Bu halda şəraitin əhəmiyyətli dərəcədə dəyişməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsinin 2.1-ci maddəsinə görə, Agentliyin əsas məqsədi Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə (uyğun qiymətə mənzil təminatına) şərait yaratmaq üçün onun sərəncamına verilmiş torpaq sahələrində müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən yaşayış binalarının və digər tikinti obyektlərinin tikintisini təşkil etmək, habelə həmin torpaq sahələrində ərazi planlaşdırılması, layihələndirmə və memarlıq sahələrində siyasətin həyata keçirilməsində iştirak etmək və fəaliyyəti əlaqələndirməkdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 may tarixli 1418 nömrəli Fərmanı ilə təsdiq edilən “Güzəştli mənzil” sistemi haqqında Əsasnamənin 3.1-ci bəndində göstərilir ki, elektron sistemin tətbiqinin məqsədi Qaydaya uyğun olaraq satışa çıxarılan mənzilləri güzəştlə almaq istəyən şəxslər üçün bərabər şərait yaradılmasından, onlar üçün mənzilləri güzəştlə almaq prosedurunun sadələşdirilməsindən, müraciətlərə baxılma zamanı şəffaflığın və operativliyin təmin edilməsindən, habelə informasiyakommunikasiya texnologiyalarının imkanlarından faydalanaraq tələb olunan sənədləri real vaxt rejimində əldə etməklə, sərf olunan vaxta və xərclərə qənaət olunmasına, göstərilən xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılmasına nail olmaqdan ibarətdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinə və "Cavabdeh2" X5rşı "müqavilənin ləğv olunması" tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinə və "Cavabdeh2" X5rşı "müqavilənin ləğv olunması" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar