Məhkəmə qərarları › İş №2(006)-3418/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3418/2020

01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3418/2020 01.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, X7 qızının katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X2rşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X2rşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,iddiaçı hərbi xidmət zamanı aldığı ağır xəstəliyi görə 1998-ci ilə ordudan tərxis olunub. Həkim rəyi var və İİ qrup əlillik dərəcəsi alıb və əlilliyin səbəbi hərbi xidmət zamanı aldığı həmin xəstəlikdir. Bu barədə tibbi fakt hüquqi qiymətini alıb, rəy var, ərizəyə əlavə edilib. Həmçinin heç bir halda, heç bir subyekt tərəfindən, o cümlədən cavabdehdən verilən cavabda bu fakt və onun hüquqi nəticəsi mübahisələndirilməyib. Belə ki, 1996-cı ilin oktyabr ayında hərbi xidmətə getmişdir. Daxili qoşunlarda xidmət etmişdir. İş görən zaman mədəsində ağrılar başlamışdır. Hərbi hissənin tibb məntəqəsinə gətirilməsi yadındadır. Sonra koma vəziyyətinə düşmüşdür. Tibb məntəqəsinin təcili yardım maşını ilə M.Nağıyev adına xəstəxanaya aparılmışdır. Tibb məntəqəsinin məsul şəxsinə deyilib ki, mədə deşilib, təcili əməliyyat lazımdır. Amma bunun üçün pul ödənilməlidir. Məsul şəxs bu sözü eşidəndə onu xəstəxanada tək qoyaraq getmişdir. Bu zaman o, koma vəziyyətində olmuşdur. O, palatadan çıxardıraraq, texniki xidmət otağına qoyublar. Təsadüfən otağa gələn tibb işçisi onu tər içində görüb paltarlarını dəyişib. Koma vəziyyətində olduğu üçün heç bir suala cavab ala bilmədikdə cibində oan dəftərçədə olan telefon nömərələrinə zəng edib. X9 xəstəxanaya gəlib. O da Kürdəmirdəki qohumu Zeynalov Zeydullaya zəng edərək onun ağır vəziyyətində olmasını xəbər verib. Həkim valideynləri gələnə qədər qanının zəhərlənəcəyinin, qan itirmədən ödəcəyi üçün təcili əməliyyat olunmasını söyləyib. Qohumu A.Abbasov tələb olunan məbləği ödədikdən sonra onu əməliyyat ediblər. 5 gündən sonra koma vəziyyətindən ayılmışdır. O müddətdə hərbi hissədən heç kim onunla maraqlanmayıbdır. Sonra sənədlərini hərbi hissəyə təqdim etmişdir. Hərbi hissə onu Sahil sahəsində yerləşən hospitala göndəriblər. Hospitalda komissiya yaradılıb. Komissiyanın 331 saylı xx.xx.1998-ci il qərarına əsasən xidmətə yararsız hesab edilərək ordudan vaxtından qabaq azad olunmuşdur. Uzun illər hərbçilərin sığortası 1997-ci ildən bəri bu barədə qanun mövcud olsa da tam və lazımi həcmdə uzun illər verilmədi, verilənlərlə bağlı mütəmadi süründürməçilik, çoxsaylı məhkəmə mübahisələrinə yol açılırdı. Üstəlik qanun əsas aktı hərbi əməliyyatların getdiyi dövrdə şəhid olmuş və ya xəsarət almış şəxsləri qoruma altına almırdı. Bu da həmçinin haqsız ayrı-seçkilikdən dolayı narazılıq, məhkəmə işləri, kütləvi etiraz aksiyaları və s.ilə nəticələnirdi. Sair bu kimi hamıya bəlli olan hallar onunla nəticələndi ki, yalnız cənab Prezidentin xx.xx.2018-ci ildəki yeni Fərmanı ilə məlum sığorta ödənişlərinin, xalq dilində şəhid pulu, qan pulu, əsgərlərin can haqqı deyilən pulların kütləvi şəkildə verilməsi nəhayət ki vüsət aldı. Bu zaman çoxsaylı pozuntu, dövlət orqanlarının uzun illər əvvəl bu və ya digər bəhanələrlə xeyli insanları əziyyətə saldığı və bu məbləğlərdən məhrum buraxması, şəhid olmuş, yaralanmış və ya xəstəlik tapmış – bir sözlər bu və ya digər dərəcədə dövlət və Vətən üçün can qoymuş hərbçilərin puluna bu cür münasibət mənəvi mülahizələrə görə ciddi tənqidə də daim məruz qalıb, ictimai təşkilatlarda, mətbuatda, indiyədək də bu məsələlərlə bağlı səngiməyən çoxsaylı məlumatlar, məhkəmələrdə də xeyli proseslər gedir. Üstəlik belə bir ədalətsiz yanaşma da uzun müddət mövcud idi ki, xəstəlik və xəsarətlər arasında da qanunda ayırd edilmiş vəziyyətdən daha artıq, qeyriformal bir eksessiv fərqləndirmə müşahidə edilir, aktiv əməliyyatlar dövrü xəsarət alanlara ən yuxarı kateqoriya həkim rəyləri belə verilməsi dəfələrlə məhkəmə çəkişməsinin predmeti olub, bunlar pis-yaxşı, az-çox verildiyi halda, atəşkəs özlüyündə nə sülh nə hərb vəziyyəti olduğu üçün, yəni rəsmi olaraq müharibə bitmədiyi üçün real ölüm riski hər gün hər an eyni cəbhə xəttində hələ də qaldığı halda, buna baxmayaraq 1998-ci ildən sonra eyni cəbhə xəttində ağır xəstəlik alanlara, yaxud eyni düşmənin eyni yerdəki gülləsindən və s. xəsarət alanlar məhz ərazi bütövlüyü uğrunda bu xəsarəti almış müharibənin aktiv fazası dövründəkilərə nisbətən fərqli münasibət də çoxdan praktikada mövcud olmuşdur. Çoxsaylı bürokratik sənədləşmə və s.səhvləri, boşluqları, çatışmazlıqlar və s. dövlət orqanları tərəfindən bəzən etiraf da edilib. Dolayısı ilə, istər sığortanın özünün təyini olsun, istər sosial hərbçi təminatının bu növünün alınmasına dair prosesin başqa həlqələri olsun, çoxsaylı problemlər, sistematik və kütləvi ləngimə, laqeydlik, süründürməçilik adi bir hal olmuşdu və Fərmandan sonra praktik olaraq əməli çısrayış nəhayət ki oldu. Xalq tərəfindən də bu addım geniş alqışlandı, rəhbətlə qarşılandı. Məsələ burasındadır ki, ən ağır kateqoriyalar üzrə – şəhid olmuş canını vermiş insanlarla bağlı və ondan üzü aşağı digər hallarla bağlı məsələrə əsasən yönəlmiş olsa da, Fərmanın geniş kompleks yanaşması, üstəlik də mexanizmin işə düşməsi, rəsmi nazir postlu şəxsin dilindən konkret məbləğlərin ayrılmasının elanı və s., həm də o məsələdə ümidləri artırdı ki, daha sonrakı illərdə və daha aşağı kateqoriyalı xəsarət alanların, xəstəliklə təxris olunanların da dərdinə əlac ediləcək bu məsələdə, onların da sığorta və s. nə pulları varsa veriləcək, daha doğrusu verilməsində əsassız bəhanə,bürokratiya və süründürməçilik nəhayə aradan qaldırılacaq. Zira, əvvəlki steretipik yanaşmanın yaratdığı sosial andtropploji təsirə görə, insanlar qəhrəmanlığı, döyüşkarlığı, fədakarlığı ad çıxarmış şəhidlərin ailələrinin belə bu pulu ala bilməməsindən, uzun müddət etirazların, müraciətlərin səmərəsiz qalmasından, dövləti irdəsinin ən yüksək səviyyədə təzahürünün gecikməsindən rəncidə olmuş, ümidsizliyə qapılmış, sistematik problem özündə acizləşdirilmişdi və bundan sonra ümidlər və müraciətlər genişləndi. Mətbuatdan ifa görünür ki, mövzu yenidən məhz bu dövrdən sonra geniş işıqlandırıldı, kütləvi izahlar, işiqlandırmalar oldu. Buna qədər isə insanlar fərdi qayda öz haqlarının verilməsi üçün çoxsaylı müraciətlər, etirazlar edir, sistematik problemlə baş edə bilmir, öhdəsindən gəlməkdə olmazın çətinliklər çəkirdilər. İddiaçı da belə şəxslərdəndir. Buna görə də, haqqı çatan məlum məbləği almaq üçün iddiaçı da hərbçilərin sığorta məsələsini təzədən aktuallaşdıran, ən ağır fərmandan əvvəl də, sonra da ərizə ilə müraciət edib. Xidmət zamanı ağır xəstəlik qazanması nəticəsində əlil olması faktına əsasən icbari-hərbi sığorta Qanunun 2,5 və 7-ci maddələrinə əsasən cavabdeh təşkilata müraciət edib, ona həmin Qanunun 5-ci maddəsinin «ç» bəndinə əsasən 11.000 manat sığorta məbləğinin müvafiq nisbətinin ödənilməsini xahiş edir. Cavabdeh təşkilat xx.xx.2016-cı il tarixli 07-07-820 №-li cavab məktubu ilə iddiaçının ərizəsinə baxmaqdan imtina edib. Cavabdeh təşkilat öz mövqeyini növbətilərlə ifadə edib ki, həmin Qanunun 7ci maddəsinin sonuncu abzasına görə iddiaçının sığorta hadisəsindən 3 il ərzində haqqı var imiş müraciət etsin və o bu haqqı buraxıb. Ona görə də tələb olunan ödənişin verilməsi qeyri-mümkündür. Sonradan dəfələrlə etdiyi müraciətlərə də eyni cavab verilib. Ombudsmanın müdaxiləsi ilə bəzi həmkarlarının uğurunu görüb ora da müraciət edib, lakin Ombudsman da cavabdehin verdiyi cavabın məzmunun üzdənköçürməsi olan bir formal və nəticəsiz cavabla münasibətini bildirib. Göstərilənlərə əsasən sığortaolunan İddiaçı hərbi xidmət zamanı dücar olduğu ağır xəstəlik üzrə sığorta hadisəsinə görə «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» AR Qanunun 5-ci maddəsinin «Ç» bəndinə əsasən 11.000 (on bir min) manat sığorta ödənişinin İİ qrup əlillik üçün müəyyən olunmuş 60%-nin – 6600 manat ödənişin cavabdeh Azərbaycan Respublikası Dövlət X3 tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət X4 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi X1 SER TSE-01 № 579246 nömrəli arayışının surətindən görünür ki, İddiaçı hərbi xidmət dövründə alınması ilə əlaqədar ikinci qrup müharibə əlilidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN DQ Hospital HHK-nın 327/98 saylı xəstəlik haqqında şəhadətnamənin kserosurətindən görünür ki, İddiaçı diaqnozu: «On iki barmaq bağırsağın xorasının parforasiyası və yayılmış irinli peritoniti ilə əlaqədar aparılmış lapatomiya, on iki barmaq bağırsağın perforatik xorasının tikilməsi, omentopeksiya, qarın boşluğunun toxuması, liqatura fistulası.Hipertonik qastrit, reflüks izofaqit». Xəstəliyi hərbi xidmət müddətində alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X4 İddiaçı ünvanladığı xx.xx.2016-cı il tarixli, 07-07-820 saylı məktubdan görünür ki, sığorta ödənişinin verilməsi qeyri-mümkün hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X4 İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli, 07-07-63 saylı məktubdan görünür ki, İddiaçı əlilliyi ilə əlaqədar hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsi barədə ərizədə qeyd olunan məsələ ilə əlaqədar İddiaçı xx.xx.2016-cı il tarixli, 07-07-820 saylı məktubla cavab verilməsini göstərilmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə ikinci qrup əlil olmuşdur. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, 11.000 manat sığorta məbləğinin 60 faizi, yəni 6600 manat iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmaqla, cavabdeh Azərbaycan Respublikası Dövlət X3 6600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişi alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət X3 6600 (altı min altı yüz) manat məbləğində icbari şəxsi sığorta ödənişi alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar