Məhkəmə qərarları › İş №2(006)-3403/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3403/2022

24.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3403/2022 24.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, İddiaçı cavabdehlər Cavabdeh1nə və Fövqəladə Hallar Nazirliyi X1rşı “əmək münasibətləri şəraitində dəymiş maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1nə və Fövqəladə Hallar Nazirliyi X1rşı “əmək münasibətləri şəraitində dəymiş maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin bərpa olunmaqla, bu müqavilə üzrə ona dəymiş 12 755 manat ziyanın (bəlkə də, 17 200) ödənilməsi və müəssisənin işləri üçün nağd şəkildə xərclədiyi 16 220 manat (müəssisənin xeyrinə xərclədiyi 40 000 manatı istəmədən), ümumilikdə 28 975 (iyirmi səkkiz min doqquz yüz yetmiş beş) manat maddi, sağlamlığına dəyən zərərlə əlaqədar xərclədiyi 4 500 manat və 35 725 manat mənəvi ziyanın (yekun olaraq 69 200) Cavabdeh1 MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-812/2022 saylı qərardadı ilə isə iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Qeyd edilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ilkin araşdırılaraq müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mediasiya haqqında qanunvericiliyin tələblərinə əməl olunmamış, belə ki, iddiaçının ilkin mediasiya sessiyasında iştirak etmək üçün Mediasiya Şurasına müraciət etməsinə dair məlumat iddia ərizəsinə əlavə edilməmişdir. Halbuki, iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etmək üçün Mediasiya Şurasına müraciət etməlidir. (Mediasiya Şurasının əlaqə vasitələri - əlaqə nömrələləri: +**********86; +**********87; +**********52, internet səhifə: mediasiya.org). Çünki xx.xx.2019-cu il tarixdə qəbul edilmiş "Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra - Qanun) xx.xx.2021-ci il tarixdən tam olaraq qüvvəyə minmişdir və artıq vətəndaşlar ailə və əmək münasibətlərindən irəli gələn mülki mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. “Mediasiya haqqında” Qanunun 3.1 və 3.1.3-cü maddəsinin tələbinə görə, əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. Qanunun 27.1 və 27.1.1-ci maddələrindən görünür ki, əmək münasibətlərindən irəli gələn fərdi əmək mübahisələri bu Qanuna uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilər. Sözügedən Qanunun 28.1-ci maddəsinə görə, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Mülki Prosessual Məcəllənin 149.2.4-1-ci maddəsinin tələbinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Mülki Prosessual Məcəllənin 152.1.6-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1nə və Fövqəladə Hallar Nazirliyi X1rşı “əmək münasibətləri şəraitində dəymiş maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar