Məhkəmə qərarları › İş №2(006)-3438/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3438/2020

28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3438/2020 28.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X8, Cavabdehin vəkili X5, X1 Arif qızının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X2rşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X2rşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həqiqi hərbi xidmət dövründə aldığı xəstəliklə əlaqədar, ona təyin olunmuş İİİ qrup hərbi əlilliyə uyğun olaraq 4.400 manat məbləğində sığorta pulunun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh Azərbaycan Respublikası Dövlət X3 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, həqiqi hərbi xidmət dövründə aldığı xəstəliklə əlaqədar, ona təyin olunmuş İİİ qrup hərbi əlilliyə görə 4.400 manat məbləğində sığorta pulunun verilməsini cavabdeh Azərbaycan Respublikası Dövlət X3 xahiş etmişdir. Cavabdeh xx xxxxxx 2020-ci il tarixli 07-07-99 nömrəli məktubla müraciətini təmin etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdehin bu imtinası qanunsuz, əsassız olmaqla, ona sığorta ödənişi verilməlidir. DSKŞ tərəfindən sığorta ödənişinin ödənilməsindən imtina üçün gətirilən əsas onun bu hüququnun təmin edilməməsi üçün əsaslı sayıla bilməz. Çünki, o, sığorta edilən hərbi qulluqçu statusuna malik olmuşdur və hərbi xidmət dövründə hərbi vəzifələrini yerinə yetirərkən aldığı xəstəliyə görə ona İİİ əlillik dərəcəsi verilmişdir. Beləliklə, o, hərbi qulluqçu kimi hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmışdır. Hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş və bununla da normativ hüquqi aktlarla sığorta tədiyyələrinin vaxtında və tam ödənilməsinə nəzarətin həvalə edildiyi Dövlət X4 müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. Belə ki, o, xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyində zabit qismində hərbi xidmət keçmişdir. xx.xx.2002-ci il tarixdə həqiqi hərbi xidmət dövründə xəstələnmişdir. Hərbi xidmətdən tərxis olunandan sonra, davamlı olaraq müayinə və müalicələrdə olmuşdur. Nəticədə ona xx.xx.2019-cu il tarixdə İİİ dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Ona ümumi şəkildə köməklik olunması üçün Milli Məclisin deputatı Hadı Rəcəblinin və Müdafiə Nazirinin müavininin qəbullarında olan zaman, sənədlərini təqdim etdikdə, sonuncular ona xəstəliyi ilə əlaqədar olaraq sığorta pulu ala biləcəyini demişlər. O, bundan sonra, sığorta pulu almaq hüququnun olduğunu bilmişdir. Həmin vaxtadək isə bu barədə məlumatı yox idi. Bundan sonra, ona əlillik, hərbi qulluqçu kimi pensiya təyin edilmişdir. Bu səbəbdən, o, cavabdehə müraciət etmiş, cavabdeh isə bundan imtina etmişdir. Bundan əlavə, onun tərəfindən buraxılmış müddət üzrlü hesab edilməlidir. Çünki o, hərbi xidmətdən tərxis olunandan bu günə kimi davamlı olaraq müayinə və müalicə olunur. Hazırda da səhhəti yaxşı deyil, qulaqları eşitmir, karlığa doğru gedir. Bu xəstəliklər tibbi sənədlərdə də qeyd edilib. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X10 izahatında bildirdi ki, Azərbaycan Respublikası “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında“ Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir : ç) hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: İ qrup əlilliyə görə 80 faiz; İİ qrup əlilliyə görə — 60 faiz; İİİ qrup əlilliyə görə— 40 faiz. Hadisənin sığorta hadisəsi hesab olunması üçün şəxsin sığortaolunan olması və əlilliyin 3 il müddətində təyin olunması şərti qanunvericilikdə müəyyən edilmişdir. Belə ki, hərbi xidmətlə əlaqədar əlillik, hərbi xidmət zamanı alınmış yaralanmanın (travma, kontuziya, zədələnmə) və ya xəstəliyin bilavasitə nəticələrinə görə, yaxud da bunların fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. Buna görə də Qanunda 3 il müddət keçdikdən sonra təyin olunan əlillik halına (riskinə) sığorta təminatı verilməmişdir. əlilliyin 3 il müddətində təyin olunması şərti imperativ normadır və baş vermiş hadisənin sığorta hadisəsi hesab olunması üçün bu müddətin gözlənilməsi zəruridir. Qanunun yuxarıda istinad edilən müddəasından göründüyü kimi sığorta ödənişinin həyata keçirilməsi hərbi xidmət zamanı alınmış xəsarətlə əlaqədar əlillik dərəcəsinin tərxis olunduqdan sonra məhz 3 ilədək müddətdə alınması ilə şərtləndirilmişdir. Cavabdehin nümayəndəsi hazırki iş üzrə qeyd edilən müddətin ötürüldüyünü nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı xx.xx.1977ci il tarixdə Bakı şəhərində doğulmuşdur. İddiaçı Nəsimi RHK tərəfindən 2001-ci ildə hərbi xidmətə çağırılmış, hərbi xidmət dövründə hərbi xidmət keçərkən xəstələnmişdir. xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu xəstəlikdiaqnoz: «İkitərəfli xroniki adheziv orta otit. İkitərəfli konduktiv ağır eşitmə». Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Qeyd olunan məlumatlar tibbi sənədlərdə müfəssəl şəkildə göstərilmişdir. Tibbi sənədlərə əsasən İddiaçı İİİ qrup müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. Əlilliyin səbəbi hərbi xidmət dövründə alınmış xəstəlikdir. İddiaçıya müvafiq vəsiqələr təqdim olunmuşdur. İddiaçı Dövlət X7 ünvanladığı sığorta məbləğinin verilməsi haqqında ərizəsindən görünür ki, İddiaçı həmin Şirkətdən ona çatası sığorta məbləğinin verilməsini xahiş etmişdir. Dövlət X4 xx.xx.2020-ci il tarixli 07-07-99 saylı məktubundan görünür ki, İddiaçı haqlı tələbi təmin edilməmişdir. Beləliklə, mübahisəsiz qaydada İddiaçı xx.xx.2019-cu il tarixdə hərbi xidmət dövründə alınmış xəstəliklə bağlı üçüncü qrup əlillik dərəcəsinin verilməsi təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində şəxslərin maddi və sosial deyil, hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsindən bəhs edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurursa və ya onların vəziyyətini pisləşdirirsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən hərbi xdmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi Sığortalanmalıdır. Azərbaycan Respublikasının xx.xx.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 151-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. xx.xx.1997-ci il tarixdə qəbul edilmiş və xx.xx.1997-ci il tarixdə qüvvəyə minmiş «Hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində Sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən sığorta hadisələri baş verdikdə Sığorta məbləğinin faizlə aşağıdakı Sığorta ödənişləri verilir: Bənd ç) xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq Sığorta edilənə xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində əlillik təyin olunduqda: İİİ qrup — 40 faiz. İddiaçının İİİ qrup əlil olması faktı aşkardır, ona müvafiq qaydada və məbləğdə sığorta ödənişi verilməlidir, iddia tələbi əsaslı olduğundan, təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət X3 4.400 (dörd min dörd yüz) manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTE TDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət X3 4.400 (dörd min dörd yüz) manat pul və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar