Məhkəmə qərarları › İş №2(006)-3420/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3420/2022

22.06.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3420/2022 22.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Tağıyeva Natavan Tağı qızı İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı verilən iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İM : İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il tarixli, 277/S saylı kredit müqaviləsinin ləğv edilməsi və 9841.33 manat məbləğində kredit borcunun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Aşağıdakı əsaslara görə iddia ərizəsinin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, iş materiallarında görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5075/2015 saylı, 01 sentyabr 2015-ci il tarixli qətnaməsilə iddiaçı LPO Cavabdeh ASC-nin cavabdehlə İddiaçı, X2 və X1 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası rədd edilmişdir. Hazırki iddia tələbindən isə görünür ki, iddiaçı kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun silinməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı mübahisi ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl bankın özünə müraciət etməli və ya buna dair hər hansı bir sübut məhkəməyə təqdim etməli idi. Halbuki, iş materiallarında buna dair heç bir sübut aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.1-ci maddəsinə əsasən, məhkəməyə daxil olan ərizə hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı “kredit borcunun silinməsi” tələbinə dair iddia ərizəsi mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbulundan imtina olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 153.2.1 və 153.3- 153.6-cı maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı verilən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə qəbulundan imtina edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar