Məhkəmə qərarları › İş №2(006)-3402/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3402/2023

14.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3402/2023 14.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər X8 və Cavabdeh1-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurduqları mənəvi zərərə görə 5*** manat məbləğində pulun və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödədiyim 71 manat dövlət rüsumunun cavabdehlər X6 və Cavabdeh1-dən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanda yerləşən “Draft" MTK-ya məxsus binada 17.*4.2*21-ci il tarixdən *1.*2.2*23-cü il tarixə kimi komendant köməkçisi işləmişdir. X5 hazırki iş uzrə cavabdeh olan X7 anasıdır. ünvan 1 ünvanda yerləşən "Draft MTK-ya məxsus binada komendant köməkçisi işlədiyi ərəfədə yəni 15.11.2*21-ci il tarixdə, saat 1*:34-də X1 otağına gələrək onu nəlayıq küçə söyüşləri ilə təhqir etmişdir. Sonra o, Daxili İşlər Nazirliyinin “1*2” xidmətinə zəng vurub baş verən hadisə barədə məlumat vermişdir. X5 inzibatı xəta törətməyə görə 1*1 manat məbləğində cərimə olunmuşdur. Bundan əlavə cavabdehin qardaşı X1* onu təhqir edib döyərək bədən xəsarəti yetirdiyi üçün şikayəti əsasında onun barəsində cinayət işi başlanmış və Nəsimi Rayon Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. *8.*7.2*23-cü il tarixdə X5 heç bir əsas olmadan barəsində polisə şikayət etmiş və Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektoru Babayev Həmzə İXM-nin 51*-cu maddəsi ilə protokol tərtib edib onu Nəsimi Rayon Məhkəməsinə aparmışdır. Nəsimi Rayon Məhkəməsi əməlində inzibati xəta tərkibi olmadığı üçün işə xitam vermişdir. Bütün bu olanlar azmış kimi indi də X11 onun video görüntülərini sosial şəbəkələrdə yayaraq onu alçaldır. Belə ki, X7 anası X5 ünvan 1 ünvanda yerləşən "xxxx" MTK-ya məxsus binada komendant işləyir. X11 da ona bəzi işlərdə kömək edir. Binanın təhlükəsizlik kameralarına nəzarət edən X11 həmin kameralar vasitəsilə çəkilmiş video görüntüləri əldə edərək, həmin görüntülərin “Tik-Tok” sosial şəbəkəsində və “Bakufakt.az” saytında paylaşılmasına səbəbkar olmuşdur. Həmin görüntülərin altından "lift manyakı peyda olub" sözləri də yazılmışdır. Həmçinin onun dəniz kənarında avtomobil sürdüyü video görüntü də “Bakufakt.az” saytına yerləşdirərək, altından "dənizkənarı istirahət zonasında növbəti avtoxuliqanlıq” sözləri yazılmışdır. Görundüyu kimi Cavabdeh1-yə məxsus olan “Bakufakt.az” saytı da heç bir araşdırma aparmadan, avtoxuliqanlıq, manyaklıq etmədiyi halda video görüntülərinin altına lift manyakı, avtoxuliqan ifadələri yazaraq görüntülərini yayımlamaqla onun konstitusion huquqlarını pozmuşdur. Bu hadisələrdən sonra o, qohumlar, dostlar, qonşular arasında çox utanc vəziyyətə düşmüşdür. Nişanlı olduğu qızın ailəsi valideynlərinə zəng vuraraq nişanı geri qaytaracaqlarını bildirmişlər. O, yolda, kuçədə olarkən bəzi insanlar onu barmaqla gostərməklə lift manyakı demişlər. Ondan xəbərsiz gizlin şəkildə video, görüntülərinin əldə olunması və sosial şəbəkələrdə yayılması onun şərəf və ləyaqətinin alçalmasına səbəb olub. Bütün bu olanlar ucbatından mənəvi sarsıntı və iztirab yaşayır. Keçirdiyi stres və həyəcan, eləcə də gülünc vəziyyətə məruz qalması nəticəsındə yaşadığı ürək ağrılar, sarsıntılar ona çox pis təsir etmişdir. Bu hadisələr indiyə kımi bitmir. İçində olan sarsıntı və həyəcan normal həyat yaşamasın mane olur. Yaşadığı bu çətinlikləri mənəvi zərər olaraq 5*** manat həçmində dəyərləndirir və hesab etmişdir ki, mənəvi zərərin əvəzi olaraq 5*** manat məbləğində pul vəsaiti cavabdehlər X6 və Cavabdeh1-dən müştərək qaydada tutularaq ona ödənilməlidir. Həmçinin hesab etmişdir ki, cavabdehlərdən mənəvi zərərin məbləği tutularsa, onlar bir daha nə onu nə də başqa şəxsləri bu yolla təhqir etməz, barələrində yalan məlumat yaymaz və bilərlər ki, hər kəsin şərəf və ləyaqəti, şəxsi həyatı toxunulmazdır və buna dövlət tərəfindən təminat verilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, X3 cavabdeh qismində işə cəlb edilməsini xahiş etdi. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər X11 və X4 qarşı tələbinin olmadığını bildirməklə, iddiasının yalnız Cavabdeh1-yə olan hissədə müdafiə etdiyini qeyd etdi. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22.*8.2*23-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1-yə, X8 və X4 qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işin icraatına “mənəvi zərərin cavabdehlər X11 və X2 tutulması” hissəsində xitam verilməsi qərara alınmışdır. Daha sonra Cavabdeh2 cavabdeh qismində cəlb edilmişdir. Sonradan İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 5*** manat məbləğində pulun və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödədiyi 71 manat dövlət rüsumunun Cavabdeh1-dən deyil, “Bakufakt.az” saytının rəhbəri Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin qeyd etdi, saytda yayımlanan məlumatın təkzib edilməsini istəmir, ona dəymiş mənəvi zərərin əvəzini istəyir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini etiraf etməyərək, izahatında bildirdi ki, o, Bakufakt.az saytının rəhbəridir. İlk olaraq bu məlumat “Tik Tok” sosial şəbəkəsində yayımlanmışdır. Daha sonra başqa bir saytda yayımlanmış, o, da həmin saytdan götürməklə məlumatı paylaşmışdır. Məlumatın mənbəyi onun saytı olmadığından, məlumatın doğruluğuna və ya əksinə görə məsuliyyət daşımır. Eyni zamanda qeyd etdi ki, İddiaçı barəsində saytda yayımladığı məlumatın təkzib edilməsinə hazırdır. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarından görünür ki, “Bakufakt.az” saytında “Lift manyakı peyda olub” başlığı altında: “ünvan 2 ünvanda yerləşən Draft Construction binasında sakin kimi yaşayan İddiaçı adlı şəxs binada yaşayan hər kəsi bezdirib. Belə ki, həyətdə olan zaman hər kəsin yanında pis soyüşlər soyür. Əlavə olaraq liftdə olan komendant elanlarını cırır, kameralara söyüşlər və əl işarələri ilə pis hərəkətlər edir. Bu barədə dəfələrlə 1*2 qaynar xəttinə zəng etsək də, 21-ci polis bölməsi hər dəfə bu şəxs barədə olçü gotürmür. Bildirirlər ki, Nəsimi polis idarəsindən icazə verilmir ki, bu şəxs barədə ciddi ölçü götürülsün.Yalnız hər dəfə izahat alıb buraxrlar. Sonuncu dəfə sahə müvəkkili Həmzə Babayev sənədləri yığıb Nəsimi Rayon Məhkəməsinə versə də, hakım Anar ibadzadə əldə olan bütün videogörüntülərə rəğmən heç bir cəza növü tətbq etmədi, cərimə belə yazmadı. Artıq məhkəmə də bu şəxs barəsində tədbir görmur. Zəhmət olmasa aidiyyəti orqanların bu şəxsn haqqında ölçu goturməsi üçün paylaşasınız” yayımlanmışdır. İş materiallarından görünür ki, “Bakufakt.az” saytında “Dəniz Kənarı istirahət ərazisində növbəti avtoxuliqanlıq” başlığı altında: “Liftdə qeyri etik hərəkətlər edən şəxsin növbəti video görüntüləri. Dəniz kənarı istirahət ərazisində avtoxuliqanlıq edərək insanların istirahətinə açık şəkildə mane olur. İnanırıq ki, video görüntülər araşdırıldıqdan sonra qanuna müvafiq qaydada tədbir görüləcək” yayımlanmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən 31.*1.2*22-ci il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı 17.*4.2*21-ci il tarixindən "xxxx" MMC-də komendant köməkçisi vəzifəsində işləyir və aylıq əmək haqqı 5** manat təşkil edir. İş materiallarından görünür ki, “Bakufakt.az” saytının rəhbəri Cavabdeh2dur. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14.*5.1999-cu il tarixli qərarının 3-cü bəndində tövsiyyə olunmuşdur ki, "məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə əsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Həmin Plenum qərarının 1-ci bəndinin 2-ci hissəsinə əsasən məhkəmələrə izah edilsin ki, Mülki Məcəllənin 7-ci maddəsində müəyyən ounmuş qaydada təşkilatların və vətəndaşların işgüzar nüfuzu da müdafiə oluna bilər. Mülki Məcəllənin 23.1-23.3-cü maddələrinə görə isə, fiziki şəxs onun şərəfini, layaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Plenum qərarında qeyd olunduğu kimi məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məhkəmə qeyd edir ki, iddiaçının barəsində yayılan məlumat cəmiyyətdə, əmək kollektivində iddiaçının barəsində mənfi rəy yaratmışdır. Həmin məlumatları cavabdehlər saytda dərc etməklə yaymışlardır. İddiaçının barəsində yayılmış məlumatın doğru olduğunu sübut etmə vəzifəsi məlumatı yayan şəxslərin – cavabdehlərin üzərinə düşür. Cavabdehlər məlumatın doğru olduğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişlərdir. Məhkəmə hesab edir ki, iddiaçı şərəf və ləyaqətini ləkələyən məlumatların cavabdehlər tərəfindən təkzib edilməsini və ondan üzr istənilməsini tələb etmədiyindən, yalnız bu məlumatların yayılması nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsini məhkəmə qaydasında tələb etdiyindən, məhkəmə yalnız verilmiş tələbə baxmaqla vurulmuş mənəzi zərərin əvəzinin tutulması məsələsinə qiymət verməklə, həmin məbləğin miqdarını müəyyən etməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun *3 noyabr 2**8-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınladırmağa borcludur. Məhkəmə iddiaçı tərəfin izahatına və işdə olan sübutlara əsasən hesab edir ki, cavabdehlər tərəfindən iddiaçı barəsində “Bakufakt.az” saytında dərc olunmuş “Dəniz kənarı istirahət ərazisində növbəti avtoxuliqanlıq” və “Lift manyakı peyda olub” məqalələrinin məzmunu ayrı-ayrı şəxslər, habelə cəmiyyət üzvləri arasında onun barəsində mənfi rəy yaratdığından iddiaçıda mənfi psixi reaksiyaya səbəb olmuş və o, mənəvi sarsıntı keçirərək mənəvi zərər çəkmişdir. Məhkəmə hesab edir ki, mənəvi zərərin əvəzinin 2** manat müəyyən edilməsi ağlabatandır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 vurulmuş mənəvi zərərin əvəzi kimi 2** manat alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-cü maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 3* manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 41 manat isə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-22*-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh2 vurulmuş mənəvi zərərin əvəzi kimi 2** manat və ödənilmiş dövlət rüsumuna görə 3* manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. İddiaçı tərəfindən ödənilmiş 71 manat dövlət rüsumunun qalan 41 manatı özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar